Məhkəmə qərarları › İş №2(004)-2585/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2585/2021

20.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2585/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi X2 iştirakı ilə. İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, pandemiya dövründə evdə yıxılaraq ayağından və gözündən ağır zədə aldığı üçun müalicə almışdır. Bununla əlaqədar olaraq xəstəlik vərəqəsi bacısı tərəfindən iş yerinə təqdim edilmişdir. Belə ki, əmək qabiliyyəti və özü tam sağlam olduğu üçün xx xxxxxxx 2020-ci il tarixində işə çıxmışdır. İş yerində olduğuna baxmayaraq qanunsuz və əsassız olaraq xx xxxxxxx 2020ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmr ilə guya Azərbaycan Respublikasının 75.2a maddəsinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən çıxarılmağına xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2a maddəsi, yəni tərəflərin 2 qarşılıqlı razılığı əsasında olması qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş həmin əmri tam qanunsuz və əsassız hesab edir. Belə ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Əmrdən məlum olur ki, guya onunla olan əmək müqaviləsinə işəgötürənlə qarşılıqlı razılaşma əsasında xitam verilmişdir. Əslində belə olmamış, işəgötürən tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinə əməl edilməmiş, işdən azad olunmağı barədə ərizə yazmağa məcbur edilmişdir. Bildirir ki, 29 ilə yaxındır cavabdeh olan təşkilatda nöqsansız işləmiş, bu müddətdə heç bir intizam tənbehi almamışdır. Cavabdeh direktoru Fəxrəddin İsmayılov tərəfindən xx xxx 2020-ci il tarixli bildiriş ona göndərilmişdir. Həmin bildirişdə göstərilir ki, “Sizin qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatmağınızla əlaqədar olaraq sizin, öz təşəbbüsünüz ilə əmək müqavilənizə xitam verilməsi üçün müraciət müddətiniz xx xxx 2020-ci il tarixində bitir”. Bildirir ki, işdən çıxmağı barədə onun razılığı olmamışdır, nə də bununla bağlı işdən çıxmaq haqqında ərizə verməmişdir. Üzürlü səbəbdən xx.xx.2020-ci tarixindən xx.xx.2020ci il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar olaraq əmək fəaliyyətini davam etdirə bilməmişdir. O, xx xxxxxxx 2020-ci il tarixindən əmək fəaliyyətini davam etdirmişdir. Ona görə də əmək müqaviləsinə xitam verilməsi haqqında əmri qanunsuz hesab edir, onun işə bərpa edilməyini, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini, aylıq əmək haqqının 5 misli olan müavinəti, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini məhkəmədən xahiş edir. İddiaçı kimi bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) Qaz- Neft-Mədən fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisasını bitirmişdir. 28 ildən artıq fasiləsiz və qüsursuz Cavabdeh Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent, 45-dən çox elmi məqalələrin, neftin artırıması üzrə altı ixtiranın müəllifi olmuşdur. Beynəlxalq, respublika elmi konfranslarında, simpoziumlarda və elmi seminarlarda dəfələrlə məruzələrlə çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmaqla bərabər keçirilən Dövlət tədbirlərində dəfələrlə prezident, parlament, bələdiyyə seçkilərində və referendumda müşahidəçi kimi fəal iştirak etmişdir. X4 Komitəsinin bu günə kimi seçilmiş nümayəndəsi olmuşdur. Uzun illər işlədiyi institutunun rəhbərliyinin adından ona qarşı olan hörmətsizlik nəticəsində mənəvi sarsıntı keçirmişdir. Onun kimi dövlətinə sədaqətlə xidmət edən və işinə məsuliyyətlə yanaşan bir işçiyə haqsızlıq olunmuşdur. Belə ki, onun razılıq ərizəsi olmadan, onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 75.2a maddəsinə əsasən xitam verilməsi barədə Baş mühəndis-direktorun birinci müavini Fazil Həsənovun xx xxxxxxx 2020-ci il tarixli, SƏCAR**********00070020B00194 nömrəli əmrini qanunsuz hesab edilərək ləğv edilməsi və onun işə bərpa edilməsi, xx xxxxxxx 2020-ci il tarixdən etibarən işə bərpa edilməsi tarixədək ona ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq Cavabdeh tərəfindən ödənilməsi, ona vurulmuş mənəvi ziyana, şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinəti (pul vəsaitinin) ödənilməsini, xahiş edir. Mənəvi sarsıntıya görə əlavə 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsini xahiş edir. Bununla bağlı, bildirir ki, kadırlar şöbəsinin müdiri Murad müəllim onu iş otağına çağıraraq, işdən çıxmağı barədə məcburi ərizə yazmağını tələb etmişdir. Bildirmişdir ki, istəyirsən ölkənin prezidenti İlham Əliyevə, Vitse-prezidentə de, məktub yaz mənası yoxdur, yuxarının əmridir. Ona yersiz və əsassız iradlar tutmağa başlayaraq ondan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizə yazmağı tələb etmişdir. Bu işlə bağlı hüquqşünası və onun laboratoriya müdirini dəvət edərək, ona öz xoşu ilə işdən çıxmağı barədə ərizə yazmağını, əmək kitabçanı qol çəkib, götürməyini tələb etmişdir. Əks halda ona müavinət və əmək haqqı verilməyəcəkdir. Murad müəllimin bu qanunsuz tələbi onun tərəfindən rədd edildikdən sonra ona qarşı qərəzli davranış göstərməklə yanaşı, əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyini bildirdi. Kadrların rəisi ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verməklə yanaşı, ona qarşı qərəzli münasibət göstərmişdir. Baş mühəndis direktorun 1-ci müavinin imzası ilə məktub göndərərək, əmək kitabçasını götürməyi bildirmişdir. O işdən çıxmağı barədə ərizə yazmamış, ona öz etirazımı bildirmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrinin ləğv edilməsi, Cavabdeh Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçisi vəzifəsinə bərpa edilməsi, xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ödənilməsi, ona vurulmuş mənəvi ziyana və şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinətin (pul vəsaitinin) ödənilməsi, mənəvi sarsıntıya görə əlavə 50000 (əlli min) manat pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun yaşa görə işdən çıxarılması qanunsuzdur. Belə ki, onun yaşını əsas gətirərək işdən azad edilməsi bildirilsə də, hesab edir ki, bu ədalətli deyildir. Çünki müztəlif orqanlarda yaşlı insanlar işləyir. Onun özü alim olduğu üçün ona daima ehtiyac vardır. Bir müddət dizində olan sağlamlıq problemləri ilə əlaqədar müalicə almış, müalicəsi bitdikdən sonra oktyabr ayında işə geri qayıtmışdır. İşə qayıdan zaman kadrlar şöbəsindən ona ərizə yazaraq öz istəyi ilə işdən azad olunması tələb olumuş, o isə bundan imtina etmişdir. Bu barədə ona dəfələrlə təzyiqlər olunmuşdur. Hətta ərizə yazmayacağı təqdirdə ona maaşının 5 misli miqdarında pul verilməyəcəyini bildirilmişdir. O, bu müddət ərzində müxtəlif orqanlara müraciət etmiş, onlara işləri araşdırılır deyə bildirilmişdir. Bu səbəbdən də, araşdırma nəticəsindən asılı olaraq məhkəməyə müraciət etməyi düşünmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 da, iddiaçı ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, onlar məsələnin araşdırılması ilə bağlı müxtəlif orqanlara, Prezident administrasiyasına və İdarənin yüksək vəzifəlilərinə müraciət etmişlər. Həmin orqanlardan işlərinin araşdırılması bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, SOCAR-ın Cavabdeh ilə bu iş üzrə İddiaçı arasında xx xxxxxx 2009-cu il tarixində 110 nömrəli əmək müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bu əmək müqaviləsinə edilmiş xx xxxxxx 2019-cu il tarixli 05 saylı əlavə imzalanmışdır və iddiaçı imzası ilə bu əlavəni təsdiq etmişdir. Həmin 5 saylı Əlavə ilə xx xxxxxx 2009-cu il tarixli 110 nömrəli əmək müqaviləsinin 9.5-ci bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi digər hallar təsdiq olunmuşdur. Əlavədə qeyd olunmuşdur ki, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin aşağıda sadalanan bəndlərində nəzərdə tutulan hallarda xitam verilə bilər: a) Tərəflərin qarşılıqlı razılığı; d) İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən bir ay müddətində xitam verilə bilər. SOCAR-ın Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsi ilə xitam verilmişdir. SOCAR-ın Cavabdeh xx xxxxxx 2020-ci il tarixli SOCAR **********00070020B00209 nömrəli əmri ilə xx xxxxxxx 2020-ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmrə dəyişiklik edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2a maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2d maddəsi ilə əvəz edilmişdir. Müvafiq dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalında əksini tapmışdır. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxxxx 1993-cü il tarixli 5 saylı Qərarının 31-ci bəndində qeyd olunmuşdur ki, əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdiriyyətin əsası olsa da, o, əmrdə işdən çıxarma səbəbini düzgün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir, onda məhkəmə, işdən çıxarmaya əsas vermiş faktik halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. xx xxxxxxx 2020-ci il tarixində İddiaçı qanunvericilikdə əmək müqaviləsinə xitam verilərkən rəsmiləşdirilmiş sənədlərin işçilərə təqdim olunması haqqında institut tərəfindən tərtib edilmiş reyesterdə əmək kitabçası və əmrin surətini almaqdan imtina edərək imza etməmişdir. Həmin tarixdə işçiyə ödənilməli olan son haqqhesab İddiaçı hesabına köçürülmüşdür. xx xxxxxxx 2020-ci il tarixində əmək kitabçası və əmrin surətinin poçt vasitəsi ilə ünvanına göndərilməsinə münasibət bildirilməsi haqqında ünvanına məktub göndərilmişdir. Məktuba cavab verilməmişdir, həmçinin tərəfindən hesabına ödənilmiş son haqq-hesab geri qaytarılmamışdır. İqtisadiyyat və uçot departamenti tərəfindən təqdim edilmiş sənədlərdə bu əksini tapır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndi ilə müəyyən edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gündür. İddiaçı xx.xx.2020-ci il tarixində son haqq-hesabı aldığı üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. Onu da, bildiri ki, iddiçı bu müddət ərzində pensiyada almışdır. Qeyd olunanlara əsasən iddiaçının cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı iddiası üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020ci il tarixədək uzadılmışdır. İş materiallarında olan ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrdən görünür ki, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş AR ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri AR ƏM-nin 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 5 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bındində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixədək uzadılmışdır. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrə əsasən, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş AR ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri AR ƏM-nin 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edildiyindən, iddianın mənəvi ziyanın tutulması hissəsinin də müzakirə edilməsini, məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar