Məhkəmə qərarları › İş №2(004)-2535/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2535/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2535/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.240 manat məbləğində pulun Cavabdeh Məmmədovnadan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məmmədovna iddia tələbini qəbul etmədiyini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(060)-3390/2020 nömrəli qətnaməsindən görünür ki, ilkin iddiaçı X2 cavabdeh İddiaçı qarşı borc pulun qaytarılması tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılaraq, ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 5000 manat məbləğində borc və 6 manat dövlət rüsumunun alınaraq ilikin iddiaçı X3 verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-932/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3390/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasınnda baxılaraq, Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(060)-3390/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan yekun məhkəmə aktı çıxarılmış və qanuni qüvvəsini almış 2(060)-3390/2020 nömrəli mülki iş üzrə qarşılıqlı iddia ərizəsi eynilik təşkil edir. Belə ki, hazırki mülki iş üzrə İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.240 manat məbləğində pulun Cavabdeh Məmmədovnadan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilir ki, hazırkı iddia ərizəsi üzrə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-3390/2020 nömrəli mülki iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X2 vərəsəsi – həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan yekun məhkəmə aktı çıxarılmış və qanuni qüvvəsini almış 2(060)-3390/2020 nömrəli mülki iş üzrə isə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilkin iddiasının təmin edilməməsi, eyni zamanda onun özünün borclu kimi tanınması və X1 16.240 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisənin tərəfləri qismində yəni hazırki iş üzrə Cavabdeh Məmmədovna, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)- 3390/2020 nömrəli mülki iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsində cavabdeh X4 olmasına baxmayaraq, tərəflər arasındakı mübahisə eyni predmet barəsində və eyni əsaslar üzrədir (16.240 manat məbləğində pulun qaytarılması) və həmin tələblə bağlı artıq məhkəmənin qanuni qüvvəyə minmiş, hüquqi qiymət verilmiş qətnaməsi mövcuddur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmə qətnaməsi artıq olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məmmədovnaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar