Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2534/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və nümayəndəsi (qardaşı) Nümayəndə1, cavabdeh “Hüquq və X3” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Hüquq və X3” Publik Hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Hüquq və X3” Publik Hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Hüquq və X3” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 81/K nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsinə əsasən “Hüquq və X3” Publik Hüquqi şəxsində beynəlxalq əlaqələr şöbəsinə baş mütəxəssis-tərcüməçi kimi işə qəbul olunmuşdur. İnstitut əvvəllər Milli Elmlər Akademiyasınnın tərkibində olmuşdur. 2022-ci ilin sonlarında institut akademiyanın tərkibindən çıxanda yenidən işçilərin işə qəbul edilmələri üçün onların bacarıqlarını müəyyən etmək məqsədilə müsahibə aparılmışdır. Onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və onun müqaviləsi yenilənmişdir. xx.xx.2023-cü il tarixdə onunla kadrlar və sənədlər şöbəsinin mütəxəssisi kimi xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi analıq məzuniyyətində olan işçinin yerinə 0,5 ştat vahidi ilə müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmişdir. O, analıq məzuniyyətində olan işçinin yerinə işə qəbul edildiyinə görə narahat olmuşdur. xx.xx.2023-cü il tarixə kimi öz vəzifələrini yerinə yetirmiş, heç bir nöqsana yol verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00-18:00 radələrində kadrlar şöbəsinin müdiri Klavdiya onun otağına gələrək müqavilənin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verildiyini bildirmiş və işdən çıxma əmri ilə tanış olmasını xahiş etmişdir. O, əmrlə tanış olmuşdur. Əmrdə nömrə olmamışdır. İşdən çıxdığına görə onunla təhvil-təslim aparılmadığına görə əmrə imza etməkdən və əmək kitabçasını götürməkdən imtina etmişdir. Əmrin tərtibatı onu qane etməmişdir. O, əmri və əmək kitabçasını götürməsi barədə imza etmədiyinə görə, Klavdiya Qənbərova əmri ondan götürmüş və onu Kadr və sənədlərlə iş şöbəsinə dəvət etmişdir. Orada Klavdiya xanım bildirmişdir ki, razılaşmamağı üçün heç bir əsas yoxdur, artıq sistemdən çıxarılmışdır. O, Kadr və sənədlərlə iş şöbəsində olarkən orada İsaməddin, Klavdiya və Samirə var idi. O, onlara bu qaydada işdən çıxarılmağı ilə razı olmadığını, sənədləşmənin düzgün aparılmaması barədə iradını bildirmişdir. Bu səbəbdən əmri və əmək kitabçasını götürməkdən imtina etmişdir. Hesab edir ki, işdən çıxması barədə ona əvvəlcədən xəbərdarlıq edilməli idi. xx.xx.2023-cü il tarixdə İnstitutun direktoru Məhəmməd Quluzadənin qəbuluna getmiş və işə ehtiyacı olmasını bildirərək, ona iş verməsini xahiş etmişdir. O, işçinin analıq məzuniyyətindən qayıtdığı zaman işdən azad olunacağını bildirdi. O, kadrlar şöbəsinin müdiri Klavdiya xanımın otağında əmlə tanış olmuş və əmlə razı olmadığına görə, əmrə imza etməkdən imtina etmişdir. Bu zaman orada İsaməddin, Klavdiya və Samirə var idi. Məhkəmənin hazırlıq iclasından sonra instituta getmiş və xx.xx.2023-cü il tarixli akt tərtib edildikdən sonra aktı imzalamaqla əmək kitabçasını götürmüşdür. Aktın surətini məhkəməyə təqdim edir. Müqavilənin nömrəsi ilə elektron bildirişin üzərindəki nömrələr uyğun gəlmir. O, qaçqındır, ailə üzvləri işləmir, işə çox ehtiyacı var. Hesab edir ki, qanunsuz olaraq işdən çıxarılıb. ƏMAS sisteminə daxil edilən Əmək müqaviləsi: xxxxxxx700 olduğu halda, ona təqdim edilən Əmək müqaviləsinin nömrəsi 33-dür. Onun haqqhesabı da son iş günündə xx.xx.2023-cü il tarixdə deyil, onun hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. O, xx.xx.2023-cü il tarixdə müqavilənin müddətinin bitəcəyini bilirdi, lakin ona ümid vermişdilər ki, işdən çıxarılmayacaq. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və İddiaçı izahatı ilə razı olduğunu izahatında bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsinə əsasən “Hüquq və X3” Publik Hüquqi şəxsində beynəlxalq əlaqələr şöbəsinə baş mütəxəssis-tərcüməçi kimi işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdır. xx.xx.2023-cü il tarixdə İddiaçı kadrlar və sənədlər şöbəsinin mütəxəssisi kimi xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi analıq məzuniyyətində olan işçinin yerinə 0,5 ştat vahidi ilə müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ona xəbərdarlıq edilməyib və kompensasiya ödənilməyib. İddiaçıya təqdim edilmiş əmrin tərtibatında uyğunsuzluqlar var idi. İddiaçı analıq məzuniyyətində olan işçinin yerinə işə götürülmüşdü, analıq məzuniyyətində olan işçi qayıtmadığı halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin bitməsinə dair iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Daha sonra əmək kitabçasının təslim etmələrini istəmişlər, İnstitutun səlahiyyətli şəxsləri cavab olaraq bildirmişlər ki, onlar iddiaçının ünvanını bilmirlər, ona görə də əmək kitabçasını ona təqdim edə bilməmişlər. Nəzərə alınmalıdır ki, iddiaçı İnstitutda əmək müqaviləsi ilə işləyib, onun bütün sənədləri, qeydiyyatda olduğu ünvan barəsində məlumatlar müqailədə və İnstitutda, onların sistemində var. Hazırkı vaxtadək müvafiq qurumlara edilən müraciətlərə cavab məktubları iddiaçının yaşadığı ünvana gəlib çatır. Bundan başqa qeyd edir ki, ƏMAS sisteminə daxil edilən Əmək müqaviləsi: xxxxxxx700 olduğu halda, təqdim edilən Əmək müqaviləsinin nömrəsi 33-dür. xx.xx.2023-cü il tarixdə iddiaçı əmək kitabçasını cavabdehdən almışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Hüquq və X3” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində onunla bağlanmış Əmək müqaviləsinə xitam verilməsi zamanı hüququnun pozulmasını sübut edən heç bir əsas göstərməmiş, məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və iddia tələbini əsaslandıra bilməmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin mahiyyəti ilə əlaqəli olmayan əsassız fikirlər bildirmişdir. İddiaçı iddia ərizəsində ƏMAS sisteminə daxil edilən Əmək müqaviləsi: xxxxxxx700 olduğu halda, ona təqdim edilən Əmək müqaviləsinin nömrəsinin 33 olmasını əsas gətirərək, əmək münasibətlərinin hansı müqavilə ilə tənzimlənməsinin məlum olmadığını nöqsan kimi qeyd etmişdir ki, bu da tamamilə əsassızdır. İddiaçı ilə bağlanmış Əmək müqaviləsi qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş və qeydiyyat kitabında 05 yanvar 2023-cü il tarixdə 33 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən Əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş və Əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində xxxxxxx700 nömrəsi ilə qeydiyyata alınmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçı ilə bağlanan Əmək müqaviləsinin bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin məzmununa gəldikdə isə bildirir ki, İddiaçı ilə “Hüquq və X3” publik hüquqi şəxs arasında 05 yanvar 2023-cü il tarixli 33 nömrəli Əmək müqaviləsi bağlanmışdır. Həmin Əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən İddiaçı “Hüquq və X3” publik hüquqi şəxsin Kadr və sənədlərlə iş şöbəsində sənədlərin qeydiyyatı üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində onunla bağlanmış Əmək müqaviləsinə xitam verilərkən ona heç bir rəsmi bildiriş təqdim edilmədən, qanunsuz və səbəbsiz olaraq heç bir təhvil-təslim işləri aparılmadan işdən azad edildiyini iddia etmişdir. İddiaçının iddia tələbi bu hissədə də tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə Əmək müqaviləsi müddətli (əsas işçinin müvəqqəti xəstəlik dövrü üçün) 22 fevral 2023-cü il tarixədək şərtlərlə bağlandığından müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda işəgötürənin 22 fevral 2023-cü il tarixli 81/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməklə (Əmək müqaviləsinin müddətinin qurtarması) rəsmiləşdirilmişdir. Qanunvericilikdə müddətli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə əvvəlcədən xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır, iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı o, Kadr və sənədlərlə iş şöbəsinə dəvət olunmuş və ona Əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. İddiaçı ilə təhvil-təslim işlərinin edilməməsi iddiasına gəlincə isə bildirir ki, iddiaçı iddia ərizəsində nəyin təhvil-təslimini nəzərdə tutduğunu izah edə bilməmişdir. İddiaçı maddi-məsul şəxs olmamış, onunla maddi məsuliyyət haqqında müqavilə bağlanılmamış və öhdəliyində maddi sərvətlər olmamışdır. Bu səbəbdən Əmək müqaviləsinə xitam verilərkən onunla hər hansı təhviltəslim işləri aparılmamışdır. İddiaçının hər hansı təhvil-təslim işlərinin aparılması ilə bağlı iddia dəlilləri tamamilə əsassız və məntiqsizdir. İddiaçı iddia ərizəsində Əmək kitabçasının ona verilmədiyini və ünvanına göndərilmədiyini əsas gətirərək hüququnun pozulduğunu iddia etmişdir. İddiaçının iddianın bu hissəsində də tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı onunla bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə əmrin verildiyi gün - 22 fevral 2023-cü il tarixdə tanış edilmiş, Əmək kitabçası ona təqdim edilmişdir. İddiaçı əmrlə tanış olmuş, əmrlə razılaşmadığını bildirmiş, ailə üzvü ilə əlaqə saxlamış və qeyd etmişdir ki, ailə üzvü tərəfindən ona heç bir sənədə imza atmaması və Əmək kitabçasını qəbul etməməsi tapşırılmışdır. Bu səbəbdən də o, əmrlə tanış olması barədə imza atmaqdan və Əmək kitabçasını götürməkdən imtina etmişdir. Bununla bağlı şahidlərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş elektron imza ilə portala xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Əmək kitabçasının iddiaçının ünvanına göndərilməsinə gəldikdə isə bildirir ki, iddiaçının qeydiyyat ünvanı Ağstafa rayonu Həsənsu ərazi dairəsi Həsənsu kəndidir, faktiki yaşadığı ünvan isə Bakı şəhəri Yasamal rayonu X4 Xiyabani küçəsi 192 ünvanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6.2-ci bəndinə əsasən “işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir”, iddiaçının Əmək kitabçasının onun ünvanına göndərilməsi barədə razılığı olmamış və iddiaçı onunla bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razı olmamış və ona məxsus olan Əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Belə olan halda iddiaçının Əmək kitabçasının onun ünvanına göndərilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. İddiaçıya çatacaq son haqq-hesab əmrin verildiyi gün hesablanmış, iddiaçının bank hesabına köçürülməsi üçün banka təqdim edilmiş və 24 fevral 2023-cü il tarixdə iddiaçının hesabına köçürülmə tamamlanmışdır. Məhkəmənin hazırlıq iclası keçirildikdən sonra iddiaçı İnstituta gəlmiş və xx.xx.2023-cü il tarixli akta imza etməklə əmək kitabçasını götürmüşdür. İşçi bildirdi ki, onunla bağlanmış əmək müqaviləsi müddətlidir və müddət bitdikdə işəgötürənin həmin müqaviləyə xitam vermək hüququ vardır. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, qanunvericiliyin tələblərinə əməl etmişdir. Göstərilən hallar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, “Hüquq və X3” publik hüquqi şəxs İdarə Heyətinin sədri X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 33 nömrəli əmək müqaviləsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (1 ay 17 gün müddətinə) “Hüquq və X3” publik hüquqi şəxs Kadr və sənədlərlə iş şöbəsinə, sənədlərin qeydiyyatı üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. “Hüquq və X3” publik hüquqi şəxs İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli 33/K nömrəli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Hüquq və X3” publik hüquqi şəxs Kadr və sənədlərlə iş şöbəsində sənədlərin qeydiyyatı üzrə mütəxəssis vəzifəsinə (müvəqqəti əsas işçinin xəstəlik müddətinə 0,5 ştat vahidi ilə) təyin edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və əmək müqaviləsi olmuşdur. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Hüquq və X3” publik hüquqi şəxs İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli 81/K nömrəli əmri ilə Kadr və sənədlərlə iş şöbəsində sənədlərin qeydiyyatı üzrə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas K.Qəmbərovanın xidməti məktubu olmuşdur. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 16:45:28-də çap edilmişdir. “Hüquq və X3” publik hüquqi şəxsin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli aktdan müəyyən edilir ki, Kadr və sənədlərlə iş şöbəsinin müdiri K.Qəmbərovanın, kadrlar üzrə mütəxəssis Nümayəndə2 və sənədləşmə üzrə mütəxəssis S.Qaramollayevanın iştirakı ilə əmək kitabçası Kadr və sənədlərlə iş şöbəsində sənədlərin qeydiyyatı üzrə mütəxəssisi İddiaçı təqdim edilmişdir. Lakin İddiaçı əmək kitabçasını və işdən çıxarılma barədə əmri almaqdan imtina etmişdir. Bu səbəbdən əmək kitabçası işəgötürəndə qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı əmək kitabçasını işəgötürəndən akt əsasında götürmüşdür. İşin bu hallarını İddiaçı məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Göründüyü kimi, İşəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Hüquq və X3” Publik Hüquqi şəxsinə qarşı ““Hüquq və X3” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 81/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2534/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2534/2023
08.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver