Məhkəmə qərarları › İş №2(004)-2529/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2529/2023

21.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2529/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X4, Cavabdeh TƏBİB-in nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon 4 saylı Poliknikda həkim terapevt kimi çalışma müddətinin uzadılması və vəzifəyə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1981-ci il tarixdən Nərimanov rayon 8 saylı Poliknikada həkim terapevt işləmişdir. 2021-ci ilin aprel ayından pilot layihə nəticəsində iş yeri dəyişilərək 4 saylı şəhər poliknikasına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində yaşına görə müqavilə vaxtının bitdiyinə görə işinə xitam verilmişdir. Nərimanov rayon 4 saylı Poliknikasının Baş həkimi tərəfindən Müqavilənin uzadılması ilə bağlı Cavabdeh1nə və TƏBİB-ə müraciət etmişdir. Hazırda Nərimanov rayon 4 saylı poliknikasında 20-dən artıq həkim terapevt ştatı boş olmasına baxmayaraq Cavabdeh1 direktoru və TƏBİB tərəfindən müraciətə baxılmış və icazə verilməsi mümkün olan halda imtina vermişlər. Bunlarla yanaşı sahə həkimi olaraq hal-hazırdada səhhəti ilə bağlı olan bir çox xəstələr onu nəzərdə tutaraq 4 saylı Poliknikaya gəlirlər və onun işdən kənarlaşdığını eşitdikdə təəssüf hissi keçirdiklərin bildirilər. Bildirir ki, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. İş fəaliyyəti müddətində yalnız yüksək xidmətləri olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən Əmək münasibətlərində ayrıseçkilik yolverilməzdir. Buna baxmayaraq TƏBİB səbəbi bilinmədən maraqlarına uyğun olan təqaüdə çıxmış həkimlərin müqaviləsini uzadır. Amma onun əmək qabiliyyəti olduğu halda müqavilənin uzadılmasına xitam vermişdi. Hazırda Nərimanov rayon 4 saylı poliknikada 20-dən artıq həkim terapevt və bir o qədərdə tibb bacısı ştatı olduğu halda Tibb qəzetində Səhiyyə Nazirliyinin, Cavabdeh1 və TƏBİB -in internet səhifələrində işə qəbul haqqında heç bir elan verilmir. Bununla yanaşı Xəstələr poliklinikada isləyən həkimlərin qəbulunda olarkən poliklinikanın reyistraturasından talon almalıdır. Bu talonların sayına uyğun olaraq həkimlərin maaşlarına əlavələr olunur. Nərimanov rayon 4 saylı poliknikada isə bir il ərzində sahə həkimlərinə bu talonlardan gələn əlavələr ödənilməmişdir. Halbuki, TƏBİB Nərimanov rayonu ərazisində işləyən dar ixtisaslı həkimlərin talonlarının sayına uyğun maaşlarına əlavələr ödənilir. Onunla bağlı olan bu əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı iddia ərizəsinin şikayət vermə müddətini buraxılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 4 nömrəli Şəhər Poliklinikasında sahə-terapevti vəzifəsində işləmiş X7 Cavabdeh1 publık hüquqı şəxsinə qarşı “işə bərpa” tələbi ilə bağlı iddia qaldırmışdır. Bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən Z. Xəlilovanın bağlanmış ilkin əmək müqaviləsinin müddəti 25 05 2021ci ıl tarixdə başa çatmışdır. Bununla yanaşı bildirir ki, həmin məcəllənin 10-1 2-cı maddəsinə uyğun olaraq Z Xəlilova ilə 20 05 2021-ci ıl tarixdən əmək qanunvericiliyinə uyğun olaraq yenidən müddətli əmək müqaviləsi bağlanılmışdır. Həmçinin bildirir ki Z Xəlilova ilə bağlanmış müddətli müqaviləsi 01 11 2022-cı ıl tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin e bəndinə əsasən əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla ləgv edilmişdir. Z. Xəlilova ilə bağlanmış müddətli əmək müqaviləsi ləğv olunarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83cu maddəsinin 2-cı hissəsinə uyğun olaraq rəsmiləşdirilmiş, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti, əmək kitabçası və son haqqhesab ona təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cu maddəsinin 2-cı hissəsinə əsasən fərdi emək mübahisəsinin həll edilməsi uçun işçi huququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər Belə kı Z Xəlilova əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində iddia etdiyi əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi Z. Xəlilova əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə iddia ilə müraciət etmə müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 və cavabdeh TƏBİB-in nümayəndəsi X3 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sosial arayışdan görünür ki, İddiaçı Cavabdeh1ndə sahə həkimi vəzifəsində fəaliyyət göstərmişdir. İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 84-K nömrəli İddiaçı çalışma müddətinin uzadıması haqqında əmrindən görünür ki, 8 nömrəli şəhər poliklinkasının 1-ci terapiya şöbəsinin sahə həkimi – terapevti İddiaçı çalışma müddəti AR Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. Nərimanov rayon 4 saylı şəhər poliklinikasının 01 noyabr 2022-ci il tarixli 121 nömrəli əmrindən görünür ki, sahə həkim terapevt İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən əmək məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01/xx/xx-5555 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamı əsasında işdən azad olunmuşdur. İş materiallarında olan X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/2- 01907 saylı “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci il saat 11:00 və xx.xx.2023-cü il saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 və TƏBİB-in nümayəndəsi iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1ndə sahə həkimi vəzifəsində uzun müddət fəaliyyət göstərmişdir. İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 84-K nömrəli İddiaçı çalışma müddətinin uzadılması haqqında əmrinə əsasən 8 nömrəli şəhər poliklinkasının 1-ci terapiya şöbəsinin sahə həkimi – terapevti İddiaçı çalışma müddəti AR Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. Daha sonra Nərimanov rayon 4 saylı şəhər poliklinikasının 01 noyabr 2022-ci il tarixli 121 nömrəli əmrinə əsasən sahə həkim terapevt İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən əmək məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01/xx/xx-5555 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamı əsasında işdən azad olunmuşdur. X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/2-01907 saylı “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci il saat 11:00 və xx.xx.2023-cü il saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 və TƏBİB-in nümayəndəsi iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı əmək qanunvericiliyi ilə tənzimlənən məhkəmə müdafiəsindən istifadə etmək üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinə xitam verilməsi barədə əmr 01 noyabr 2022-ci il tarixdə olmuşdur. Həmçinin mediasiya arayışı xx.xx.2023-cü il tarixində tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar