Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2598/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 400 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2, Ələsgər Ələkbərov küçəsi 99 ünvanında, qohumum X1 mülkiyyətində olan 1 otaqlı, sahəsi 40 kv. metr olan evdə 3 ildir ki, ayı 250 manat ödəməklə kirayə qalırdılar. Sonradan qohumu o evi ona satmış, Bakı şəhəri Daşınmaz Əmlak Reyestri tərəfindən xx.xx.2019-cu il reyestr nömrəsi **********54-10301 çıxarışla mənzil onun adına rəsmiləşdirmişdir. O, həmin mənzilə qeydiyyata düşmüş, sonra mülkiyyətində olan Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 99 ünvanında yerləşən mənzilinə gəlmişdir. Mənzildə yuxarıda adı çəkilən kirayəşinlər yaşamağa davam edirdilər. İddiaçı mənzilin çıxarışını onlara təqdim edərək, mənzili boşaltmalarını xahiş etmişdir. Cavabdeh2, evdəki bütün əşyaların onun cehizi olduğunu, onları başqa evə yerləşdirmək üçün ona boş ev lazım olacağını bildirmiş və ev tapana qədər iddiaçıdan həmin mənzildə müvəqqəti yaşamağına icazə verməsini xahiş etmişdir. İddiaçı onların xahişini qəbul etmiş, onun mənzilində müvəqqəti yaşamaqlarına icazə vermişdir. Sonra onlardan kommunal xərclər barədə soruşmuş və məlum olmuşdur ki, kommunal xərclər ödənilməyib. Qəbzlərə baxdıqdan sonra qaz, işıq, su kimi kommunal xərcləri üzrə borcların 500 manata çatdığı müəyyən olunmuşdur.İddiaçı onlara kommunal xərcləri ödəməyi bildirmiş və kirayə haqqını 200 manata endirmişdir. xx.xx.2020-ci ildə Cavabdeh2 əşyaları ilə birlikdə anasının yaşadığı mənzilə köçmüş, yoldaşı Cavabdeh1 əşyaları mənzildə qalmışdır. Onların iddiaçıya 400 manat borcu qalmış və onlar bu borcu ödəyəcəklərinə dair söz vermişdirlər. xx.xx.2020-ci ildə Cavabdeh1 həmin həyətdə yaşayan atasının mənzilinə köçmüş, xx.xx.2020-ci ildə borcdan 200 manat verəcəyini, xx.xx.2020-ci ildə qalan 200 manatı ödəyəcəyini bildirmişdir. Cavabdehin verdiyi vaxtlar tamam olmuş, ancaq cavabdehlər verdiyi sözü tutmamışdır. İddiaçıya olan 400 manat borcu qaytarmaqdan imtina etmişdir. O, ərizə ilə 27 saylı polis bölməsinə müraciət etmiş, ərizəni o sahəyə baxan polis mayoru Natiq müəllim araşdıraraq və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir Cavabdeh1 400 manat kirayə haqqı borcunun qaldığını etiraf etmiş, işi olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə rəisi Natiq Tarverdiyev tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə qalmışlar. Onların kirayə haqqına görə iddiaçıya 400 manat borcları yaranmışdır. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir Cavabdeh1 400 manat kirayə haqqı borcunun qaldığını etiraf etmiş, işi olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin digər Cavabdeh2 münasibətdə isə məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya hər hansı pul məbləğinin borclu olması iş materialları ilə təsdiq edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2598/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2598/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver