Məhkəmə qərarları › İş №2(004)-2526/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2526/2025

08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2526/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X18nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X18nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X18nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X12 Xidməti” X18nin xx.xx.2025-ci il tarixli, 03-K nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, İddiaçı cavabdeh “İri Şəhərlərin X12 Xidməti”nin Gəncə Sukanal İdarəsi tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 26 yanvar 1988-ci ildə Mingəçevir Sukanal İdarəsinin X4 mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonralar həmin İdarədə sahə rəisi, X2 təsərrüfatı idarəsində baş mühəndis, kanalizasiya təsərrüfatının rəisi, Mingəçevir SuKanal idarəsində Texniki şöbənin rəisi va eyni zamanda laborotoriya rəisi (0,5 ə.h) 2004- 2011-ci illərdə hamin idaranin haş mühəndisi, 2011-2019-cu illarda Mingəçevir SuKanal idarəsinin rəisi, Mingəçevir RES da aparıcı mütəxəssis, sonuncu iş yeri olan cavabdeh orqanda xx.xx.2022-xx.xx.2025-ci illərdə Mingəçevir Sukanal idarəsinin baş mühəndisi vəzifələrində çalışmışdır. Artıq hamin iş sahəsində 34 il fasiləsiz əmək stajı vardır. Pensiya yaşının tamam olmasına 3 ildən də az müddət qalmışdır. Ümumiyyatla 40 ilə yaxın əmək stajı vardır. Əmək fəaliyyətinə Xankəndi (o vaxtkı adı ilə Stepanakert) şəhərində Komsomolun 50 illiyi fabrikinda başlamışdır. İxtisasca ali təhsilli mühəndis-texnoloqamdır. X16 X7 şəhərlərin X12 Xidməti Publik Hüquqi X14 sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xalilovun 03-K saylı 09 yanvar 2025-ci il tarixli amri ilə həmin idarədə sonuncu iş yeri olan baş mühəndis vəzifəsindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (stat ixtisarı) azad olunmuşdur. Hesab edir ki, həmin əmr qanunsuzdur və o, işdən azad edilərkən bir sıra əmrin ləğvinə səbəb olacaq qanun pozuntularına yol verilmişdir. Belə ki, AR ƏM-nin 77-ci maddəsinə əsasən, 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (amak müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması mqsədilə işçi özü bir iş günü əmək funksiyasının icrasından azad edilir. Bildirir ki, işəgötürən xx.xx.2024-cü il tarixli 13-16/2-1077/2024 saylı məktubla mans 9 təqvim həftəsi müddətinə xəbərdarlıq məktubu göndərmişdir. Həmin müddət müvafiq ilin sentyabr ayının əvvəllərində başa çatırdı. Xəbərdarlıq müddəti ərzində o, iş axtarmaq üçün həftədə bir gün əmək funksiyasının icrasından azad edilməmişdir. Bbunun üçün ona şərait yaradılmamışdır.Xüsusi bir halı qeyd etmək istər ki, onun tutduğu baş mühəndis vəzifəsi xəbərdarlıq müddətində ştat vahidi kimi ləğv olunmamışdır. Həmin ştat vahidi hal-hazırda da mövcuddur. Yalnız o, ştat ixtisarı adı ilə vəzifədən çıxarılmışdır. Digər tərəfdən xəbərdarlıq müddəti bitdikdən sonra o,maneəsiz olaraq təxminən 4,5 ay vəzifəsini icra etmiş, əmək haqqı almışdır. AR ƏM-nin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən,.....müəssisədə ştatları ixtisar olunduqda... işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. Təəssüf ki, belə bir imkan cavabdeh tərəfindən araşdırılmamış və ona hər hansı iş təklifi üçün təşəbbüs də göstərilməmişdir. Halbuki, onun eyni iş sahəsində və kifayət qədər yüksək vəzifələrdə 34 il fasiləsiz çalışmağı, işlədiyi müddət ərzində bir dəfə də olsun intizam, və ya inzibati məsuliyyətə cəlb olunmamağı, haqqında hər hansı tənbeh tədbiri tətbiq olunmaması onun şəxsi və iş keyfiyyətləri haqda məlumat verir.İşçiləri ixtisarı zamam izdə saxlanmağa üstünlüyü olan şəxslərdən bahs edən AR ƏM-nin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı hayata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (pezasinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peszkarka seviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, cavabdeh işəgötürən onun uzun illər işlədiyi ştat vahidini ixtisar edərkən nəinki onun peşəkarlıq səviyyəsini, üzərinə düşən iş sahəsinin mükəmməl mütəxəssisi olmağını qiymətləndirməmiş, habelə cəmi 2-2,5 ildən sonra pensiya yaşıma çatacağımda nəzərə almamışdır. Cavabdeh işəgötürən əmək müqaviləsinin ləğvi haqqında əmr verərkən müqavilənin xitam edilməsinin sənədləşdirilməsi barədə AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin və 87-ci maddəsinin 3-cü hissəsinin tələblərini də kobud surətdə pozmuşdur. AR ƏMnin 83.2-ci maddəsində deyilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin amri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşdən azad olunmağı barədə ona məlumat verilmədiyi üçün əmrin rəsmi surətini və əmək kitabçasını almaq üçün o dəfələrlə işəgötürənə müraciət etməli olmuş, Digər bir sıra münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətə daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə riayət olunmaqla həyata keçrilməsini təmin etmək vəzifəsi daşıyır. AR ƏM-nin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Hesab edir ki, onun işdən azad olunmağı barədə işəgötürənin əmri əmək qanunvericiliyinin imperativ xarakterli tələblərinə tamamilə ziddir, onun qanuni maoaq və mənafelərimin kobud surətdə pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İri Şəhərlərin X12 Xidməti” X18nin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2025-ci il tarixli 03-k nömrəli əmrinə əsasən İddiaçı- "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin baş mühəndisi ilə bağlanmış əmək müqaviləsi ilə “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 32 il 10 ay 28 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxarma müavinatı verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 31 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin xx.xx.2024-cü il tarizli 71 nömrəli məktubu olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin X12 Xidməti” X18n İddiaçı ünvanlanmış 25.06 2024-cü il tarixli 13-16/2-1077/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X12 Xidməti publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X12 Xidməti X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla ağlanmış amak müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cu hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 04.101.2024-cü il tarixli 130 nömrəli əmrinə əsasən “İri Şəhərlərin X12 Xidməti” X18n İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası “İri Şəhərlərin X12 Xidməti” X18n İdarə Heyətinin sədr müavini X3 həvalə edilmişdir. “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2024-cü il tarixli 405-k nömrəli əmrinə əsasən X13-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən 10-cu dərəcə ilə “İri Şəhərlərin X12 Xidməti” X18n Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2024-cü il tarixli 406-k nömrəli əmrinə əsasən X1-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən 11-ci dərəcə ilə “İri Şəhərlərin X12 Xidməti” X18n Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2024-cü il tarixli 407-k nömrəli əmrinə əsasən X10-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən 12-ci dərəcə ilə “İri Şəhərlərin X12 Xidməti” X18n Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2024-cü il tarixli 105-k nömrəli əmrinə əsasən X8-ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin X12 Xidməti” X18n Hüquq şöbəsinin Hüquqi mübahisələrlə iş sektoruna müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi X14 sədri tərəfindən Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-53- 3/2-2693/2024 saylı məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dovlat Su Entiyyatlan Agentliyinin faaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tadbirlar haqqında 17 noyabr 2023-cu tarixli, 2356 nomreli fərmanına əsasən "Azərsu” Aciq Sahmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X12 Xidməti” X18 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü taridi, 002/F nömrəli əmri ile “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı- "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin baş mühəndisinin tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdü. Bununla əlaqədar olaraq, adı qeyd edilen işçinin Əmək məcəlləsinin 80-c maddəsinə əsaslanaraq əmək müqaviləsinin Əmək Macallasinin 70-ci maddasinin "b" bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi X14 sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X11 Homkarlar İttifaqı Respublika Komitəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 53-3-2-2693//2024 saylı məktuba tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixdi 002/F nömrəli əmri ilə "İri şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu ve ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqlan vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayat olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda İddiaçı- "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin baş mühəndisinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin "b" bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin xx.xx.2024-cü ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, baş mühəndis vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin xx.xx.2024-cü ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, baş mühəndis vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 26 yanvar 1988-ci ildə Mingəçevir Sukanal İdarəsinin X4 mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonralar həmin İdarədə sahə rəisi, Mingəçevir Şəhər Kanalizasiya təsərrüfatı idarəsində baş mühəndis, kanalizasiya təsərrüfatının rəisi, Mingəçevir SuKanal idarəsində Texniki şöbənin rəisi va eyni zamanda laborotoriya rəisi (0,5 ə.h) 2004-2011-ci illərdə hamin idaranin haş mühəndisi, 2011-2019-cu illarda Mingəçevir SuKanal idarəsinin rəisi, Mingəçevir RES da aparıcı mütəxəssis, sonuncu iş yeri olan cavabdeh orqanda xx.xx.2022-xx.xx.2025-ci illərdə Mingəçevir Sukanal idarəsinin baş mühəndisi vəzifələrində çalışmışdır. “İri Şəhərlərin X12 Xidməti” X18n İddiaçı ünvanlanmış 25.06 2024-cü il tarixli 13-16/2-1077/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X12 Xidməti publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X12 Xidməti X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış amak müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cu hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər..İri Şəhərlərin X12 Xidməti” publik hüquqi X14 sədri tərəfindən Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-53-3/2-2693/2024 saylı məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dovlat Su Entiyyatlan Agentliyinin faaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tadbirlar haqqında 17 noyabr 2023-cu tarixli, 2356 nomreli fərmanına əsasən "Azərsu” Açiq Sahmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X12 Xidməti” X18 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 29 may 2024-cü taridi, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı- "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin baş mühəndisinin tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bununla əlaqədar olaraq, adı qeyd edilen işçinin Əmək məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq əmək müqaviləsinin Əmək Macallasinin 70-ci maddasinin "b" bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin “İri Şəhərlərin X12 Xidməti” publik hüquqi X14 sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Su Təsərrüfatı X5 Respublika Komitəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-53-3-2-2693//2024 saylı məktuba tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixdi 002/F nömrəli əmri ilə "İri şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu ve ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqlan vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayat olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda İddiaçı- "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin baş mühəndisinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddesinin "b" bəndinə əsasən xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2025-ci il tarixli 03-k nömrəli əmrinə əsasən İddiaçı- "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin baş mühəndisi ilə bağlanmış əmək müqaviləsi ilə “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 32 il 10 ay 28 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxarma müavinatı verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 31 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu, ştat cədvəli və Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin xx.xx.2024-cü il tarizli 71 nömrəli məktubu olmuşdurş Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X12 Xidməti” X18nin xx.xx.2025-ci il tarixli, 03-K nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, İddiaçı cavabdeh “İri Şəhərlərin X12 Xidməti”nin Gəncə Sukanal İdarəsi tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, “İri Şəhərlərin X12 Xidməti” X18n xx.xx.2025-ci il tarixli 03-k nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin X12 Xidməti” X18n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan ““İri Şəhərlərin X12 Xidməti” X18nin “Mingəçevir şəhər Sukanal” İdarəsinin xx.xx.2024-cü ildən qüvvədə olan Ştat cədvəlindən görünür ki, baş mühəndis vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuş, “İri Şəhərlərin X12 Xidməti” X18n “Mingəçevir şəhər Sukanal” İdarəsinin xx.xx.2024-cü ildən qüvvədə olan Ştat cədvəlindən isə görünür ki, baş mühəndis vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. Sözügedən cədvəllər müqayisə edilərək müəyyən edilmişdir ki, “İri Şəhərlərin X12 Xidməti” X18n “Mingəçevir şəhər Sukanal” İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamışdır. Belə ki, "xxxx" ASC-nin Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həmin idarənin baş mühəndisi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü qeyd edilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə, baş mühəndis vəzifəsi üzrə mövcud olan və iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisar olunmamış, İddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmışdır. Belə olduğu təqdirdə, İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3-cü maddəsinin tələbi ciddi şəkildə pozulduğundan ““İri Şəhərlərin X12 Xidməti” X18nin xx.xx.2025-ci il tarixli, 03-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X18 tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, “İri Şəhərlərin X12 Xidməti” X18nin xx.xx.2025-ci il tarixli, 03-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X18 tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. “İri Şəhərlərin X12 Xidməti” X18nin xx.xx.2025-ci il tarixli, 03-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X18 tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar