Məhkəmə qərarları › İş №2(004)-2615/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2615/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2615/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 24.09.2007-ci il tarixli kredit müqaviləsi üzrə 133.334,84 ABŞ dolları əsas, 131.381,93 ABŞ dolları faiz, 29,47 ABŞ dolları cərimə borcu olmaqla cəmi 264.746,24 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən, 96.95 kv.m ümumi sahədən, 66.12 kv.m yaşayış sahəsindən, 30.83 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 7 saylı evin 30 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses gedişatında iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər qismindən çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Hazırda tərəflər məhkəməyə barışıq sazişi təqdim etmişdilər. Barışıq sazişinin şərtlərinə görə: “Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən Cavabdeh1 şəxsində, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-2615/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 24 sentyabr 2007-ci il tarixli kredit razılaşması üzrə 133334,84 ABŞ dolları əsas, 131381.93 ABŞ dolları faiz, 29.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 264746.24 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir və 29.07.2021-ci il tarixə 40 000 ABŞ dolları vəsaiti (30000 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları faiz borcu) kredit borcu üzrə ödəniş etmişdir.

2. Tərəflər arasında bağlanmış 24 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 96.95 kv.m ümumi, 66.12 kv.m yardımçı sahədən ibarət olan mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 220 000 manat məbləğində müəyyən edilsin.

3. Borclu 107 294.76 ABŞ Dolları (103 334.87 ABŞ dolları əsas borc, illik 7% hesablanmaqla 3 959.89 ABŞ dolları faiz borcu) məbləğində vəsaiti qeyd olunan aşağıdakı ödəniş cədvəli üzrə Banka ödəməyi öhdələrinə götürür.

Cərimə Ödənişin Əsas borcdan Aylıq cəmi Ödəniş Faiz ödənişi Gecikdirilmiş borcundan tarixi ödəniş (ABŞ faiz ödəniş sayı (ABŞ Dolları) ödəniş Dolları) (ABŞ Dolları) (ABŞ Dolları) 1 25.08.2021 8 338.47 602.79 0 0 8 941.26 2 27.09.2021 8 387.08 554.15 0 0 8 941.23 3 25.10.2021 8 436.01 505.22 0 0 8 941.23 4 25.11.2021 8 485.22 456.01 0 0 8 941.23 5 27.12.2021 8 534.71 406.51 0 0 8 941.23 6 25.01.2022 8 584.50 356.73 0 0 8 941.23 7 25.02.2022 8 634.58 306.65 0 0 8 941.23 8 25.03.2022 8 684.94 256.28 0 0 8 941.23 9 25.04.2022 8 735.61 205.62 0 0 8 941.23 10 25.05.2022 8 786.56 154.66 0 0 8 941.23 11 28.06.2022 8 837.82 103.41 0 0 8 941.23 12 25.07.2022 8 889.37 51.85 121 381.93 29.47 8 941.23 Cəmi: 103 334.87 3 959.89 121 381.93 29.47 107 4.76

4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada icra etdiyi və sonuncu ödəniş tarixinə keçirilmiş faizlərdən 23500 ABŞ dolları hissəsini ödəniş etdiyi təqdirdə, Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 97881.93 ABŞ dolları faiz, 29.47 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 97911.4 ABŞ dolları borcu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclu sazişin 3-cü və 4-cü bəndlərində qeyd olunan ödənişləri tam ödədiyi halda Cavabdeh1 mülkiyyətindəki ipoteka predmeti olan ünvan 2ünvanında yerləşən, 96.95 kv.m ümumi, 66.12 kv.m yardımçı sahədən ibarət olan mənzili girovdan azad etməyi (dövlət rüsumu cavabdehlər tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, pozulma dövrünə olan borc məbləği sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan ümumi qaydada Bankın xeyrinə tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.” Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə: “Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən Cavabdeh1 şəxsində, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-2615/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 24 sentyabr 2007-ci il tarixli kredit razılaşması üzrə 133334,84 ABŞ dolları əsas, 131381.93 ABŞ dolları faiz, 29.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 264746.24 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir və 29.07.2021-ci il tarixə 40 000 ABŞ dolları vəsaiti (30000 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları faiz borcu) kredit borcu üzrə ödəniş etmişdir.

2. Tərəflər arasında bağlanmış 24 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 96.95 kv.m ümumi, 66.12 kv.m yardımçı sahədən ibarət olan mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 220 000 manat məbləğində müəyyən edilsin.

3. Borclu 107 294.76 ABŞ Dolları (103 334.87 ABŞ dolları əsas borc, illik 7% hesablanmaqla 3 959.89 ABŞ dolları faiz borcu) məbləğində vəsaiti qeyd olunan aşağıdakı ödəniş cədvəli üzrə Banka ödəməyi öhdələrinə götürür.

Cərimə Ödənişin Əsas borcdan Aylıq cəmi Ödəniş Faiz ödənişi Gecikdirilmiş borcundan tarixi ödəniş (ABŞ faiz ödəniş sayı (ABŞ Dolları) ödəniş Dolları) (ABŞ Dolları) (ABŞ Dolları) 1 25.08.2021 8 338.47 602.79 0 0 8 941.26 2 27.09.2021 8 387.08 554.15 0 0 8 941.23 3 25.10.2021 8 436.01 505.22 0 0 8 941.23 4 25.11.2021 8 485.22 456.01 0 0 8 941.23 5 27.12.2021 8 534.71 406.51 0 0 8 941.23 6 25.01.2022 8 584.50 356.73 0 0 8 941.23 7 25.02.2022 8 634.58 306.65 0 0 8 941.23 8 25.03.2022 8 684.94 256.28 0 0 8 941.23 9 25.04.2022 8 735.61 205.62 0 0 8 941.23 10 25.05.2022 8 786.56 154.66 0 0 8 941.23 11 28.06.2022 8 837.82 103.41 0 0 8 941.23 12 25.07.2022 8 889.37 51.85 121 381.93 29.47 8 941.23 Cəmi: 103 334.87 3 959.89 121 381.93 29.47 108 4.76

4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada icra etdiyi və sonuncu ödəniş tarixinə keçirilmiş faizlərdən 23500 ABŞ dolları hissəsini ödəniş etdiyi təqdirdə, Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 97881.93 ABŞ dolları faiz, 29.47 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 97911.4 ABŞ dolları borcu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclu sazişin 3-cü və 4-cü bəndlərində qeyd olunan ödənişləri tam ödədiyi halda Cavabdeh1 mülkiyyətindəki ipoteka predmeti olan ünvan 2ünvanında yerləşən, 96.95 kv.m ümumi, 66.12 kv.m yardımçı sahədən ibarət olan mənzili girovdan azad etməyi (dövlət rüsumu cavabdehlər tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, pozulma dövrünə olan borc məbləği sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan ümumi qaydada Bankın xeyrinə tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.” İddiaçı ASC-nin Cavabdeh1 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar