Məhkəmə qərarları › İş №2(004)-2524/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2524/2024

16.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2524/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər AR ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzi MMC, Bakı şəhəri X1 Xidməti və “Socar”ın “Qaz İxrac” idarəsi X3 Kəmərləri sahəsinə qarşı işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər AR ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzi MMC, Bakı şəhəri X1 Xidməti və “Socar”ın “Qaz İxrac” idarəsi X3 Kəmərləri sahəsinə qarşı işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzinin onu işdən azad edilməsi qanunsuz və əsassız olduğundan əmək müqavilənin xx.xx.2023-cü il tarixli xitamın ləğv olunmasını, Qaz ixrac idarəsi X2 Kəmərləri sahəsinin onun barəsində tərtib etdikləri xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktların ləğv olunması və işə bərpa olunmağını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsini təmin edilməsi və mediasiya təşkilatına ödənilmiş 55 manat rüsumun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən olundu ki, iddia ərizəsinə iddiaçı tərəfindən cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi, yəni Mediasiya Şurasına müraciət edilməsinə dair sübutlar əlavə edilməmişdir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü bəndinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə qarşı işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi tələbinə dair ilk növbədə Mediasiya Şurasına müraciət etməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, dəftərxanaya xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə İddiaçı tərəfindən göndərilən iddia ərizəsinin qoşmasında qeyd edilən qoşmaların heç biri aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh Qaz ixrac idarəsi X3 Kəmərləri sahəsinin onun barəsində tərtib etdikləri xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktların ləğv olunmasını xahiş etsə də, digər cavabdehlər AR ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzi MMC və Bakı şəhəri X1 Xidmətinə qarşı tələbinin nədən ibarət olmasını göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər AR ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzi MMC, Bakı şəhəri X1 Xidməti və “Socar”ın “Qaz İxrac” idarəsi X3 Kəmərləri sahəsinə qarşı işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar