Məhkəmə qərarları › İş №2(004)-2541/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2541/2024

18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2541/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi AR Daxili İşlər Nazirliyinin maraqlı şəxs qismində cəlb edildiyi əmlakın üzərindən həbsin götürülməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi AR Daxili İşlər Nazirliyinin maraqlı şəxs qismində cəlb edildiyi əmlakın üzərindən həbsin götürülməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli hərrac protokoluna əsasən ona məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha torpaq sahəsinin və Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahələrinin üzərindən həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından göründüyü kimi ərizəçinin əmlakı üzərinə həbs cinayət işi üzrə istintaqı orqanı tərəfindən qoyulmuşdur. Məhkəmə hesab edir ki, ərizəçi hazırki tələblə bağlı ərizə ilə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, ərizəçi həbsin götürülməsini xahiş etdiyindən və həbs istintaq orqanı tərəfindən qoyulduğundan, həmin orqana müraciət etməli, orqanın hərəkət və ya hərəkətsizliyindən isə müvafiq inzibati məhkəməyə və ya məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət ilə müraciət etməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində xüsusi icraat qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə Azərbaycan Respublikasının MPM-nin 153.5ci maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi AR Daxili İşlər Nazirliyinin maraqlı şəxs qismində cəlb edildiyi əmlakın üzərindən həbsin götürülməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair şikayət ərizəsi ilə məhkəmə nəzarəti qaydasında məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında icra məmurunun hərəkətlərindən müvafiq məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi: **********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar