Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-255/2025 20.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Bakı şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxslər qismində cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X7 doğum tarixinin xx.xx.2015-ci il, doğum yerinin Bakı şəhəri, ata və ananın naməlum göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Maraqlı şəxs2, Maraqlı şəxs3 aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxslər qismində cəlb edilmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində Maraqlı şəxs2 Uşaq Sığınacağında (bundan sonra - Sığınacaq) məskunlaşmış X8 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı adıçəkilən uşağın xx.xx.2023-cü il tarixində Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yeraltı piyada keçidində dilənçiliklə məşğul olduğundan Bakı Metropoliteninin polis əməkdaşı tərəfindən akt əsasında Ə.Qarayev adına 2 saylı X11 təhvil verildiyi (aktın surəti əlavə olunur), tibbi müayinələrdən keçirildikdən sonra xx.xx.2023-cü il tarixində akt əsasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacağı - Reinteqrasiya Mərkəzinə yerləşdirildiyi, uşağın tapılarkən ata adının Əsmər olduğunu qeyd etsə də, sonradan atasının Kolya adlı şəxs olduğunu, özünün isə doğum tarixi haqqında sadəcə 2015-ci il təvəllüd olduğunu bildirdiyi, anasının kimliyi haqqında məlumat verə bilmədiyi, xx.xx.2023-cü il tarixində isə akt əsasında Sığınacağa yerdəyişməsinin həyata keçirildiyi müəyyən edilmişdir. Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü tarixli 3-17/2-7184/2024 nömrəli məktubla Maraqlı şəxs1nə müraciət olunmuşdur. Maraqlı şəxs1 Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-17-786/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün təhsildən yayındığı nəzərə alınaraq uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, ərizəni müdafiə edir. X13 hal-hazırda Maraqlı şəxs2 Uşaq Sığınacağında məskunlaşmışdır. Onun heç bir sənədi olmadığından onun təhsilə cəlb edilməsi qeyri-mümkündür. Uşağın ata və anasının kimliyi barədə heç bir məlumat yoxdur və o, müəssisədə olduğu müddət ərzində heç kim tərəfindən ziyarət edilməmişdir. Uşaq özünün 2015-ci il təvəllüdlü olduğunu bildirmiş və bu, ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Uşaq əvvəlcə ata adının Əsmər, daha sonra Kolya olduğunu bildirmişdir. Soyadının Miçeçenko oluğunu da uşaq özü bildirmişdir. Valideyn himayəsindən məhrum olunmuş uşaqlarla bağlı alt sistemə də uşağın adı, soyadı, ata adı bu şəkildə qeyd edilmişdir. Doğum haqqında akt qeydində soyad, ata adı, valideynlər qrafalarının boş saxlanılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Metro Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yeraltı piyada keçidində dilənçiliklə məşğul olduğu müəyyən edilmiş azyaşlı deməsinə görə 2015-ci il təvəllüdlü X14 2 saylı Qarayev adına uşaq xəstəxanasına təhvil verilmişdir. İş materiallarında olan Aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il saat 02:06 radələrində metro polisinin aktı əsasında xəstəxanaya daxil olmuş xx.xx.2015-ci il təvəllüdlü X14 tibbi müayinədən keçirilmişdir. Hazırda praktiki sağlam kimi dəyərləndirilir. Sosial Xidmətlər Agentliyinin əməkdaşları aparıcı mütəxəssis Cəbrayılbəyli Arzu və mütəxəssis Hüseynli Zeynəb xəstənin psixi vəziyyətini dəyərləndirmiş və onu sığınacağa yerləşdirmək üçün götürdüklərini bildirmişlər. Uşaq adları çəkilən işçilərə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Uşaqları İctimai Birliyinin uşaq sığınacağı - Reinteqrasiya Mərkəzinə uşaq qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli Aktından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X14 uşaq sığınacağı - Reinteqrasiya Mərkəzinə təhvil verilmiş və qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs1nə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-7184/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində Maraqlı şəxs2 Uşaq Sığınacağında (bundan sonra - Sığınacaq) məskunlaşmış Quluzadə Lalə (ata adı məlum deyildir) və Mustafayev -Hüseynin (ata adı məlum deyildir), “Təmiz Dünya” X12 Birliyində məskunlaşmış X5, Maraqlı şəxs2 Uşaq Sığınacağında məskunlaşmış X8, X2 X10, Babayeva Xədicənin (ata adı məlum deyildir), “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasında məskunlaşmış Abdulkərimov Muradın (ata adı məlum deyildir) və Gəncə şəhər Uşaq Evində məskunlaşmış X6 doğum haqqında şəhadətnamələrinin olmadığı müəyyən edilmişdir. Adıçəkilən uşaqlarla bağlı doğumun qeydə alınması üçün dəstəyin göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-17-786/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materialalrında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 520 nömrəli ekspert rəyinə əsasən X1 yaşı 8,0-9,0 ilə uyğundur və doğum tarixinin xx.xx.2015-ci ili inkar etmir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və iş materiallarından müəyyən edilir ki, Yasamal rayon qediyyat şöbəsi tərəfindən doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Uşağın doğum aktı valideynləri tərəfindən müvafiq orqana müraciət edərək qeydə alınmadığına görə, ərizəçi uşağın doğulması haqqında hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Belə ki, uşağın valideynlərinin atasının və anasının kim olduğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 Uşaq Sığınacağında məskunlaşmış Əlinin xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmasına, atasının və anasının naməlum olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Doğum akt qeydində soyadı, atasının adı, valideynləri (ana və ata) qrafaları boş saxlanılmalıdır. xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Əliyə doğum haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 Uşaq Sığınacağında məskunlaşmış Əlinin xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmasına, atasının və anasının naməlum olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Doğum akt qeydində soyadı, atasının adı, valideynləri (ana və ata) qrafaları boş saxlanılsın. xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Əliyə doğum haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-255/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-255/2025
20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver