Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-257/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə2 İddiaçıSC-nin cavabdehlər Cavabdeh və X5 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh və X8 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə SU/78926/57/15 saylı, 21.12.2016-cı il tarixli Kredit müqaviləsi üzrə 3285,6 manat əsas borcun, cəmi 3285,6 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X8 məxsus olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarızirzəmisindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X9 05.05.2020-ci il tarixdə vəfat etmişdir. Lakin ipoteka qoyanın ölümündən 1 il 6 aydan artıq vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi alınmamışdır. Bununla belə iş üzrə Cavabdeh ipoteka qoyan mərhum X6 oğlu olduğunu məhkəmədə bildirmişdir. Cavabdeh bildirir ki, ipoteka predmeti olan həmin daşınmaz əmlak Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Həmin şəxs mirası faktiki qəbul etməklə onu sahiblənmişdir. Hesab edirlər ki, vərəsəyə qarşı tələb irəli sürülməklə işin icraatı davam etdirilməli və kreditor bankın hüquqları təmin edilməlidir. Vərəsəlik şəhadətnaməsi almaq üçün qanunda müəyyən edilmiş 6 aylıq vaxt bitdiyindən və ümumiyyətlə şəhadətnamənin nə vaxtsa alınacağı məlum olmadığından, hazırkı mərhələdə hansısa qeyri-müəyyən səbəbə görə və qeyri-müəyyən müddətə işin icraatını dayandırmaq əsaslı sayıla bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-nin xeyrinə SU/78926/57/15 saylı, 21.12.2016-cı il tarixli Kredit müqaviləsi üzrə 3285.6 manat əsas borcun, cəmi 3285.6 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmin tutmanın ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X8 məxsus olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarızirzəmisindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X9 05.05.2020-ci il tarixdə vəfat etmişdir. Lakin ipoteka qoyanın ölümündən 1 il 6 aydan artıq vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi alınmamışdır. Bununla belə iş üzrə Cavabdeh ipoteka qoyan mərhum X6 oğlu olduğunu məhkəmədə bildirmişdir. Cavabdeh bildirir ki, ipoteka predmeti olan həmin daşınmaz əmlak Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Həmin şəxs mirası faktiki qəbul etməklə onu sahiblənmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mərhum X8 məxsus daşınmaz əmlaka atası X3 və istifadə edir. Bu səbəbdən hesab edirlər ki, X2 daşınmaz əmlaka faktiki sahiblik etdiyindən mirası qəbul etmiş sayılır. Belə olan halda X4 öhdəliyi yaranmış olur ki, bu da o deməkdir ki, tələb həmin daşınmaz əmlaka yönəldilməli və açıq hərrac vasitəsilə satılmaqla öhdəlik icra edilməlidir. Şərh olunanlara əsaəsn hesab edirlər ki, vərəsəyə qarşı tələb irəli sürülməklə işin icraatı davam etdirilməli və kreditor bankın hüquqları təmin edilməlidir. Vərəsəlik şəhadətnaməsi almaq üçün qanunda müəyyən edilmiş 6 aylıq vaxt bitdiyindən və ümumiyyətlə şəhadətnamənin nə vaxtsa alınacağı məlum olmadığından, hazırkı mərhələdə hansısa qeyri-müəyyən səbəbə görə və qeyri-müəyyən müddətdə işin icraatını dayandırmaq əsaslı sayıla bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-nin xeyrinə SU/78926/57/15 saylı, 21.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3285.6 manat əsas borcun, cəmi 3285.6 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmin tutmanın ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X8 məxsus olmuş, hazırda X4 faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə mülahizələrini təqdim edərək bildirmişdir ki, bankla onun arasında bir neçə kredit müqavilələri olmuşdur. Belə ki, bu müqavilədən öncə bankla onun arasında 24 iyun 2015-ci il tarixdə 30 000 ABŞ dolların cavabdehə 36 ay müddətinə MK/88848/51/1 №-li kreditin verilməsinə dair saziş bağlanmışdır. Bu sazişlə müəyyən olunmuş kredit borcunun bir hissəsi bağlanaraq, onun banka qalıq əsas borcu 18 840.87 ABŞ dolları, faiz borcu isə 5 020.62 ABŞ dolları, cəmi 23 861.49 ABŞ dolları qalmışdır. Bu borca görə o banka dəvət olunaraq 23 861.49 ABŞ dolları məbələğində olan borcunu həmin günə olan məzənnə ilə (1.70 manat dəyəri ilə) bağlamaq üçün onunla yeni, manatla kredit müqaviləsinin bağlanması təklif olundu. Bu səbəbdən onunla 49980.44 manat kreditin verilməsi barədə SU7892657/15 saylı 21.12.2016-cı il tarixli kredit müqaviləsi bağlanıldı və həmin məbləğdə pul ona verilmədən 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları həmin günə olan məzənnə manatla 40 564. 53 qəpik təşkil edən borcun bağlanmasına yönəldilmişdir. Lakin yerdə qalan pulun fərqi 9 415.47 manat (49 980-40 564.53) ona qaytarılmamış, bu pul ona verilməmişdir. Buna baxmayaraq onun tərəfindən müntəzəm şəkildə SU7892657/15 saylı 21.12.2016-cı il tarixli kredit müqaviləsinə əsasən tərtib olunmuş borc cədvəlinə əsasən aylıq ödənişlər edilmişdir. Lakin hazırda iddiaçı “Bank of Baku“ ona qarşı 3285.6 manatı tələb edir ki bu da əsassız varlanma kimi qiymətləndirilməlidir. Bankla bağladığı SU7892657/15 saylı 21.12.2016-ci il tarixli kredit müqaviləsinin məqsədi nə olduğu işdə olan hallara görə açıq-aydın müəyyən olur. Bu krediti bağlamaqda başlıca məqsəd 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları borcu olmuşdiur. Həmin borc 21.12.2016-ci ilə olan manat məzənnəsi ilə 40564.53 manat təşkil edirdi. SU7892657/15 saylı 21.12.2016-ci il tarixli kredit müqaviləsinə əsasən həmin kredit hesabına 49 980 manat ödənilmişdir. Yəni qeyd olunan borca görə 9 415.47 manat pul ödənilmişdir ki, bu puldan o yox, bankın özü faydalanmışdır. Buna baxmayaraq bank tərəfindən 6129.87 manatın (9415,47-3285,6=3285.6) artıq ödənişin edilməsinə baxmayaraq ondan yenə də 3285.6 manatın ödənilməsini tələb edir. Göründüyü kimi məqsəd 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə SU7892657/15 saylı 21.12.2016-ci il tarixli kredit müqaviləsinə əsasan verilməli olan 49980 manatın tam olaraq həmin hesaba ödənilməsi iddiaçının məhkəməyə təqdim etdiyi 22 dekabr 2016-cı il tarixli YSM-SU-78926570/13-ÖT№-li ödəniş tapırığı ilə öz əksini tapmışdır. Ödəniş tapşırığından da müəyyən olunur ki, SU7892657/15 saylı 21.12.2016ci il tarixli kredit müqaviləsinə əsasan verilməli olan 49 980 manat tam olaraq 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə hesab AZ67JBBK03811001MK888481151C №-li hesaba köçürülmüşdür. Buna görə də bankın ondan tələb etdiyi 3285.6 manat əsassız varlanma kimi qiymətləndirilməli İddiaçı QSC-nin iddiası təmin olunmamalıdır. SU7892657/15 saylı 21.12.2016-ci il tarixli Kredit müqaviləsi üzrə 3285.6 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq banka verilməsi barədə iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 25.11.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddaiçının nümayəndəsi Nümayəndə2 cavabdehlərdən X6 vəfat etməsi səbəbindən mülki iş üzrə onu cavabdeh qismindən çıxartdıqlarını bildirmişdir. 09.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X9 05.05.2020-ci il tarixdə vəfat etmişdir. Lakin ipoteka qoyanın ölümündən 1 il 6 aydan çox vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi alınmamışdır. Sözügedən daşınmaz əmlak digər vərəsələrin faktiki sahibliyi və istifadəsindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh X7 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmiş, lakin Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh əvvəlcə qeyri-yaşayış sahəsinin onun faktiki sahibliyində və istifadəsində, daha sonra atası X4 faktiki sahibliyində və istifadəsində olduğunu, daha sonra isə daşınmaz əmlaka faktiki olaraq kimin sahiblik etdiyini bilmədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, onun banka heç bir borcu yoxdur. Sonrakı kredit müqaviləsi bağlanılarkən o, heç bir pul almamışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21.12.2016cı il tarixli kredit sazişinə əsasən müəyyən olunur ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün, 43 ay müddətinə, illik 4,43 % olmaqla 49880,44 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 43 ay müddətinə, sonuncu ay 22.07.2020-ci ilə tarixdə 1160,44 manat olmaqla, hər ay 1160 manat, cəmi 49880,44 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.12.2016-cı il tarixli ödəniş tapşırığına əsasən cavabdeh 49880,44 manat məbləğində pulu bankdan almışdır. İş materiallarında olan ipoteka qoyan X9 ilə ipoteka saxlayan Bank of Baku ASC arasında bağlanmış 21.12.2016-cı il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ipoteka qoyan öz mülkiyyətində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsini kredit alanın bank qarşısında olan kredit alanın bankla bağladığı 21 dekabr 2016-cı il tarixli SU/7896/57/15 saylı kredit müqaviləsi üzrə Bank qarşısında olan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 100.000 manat təşkil etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH0217500 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisində 64,3 kvm ümumi, 55,9 kv m əsas, 8,4 kv m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5768 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 148/ qeyri yaşayış sahəsi Bak of Baku ASC-nin Azneft filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 05.08.2021-ci il tarixli Bank of Baku-nun ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizəyə əsasən müəyyən olunur ki, Bank of Baku İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alnıması üçün müraciət etmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bank of Baku ASC-yə ünvanladığı məktuba əsasən müəyyən olunur ki, ünvan 3 ünvanındada yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 29.07.2021-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişə əsasən müəyyən olunur ki, ipoteka qoyan X8 və Cavabdeh xəbərdasrlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi edilməli və Cavabdeh SU/78926/57/15 saylı, 21.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3285,6 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğinə pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin mülahizələri ilə bağlı qeyd edir ki, cavabdeh kredit borcunun artıq ödənildiyini, bankın əsassız varlandığını bildirsə də, iş materialları ilə cavabdehin kredit müqaviləsi bağlanarkən banka artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət etməsi, həmçinin mülahizədə qeyd edilən halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsinə əlavədə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyriyaşayış sahəsinin mülkiyyətçisi X6 05.05.2020-ci il tarixdə vəfat etməsini, ipoteka qoyanın ölümündən 1 il 6 aydan artıq vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsinin alınmadığını, lakin X1 əmlaka faktiki sahiblik etdiyindən mirasın qəbul edilmiş sayıldığını, belə olan halda X4 öhdəliyinın yaranmış olduğunu, tələbin həmin daşınmaz əmlaka yönəldilməli və açıq hərrac vasitəsilə satılmaqla öhdəlik icra edilməli olduğunu qeyd etsə də, miras əmlakın X7 və Cavabdeh tərəfindən faktik qəbul edilməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Miras əmlakla bağlı vərəsələr müəyyən edilmədiyindən və bununla bağlı tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildiriş müəyyən edilmiş vərəsələrə göndərilmədiyindən iddia tələbi həmin hissədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli 2(004)-257/2022 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh SU/78926/57/15 saylı, 21.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3285,6 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğinə pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-257/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-257/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver