Məhkəmə qərarları › İş №2(004)-2545/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2545/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2545/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 27.09.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçının qızı X7 27.09.2008-ci il tarixdə anadan olmuşdur. Cavabdeh mərhum həyat yoldaşı X8 əvvəlki nikahından olan qızıdır, yəni qızının ögey bacısıdır. Onunla atadan bir, anadan ayrı bacılardırlar. Mərhum əri X11 19.12.2020-ci il tarixdə vəfat etmişdir. X12 yuxarıda qeyd edilən ünvanda, yəni ünvan 1ə doğulduğu vaxtdan da orada pasport qeydiyyatındadır. Həmin ev əvvəlcə mərhum qaynanası X3 məxsus olmuşdur. O, 17.12.2016-cı il tarixdə öz oğlu, yəni həyat yoldaşı olan Əli Quyliyevə etibarnamə vermiş və o da qaynanasının nümayəndəsi kimi onun adına olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 118 saylı yaşadıqları evi digər qızı Cavabdeh aralarında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamış, müqavilə 4Ə reyestrində 217 sıra nömrəsi ilə qeydə alınmışdır. Həmin müqavilədə qaynanasının əvəzinə Bakı şəhəri 5 saylı notariat kontorunun 16.12.2016-cı il tarixli, 15445 reyestr nömrəli etibarnaməsi əsasında nümayəndəsi kimi X11 imza etmişdir. Həmçinin qeydiyyatda olan şəxs kimi razılıq ərizəsini imzalamışdır. Müqavilə tərtib edilərkən X12 27.09.2008-ci il təvəllüdlü olduğumdan,yəni yetkinlik yaşına çatmadığı üçün yaşayış evinin bağışlanmasına onun razılığı tələb olunmamışdır. Lakin bu məsələ həll olunarkən qızının qanuni nümayəndəsi kimi onun fikri öyrənilməmişdir. Belə olduğu təqdirdə qızına qarşı ayrıseçkilik edilmiş, onun da iddia edə biləcəyi qanuni əmlak hüququ digər qızının xeyrinə pozulmuşdur. İndi isə Cavabdeh Yasamal rayon məhkməsində X5 həmin "mənzilə yaşayış hüququnun itirilməsi" tələbinə dair iddia qaldırmışdır. Lakin məhkəmə onu iddiasını baxılmamış saxlamışdır. Qızı onun himayəsində yaşasa da faktiki olaraq doğulduğu və atası ölənə qədər yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında pasport qeydiyyatındadır. Həmin mənzildən onun da istifadə etmək hüququ vardır və o, onun bu hüququnun tanınmasını və bacısının etirazına baxmayaraq həmin mənzilə köçürülməyini, üç otaqlı mənzilin otaqlarından birinin onun istifadəsinə verilməsini zəruri hesab edir. Belə ki, Cavabdeh qızı Nəzrini həmin mənzildə yaşamağa qoymur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, vəkilinin veridiyi izahatı təsdiq edir. İddianın təmi olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, mübahisə predmeti olan ev hazırda iki otaqdır. Bir otaqda anası ilə qardaşı, digər otaqlarda isə üç bacı qalırlar. Bir otaq isə mətbəxdir. Həmin ev atasının deyil, nənəsinin adına olmuş, ona da nənəsindən qalmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 118 saylı ev paylı mülkiyyət hüququ üzrə B tikilisi X1, A tikilisi isə Cavabdeh mülkiyyətindədir və bu barədə 29.12.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhər 5 saylı notariat ofisinin 09.03.2021-ci il tarixli, 281 nömrəli məktubuna əsasən X6 ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi tərtib edilərkən qeydiyyatda olan 27.09.2008-ci il təvəllüdlü azyaşlı X7 yetkinlik yaşına çatmadığına görə onun adından razılıq ərizəsi tərtib edilməmişdir. İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Biliyi 61 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli, 61 nömrəli arayışa əsasən X7 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 118 saylı evdə qeydiyyatdadır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisə predmeti olan evin mülkiyyətçisi hazırda Cavabdehdır. 27.09.2008-ci il təvəllüdlü X7 həmin evə sadəcə pasport qeydiyyatına alınmışdır. X7 evə ev X2 mülkiyyətində olan vaxt pasport qeydiyyatına alınmışdır. X6 sağlığında evi nəvəsi Cavabdeh bağışlamışdır. Məhkəmə hesab edir ki, 27.09.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov küçəsi, 118 saylı evə istifadə hüququnun tanınması və onun evə köçürülməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı 27.09.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 27.09.2008-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar