Məhkəmə qərarları › İş №2(004)-26/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-26/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-26/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı1 və X5ünvan 1 ünvanına yaşayış hüquqları tanınmaqla, köçürülməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı3, X12 və İddiaçı1 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, hal-hazırda faktiki olaraq, Bakı şəhəri, Yasamal rayonu, M. F. Axundov küçəsi, ev 81 ünvanında yerləşən özbaşına tikili 1933-cü ildə Süleyman Məmməd oğlu tərəfindən tikilmiş, 1956-cı ilədək bu şəxs həmin evdə yaşamış, daha sonra isə qardaşı Cəmil Məmmədov həmin evdə yaşamağa davam etmişdir. Mənzil sonralar Süleyman Məmməd oğlunun övladı X7 istifadəsində olmuşdur. O, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.1992-ci il tarixli qərardadı ilə özbaşına tikili olan mübahisəli evə mülkiyyət hüququnun tanınması iddiası üzrə icraata xitam verilmişdir. Beləliklə, ev üzərində heç kimin sahiblik hüququ qeydə alınmadığından sözügedən mənzil Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyəti Mənzil X11 61 saylı MənzilKommmunal İstismar İdarəsinin balansına keçirilmişdir. Sonralar mərhum yoldaşı İmanov İntiqam xx.xx.1985-ci ildə 61 saylı Mənzil Kommmunal İstismar İdarəsinin göstərdiyi “sahibsiz ev olaraq adlandırılan” mənzili alqı-satqı yolu ilə əldə etmişdir. O vaxtdan bəri ailəvi olaraq sözügedən mənzildə yaşayırlar. Həmçinin, 1985-ci ildən bəri də həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Yoldaşı rəhmətə getdikdən sonra avtomatik olaraq sözügedən mənzildən qeydiyyatdan çıxmış olsa da, lakin hələ də İddiaçı3, övladları X12 və İddiaçı1 bu mənzildə faktiki yaşayış yeri üzrə qeydiyyatdadırlar. Lakin, sonradan məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərardadı ilə özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmamasından və yaşayış sahəsinin sahibsiz ev olaraq qalmasından istifadə edən Cavabdeh adlı şəxs qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə saxta düzəlişlər edərək, bu tikilini özlərinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilləriylə birləşdirmiş, ev 79\81 ünvanı adı altında mənzili öz adına xx.xx.2021-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata almışdır. Bu şəxs onların alqı-satqı yolu ilə Mənzil Kommunal Təsərrüfat Birliyindən aldıqları və qanuni istifadələrində olan mənzillə bağlı qanunsuz yolla əldə etdiyi qeydiyyat vəsiqəsi əsasında qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hal-hazırda faktiki yaşadıqları və qeydiyyatda olduqları evdən pasport qeydiyyatından çıxmalarını tələb edir, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdular. Məhkəmənin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərdiyi “ünvanlara dair müvafiq məlumatın verilməsi” barədə sorğuya sözügedən inzibati orqan xx.xx.2022-ci il tarixli, **********31 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M. F. Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F. Axundov küçəsi, 81 saylı fərdi yaşayış sahəsi eynidir. Bu cavab ilə qətiyyən razılaşmırlar, çünki inzibati orqanın hər hansı bir hərəkətlilik göstərmədən, mübahisəli tikintiyə baxış keçirərək protokol tərtib etmədən, həmin protokolu məhkəməyə təqdim edərək hüquqi əsaslandırmadan və sübuta yetirmədən, hansı əsas üzrə belə bir qənaətə gəldiyi və qətiyyətlə birmənalı cavab verdiyi məlum deyildir. Beləliklə, bu mübahisəli vəziyyətin davam etməsi səbəbiylə, hazırda mənzildə faktiki yaşayan şəxslər kimi yaşayış yeri üzrə pasport qeydiyyatında olsalar da, qanuni istifadələrində olan mənzil üzərində istifadə hüquqları tanınmır və mübahisələndirilir. Məhz bu məqamda istifadə hüquqlarının tanınması zərurəti yaranmışdır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdilər. Yasamal Rayon Məhkəməsinin e-2(004)-5233/2022 saylı xx.xx.2022-ci il tarixli Qətanməsi ilə iddia tələbi təmin edimiş. İddiaçılar İddiaçı3, X5 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınmış. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçılara verilsin kimi Qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə öz dəstəsi ilə heç bir qanuni əsas olmadan 37 il müddətində qeyd edilən ünvanda qeydiyyatda olmaqla yaşayan iddiaçıları zor gücü ilə evdən çıxarmış, onlara aid əşyaları sındıraraq bir hissəsini bayıra atmış və evin giriş qapısının kilidini dəyişmiş ki, iddiaçılar fərdi yaşayış evinə daxil ola bilməsinlər. Evdən zor gücü ilə çıxarılan zaman İddiaçı3 dəfələrlə 102 qaynar xəttinə zəng vursa da onlara kömək gəlməmişdir. Evdən bayıra atılandan sonra isə ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət edilmişlər. İzahat yazdıqdan sonra məsələnin araşdıracaqlarını bildirsələr də, sonda göstərilən xüsusatların mülki xarakterli və bununla əlaqədar məhkəməyə müraciət etmələrini tövsiyyə etmişlər. Odur ki, 37 il müddətində qeydiyyatda olduğumuz və qanuni istifadələrində, sahibliklərində olan Bakı şəhəri, Yasamal rayonu, M. F. Axundov küçəsi, ev 81 ünvanına yaşayış hüquqlarının tanınmaqla köçürülməkləri tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədirlər. Hal-hazırda qohum-əqrabalarının evində yaşamaqdan təngə gəliblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X15 iddia tələbi ilə razı olmadıqlarını bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X9 21 aprel 2003-cü il tarixdən ünvan 5 ünvanda X9 ilə yanaşı İddiaçı1, və İddiaçı3 da qeydiyyatdadır. Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli, 2-149 nömrəli qətnaməsinə əsasən X7, X13 və X10 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları rədd edilmişdir. X16 iddiasını onunla əsaslandırmışdır ki, 1981-ci ildən M.F.Axundov küçəsi, 81 nömrəli evin birinci mərtəbəsində iki otağa pasport qeydiyyatına düşməklə ailə üzvləri ilə orada yaşayır. Həmin otaqlarda təmir işləri aparmışdır. Məhkəmə qeyd etmişdir ki, iddianın yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli Axundov küçəsi, ev 79/51 nömrəli fərdi yaşayış evinin 1/5 hissədən bir hissəsi X1, 1/5 hissədən bir hissəsi X2, 1/5 hissədən bir hissəsi X6, 1/5 hissədən bir hissəsi X3, 4/5 hissədən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi isə X4 adlarına qeydiyyatdan keçmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5233/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı3, X5 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1486/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e- 2(004)- 5233/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı3, X12 və İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3106/2023 saylı qərarından görünür ki, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1486/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-826/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, İddiaçı3, X12 və İddiaçı1 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan ev Cavabdeh mülkiyyətindədir və sonuncuya vərəsəlik hüququ üzrə keçmişdir. Belə ki, Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə texniki-tikinti ekspertinin rəyinə əsasən M.Fətəli küçəsi 79/81 nömrəli ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1486/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçıların Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” barədə iddia tələbi rədd olunmuşdur. Məhkəmənin mövqeyinə görə həmin evdən istifadə hüququnun yaranması yalnız 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixə kimi istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyən 53 və 123-cü maddəsinin şərtləri mövcud olduqda mümkündür. Həmin normaların şərtinə görə isə yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin ailə üzvünə və ya onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparan şəxslərə münasibətdə yaranır. Hazırki mübahisə üzrə qeyd olnan şərtlərin heç biri mövcud deyildir. Yəni, iddiaçılar cavabdehin ailə üzvləri deyildir və sonuncu ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparması faktı da mövcud deyildir, iddiaçıların mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Sözügedən qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3106/2023 saylı qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisə predmeti olan yaşayış evinə köçürülməsi və yaşayış hüququnun tanınması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.07-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.” Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar