Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2569/2023 01.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbi, qarşılıqlı iddia iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbi, qarşılıqlı iddia iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilkin ödəniş 1300 (min üç yüz) manat olmaqla 28 ay müddətinə ayda 550 (beş yüz əlli) manat ödəmək şərtilə 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Sonra aralarında narazılıq yaranmış və avtomobili geri qaytarmaq istəyir.Bu səbəbdən, ödədiyi ümumilikdə 5000 (beş min) manat və avtomobilə xərc olaraq çəkdiyi 1315 manat olmaqla 6315 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsi deyil, icarə müqaviləsi bağlanmışdır. Lakin, icarəçi İddiaçı müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən, ödənilməmiş 3300 manat icarə haqqı və digər xərclər olmaqla ümumilikdə 4917 manat pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh arasında müqavilə münasibətləri yaranmışdır. İddiaçı Cavabdeh ilkin olaraq 1000 manat olmaqla 6 ay ərzində 550 (beş yüz əlli), 7-ci ay isə 400 (dörd yüz) manat ödəməsi mülki işin mübahisəsiz halıdır (bu barədə qarşılıqlı iddia ərizəsinin 9-cu abzasında və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə hazırlıq iclasında verdiyi izahat xarakterli məlumatlar mövcuddur). Deməli, İddiaçı Cavabdeh ümumilikdə 4700 (dörd min yeddi yüz) manat ödəməsi mülki işin mübahisəsiz halıdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəmə baxış iclasında (iclasın audio-video yazısı tam aparılmışdır) yuxarıda qeyd olunan xüsusatları təsdiq etməklə, tərəflər arasında mövcud olmuş münasibətin icarə deyil, alqı-satqı münasibəti olmasını, tərəflər arasında avtomobilin hissə-hissə nisyə qaydada satılmasına dair hüquq münasibətlərinin mövcud olmuş olmasını bildirmişdir. Bu xüsusat da mülki işin mübahisəsiz halıdır. Mülki işin mübahisəli halı tərəflər arasında münasibətlərin mahiyyəti (alqı-satqı yoxsa icarə) və tələb olunan ümumi məbləğlərlə bağlıdır. Məhkəmə hesab edir ki, sözügedən avtomobilin ağlabatan bazar dəyəri nəzərə alınmaqla işin mübahisəsiz halı üzrə 1000 manat ilkin ödəniş olmaqla 28 ay ərzində hər ay 550 manat olmaqla (ümumilikdə 1000+15400=16400 manat) icarə münasibətlərinin yaranması əsaslı və məntiqli hesab edilmir. İlkin iddia üzrə iddiaçı tərəfindən tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasına dair əsaslı sübut təqdim edilməsə də, məhkəmə ədalət naminə minimal məntiq, davranış qaydalarını əsas götürməklə hesab edir ki, 1996-cı il buraxılışlı avtomobilin dəyərindən 2-3 dəfə baha qiymətə məhz icarəyə götürülməsi və icarə müddəti bitdikdən sonra icarəyə verənə geri qaytarılması ağlabatan hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə müstəqil qaydada ağlabatanlıq prinsipini və daxili inamını əsas götürməklə hesab edir ki, tərəflər arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mövcud olmuş münasibət icarə deyil, məhz alqı-satqı münasibətləridir. Münasibətin alqı-satqı münasibəti olması qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən tam qəbul edilmişdir. Azərbaycan Respublikası MM-in 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə alqı-satqı müqaviləsinin notarial qaydada bağlanılması məcburi hesab edilsə də, bu qaydaya əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, “formal həqiqət” prinsipinin rəhbər tutulması nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki işin mübahisəsiz halları istisna olmaqla, ilkin və qarşılıqlı iddia tələbləri üzrə tərəflərin qeyd etdiyi xüsusatlar, tələblər sübuta yetirilməmiş, bu barədə mötəbər sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, tərəflərin mülahizəsi xarakteri daşımışdır. Bu səbəbdən, məhkəmə mübahisəni mülki işin mübahisəsiz hallarından yola çıxmaqla tənzimləmək niyyətindədir. Məhkəmə hesab edir ki, başqa qaydada mübahisə üzrə qanuni, ədalətli və əsaslı qərar qəbul etmək mümkün deyildir. Tərəflər arasında şifahi nisyə (MM-in 600.4-cü maddəsi) alqı-satqı müqaviləsinin predmeti olmuş 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi yuxarıda qeyd olunan maddi hüquq normalarının (MM-in 650 və 144.1-ci maddəsi) imperativ tələblərinə uyğun olmadığından etibarsız hesab edilməli və MM-in 337.5-ci maddəsinin tələblərinə əsasən etibarsız alqı-satqı müqaviləsi üzrə ilkin faktiki və hüquqi vəziyyət bərpa edilməlidir. Araşdırma nəticəsində müəyyən edilir ki, 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda Cavabdeh sahibliyindədir. Məhkəmə qeyd edir ki, etibarnamə müqavilə olmamaqla (əvəz etməməklə) əmlaka dair sadəcə təmsilçiliyi (istifadə və ya sərəncam) müəyyən edən hüquqi aktdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi mövqe nəzərə alınmaqla, qarşılıqlı iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, hesab edir ki, İddiaçı Cavabdeh arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, mülki işin mübahisəsiz halları əsas götürülməklə ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia iddiaçı ilkin iddia üzrə Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia iddiaçı ilkin iddia üzrə Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2569/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2569/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver