Məhkəmə qərarları › İş №2(004)-2530/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2530/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2530/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Tofaş Şahin” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə 1566 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin noyabr ayında avtomobil almaq niyyəti ilə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmiş, orada cavabdehdən “Tofaş Şahin” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənərək 5800 manata almışdır. O, taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobili almasını, əgər hər hansı hissədə bir problemi varsa bildirməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh avtomaşının heç bir problemi olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə verməklə, avtomobil ona təhvil vermişdir. Bir neçə gün avtomobili idarə etdikdən sonra, avtomaşının mühərrikində və digər hissələrində problemlərin olduğu aşkar edilmişdir. Cavabdehlə əlaqə saxlayaraq avtomobili geri qaytarmaq istədiyini bildirmiş və ödədiyi pulu tələb etmişdir. Lakin razılaşma əldə edilməmişdir. Məcbur olub Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Cavabdeh polis şöbəsinə dəvət edilməsinə baxmayaraq, şöbəyə getməmişdir. O, “Tofaş Şahin” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəzər-Lada servisindən müayinədən keçirmiş və avtomobilin bir çox hissələrində problem olması üzə çıxmışdır. Avtomobili təmir etmək üçün ümumilikdə 1.566 manat xərc lazımdır. Cavabdeh avtomobili satan zaman aldadaraq onun saz vəziyyətdə olduğunu bildirmişdir. Bu səbəbdən cavabdehdən avtomobili təmir etdirmək üçün 1566 manat pul tələb edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə +**********0 mobil nömrəsinə “SMS” bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və işə mahiyyəti üzrə baxılması tələb etməklə, izahatında göstərdi ki, o, X2 məxsus olan “Tofaş Şahin” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında xx.xx.2019-cu il tarixdə almış və bir müddət idarə etmişdir. Sonra pula ehtiyacı olduğuna görə satmaq qərarına gəlmiş və Sumqayıtdakı maşın bazarına apararaq satmaq istəmişdir. İddiaçı bazarda avtomobilə 4-5 nəfərlə birlikdə baxmış və bəyənmiş, onun əlaqə nömrəsini götürmüşdür. Həmin gün o, avtomobili bazarda sata bilməmiş və evə gəlmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə İddiaçı ona zəng etmiş və avtomobili almaq istəyini bildirmişdir. Onlar görüşmüşlər, İddiaçı və yanındakı şəxslər avtomobilə baxış keçirmiş, yoxlamışlar. Avtomobili ustaya aparmadılar, özləri yoxladılar. Sonra avtomobili bəyənərək almaq qərarına gəlmiş və 5.800 manata satmağa razılaşaraq, etibarnamə vermək üçün Abşeron rayonu 1 saylı notariat ofisinə gedərək İddiaçı adına etibarnamə vermişdir. Avtomobilin cəriməsi olduğuna görə 100 manat cəriməyə ödəmiş və özünə 5.700 manat qalmışdır. O, aldığı pulu borcuna vermişdir. O, avtomobili saz vəziyyətdə İddiaçı təhvil vermişdir. 15-20 gün keçəndən sonra iddiaçının qardaşı ona zəng etmiş, avtomobilin mühərrikinin yağ yediyini bildirmiş və mühərriki düzəltdirməyi təklif etmişdir. O. bununla razılaşmamış və avtomobili satan zaman saz vəziyyətdə olduğunu bildirmişdir. O, avtomobildə yaranacaq hər hansı bir nasazlığın aradan qaldırılması və avtomobilin təmiri ilə bağlı idiaçının qarşısında heç bir öhdəlik götürməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD164342 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Tofaş Şahin” minik markalı, 2003-cü il buraxılışlı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 xüsusi mülkiyyətindədir. X3 həmin avtomobilə dair Cavabdeh adına xx.xx.2019-cu il tarixdə bir il müddətinə baş etibarnamə verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində X1 verdiyi xx.xx.2019-cu il tarixli etibarnamə əsasında X1 mülkiyətində olan “Tofaş Şahin” minik markalı, 2003-cü il buraxılışlı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı adına baş etibarnamə vermişdir, etibarnamə xx.xx.2020-ci il tarixə kimi qüvvədədir. Cavabdeh xx.xx.2019-cu il tarixdə etibarnamə sasında avtomobili İddiaçı 5.800 manata satmışdır, İddiaçı yanındakı şəxslərlə birlikdə avtomobili yoxlayaraq almışdır. İddiaçı avtomobili aldıqdan sonra idarə etmiş və xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-yə şikayət edərək, 5.800 manata avtomobil aldığını, avtomobilin mühərrikində nasazlıq olduğunu bildirmişdir. Pulunun geri qaytarılmasına köməklik edilməsini xahişt etmişdir. İddiaçı etibarnamə əsasında aldığı “Tofaş Şahin” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində nasazlıq olduğunu və təmirə 1.566 manat pul lazım olduğunu qeyd etsə də, avtomobilin mühərrikinin Cavabdeh təqsiri üzündən nasaz vəziyyətə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Çünki, cavabdeh avtomobili xx.xx.2019-cu il tarixdə iddiaçıya təhvil verərkən saz vəziyyətdə olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı belə bir mötəbər sübutların mövcud olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 1.566 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar