Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2604/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə düzgün xitam verilməsi, kompensasiya, maddi və mənəvi təzminat” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə düzgün xitam verilməsi, kompensasiya, maddi və mənəvi təzminat” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -nin əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsinə dair 30/23 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun əmək müqaviləsinə ƏM-nin 74-cü maddəsinin “a” bəndinə əsasən xitam verilməsi, müavinatın ödənilməsi, həmin müavinatın 10 ay verilmədiyi üçün hər aya görə 5 faiz infilyasiya hesablanmaqla ödənilməsi, mənəvi ziyana görə 10000 manat, psixoloji və mənəvi sarsıntıya görə 15000 manat və X1 yalan məlumat verdikləri üçün 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı atası Nümayəndə verdiyi xx.xx.2024-cü il tarixli etibarnaməni nəzərdən keçirir və müəyyən edir ki, İddiaçı atası Nümayəndə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2021-ci il tarixli AR-İİ 447554 nömrəli və 049 nömrəli Hərbi Hissənin komandiri tərəfindən təsdiq edilməklə verdiyi xx.xx.2024-cü il tarixli etibarnaməsində məhkəmədə təmsil edilmək və iddia ərizəsini onun əvəzindən imzalamağa səlahiyyət verməmişdir. Bu etibarnamədə xüsusi göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən əsasən baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası MPM-in 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, hazırkı iddia ərizəsi iddiaçının özü tərəfindən deyil, nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli etibarnamələrdə iddia ərizəsinin imzalanması səlahiyyətinin verməsi Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən xüsüsi göstərilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.3, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə düzgün xitam verilməsi, kompensasiya, maddi və mənəvi təzminat” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2604/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2604/2024
21.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver