Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2574/2023 05.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 işdən azad olunmağı ilə bağlı son haqqhesabından gecikdirilmiş 1897 manat istifadə edilməmiş məzuniyyət məbləğinə görə, xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək gecikdirilən məbləğ 2429 manat olmaqla gecikdirilmiş 94 iş günü üçün 2283,26 manat, xx.xx.2022-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək gecikdirilən əsas məbləğ 2204 manat olmaqla, 69 iş günü üçün 1520,76 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilən əsas məbləğ 307 manat olmaqla 32 gecikdirilən iş günü üçün 98,24 manat məbləğlərdə gecikdirməyə görə ümumi 3902,26 manat kompensasiyanın və əmək kitabçasının ona qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) işə düzələ bilmədiyi bütün müddət üçün 10133,33 manat məbləğdə orta əmək haqqının, ümumilikdə 14035,59 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə X5 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına baş mühasib vəzifəsinə təyin edilmişdir (xx.xx.2021-ci il tarixdə Struktur dəyişikliyinə əsasən filialın adı 21 saylı Ərazi Məşğulluq filialı olaraq dəyişdirilib). xx.xx.2022-ci tarixdə köçürülmə yolu ilə X1 filialının Goranboy rayon xidmət şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixdən işdən azad edilməyinə baxmayaraq dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X7 etdiyi müraciətlərdən sonra yalnız istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi xx.xx.2023-cü il tarixdə ödənilmiş, əmək kitabçası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 12 yanvar 2023-cü il tarixli 3-17-2/2-H-l603/2023 nömrəli məktubu ilə 17 yanvar 2023cü il tarixdə poçt vasitəsilə ona təqdim edilmişdir. Lakin işdən azad olan işçi ilə son haqqhesab və edilən ödənişlər, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xəstəlik vərəqəsi təqdim edilibdir) xəstə olduğu müddət üçün müvəqqəti əmək qabiliyətini itirməyə görə müavinat xx.xx.2023-cü il tarixdə ona ödənilmişdir. Daha sonra cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 nümayəndəsi İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı “əmək haqqı” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək iddiaçının onlara qarşı “son haqq-hesab ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulmasına və işçinin əmək kitabşasının müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməsinə dair” iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə X5 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına baş mühasib təyin olunmuşdur. Struktur dəyişikliyi olmuş, X9 publik-hüquqi şəxsi yarandığına görə dövlət qulluğu statusu götürülmüş və regional idarələr yaranmışdır. xx.xx.2022-ci ilə qədər həmin vəzifədə çalışmışdır. Yenidən aparılan struktur dəyişikliyi ilə əlaqədar yerlərdə mühasibatlıq ləğv olunmuş, mühasibatlıq mərkəzləşməsi ilə əlaqədar regionların sayı artmışdır. X1 filialının tərkibində Goranboy Rayon Xidmət Şöbəsində böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci ilədək orada işləmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə, saat 4-ün yarısına qədər işdə olmuşdur. Həmin vaxt X15 Sistemində elektron imza ilə sənədləri imzaladığı zaman şöbə müdiri ona işini dayandırmalı olduğunu, dünəndən artıq işdən azad olduğunu demişdir. Onun sadəcə elektron imzası olub, o da onun şəxsi mülkiyyətidir, heç kimə həvalə edə bilməzdi. Çünki əvvəl onu regionun müdiri Emil Bədəlovun göstərişi ilə ona təyin olunmuş köməkçiyə vermiş və X15 Sistemində sənədləri imzalayarkən texniki səhvlərə yol verdiyi üçün ondan izahat alınmışdır. Üzərində başqa heç bir material olmayıb. Hətta Goranboy rayonunda kirayədə qalmışdır. Kirayə haqqını əvvəlcədən ödədiyinə görə 2 həftə də rayonda qalmışdır. xx.xx.2022-ci ildə işdən azad olunmağına baxmayaraq, əmək qanunvericiliyinə əsasən ən gec həmin işin sonunadək son haqq-hesablar verməli olduğu halda dəfələrlə şifahi və yazılı müraciətindən sonra ona xx.xx.2023-cü il tarixdə ödənilib. Hətta ona 3 günlük əmək qabiliyyətini itirməyinə görə xəstəlik vərəqəsinin pulu mart ayından bəri ödənilməyib, cavab verilir ki, araşdırılır. Eyni zamanda işəgötürənin əmək qanunvericiliyinin tələblərinə kobudcasına pozması səbəbilə işə girə bilməmiş, əmək kitabçası ona vaxtında təqdim olunmayıb. Əmək kitabçası ona xx.xx.2023-cü il tarixdə təqdim olunub. Hazırda işdən azad olunmağı ilə bağlı gecikdirilmiş son haqq-hesabına hər gecikdirilmiş iş günü üçün azı bir faiz məbləğində əlavə ödənişin, 3 təqvim günü xəstə olduğu müddət üçün müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinətin, əmək kitabçasının ona qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının cavabehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Baş mühasib olduğu dövrdə əmək funksiyaları mühasibatlıq aparatına rəhbərlik etmək, ilkin uçot sənədləri, bank hesabatları təqdim etmək, vergi hesabatları təqdim etməkdən ibarət olmuşdur. Həmin dövrdə filialın büdcəsi var idi. 400 manat bayram gününə görə verilən mükafatdır. O bütün işçilərə verilir, onun son haqq-hesabına, əmək haqqına aid olan məsələ deyil. 3 təqvim günü xəstə olduğu müddət üçün müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət ödənilməyib. Cavabdehin nümayəndəsi onun sənədləri təhvil vermədiyini bildirir. Lakin o, işdən bixəbərdir. Həmin ərəfədə baş mühasib kimi uzun müddət müalicədə olmuşdur. Buna görə də yerdə rəhbərlik əmr imzalayıb ki, baş mühasib uzun müddət müalicədə olduğu üçün baş mühasibin vəzifəsi o işə çıxanadək Sənədlər və Müraciətlərlə İş şöbəsinin müdiri Nümayəndə1 tapşırılsın. Sənədləri ona təhvil vermişdir, o da mərkəzi mühasibatlığa təhvil verib. Əgər o sənədləri vaxtında təhvil verməmişdisə, hansı tədbirlər görüldü. Sənədlər təhvil verilmişdi. Məzuniyyətdən qayıtmamış xəstələnmiş və 6 ay müalicədə olmuşdur. Nümayəndə1 tərəfindən də bütün sənədlər mərkəzi mühasibatlığa təhvil verilib. Digər hissədə qarşı tərəf deyir ki, gecikdirilməyə görə 1% əlavə yalnız əmək haqqına münasibətdə tətbiq olunur, məzuniyyətlər bura aid deyil. Əmək Məcəlləsinə görə 1% əlavə son haqq-hesaba da aid edilir, ən azı işin sonuna qədər ödənilməlidir. Bunun üçün də heç bir müraciət tələb olunmur. Bununla əlaqədar 21 saylı Ərazi Məşğulluq Mərkəzinə mərkəzi mühasibatlığa zəng etmişdir. Ona 1 gün sonra bildiriblər ki, Emil Bədəlov deyir ki, gəlsin ərizə versin, sonra baxaq. O isə cavabında demişdir ki, onun sonuncu haqq-hesabını almağı üçün ərizə verməyinə ehtiyac yoxdur, bu onun birbaşa vəzifə borcudur. Dəfələrlə şifahi müraciət etmişdir. İşdən çıxan ərəfədə uzun müddətli müalicədə olmuşdur. İdarənin yerdə rəhbəri var. Onu çağırmış, o isə bildirmişdir ki, hələ müalicədədir, işə çıxa bilmir. Bildirilmişdir ki, onda işləri Nümayəndə1 həvalə etsinlər. Belə də etmişlər. Sənədləri ona vermişdir. İşə çıxanadək işlərin Nümayəndə1 həvalə olunması ilə bağlı əmr də var. Nümayəndə1 də bütün sənədləri mərkəzi mühasibatlığa təhvil vermişdir. Struktur dəyişikliyi ediləndə yerlərdə möhür yığılmışdı. O öz üzərinə düşəni yerinə yetirmişdir, DSMF bildirdi ki, möhür olmalıdır. Daha sonra mərkəzi mühasibatlıqla danışmış, bildirmişlər ki, göndər, onlar ödəyərlər. Əmək kitabçası ilə bağlı Rəna Şərifovaya zəng edib bildirmişdir ki, əmək kitabçasını poçtla göndərsinlər. Sonradan bildirilib ki, əlaqə nömrəsini bilmədiklərinə görə göndərə bilməmişlər. İşləyən dövrdə hər gün ona zəng olunurdu və məlumatlar alınırdı. Onun şəxsi işində də nömrəsi var. Şifahi formada dəfələrlə müraciət etmiş və bildirmişdir ki, gələ bilmir, əmək kitabçasını ona poçtla göndərsinlər. Sonradan rəsmi müraciət edəndən sonra göndərilib. Əgər cavabdeh tərəf iddia ərizəsində qeyd etdiyi 3 gün xəstəliyinə görə müavinətlərin etdiklərini qeyd edib bu barədə sübutlar təqdim edirsə o iddianın bu hissədə təmin edilmiş hesab edir və bu barədə dəqiqləşməni məhkəməyə təqdim etmişdir. Lakin bu ödənişlər gec, yəni aprel ayında ödənildiyinə görə o hər gecikdirilmiş gün üçün faiz tələb edir. Bundan başqa iddia tələbinin 3-cü hissəsində qeyd edilən tələblə bağlı onu deyə bilər ki, cavabdeh tərəfindən ona işdən çıxdığı gün bütün haqq hesablarla yanaşı əmək kitabçası da təqdim edilməli idi. Birinci dəfə şifahi şəkildə əmək kitabçasını tələb etmişdir. Daha sonra isə 19 dekabr tarixində rəsmi olaraq müraciət etmişdir. Cavabdeh tərəf poçt vasitəsilə rəsmi qaydada cavablandırmalı olduğu halda bunu etməyib. İşə qəbul olduğu vaxtda əmək kitabçası olmadığına görə həmin işi itirmişdir. Bununla bağlı sübutları da var. Həm də cavabdeh qurumda uzun müddət dövlət qulluğunda da işləmişdir. Hətta bununla bağlı ayrıca məhkəmə işində də onun xeyrinə qərar çıxarılıb. Çünki orada uzun müddət ehtiyatda saxlanılmışdır. Buna görə də əmək kitabçasının verilmədiyi vaxtdan əmək haqqını da tələb edir. Şifahi qaydada müraciət etdikdən sonra ona gözləməyini və əmək kitabçasının veriləcəyi deyilsə də verilmədi. Bundan sonra rəsmi qaydada müraciət etmişdir. 11 iyulda, yəni cavabdeh qurumdakı işdən çıxdıqdan 4 gün sonra başqa bir iş yeri üçün müraciət etmişdir. Yeni iş yeri üçün müraciət etmişdir. Onun şəxsi işinə, tərcümeyi halına baxandan sonra ondan əmək kitabçasını şifahi formada istəmişlər. Lakin əmək kitabçasını təqdim edə bilmədiyinə görə o işə qəbul ola bilməmişdir. Komissiya cavabdehin nümayəndəsinin bildirdiyi formada fəaliyyət göstərmir. Komissiya müvafiq əmrlə konkret vaxt ərzində bütün ödənişləri etməlidir. Lakin bu əmri hal-hazırda təqdim edə bilmir. Həmin əmri yalnız müvafiq sorğu ilə əldə etmək mümkündür. Təhvil-təslimlə bağlı onu deyə bilər ki, əgər təhvil-təslimi vaxtında etməsə idi, ən azından cavabdeh qurum onun barəsində müvafiq tənbeh tədbirləri görə bilərdi. Hansı ki, bu olmayıb. Oradan çıxanda yalnız elektron imzanı özü ilə götürmüşdür ki, o da onun şəxsi mülkiyyəti olduğuna görə olub. Ümumi gecikdirilmiş məbləğin 1 faizini tələb edir. Bu məbləğlərdən 300 manatı monitorinqə görədir. Hansı ki, ona verilmiş səlahiyyət çərçivəsində monitorinq həyata keçirir və buna görə də əlavə haqq alır. Son haqq-hesaba görə 1897 manat ödənilməlidir. Bu onların özünün tutulmalar olmadan ödədiyi məbləğdir. Burada hesablanan məbləğdən söhbət gedir. 1897 manat məbləğin üzərində hesablama gedir. Çıxılmalardan sonra ona 1498 manat məbləğ verilməli idi. Ona hesablanmış məbləğ 1897 manatdır. Məhkəmədə də hesablanmış məbləğ əsas götürülür. Qanunvericiliyə uyğun olaraq gecikmiş məbləğ hesablanılmış məbləğə uyğun olaraq ödənilir. Onların ona ödəməli olduqları məbləğ 1897 manat məbləğ idi. Oradan onun hesabına ayırmalar olur. Belə çıxır ki, o 1498 manat alır və ayırmaların ona aidiyyatı olmur. Ona çatmalı olan məbləğ 1498 manatdır, lakin o 1897 manatın faizini tələb edir. 307 manat məbləğ müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilməli olan məbləğdir. 225 manat da apardığı monitor yoxlamaları ilə əlaqədar məbləğdir. Cəmi 2429 manat məbləğ edir. Bu da ödənilmədiyi üçün 2429 manatın 1%-i 24,29 manat edir. İşdən çıxdığı gündən xx.xx.2022-ci ilə qədər 94 iş günü də hesablanılandan sonra 2283,26 manat alınır. 24,29 manatı 94 iş gününə vurur və 2283,26 manat alınır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi istifadə edilməmiş məzuniyyət xərci ödənilib. 2429 manat məbləğdən 225 manat ödənildiyi üçün 2204 manat məbləğ qalır. Ona görə də 2204 manat məbləğin üzərində faiz istəyir. 2204 manatın 1%-i 22,04 manat edir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 69 iş günüdür, buna görə də 1520,76 manat edir. Daha sonra 1897 manat ödənilib, qalır 307,32 manat xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək 32 iş günü, o da 98,24 manat edir. Gecikdirməyə görə ümumi məbləğ isə 3902,26 manatdır. Onun orta aylıq əmək haqqı 1600 manat olub. Orta aylıq əmək haqqının müəyyən edilməsində məzuniyyətdən başqa 2 ay üzərində olan iş günlərinə görə hesablanır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 6 aydır. 6 aya da 9600 manat edir. Həmin ayda 18 iş günü olduğuna görə 1600-ü 18-ə bölürük və bir iş gününü tapırıq. 10133,33 manat əmək kitabçası verilmədiyinə görə gecikdirilmiş məbləğdir. Cəmi məbləğ isə 14035,59 manatdır. Qarşı tərəf qeyd edir ki, arayışın mötəbərliyinə şübhəsi var. Bu arayışı səlahiyyətli dövlət orqanı təsdiq edib verib və məhkəmədə ifadə də verə bilərlər. Həmçinin qarşı tərəf bildirir ki, ora müraciət edibsə, niyə onlardan işə bərpanı istəyir. Hamı istəyər ki, yaxşı işdə işləsin. Lakin onun ümidi yox idi, özünə iş axtarırdı. Rəhbər onu işə qaytara biləcəyi ilə bağlı qeyd etmişdi. Lakin o yenə də inanmayıb özünə iş axtarmışdır. İş axtarmağı ilə bağlı da qanuni sənəd təqdim etmişdir. İlk dəfə X1 filialında Tahirə xanıma zəng eləmiş və sonuncu haqq-hesabının və əmək kitabçasının verilməsini xahiş etmişdir. X10 filialına zəng edəndə ona demişlər ki, orada borclu olub-olmamağına dair məlumat vərəqi var. O vərəq X1 filialı tərəfindən doldurulub onlara təqdim olunmalıdır. Ondan sonra Mərkəzi Mühasibatlıq bunları icra etməlidir. Hətta Tahirə xanım ona demişdir ki, idarənin müdiri deyir ki, gəlsin ərizə versin. O isə bildirmişdir ki, sonuncu haqq-hesabını, əmək kitabçasını vermək işəgötürənin vəzifə borcudur. Ərizə ilə müraciət etməli deyil. Yekunda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər, yazılı etirazlarını da məhkəməyə təqdim etmişlər. Etirazları 3 hissədən ibarətdir. Birinci hissəyə münasibət bildirsələr, iddiaçı tərəfindən qeyd olunur ki, son haqq-hesabın aparılması X9 tərəfindən vaxtında həyata keçirilməyib. Əmək Məcəlləsinin 172.5-ci maddəsində ödənilməyən dövr üçün 1 faiz hesablanılması sırf əmək haqqına münasibətdə nəzərdə tutulur. İddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdə işdən azad olunub və xx.xx.2022-ci il tarixdə hesabına 400 manat məbləğdə vəsait köçürülüb. Daha sonra 29 iyul tarixində 264,73 manat, 17 noyabr tarixində isə 225 manat məbləğində vəsait köçürülmüşdür. Həmçinin iddiaçının da qeyd etdiyi kimi son haqq-hesabının bir hissəsi olan əvvəlki iş illərinə münasibətə istifadə olunmamış əmək məzuniyyəti günlərinin əvəzi olaraq fevral ayında müvafiq ödəmə həyata keçirilib. Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, müvafiq qanunvericilik normasında son haqq-hesabın bütün predmetlərinə münasibətdə hər hansısa bir 1 faizdən söhbət getmir. Yalnız əmək haqqının ödənilməsinin işəgötürənin təqsiri ucbatından gecikdirilməsində 1 faizlə ödənilməsi nəzərdə tutulur ki, bu hissədə iddiaçının iddia tələbi əsassızdır. Nəyə görə məzuniyyət günləri ilə bağlı ödənilən vəsaitin sonrakı tarixlərdə ödənilməsi ilə bağlı sual yarana bilər. Bu hissədə qeyd etmək istəyir ki, təqdim etdikləri aktda və təhvil-təslim sənədində də görmək olar ki, həmin illərdə iddiaçı onu mülkiyyətində sadəcə elekton imzanın olmasını qeyd etsə də, bir filialın baş mühasibinin öhdəliyi altında onun sadəcə elektron imzası ola bilməz. Burada ciddi maliyyə hesabatlarının təhviltəslimindən söhbət gedir. İddiaçı tərəfindən həmin təhvil-təslimdən boyun qaçırılıb və bu müvafiq Goranboy rayon şöbəsinin həm şöbə müdiri, həm də baş mütəxəssisin iştirakı ilə aktlaşdırılıb. Həmin dövrə qədər məzuniyyət günlərinin hesablanılması və ya ödənilməsi məsələsi birbaşa olaraq baş mühasibin vəzifə funksiyasına daxil olub. Həmin məlumatlar iddiaçı tərəfindən onlara verilmədiyi üçün belə bir ləngimə ortaya çıxıb. Daha sonra müvafiq sənədlər əsasında yenidən araşdırılma aparılıb və müraciətindən qısa müddət sonra istifadə olunmayan məzuniyyət günlərinin kompensasiyası şəkilində ödəmə həyata keçirilib. Birinci hissəyə münasibətdə ümumi mövqeləri bundan ibarətdir. 3 təqvim günü xəstə olduğu müddət üçün müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinətin ödənilməsinin agentlik tərəfindən ləngidilməsi ilə bağlı hissədə onlar Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanılması və ödəniməsi haqqında əsasnamə”yə istinad etmişlər. Həmin əsasnamədə qeyd olunur ki, xəstəlik vərəqi ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi məsələsi sadəcə müəssisə rəhbərliyinin birbaşa öhdəliyində olan məsələ deyil. Onlar əsasnamənin müvafiq olaraq 114-2-ci bəndinə istinad etmişlər. Əsasnamənin 1 nömrəli Əlavəsi ilə də normativ hüquqi aktın sadə təhlilindən müəyyən olunur ki, birbaşa baş mühasibin xəstəlik vərəqəsi əsasında müavinətin təyin olunması ilə bağlı tərtib olunacaq haqq-hesab cədvəlinin doldurulmasında məsuliyyəti var. Bu məsuliyyətin hansı tarixə qədər davam etməsi ilə bağlı sual yarana bilər. Onlara təqdim etdikləri sənədlərdən görünə bilinər ki, 15 mart tarixində onlarda struktur dəyişikliyi ilə əlaqədar maliyyə və mühasibatlıq məsələləri mərkəzləşdirildiyinə görə yerlərdə olan filialların baş mühasib ştatı ləğv edilmişdi. 14 mart tarixində struktur dəyişikliyi olub, 15 martda isə işçilərin əmək müqavilələrində dəyişiklik olub və iddiaçı Goranboy Rayon Xidmət Şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilib. İddiaçının xəstəlik dövrü 09-11 mart tarixləri arasındadır. Bu dövr də iddiaçının baş mühasib olduğu dövrə təsadüf edir. Aydın məsələdir ki, o, xəstəlikdən qayıtdığı ilk iş günündə müvafiq məsələ ilə bağlı haqq-hesab cədvəli tərtib edilməli idi və Dövlət Sosial Müdafiə Fondunun müvafiq sisteminə daxil edilməli idi. Bu məsələdə də onlar hər hansı mübahisə görmürlər, çünki iddiaçı tərəfindən bununla bağlı müraciət olunduqdan sonra araşdırılma aparılıb və nəticədə tərəflərindən 14 aprel tarixində DSMF-yə müraciət olunub, müraciət 17 aprel tarixində qeydiyyata alınıb və təsdiq edilib. Fond tərəfindən xəstəlik vərəqəsi ilə bağlı qərar qəbul olunub və 19 aprel tarixində ödənişə göndərilib. 20 aprel tarixində 3 gün əmək qabiliyyətinin itirilməsi ilə bağlı müvafiq ödəniş həyata keçirilib. Burada da niyə bu qədər müddət sonra ödənişin həyata keçirilməsi ilə bağlı sual yarana bilər. Yenə də təhvil-təslim məsələsi iddiaçı tərəfindən təqsirli surətdə icra olunmadığına, həmin məlumatlar onlara düzgün şəkildə təqdim olunmadığına görə ödəmənin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində həyata keçirilməsi mümkün olmayıb. Burada agentliyin hər hansı təqsirindən söhbət gedə bilməz. Əgər agentlik bu və ya digər şəkildə işəgötürən qismində bu münasibətlər çərçivəsində vicdansız surətdə hərəkət etsə idi, iddiaçının məsələlərlə əlaqədar ilkin müraciətindən qısa müddət sonra ödənişləri həyata keçirməzdi. Burada iddiaçıya münasibətdə hər hansı qərəzli mövqedən söhbət gedə bilməz. Sadəcə təhvil-təslim aktının mahiyyəti də ondan ibarətdir ki, işçinin özündə olan, icraatında açıq qalan sənədlərlə bağlı məlumatlar, onun istifadəsinə verilmiş aktivlərlə bağlı məlumatlar, həmin aktivlərin cari statusu ilə bağlı məlumatlar adekvat surətdə son iş günündə onlara təqdim edilsin və onlar ona uyğun fəaliyyətlərini qura bilsinlər. Burada ən əsas məqamlardan biri ondan ibarətdir ki, həmin dövr üçün iddiaçı filialda baş mühasib olub və qeyd edilən iddia tələbinin ayrı-ayrı hissələrinə münasibətdə həmin məlumatlar iddiaçının özündə olub sadəcə təbii ki, sərbəst büdcəsi olan filialda baş mühasib olan şəxs bu məsələlərlə bağlı məlumatlıdır. Əmək haqlarının verilməsi birbaşa onun əmək funksiyasına daxil olub, dolayısı ilə əmək qanunvericiliyinin tələblərindən də məlumatlıdır. Sadəcə hazırda mübahisənin bu formada məhkəməyə təqdim edilməsinə görə düzgün şərait yaradılması üçün atılmış addımlardır. Əgər agentlik tərəfindən hər hansı qərəzli mövqe olsa idi, müraciətdən həmən sonra ödənişlər həyata keçirilməzdi. Üçüncü hissəyə münasibətdə onu qeyd etmək istəyir ki, aydın məsələdir ki, qanunvericiliyin tələblərinə görə əmək müqaviləsinə xitam verilən gün əmək kitabçası təqdim olunmalı idi. Onların aidiyyatı struktur bölməsi tərəfindən iddiaçı ilə əlaqə yaradılmış, ona lazımi məlumat verilmişdir ki, hansı şəkildə əmək kitabçasını onlardan təhvil ala bilər. Lakin burada da iddiaçının açıq-aşkar hərəkətsizliyini müşahidə etmək olur. İddiaçı onlara yaxınlaşmayıb, əmək kitabçasını əldə etmək istəməyib. 07 iyul tarixində əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq, 29 iyul tarixində iddiaçı tərəfindən onlara müraciət olub. Bu müraciətdə əmək müqaviləsinin niyə xitam olunması və s. kimi hallara toxunulub. Belə bir sual ortaya çıxır ki, niyə tərəf əmək müqaviləsinə xitam verildikdən sonra ilk müraciətində əmək kitabçasının ona verilməməsi ilə bağlı məsələyə toxunmur. Əlavə olaraq əmək kitabçası ilə bağlı ilkin müraciət 20 dekabr tarixində olub. Həmin müraciət əsasında da tərəflərindən iş aparılıb, 12 yanvar tarixində rəsmi məktubla iddiaçının əmək kitabçası ona təqdim olunub. Onlar daha əvvəl əmək kitabçasını bu formada göndərə bilməzlər, çünki Əmək kitabçasının doldurulması və tərtibi ilə bağlı Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, əmək kitabçası poçt vasitəsi ilə o halda göndərilə bilər ki, əmək kitabçası sahibinin bununla bağlı razılığı olsun. İddiaçı 20 dekabr tarixli müraciətində ilk olaraq qeyd edir ki, onun əmək kitabçası göndərilsin. Onlar bunu tərəfin razılığı hesab edərək Nazirlər Kabinetinin müvafiq qərarının icrasını həyata keçirmişlər. Yəni 20 dekabr tarixində müraciət olunub, 12 yanvar tarixində həmin müraciətə tərəflərindən cavab verilib və əmək kitabçası vətəndaşa təqdim olunub. Burada hər hansı pozuntudan söhbət gedə bilməz. Əlavə olaraq bir məsələni də qeyd etmək istəyir ki, bu məsələ birbaşa olaraq Əmək Məcəlləsinin 172.6-cı maddəsi, həm də Ali Məhkəmənin hüquqi mövqeyi ilə bağlı məsələdir ki, əmək kitabçasının gec verilməsi səbəbilə orta aylıq əmək haqqının verilməsi hallarında diqqət edilməli 3 əsas məqam var: əmək kitabçasının sonuncu iş günü verilməməsi məsələsi, əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri ucbatından ləngidilməsi məsələsi və əmək kitabçasının verilməməsi səbəbilə işçinin həqiqətən işə düzələ bilməməsi məsələsi. İddia ərizəsində və iddia ərizəsinə əlavə olunmuş sənədlərdə onlar bununla bağlı hər hansı sübuta rast gəlməmişlər. Aydın məsələdir ki, reallıq olaraq əmək kitabçası hər hansı işə qəbul olmaq üçün mütləq mahiyyətli sənəd hesab olunmur. İddiaçı məhz işəgötürənin təqsiri ucbatından əmək kitabçasının verilməsinin ləngiməsi səbəbilə işə düzələ bilməməsi məsələsini sübut etməyib. Yekun mövqeləri ondan ibarətdir ki, ödənişlər həyata keçirilib, qanunvericiliyin bu məsələ ilə bağlı spesifik yanaşması var, həmçinin iddiaçı ilə şifahi olaraq əlaqə yaradılıb, lakin iddiaçı qərəzli surətdə əmək kitabçasını götürməkdən boyun qaçırıb. İddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş edirlər. İddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunub və xx.xx.2022-ci il tarixdə hesabına 400 manat məbləğdə vəsait köçürülüb. Gecikmə ilə bağlı məsələlər isə iddiaçının özünün sənədləri təqdim etməməsi ilə bağlı olub. xx.xx.2022-ci il tarixədək iddiaçının mükafatlandırılması ilə bağlı əmr olub. Həmin siyahı X11 Edilməsi Departamentində mövcud olub. Həmin sənəd onlarda olduğuna görə növbəti gün onlar ödənişi həyata keçirə bilmişlər. Növbəti 263 manat əmək funksiyasının icrası ilə əlaqədar tabelin əldə olunması ilə əlaqədar ödənişdir. Təhvil-təslim həyata keçirilmədiyinə görə onlar işçinin nə qədər müddət işləməsi barədə məlumatlı olmamışlar. Baş mühasib olduğu üçün bütün bu məlumatlar onun özündə olub. Struktur dəyişikliyi olduqdan sonra Təhvil-təslim Komissiyası yaradılmış və yerlərdə olan məlumatlar yığılaraq onların mərkəzi filialına təqdim olunmuşdur. Burada iddiaçı tərəfindən hərəkətsizlik göstərildiyinə görə həmin məlumatların əldə edilməsi işəgötürənin təqsiri ucbatından yox, obyektiv səbəblərə görə ləngiyib. Mükafatlandırma ilə əlaqədar əmr var. O əmrlə 400 manat iddiaçıya ödənilib. Mükafatlandırma məsələsini filialda çalışan baş mühasiblər, filial müdirləri həll etmir, onu aparat həll edir və müəyyən edir ki, hansı filialda hansı işçilərə hansı miqdarda mükafat verilsin. O məlumat onlarda olur, ona görə də onlar növbəti gün həmin ödəməni həyata keçirmişlər. Amma işçinin ay ərzində neçə gün işə gəlməsi ilə bağlı məlumatlar baş mühasiblərdə olur. Bu məlumatlar da təhvil-təslim qaydasında iddiaçı tərəfindən onlara təqdim olunmadığı üçün komissiyanın fəaliyyəti ərzində ortaya çıxan sənədlərdən dolayı müəyyən olunub ki, qalan əmək haqqı var və ödəməsi həyata keçirilib. 400 manat mükafatdır. Əslində normativ baxımdan mükafat da əmək haqqının bir parçasıdır. 08 iyulda əmək haqqı otuzdurulub. Təhvil-təslim ümumiyyətlə həyata keçirilməyib. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən publik-hüquqi şəxsdirlər. Nazirlik tərəfindən iddiaçının baş mühasib işlədiyi dövr ərzində filialda yoxlamalar həyata keçirilib və orada ciddi məbləğlərdə nöqsanlar aşkar olunub. Hesab edirlər ki, baş mühasib bu səbəblərdən təhviltəslimdən yayınıb. Sənədlər əldə olunduqca vətədaşın müraciəti də olandan sonra ödəmələr həyata keçirilib. 3 təqvim günü xəstə olduğu müddət üçün müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət ödənilib. Təqdim etdikləri çıxarışa əsasən 8 iyul tarixində 400 manat mükafat iddiaçının hesabına köçürülüb. Həmin mükafatlandırma barədə əmri təqdim edə bilmirlər. Çünki həmin mükafatlandırma kollektiv mükafatlandırma olub və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyinə görə bu əmri məhkəmə sorğu ilə əldə edə bilər. Hal-hazırda bu mükafatı onlar təqdim edə bilmirlər. Həmçinin iddiaçı bu hissədə mükafatlandırmanın verildiyini təsdiq etdiyinə görə hər hansı bir mübahisənin olduğunu düşünmür. İddiaçı son təhvil-təslimi etmədiyinə, lazımi sənədləri vaxtında vermədiyinə görə onlar iddiaçının gecikdirilmiş ödənişlər üçün tələb etdiyi faiz miqdarını qəbul etmirlər. Əgər təmsil etdiyi qurumun iddiaçıya qarşı hər hansı bir qərəzi olsa idi, iddiaçıya ödənişlər edilməzdi. Halbuki təqdim etdikləri sənədlərdən bütün ödənişlərin iddiaçının hesabına köçürüldüyü aydın olur. Əksinə iddiaçı baş mühasib olduğuna görə, əlində ciddi maliyyə sənədləri olduğundan və bu sənədləri vaxtında təqdim etmədiyinə görə müəyyən ödənişlərdə gecikmələr olduğuna görə, bu halda təqsiri onlarda görməli deyil. Sonuncu ödəniş 2023-cü ilin fevral ayında iddiaçının məzuniyyət pulu kimi ödənilib. Çünki yaradılmış Komissiyanın iş prinsipi elə idi ki, sənədlər toplandıqca müvafiq olaraq ödənişlər də həyata keçirilirdi. X6 sosial proqramı olan özünəməşğulluq proqramı çərçivəsində vətəndaşların xidmətinə 1 il müddətinə fərqli zərflərə aid aktivlər verilir. Onlar bu aktivlərdən sahiblik və istifadə hüququ əsasında istifadə edirlər. 1 ildən sonra monitorinq həyata keçirilir. Əgər lazım bilinərsə vətəndaşın mülkiyyətinə verilir. Bu daxili qanunvericiliklə də tənzimlənir. Bu zaman müəyyən işçilər monitorinqə cəlb edilir və onlara nəqliyyat xərcləri kimi müəyyən əlavə ödənişlər edilir. Noyabr ayında ödənilmiş 225 manat məbləğ həmin toplanmış monitorinq xərcinin cəmidir. Birinci hissəyə münasibətdə gecikmə ilə bağlı məsələdə 1%-in tətbiqi ilə bağlı bundan əvvəlki iclasda bildirdikləri mövqeyi təsdiqləyirlər. Əlavə olaraq qeyd etmək istəyir ki, burada işəgötürənin təqsiri məsələsi araşdırılmalıdır. Çünki baş verən bütün ləngimələr işəgötürənin təqsiri ucbatından həyata keçirilməyib. Müvafiq təhvil-təslim həyata keçirilməli idi. Vaxtında həyata keçirilməməsi nəticəsində hazırda mübahisə olunan məsələ ortaya çıxıb. Göründüyü kimi əgər cavabdeh tərəfindən qəsd və ya təqsir xarakterli hər hansı münasibətlər olmayıb. Əgər belə olsaydı, bu məbləğlərin ödənişi etap-etap həyata keçirilməzdi. Məhkəməyə təqdim eilən Ali Məhkəmənin 343 nömrəli qərarında da qeyd edilir ki, bu formada hesablamaların aparılmasında əmək məzuniyyətinin əvəzi nəzərə alınmamalıdır. Çünki əmək haqqının tərkibinə daxil deyil. 172.5-ci maddədə birbaşa əmək haqqının 1%-dən söhbət gedir. Düşünürlər ki, məhkəmə araşdırarkən bu məsələni də nəzərə almalıdır. Həmçinin əmək kitabçası və orta aylıq əmək haqqının ödənilməsinə dair münasibətdə bildirmək istəyirlər ki, yenə əvvəlki iclasdakı mövqelərini müdafiə edirlər. Keçən iclasda iddiaçı tərəfindən təqdim olunan arayışın həqiqiliyi məhkəmə tərəfindən araşdırılmalı və məhkəmə tərəfindən nəzərə alınmalıdır. 11 iyun tarixində iddia olunur ki, iddiaçı tərəfindən bələdiyyəyə müraciət olunub, lakin 27 iyunda onlara müraciət olunub ki, işə bərpa olunsun. Düşünürlər ki, bir iş üzrə mötəbər sübut kimi qəbul olunursa, həmin sübut digər sübutlarla toqquşmamalıdır. Bununla bağlı mövqelərini bildirmişlər. Əmək kitabçasına dair münasibətdə də Ali Məhkəmənin qərarını qeyd etmişlər ki, 3 əsas olmalıdır: ləngimə baş verməlidir, həmin ləngimə müddətində vətəndaş işə düzələ bilməməlidir. Amma bu etapda həmin nüans öz təsdiqini tapmır. Ona görə də düşünürlər ki, iddia həm birinci, həm də ikinci hissəyə münasibətdə rədd olunmalıdır. İddiaçının qeyd etdiyi məbləğlər əmək haqqı deyil. 29 iyulda ödənilən 264 manat iyul ayının ilk 7 günü üçün olan əmək haqqısıdır. 225 manat ödənilən monitorinq xərcidir. 1498 manat istifadə edilməyən məzuniyyətin puludur. 292 manat da xəstəlik vərəqəsi üçün ödənilən puldur. 28 fevralda ödənilən son haqqhesab məbləği 1498 manatın içində əmək haqqı yoxdur. O sadəcə istifadə olunmayan məzuniyyət günlərinin əvəzidir. Qalan əmək haqqı 29 iyulda verilib. Bir də noyabrda 225 manat verilib. İddiaçı iyunun maaşın alıb. İyul ayında işlədiyi 7 günün əmək haqqısı 264 manatdır. İşlədiyi dövrün əmək haqqısını da həmin ayınn sonunda ödəmişlər. İddiaçı özü də şirkətin təqsirsizliyini bildirir. Məlumat vərəqinin məqsədi odur ki, işçi ilə işəgötürən arasında hər hansı maddi mübahisənin olub-olmamasını dəqiqləşdirsin. Təhvil-təslim olmadığına görə məlumat vərəqi təqdim oluna bilməyib. İddiaçı prosesdə iştirak üçün dəvət də olunmuşdu, lakin gəlməyib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, **********2 saylı əmrlə X5 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına baş mühasib vəzifəsinə təyin edilib, xx.xx.2021-ci il tarixli, **********3 saylı əmrlə struktur dəyişikliyinə əsasən filialın adı 21 saylı Ərazi Məşğulluq filialı olaraq dəyişdirilib, xx.xx.2022-ci il tarixli, **********9 saylı əmrlə X1 filialının Goranboy rayon xidmət şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilib, xx.xx.2022-ci il tarixli, **********0 saylı əmrlə AR ƏMnin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən tutduğu vəzifədən azad edilib. İş materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, 21 saylı Ərazi məşğulluq idarəsində baş mühasib vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi işdən azad edilmişdir, 315,44 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X2 Şakir Telman oğluna ünvanladığı xx.xx.2023cü il tarixli məktubundan görünür ki, müraciətinə əsasən ******* nömrəli əmək kitabçasının ona təqdim edilməsi təmin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus mailto:sh3319692@gmail.comElektron ünvan 1 email ünvanından mailto:dma@sosial.gov.azElektron ünvan 2 email ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli elektron məktubların məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentiliyindən işdən çıxması səbəbindən sonuncu haqq-hesabının qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanması və ödənilməsi, habelə əmək kitabçasının ona təhvil verilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus mailto:sh3319692@gmail.comElektron ünvan 1 email ünvanından mailto:dma@sosial.gov.azElektron ünvan 2 email ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron məktubların məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentiliyindən işdən çıxması səbəbindən sonuncu haqqhesabının qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan X9 publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı X5 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına baş mühasib vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi dəyişdirilmiş və “İddiaçı X5 X1 filialının Goranboy rayon xidmət şöbəsində böyük mütəxəssis vəzifəsinə təyin edilmişdir” redaksiyada verilmişdir. İş materiallarında olan X5 xx.xx.2020-ci il tarixli, **********2 saylı əmrdən görünür ki, İddiaçı X5 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına baş mühasib vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan X5 xx.xx.2022-ci il tarixli, **********9 saylı əmrdən görünür ki, İddiaçı X1 filialının Goranboy rayon xidmət şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan X5 xx.xx.2022-ci il tarixli, **********0 saylı əmrə əsasən X1 filialının Goranboy rayon xidmət şöbəsində böyük mütəxəssis vəzifəsində çalışan İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qutarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Goranboy rayon xidmət şöbəsinin böyük mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixində əməkdaşın X9 ilə olan əmək müqaviləsinin vaxtı bitməsi ilə əlaqədar işdən azad olunması ona bildirildikdən sonra işdən çıxma haqqında təhvil-təslim sənədini imzalamaqdan imtina etmiş, elektron imzanı özü ilə götürərək Goranboy xidmət şöbəsini tərk etmişdir. İş materiallarında olan əmək haqqına dair Çıxarışdan görünür ki, İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 292,12 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 1498,73 manat məbləğində, xx.xx.2022-ci il tarixində 225 manat məbləğində, xx.xx.2022-ci il tarixində 264,73 manat məbləğində pul mədaxil olunmuşdur. İş materiallarında olan Daşkəsən Şəhər Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Daşkəsən şəhər bələdiyyəsinə iş üçün müraciət etmiş, təhsili və təcrübəsi nəzərə alınaraq Daşkəsən şəhər bələdiyyəsinə baş mühasib vəzifəsinə uyğun bilinmişdir. Lakin şəxsi işini təqdim edən zaman əmək kitabçasını təqdim etmədiyindən (bir müddət vaxt verilsə də) həmin vəzifəyə təyinatı mümkün olmamışdır. İş materiallarında olan X5 xx.xx.2021-ci il tarixli, **********9 saylı əmək məzuniyyətinin verilməsinə dair Əmrdən görünür ki, 21 saylı Ərazi Məşğulluq Filialının baş mühasibi vəzifəsində çalışan İddiaçı xx.xx.2020-xx.xx.2021-ci iş ili üzrə istifadə edilməmiş qalıq məzuniyyəti hesabına 15 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi müəyyən olunmuşdur. Məzuniyyətin başlama tarixi 20 dekabr 2021-ci il müəyyən edilmişdir. İş materiallarında olan 953036 saylı Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* saylı Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* saylı Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* saylı Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* saylı Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi işdən azad edilmişdir. İş materiallarında olan ******* saylı Əmək qabiliyyətinin olmaması Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi işdən azad edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, **********2 saylı əmrlə X5 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına baş mühasib vəzifəsinə təyin edilib, xx.xx.2021-ci il tarixli, **********3 saylı əmrlə struktur dəyişikliyinə əsasən filialın adı 21 saylı Ərazi Məşğulluq filialı olaraq dəyişdirilib, xx.xx.2022-ci il tarixli, **********9 saylı əmrlə X1 filialının Goranboy rayon xidmət şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilib, xx.xx.2022-ci il tarixli, **********0 saylı əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən tutduğu vəzifədən azad edilib. Hazırda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 işdən azad olunmağı ilə bağlı son haqq-hesabından gecikdirilmiş 1897 manat istifadə edilməmiş məzuniyyət məbləğinə görə, xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək gecikdirilən məbləğ 2429 manat olmaqla gecikdirilmiş 94 iş günü üçün 2283,26 manat, xx.xx.2022-ci il tarixdən- xx.xx.2023-cü il tarixədək gecikdirilən əsas məbləğ 2204 manat olmaqla, 69 iş günü üçün 1520,76 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilən əsas məbləğ 307 manat olmaqla 32 gecikdirilən iş günü üçün 98,24 manat məbləğlərdə gecikdirməyə görə ümumi 3902,26 manat kompensasiyanın və əmək kitabçasının ona qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) işə düzələ bilmədiyi bütün müddət üçün 10133,33 manat məbləğdə orta əmək haqqının, ümumilikdə 14035,59 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçıya 29 iyul 2022-ci il tarixdə ödənilən 264 manat iyul ayının ilk 7 günü üçün olan əmək haqqıdır. Daha sonra 17 noyabr 2022-ci il tarixdə 225 manat ödənilən monitorinq xərcidir. 28 fevral 2023-cü il tarixdə isə ödənilən 1498 manat istifadə edilməyən məzuniyyətin puludur. 20 aprel 2023-cü il tarixdə 292 manat da xəstəlik vərəqəsi üçün ödənilən puldur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən çıxdığı müddətdən sonra məhz aldığı əmək haqqı ödənişindən sonrakı tarixlərdə (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023) ödənilən məbləğlərin tərkibində əmək haqqı yoxdur. Orada sadəcə son haqq hesaba daxil olan istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər ödəmələrdir. Göründüyü kimi işlədiyi dövrün əmək haqqı da həmin ayınn sonunda ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin iddiaçı tərəfindən verilmiş iddia tələbinə nəzər yetirdikdə görmək olur ki, tələbin bir hissəsi qismində Agentlikdən işdən azad olunmağı ilə bağlı gecikdirilmiş (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək) son haqq-hesab məbləğinin gecikdirilmiş hər iş günü üçün azı bir faizi məbləğində ödənişin verilməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, AR ƏM-nin 172.5ci maddəsinin tətbiqiq zamanı nəzərə alınmalıdır ki, burada hər gecikdirilmiş gün üçün işçiyə azı bir faizi məbləğində ödəncin verilməsi sadəcə əmək haqqına münasibətdə tətbiq edilə bilər. Son haqq-hesab dedikdə isə burada istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. Həmin Məcəllənin 83.2-ci maddəsindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Habelə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Goranboy rayon xidmət şöbəsinin böyük mütəxəssisi İddiaçı xx.xx.2022-ci il tarixində əməkdaşın X9 ilə olan əmək müqaviləsinin vaxtı bitməsi ilə əlaqədar işdən azad olunması ona bildirildikdən sonra işdən çıxma haqqında təhvil-təslim sənədini imzalamaqdan imtina etmiş, elektron imzanı özü ilə götürərək Goranboy xidmət şöbəsini tərk etmişdir. Belə olduğu halda qeyd edilən hal əmək haqqının, son-haqq hesabın və digər ödənişlərin gecikdirilməsinin birbaşa işçinin təqsiri olduğunu sübut edir. Bundan əlavə, iddia tələbinin iddiaçının əmək kitabçasının qanunla müəyyən edilmiş vaxtda təqdim edilmədiyindən (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr) işə düzələ bilmədiyi bütün müddət üçün (6x1600=9600, 1600:18x6=533 manat 33 qəpik) 10133 manat 33 məbləğdə orta əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçıya əmək müqaviləsinin xitam edildiyi tarix olan 7 iyul 2022-ci il tarixində əmək kitabçasının ƏM-nin 87.3-cü maddəsinə əsasən verilməməsi işəgötürən qismində Agentliyin təqsiri üzündən ləngidilməmişdir. Belə ki, qeyd edilən məsələ ilə bağlı Agentliyin aidiyyəti struktur bölməsi tərəfindən dəfələrlə iddiaçı ilə əlaqə yaradılmış, ona əmək kitabçasının Agentlikdən təhvil alınması təklif edilmiş, ancaq bütün bu təkliflərə münasibətdə iddiaçı tərəfindən aşkar hərəkətsizlik göstərilmişdir. Belə ki, tərəflər arasında olan əmək münasibətlərinin xitamı tarixindən sonra iddiaçı tərəfindən Agentliyə 27 iyul 2022-ci il tarixli müraciətlər edilmiş və həmin müraciət mahiyyəti etibarilə əvvəlki dövrdə mövcud olan əmək münasibətləri ilə bağlı olmuşdur. Ancaq qeyd edilən müraciətlərin məzmunun sadə təhlilindən müəyyən olunur ki, müvafiq müraciətlərin heç birində iddiaçı tərəfindən Agentlikdən əmək kitabçasının təqdim edilməsi ilə bağlı tələblə əlaqədar məsələyə toxunulmamışdır. Belə olduğu təqdirdə iddiaçının əmək müqaviləsi xitamı tarixindən sonra Agentliyə etmiş olduğu çoxsaylı müraciətlərindən 20 dekabr 2022-ci il tarixli müraciəti istisna olmaqla, digər müraciətlərində əmək kitabçasının təqdim edilməsi ilə bağlı tələbinin olmaması müvafiq əmək kitabçasının iddiaçı tərəfindən qəsdən əldə edilməməsi nəticəsinə gəlməyə əsas verir. ƏM-nin 172.6-cı maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd edilən hüquq normasına münasibətdə zəruri surətdə nəzərə alınmalıdır ki, qeyd edilən normanın tətbiqi zamanı aşağıdakı şərtləri mövcud olmalıdır: əmək kitabçasının işçiyə sonuncu iş günü verilməməsi, əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi, əmək kitabçası verilmədiyinə görə işçinin işə düzələ bilməməsi. Hazırki iddia tələbi üzrə yuxarıda qeyd edilən dispozisiya şərtlərinin tətbiqi zamanı qeyd edilən norma üzrə istinad edilən şərtlərin ödənilmədiyi və dolayısı ilə də əmək qanunvericiliyində nəzərdə tutulan məsuliyyətin istisna edilməsi nəticəsinə gəlmək mümkündür. Belə ki, iddiaçıya sonuncu iş günü və ondan sonrakı dövrlərdə şifahi formada telefon vasitəsilə dəfələlər təklif edilməsinə baxmayaraq iddiaçının əmək kitabçasını əldə etməsi ilə bağlı aşkar hərəkətsizliyi praktiki olaraq yuxarıda sadalanan şərtlərdən ilkinin - əmək kitabçasının işçiyə sonuncu iş günü verilməməsinin tətbiqini mümkünsüz edir. Hazırki məsələ ilə əlaqədar bir digər diqqət edilməli məqam isə ondan ibarətdir ki, iddiaçı əmək kitabçasının əldə edilməsi ilə əlaqədar ancaq 20 dekabr 2022-ci il tarixdə işəgötürənə müraciət etmişdir və hazırki məhkəmə mübahisəsi üzrə iddia tələbində ona əmək kitabçasının təqdim edilməməsi nəticəsində işə düzələ bilməməsi ilə bağlı faktı sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən 20 dekabr 2022-ci il tarixli müraciətin məzmunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6.2-ci bəndi nəzərə alınmaqla Agentlik tərəfindən 12 yanvar 2023-cü il tarixli 3-17-2/2-H-1603/2023 nömrəli məktubla ******* nömrəli əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6.2-ci bəndinə əsasən əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla bu hissədə də iddiaçının tələbi təmin edilməməlidir. Qanunvericiliyin müddəlarını, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3rşı “son haqq-hesab ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulmasına və işçinin əmək kitabşasının müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməsinə dair” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2574/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2574/2023
05.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver