Məhkəmə qərarları › İş №2(004)-2532/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2532/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2532/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlunun və onun nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X7, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Baladadaş oğlunun və onun ailə üzvlərinin ona məxsus olan ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə ilə ona məxsusdur. Mənzilin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir və bu barədə ona maliyyə arayışı verilmişdir. Cavabdeh mənzilin ondan əvvəlki sahibidir. O, mənzildən çıxmır. Ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Dəfələrlə ona müraciət edərək, mənzildən çıxmasını tələb etmişdir. Lakin o, mənzildən çıxmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu cavabdehlər İddiaçı, X7, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13. ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X7 ilə Evro Stroy-S MMC arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair müqavilənin adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 31 yanvar 2013-cü il tarixli, 211 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzilin tikintisi “Podratçı”-ya həvalə edilmişdir. Mənzilin dəyəri 59760 manat müəyyən edilmişdir. Ödənişlər hər ay tərəfindən edilmiş və mənzilin dəyəri tam şəkildə ödənmişdir. Borcunun olmaması ilə bağlı "xxxx" MMC tərəfindən 14 fevral 2015-ci il tarixdə maliyyə arayışı verilmişdir. Cavabdeh X7, o və Rəsul şərikli olaraq işləmiş və onların cavabdeh Araza 35000 manat məbləğində borcu yaranmışdır. Həmin borcun qaytarılması zəmanəti olaraq, cavabdeh X7 ondan pay haqqını tam şəkildə ödədiyi mənzildən pay hüququndan imtina etməyini tələb etmişdir. O, isə məcburiyyət qarşısında qalaraq 13 yanvar 2024-cü ildə Bakı şəhəri 6 saylı notariat kontorunda ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzildən və pay haqqından imtina etdir. Lakin bu imtinanı məhz cavabdehə ödəyəcəyi borcun qarşılığı kimi müvəqqəti olaraq etmişdir. Qeyd olunan imtina ərizəsindən sonra, cavabdeh X7 ilə "xxxx" MMC-yə getmiş, X7 3000 manat şirkətə ödəniş etməklə "xxxx" MMC-lə həmin mənzil barəsində müqavilə bağlamışdır. Daha sonra, borc ödənmədiyinə görə cavabdeh X7 8 fevral 2024-cü ildə müqavilə və mənzilə olan pay hüququndan imtina etmişdir. Bundan sonra isə həmin mənzil barəsində 08 fevral 2024-cü ildə cavabdeh İddiaçı ilə 584 nömrəli müqavilə bağlanmışdır. Hazırda isə İddiaçı onun yaşadığı mənzildən çıxarılmağı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı verilmiş maliyyə arayışından da açıq-aydın görünür ki, o şirkətə mənzilin dəyərini ödəməmişdir. Ona görə ona verilən arayışda onun mənzilin dəyərini tam şəkildə ödəməsi deyil, borcunun olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq izahatında bildirdi ki, o dostu Abbasla birlikdə yolda gedərkən tanışı olan Vəli adlı şəxs zəng edərək bir mənzil satıldığını demişdir. Vəli vasitəçi kimi fəaliyyət göstərir. O da mənzilin qiymətinin yaxşı olduğunu düşünmüş və 150000 manat pulu alqı-satqı üçün hazır etmişdir. Mənzilin Yusifin bibisi oğlunun adına olduğu deyildi. O, binanın komendantı ilə də mənzil barədə danışmış, ona binanın problemli olmadığı deyilmişdir. "xxxx" MMC-yə gedərək pulu vermişdir. Pulu Yusifə vermək üçün getmişdir, çünki mənzilin əsl sahibi o idi. Pulu verməmişdən öncə mənzildən imtina ərizələrinə baxmışdı. Yusifin hal-hazırda ailəsi həmin mənzildə yaşayır. Ona mənzili boşaltması üçün vaxt vermişdir. Daha sonra Yusif evi boşaltmamışdır. Dostum Abbas da bir neçə dəfə ona bu barədə danışmağı təklif etmiş, lakin aralarında razılaşma əldə olunmamışdır. İddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək, əlavə olaraq izahatında bildirdi ki, Mənzil hüqularını müdafiə etdiyim şəxsin mülkiyyətinə qanuni şəkildə keçirilmişdir. qarşılıqlı iddia üzrə tərəfin arqumenti mənzildə hazırda yaşamasıdır. Lakin nəzərə almaq lazımdır ki, burada İddiaçı vicdanlı və humanist yanaşması nəticəsində Yusif həmin mənzildə yaşayır. Yusif bütün danışıqlarda iştirak etmiş və hər şeydən xəbərdar olmuşdur. İddiaçı MMC ilə müqavilə bağlayaraq rəsmi şəkildə mənzili adlarına keçirmişlər. Maliyyə arayışları da var. Yusif həmin pulu kimə verib, bu onun şəxsi problemidir. İddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məmunu ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, o, Rəsulla şərik olmuşdur. Daha sonra Araz da onunla şərik olmuşdur. Onların Araza borcu yaranmışdır. Rəsul ona öz evini müəyyən səbəblərdən girov qoya bilməyəcəyini və onun evini Arazın adına keçirməyi təklif etdi. O, bununla bağlı imtina ərizəsi yazdı. Araz pulu qaytarmağını istəmiş, daha sonra isə mənzili satacaqlarını demişlər. Rəsul ona zəng etmişdi ki, vasitəçi tapıb və 150000 manata satacaq və 2-3 aydan sonra mənzilini qaytaracaqlar. Sonra onlar birlikdə Samirin yanına getmiş, Araz da gəlib imtina ərizəsi yazmışdır. Sonradan bilmişdir ki, Rəsulun Araza 37000 manat borcu olmuşdur. İlk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlə oxşar məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia qarşılıqlı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki,Yusif onun dostarından 50000 manat pul götürmüşdür, yekunda 37000 manat borcları qalmışdır. Mənzili Yusif və Rəsul təklif etmişdir. Yusifə təklif edilmişdir ki, atasına borcu barədə məlumat verilsin, lakin o bununla razılaşmamışdır. Mənzili Yusif borc əvəzi onun adına keçirmişdir. Mənzil satılan zaman isə Yusif ona zəng etdi ki, imtina ərizəsi yazsın. "xxxx" MMC-nin ofisinə getmiş, İddiaçı də 150 000 manat pulla gəlmiş, 4 nəfər olaraq Yusif, Rəsul o və dostu pulları saymışdır. Pulu Yusif götürmüşdür. Həmin puldan 37000 manat Yusfi ona olan borcunu vermişdir. Hətta 3000 manat Yusifdən borc istəmiş, lakin o verməmişdir. İddiaçı onlar arasında borc məsələsi olduğunu bilmirdi. Ev hal-hazırda Elçinindir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddiaya etiraz edərək izahatında bildirmişdir ki, mənzil hazırda İddiaçı mülkiyyətindədir. Müqavilə onun adına keçirilən zaman şirkətin nümayəndəsi orada olmuşdur. Binada yerləşən mənzillərin çıxarışları yoxdur. Bununla bağlı maliyyə arayışı vermişlər. Müqavilə qanuna uyğun olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehlərin bu barədə imtina ərizələri alınmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinin nümayəndəsi qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə onlara məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdehin səlahiyyətli nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinin və Bakı şəhəri 32 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Baladadaş oğlu ilə "xxxx" MMC arasında bağlanmış 31 yanvar 2013-cü il tarixli 211 nömrəli müqavilədən görünür ki, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.m üçün 500 manat olmaqla, cəmi 59760 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 14 fevral 2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin dəyəri üzrə Cavabdeh Baladadaş oğlunun "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan Cavabdeh Baladadaş oğlu tərəfindən "xxxx" MMC-yə ünvanlanan **********556 nömrəli ərizədən görünür ki, 31 yanvar 2013-cü il tarixli 211 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edir və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia və maddi tələbi olmayacaq. İş materiallarında olan X7 ilə "xxxx" MMC arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli 583 nömrəli müqavilədən görünür ki, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.mi üçün 500 manat olmaqla, cəmi 59760 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 13 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin dəyəri üzrə X2 "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan X7 tərəfindən "xxxx" MMC-yə ünvanlanan **********111 nömrəli ərizədən görünür ki, 13 yanvar 2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edir və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia və maddi tələbi olmayacaq. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilədən görünür ki, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.mi üçün 500 manat olmaqla, cəmi 59760 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 08 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, Elçin və Vəlinin yaxın dostudur. Elçin mənzil axtarırdı. Vəli ona zəng edərək, belə bir mənzilin satıldığını dedi. Onlar ofisə yaxınlaşmış, mənzilin sahibinin Yusifin olduğunu orada öyrənmişlər, sadəcə rəsmiləşdirilmənin bibisi oğlu Arazın adına edildiyi qeyd edilmişdir. Elçin pulu tamamlamış və alqı-satqı etməyə getmişlər. Pul sellofan paketdə idi və Elçin pulu stolun üstünə qoydu. Pulu Yusif, Araz və Rəsul saydılar. Daha sonra oradan getmişlər. O bir neçə dəfə Yusifə zəng vuraraq, mənzili tərk etməsini istəmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, vasitəçi kimi fəaliyyət göstərir. Alğı-satqı olan gün Rəsul adlı şəxs onun ofisinə yaxınlaşaraq mənzil satmaq istədiklərini demişdir. Ondan mənzilin kimin olduğunu soruşduqda, o, qohumunun, yəni bibisi oğlunun olduğunu demişdir. Saat 16:00-17:00 radələrində ofisdə yığışmışlar və orada Yusifi də görmüşdür. Sənədlərlə bağlı problem ola biləcəyindən narahat olduğundan bu məsələni dəqiqləşdirmişdir. İddiaçı pulu ofisə gətirmiş və Rəsul, Yusif və Araz pulu saymışlar. Elçin müəllim Yusifdən mənzili nə vaxt boşaldacağını soruşdu, o isə körpə uşağının olduğunu demiş, Elçin müəllim ona evi boşaltması üçün 40 gün vermişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, Yusif borcunun olduğunu və mənzili təcili satdığını dedi. Borcunu ödədikdən sonra özünə ev alacaqdı. Rəsul satdıqları evin bibisi oğlunun olduğunu dedi. Onlar şirkətdə öyrənmişlər ki, mənzil Arazın adına olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, bir neçə ay bundan öncə Babək adlı tanışı ona belə bir mənzilin satışa çıxarıldığını bildirdi. Mənzilin çıxarışı olmadığından tapdığı müştərilərə mənzil maraqlı gəlmədi. O, Abbasa zəng vurmuş və mənzil barədə məlumat vermiş, mənzilin sahibinin Yusif olduğunu bilmişdir. Mənzilin qohumunun adına olduğunu və imtina ərizəsi yazacağını demişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mənzilin qiymətinin 150000 manat olduğunu Rəsul və Yusif dedilər. Elçin müəllimə mənzilin videosunu o göstərmişdir. Elçin müəllim Yusifə uşağının qırxı çıxdıqdan sonra mənzildən çıxacağını demişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Rəsul səhər saatlarında ofisə gələrək bibisi oğlunun mənzilini satmaq istədiklərini demişdir. O, də mənzilin şəkillərini müştərilərə göndərmişlər. Vəli müştəri olaraq Elçin müəllimi tapdığını demişdir. Yusif dedi ki, mənzil onundur və mənzil qohumunun adınadır. İddiaçı 150000 manat pulu vermişdir. Onlar da orada idilər, pulu sayıb götürdüklərini görmüşdür. O, axıra kimi orada idi və əziyyət haqqını götürdü. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, əziyyət haqqını ona Yusif verdi. Yusif maşın sürürdü, Rəsula ona pul verməsini dedi, o da paketdən ona pulu verdi. İşin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil "xxxx" MMC tərəfindən 31 yanvar 2013-cü il tarixli 211 nömrəli müqavilə üzrə Cavabdeh Baladadaş oğlunun adına rəsmiləşdirilmiş və sonradan **********556 nömrəli ərizəyə əsasən 31 yanvar 2013-cü il tarixli 211 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edərək və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı olmadığını bildirmişdir. Həmçinin 13 yanvar 2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən X2 adına rəsmiləşdirilmiş, sonradan **********111 nömrəli ərizəyə əsasən 13 yanvar 2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina etmişdir. Daha sonra 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilə üzrə mübahisəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Hal-hazırda ilkin iddia üzrə Cavabdeh Baladadaş oğlu ailə üzvləri ilə biegə sözügedən mənzildə yaşayır. İlkin İddiaçı 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilə üzrə ona satılmış ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən Cavabdeh Baladadaş oğlunun və onun ailə üzvlərinin ona məxsus olan ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 fevral 2024cü il tarixli 584 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil hal-hazırda qanuni əsaslarla İddiaçı məxsus olduğundan Cavabdeh Baladadaş oğlunun həmin mənzildə yaşamağı İddiaçı mənzilə sahiblik və istifadə hüquqlarını pozur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilərək Cavabdeh Baladadaş oğlu ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin Cavabdeh Baladadaş oğlu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X7, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə

13. ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X7 ilə "xxxx" MMC arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsini və mənzilə dair müqavilənin adına bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi bağlı qeyd edir ki, ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13. ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X7 ilə Evro Stroy-S MMC arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsi üçün və sözügedən mənzilə dair müqavilənin qarşılıqlı iddiaçı Cavabdeh adına bərpa edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Baladadaş oğlu ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 3 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz manat) manat məbləğində pul Cavabdeh Baladadaş oğlundan tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X7, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğluna aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar