Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-261/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı X3, 3-cü şəxs Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 3-cü şəxs Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X3 cavabdeh X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehsalatda əmək xəsarəti nəticəsində əmək qabiliyyətinin azalması nəticəsində dəyən zərərin ödənilməyən (kəsirin) hissəsinin ödənilməsi və əmək haqqları barədə düzgün məlumatın təqdim edilməsi vəzifəsinin qoyulması iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 "xxxx" Açıq Səhimdar Cəmiyyətindən 2018-ci ilin noyabr ayından başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilənədək ona ödənilməli olan ortaq aylıq əmək haqqının 45 % miqdarında dəymiş zərərin əvəzinin ödənilməyən (kəsir qalan) hissəsinin tutularaq ona ödənilməsi və sığortaedən "X4 "xxxx" ASC-yə X7" (e-gov.az) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsində, 2006- 2017-cı illər üzrə "X1 Sistemi"nin "Sığorta" (Hesabat) alt sistemində "Bölüşdürülməmiş" və "FİN-ləşməmiş" hesablar bölümünə düşmüş əmək haqqısı barədə məlumatlarda düzəlişlərin edilərək, ora həqiqətən aldığı əmək haqqı barədə məlumatların qeyd edilməsi vəzifəsinin X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixdən 2017-ci il tarixinədək "X4» "xxxx" Açıq Səhimdar Cəmiyyətində (keçmiş - "xxxx" Açıq Səhmdar Cəmiyyəti) fəhlə kimi işləmişdir. . 20 iyul 2017-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirdiyi üçün cavabdehin 29.11.2018-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin "c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək qabiliyyətinin 45 % hissəsini iş zamanı itirdiyi üçün "X4 "xxxx" Açıq Səhimdar Cəmiyyəti ona aylıq əmək haqqının 45 % miqdarında sığorta ödənişi etməli olmuşdur. Lakin, hesabına ödənilən pulu gördüyü zaman ona məlum olmuşdur ki, cavabdeh ona daha az, yəni, 171 manat ödəniş etmişdir. Halbuki, onun həmin müəssisədə əmək haqqı ortalama 700 manat olmuşdur ki, həmin məbləğin də 45%-i 315 manat təşkil edir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin, sonuncu 25 oktyabr 2019-cu il tarixli məktubu ilə bundan dolayı yolla imtina etmişdir. Həmin məktubda qeyd olunur ki, "Sizin müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) yanında Dövlət Sosial Müdafiə Fondunun aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsində baxılmışdır. Müraciətlərinizlə bağlı araşdırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, sığortaedən "Avro- X10 „"xxxx" ASC (köhnə adı "xxxx ASC) tərəfindən 2007 və 2016-cı illər üçün təqdim olunmuş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) məlumatlarınız tam qeyd olunmadığı üçün "X1 Sistemi"nin "Sığorta AS (Hesabat)" alt sistemində "Bölüşdürülməmiş" hesablar bölümünə düşmüş, 2017-ci ilin İV rübü və 2018-ci ilin l-lll rübləri üzrə isə "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda sığortaolunan kimi qeyd olunmadığınız üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarınız fərdi şəxsi hesabınızda əks olunmamışdır. Bildiririk ki, sığortaedən "X2 "xxxx" ASC-yə "X7'' (e-gov.az) Nazirliyin təqdim etdiyi elektron xidmətlər bölməsində, 2006-2016-cı ilər üzrə "X1 Sistemi"nin "Sığorta” (Hesabat) alt sistemində Bölüşdürülməmiş" və "FİN-ləşməmiş" hesablar bölümünə düşmüş sığortaolunanların məlumatlarında düzəlişlərin edilməsi üçün müvafiq funksionallıq verilmişdir. Qeyd edilən məsələ ilə bağlı sığortaedənə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, "X4 "xxxx" ASC tərəfindən X1 Sistemi"nin "Sığorta AS (Hesabat)" alt sistemində təqdim olunmuş X11 əsasən 01.10.2018-ci il tarixinə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı :izrə 690999,78 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə isə 138230,62 manat Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır. Nəticədə həmin borc məbləği sığortaolunanların ödənilmiş sığorta haqlarının azalmasına səbəb olmuşdur." Bundan sonra iddiaçı cavabdeh X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, lakin, cəmiyyət 08 iyun 2020-ci il tarixli, 867/20 nömrəli məktubla müraciətini təmin etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iddianın ikinci tələbinə aid hissəsinə etiraz edərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddianın birinci tələbinə dair hissəsinin həllini isə məhkəmənin mülahizəsinə vermişlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dlinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 2.1. –ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qaydaların 3.3.-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İş materiallarına əlavə edilmiş cavabdeh “xxxx” ASC tərəfindən təqdim edilmiş iddiaçının əmək haqqları barədə arayışlardan görünür ki, iddiaçının xəsarət almamışdan əvvəlki 12 təqvim ayı ərzində aldığı əmək haqqısı nəzərə alınmaqla hesablanmış orta əmək haqqısı təxminən 380 manat təşkil etmişdir ki, bununda 45% -i 171 manat təşkil edir. İddiaçı onun xəsarət almamışdan əvvəl aylıq əmək haqqısının 700 manat olmasını bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya zərərə görə aylıq ödənc düzgün ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiada qoyulmuş birinci tələb təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən əsassızdır və rədd edilməldir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın ikinci tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçı 2016-cı ildə işlədiyi halda onun əmək haqları barədə məlumatlar DSMF-yə verilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun 16 dekabr 2019-cu il tarixli məktubuna əsasən cavabdeh (sığortaedən) “xxxx” ASC tərəfindən təqdim olunmuş 2016-cı il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma V3) iddiaçı sığorta olunan kimi qeyd olunmamışdır. Bundan əlavə cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş iddiaçının əmək haqqları ilə cavabdehin məhkəməyə təqdim etdiyi əmək haqqı cədvəlləri müqayisə edildikdə müəyyən olunmuşdur ki, iddiaçı 2016-cı ilin 8 ayını işləmiş və ümümilikdə 3509.90 manat məbləğində əmək haqqı almış, 2015-ci ilin oktyabr, noyabr, dekabr aylarında işləmiş və cəmi 1101.58 manat əmək haqqı almış, lakin DSMF-yə bu barədə məlumat verilməmiş, 2017-ci ilin noyabr ayında 445.78 manat əmək haqqı almış, lakin DSMF-də olan məlumatlarda həmin ay üçün əmək haqqı 200 manat az, yəni 245.78 manat göstərilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 2.0.6.-cı maddəsinə əsasən hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması fərdi uçotun məqsədlərindən biridir Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.(maddə4.1.) Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir.( 4.2.) Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. (5.1) Həmin Qanunun 5.2.-ci maddəsinə əsasən fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün). İşəgötürən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.( 7.1.) Sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. (7.8.) Həmin Qanunun 9.2. -ci maddəsinə əsasən işəgötürənin vəzifələri aşağıdakılardır: 9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı, 3.0.2-ci, 3.0.4-cü, 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.3-cü, 5.4-cü, 5.5-ci (ikinci halda), 5.6-cı, 7.1-ci, 7.2-ci, 7.3-cü, 7.4-cü , 7.5-ci, 7.6-cı, 7.7.1-ci, 7.7.2-ci, 7.7.3-cü, 7.7.5-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci, 7.12-ci (hər iki halda) və 7.13cü maddələrində, İİİ-cü fəslin adında, 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.4-cü, 8.2.1-ci, 8.2.2ci, 9.1.2-ci, 9.2.1-ci, 9.2.2-ci, 10-cu (adında), 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqları barədə məlumatlar DSMF-yə natamam və qismən səhv təqdim edildiyi müəyyən edildiyindən iddiaçının ikinci tələbi təmin edilməli və iddiaçının cavabdehdə işlədiyi müddətdə əmək haqqları barədə düzgün məlumatların Dövlət Sosial Müdafiəsi Fonduna təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 X4 "xxxx" Açıq Səhimdar Cəmiyyətində işlədiyi 2006-2017-cı illər üzrə əmək haqqları barədə düzgün məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsi X4 "xxxx" Açıq Səhimdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova .
Məhkəmə qərarları › İş №2(004)-261/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-261/2021
02.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver