Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-262/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X14 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "icra sənədinin icrasına maneə aradan qanunsuz əmrin ləğvi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı “icra sənədinin icrasına maneə yaradan qanunsuz əmrin və qərarların ləğvi, icra sərhədini icra etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi və icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “Yelo Bank" ASC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 593 saylı əmək müqaviləsinə və eyni tarixli 138 “K” saylı əmrə əsasən, iddiaçı "xxxx" ASC-də “8 saylı" filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli 61/1 “T” saylı əmr ilə, o “8 saylı” filialın müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. xx.xx.2018-ci il tarixində AR Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixli 593 saylı əmək müqaviləsi müddətsiz hesab olunmuşdur. Daha sonra xx.xx.2018-ci il tarixli 53/Q saylı əmrlə müddətli əmək müqaviləsi olmaqla iddiaçı yenidən filial müdiri vəzifəsinə təyin edilmişdir. Həmin hadisələrdən sonra isə Cavabdeh ASC rəhbərliyi tərəfindən qərəzli münasibət ilə qarşılaşmışdir və xx.xx.2020-ci il tarixli, tamamilə əsassız 128/A saylı əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsinin iddianın təmin edilməyən-əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. Sözügedən icra sənədi “İcra haqqında” AR Qanununun 70.2-ci maddəsinə əsasən, dərhal icra edilməli olduğu halda Yasamal rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abasov tərəfindən qətnamənin könüllü icrası üçün borcluya qanunsuz olaraq 10 gün vaxt verilmişdir. Lakin Cavabdeh ASC-nin rəhbərliyi Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin tələblərini hazırki tarixədək heç bir əsas olmadan icra etməmiş və süründürməçiliyə yol vermişdir. Həmçinin, həmin icra sənədi üzrə cavabdeh “Yelo Bank" ASC icra sənədini icra etməməkdən ötrü süni maneələr yaradır və iddiasının əsas insan və əmək hüquqlarını kobud surətdə pozur. Bu əsas insan və əmək hüquqlarını kobud surətdə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixində qət olunmuşdur. Məhkəmə aktı xx.xx.2022-ci il tarixində öz qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. “İcra haqqında" AR Qanununun 8.2-ci maddəsinə əsasən, icraçı tərəfindən verilmiş 10 gün müddətdə borclu “Yelo Bank" ASC icra sənədində olan tələbləri könüllü surətdə qismən təmin etmişdir. İddiaçıya ödənilməli olan məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı hesabına qismən köçürülmüşdür. Lakin o öz işinə, əvvəlki vəzifələrinin icrasına buraxılmamışdır. Borclu “Yelo Bank" ASC tərəfindən xx.xx.2022-ci il və ci il tarixli məktublarla “8 saylı" Filialın mövcud olmaması səbəbi əsas gətirilərək iddiaçının həmin filiala yox, “3 saylı” Filiala işə bərpa olunmağı təklif olunmuşdur. Borclu “Yelo Bank" ASC tərəfindən iddiaçıya ünvanlanan məktublarda təklif olunan iş “8 saylı" Filialın işçi tərkibi, müştəri bazası, əmanət və kredit portfelləri ilə uyğun olmadığı və aralarında ciddi fərqlər olduğu, eyni zamanda Qətnamənin tələblərinə uyğun olmadığı üçün onun tərəfindən imtina edilmişdir.Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh “Yelo Bank" ASC tərəfindən icra sənədinin icrasını uzatmaq və Qətnamənin tələblərindən yayınmaq məqsədilə məhkəmə prosesi dövründə, xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı" Filialın hüquqi ünvanının ünvan 3 Filialına dəyişdirilməsi ilə əlaqədar Filiala verilmiş icazə yenilənmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. Göstərilənlərə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən “8 saylı" Filialın yenilənmiş hüquqi ünvanına yəni, ünvan 4 May” Filialına bərpa edilməli idi. Bununla belə, ona “Yelo Bank" ASC-nin “3 saylı" Filialına işə bərpa olmaq təklif olunmuşdur. Eyni zamanda cavabdeh “Yelo Bank" ASC tərəfindən xx.xx.2022-ci il tarixində, iddiaçıya “3 saylı" Filiala təyin olunmağına dair təklif edildikdən sonra, icra sənədinin icrası mərhələsində Müşahidə Şurasının növbədənkənar Ümumi iclasında Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May" Filialının (keçmiş “8 saylı” Filial) ünvan 5 ünvana köçürülməsi qərara alınmış, bununla bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankından icazə verilmiş və reyestrdə müvafiq qeydiyyat aparılmışdır. Faktiki olaraq isə “3 saylı” Filialın və “28 May” Filialının işçi tərkibi, müştəri bazası, əmanət və kredit portfelləri yeni ünvana köçürülməmiş, olduğu kimi saxlanılmışdır. Bütün bunlar cavabdeh tərəfindən iddiaçının Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialına (keçmiş “8 saylı" Filial) yox, “3 saylı” Filiala işə bərpa olmağı məqsədilə edilən qanunsuz hərəkətlər və icraya yaradılan süni maneələrdir.İddiaçının xx.xx.2022-ci il tarixli 1- 13/3418-22 nömrəli məktub ilə xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqavilənə xitam veriləcəyi ilə əlaqədar bildiriş və 113/A saylı əmrlə yuxanda qeyd olunan Qətnaməyə əsasən, qüvvədən düşmüş xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqaviləmə xitam verilməsi barədə 1-13/3417-22 nömrəli məktub göndərilmişdir. Məktubların qeydiyyat nömrələrindən də aydın olur ki, bildiriş formal olaraq hazırlanmış, faktiki olaraq iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş əmr verildikdən sonra göndərilmişdir. xx.xx.2022-ci il tarixli 113/A saylı əmrdə göstərilir ki, iddiaçının əmək müqaviləsinə X3 xx.xx.2022-ci il tarixli qəranna əsasən xitam verilmişdir. Lakin “Yelo Bank" ASC-nin X2 xx.xx.2019-cu il tarixli, 02 saylı qərarı ilə təsdiq olunmuş Nizamnaməsinin 8.1.4-cü maddəsinə əsasən, bu Nizamnamədə və qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, Bankın filial, şöbə və nümayəndəliklərin rəhbər vəzifələrinə namizədlərin təyin edilməsi, yerdəyişməsi və vəzifədən azad edilməsi barədə qərarlar qəbul etmək İdarə Heyətinin səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi bu qərar “Yelo Bank" ASC-nin Nizamnaməsinə uyğun deyil və tamamilə qanunsuz olaraq qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanının ünvan 7 Filialına dəyişdirilməsi ilə əlaqədar və Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialının (keçmiş “8 saylı” Filial) ünvan 8 ünvana köçürülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli icazələr verilsə də, Azərbaycan Respublikası Mərkəzi Bankı bu dəyişikliklərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bütün icra sənədinin icrası müddətində iddiaçı dəfələrlə həm cavabdeh banka, həm icra şöbəsinə məktublar ünvanlamışdır ki, o işə bərpa olunmamışdır, işə bərpa olunmağı barədə icra sənədi icra olunsun. Məktublarının cavablandırılmaması və müvafiq tədbirlərin görülməməsi səbəbindən,o eyni məzmunlu məktubları xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə X10, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədova, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə X19, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Eldar Nuriyevə, İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova və digər səlahiyyətli şəxslərə ünvanlamışdır. Hətta iddiaçı xx.xx.2022-ci il saat 09:00-da iş yerinə getsə də, Cavabdeh ASC tərəfindən onun işinə bərpa olunmamağı üçün süni maneələr yaradılmış və o vəzifələrinin icrasına buraxılmamışdır.İddiaçı dəfələrlə Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasovla əlaqə yaratmağa çalışsa da, ona və Yasamal rayon icra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə çoxsaylı məktublar ünvanlasa da, nəticə etibarilə bu gün icra məmuru icra sənədinin guya iddiaçının hərəkətsizliyi nəticəsində “İcra haqqında” AR Qanununun 23.1.5-ci maddəsinə əsasən, icra sənədinin icrasına mane olmağı səbəbi ilə geri qaytarmışdır. Cavabdeh “Yelo Bank" ASC tərəfindən icra sənədi qismən icra olunmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçının xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqavilənə xitam verilməsi barədə bildiriş etibarsız hesab edilsə və onun mövcud olmayan “8 saylı” Filiala bərpa olunmağı görüntüsü yaradılsa da, faktiki olaraq o “28 May” Filialına (köhnə “8 saylı” Filial) vəzifə öhdəliklərinin icrasına buraxılmadığı və icra sənədi bu hissədə icra olunmamış saxlanılmışdı. Hətta Cavabdeh ASC bir müddət sonra iddiaçının guya işə bərpa olunmağı ilə əlaqədar əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 113/A saylı əmr ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam vermişdir. Açıq-aşkar görünür ki, cavabdehin niyyəti iddiaçının işə bərpa olunmağına yönəlməmişdir. Bunu məhz ona xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla “3 saylı” Filialda işə bərpa olunmaq təklif olunduqdan və onun bu təklifə etiraz etməyindən sonra “3 saylı” Filialın hüquqi ünvanının və adının “28 May” Filialı (köhnə “8 saylı” Filial) ilə dəyişdirilməsi, heç bir zərurət olmadan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq icazələrin verilməsi və eyni zamanda heç bir əsas olmadan iddiaçının işə bərpa olunmağı ilə bağlı verilmiş formal əmrin ləğv edilməsi, elektron sistemdə bununla bağlı bildirişin də yerləşdirilməsi göstərir. Cavabdeh ASC iddiaçını işə bərpa etmədən guya icra sənədini icra etmiş kimi süni görüntü yaratmağa çalışmış və onun bütün hərəkətləri icra sənədinin icrasına maneçilik törətməyə yönəlmişdir.Bütün bu hərəkətlərlə cavabdehlər icra sənədinin icrası prosesində də bir anlaşılmazlıq yaratmışlar. Hətta iddiaçılar belə cavabdehin yaratdığı bu süni maneələrlə necə rəftar edəcəklərini bilmədən,sanki icra sənədinin icra olunmasına iddiaçı tərəfindən hərəkətsizlik göstərilməsi qiymətini vermişlər. Hazırda icraçıların həmin qərarını da məhkəmədə mübahisələndirmişdir. Nəticə etibarilə cavabdehlər tərəfindən aşağıdakı hərəkətlərlə icra sənədinin icrasına süni maneələr yaradılır və iddiaçının əsas insan hüquq və azadlıqları kobud surətdə pozulmuşdur. Cavabdeh ASC məhkəməyə iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)- 9642/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmrinin və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmalı, R.İddiaçı əvvəlki işinə bərpa edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməli, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur. Daxil olmuş icra vərəqəsi Bank tərəfindən təxirə salınmadan xx.xx.2022-ci il tarixdən etibarən icra olunmağa başlanılmışdır. xx.xx.2022-ci il tarində işəgötürən tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmri verilərək İddiaçı 43.133,98 (qırx üç min yüz otuz üç manat doxsan səkkiz qəpik) manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni 01.07,2020-ci il-xx.xx.2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 (səkkiz) gün hesablanmış məbləğlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 438 (dörd yüz otuz səkkiz) gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 (dörd yüz qırx altı) gün üçün ödənilmiş məbləğ) vəsait ödənilmişdir.Bundan əlavə xx.xx.2022ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər aym sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixli xxxxxxx0002XO nömrəli bildirişin etibarsız hesab edilməsi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə dəfələrlə həm yazılı, həm də şifahi olaraq tərəfimizdən müraciət edilmişdir. Sözügedən bildiriş X16 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində etibarsız hesab edilmiş və dərhal sonra Bank tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı əvvəlki işinə (əvvəlki adı “8 saylı” filialın müdiri) bərpa edilməsi barəsində əmr verilmiş, ona işə çıxmasına dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla ilkin olaraq icra vərəqəsi və işə bərpa ilə əlaqədar müvafiq prosedurların yerinə yetirilməsi məqsədilə (icra sənədinə əsasən əmək kitabçasına müvafiq düzəlişin edilməsi, təhlükəsizlik qaydalarına uyğun olaraq müəyyən şifrələrin və kartların verilməsi və s.) xx.xx.2022-ci il tarixində Bankın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 81 K ünvanında yerləşən baş ofisinə dəvət edilmiş və gələrkən özü ilə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə əmək kitabçasının gətirilməsi bildirilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən görüş zamanı İddiaçı Bankın “8 saylı” filialının (hazırkı adı “28 May” filialı) müdiri vəzifəsinə işə bərpa olunduğu və icra sənədinin digər hissələrinin də Bank tərəfindən tam icra edildiyi onun və vəkilinin diqqətinə çatdırılmış və bu barədə yazılı məktub təqdim edilmişdir.Lakin İddiaçı işə bərpa məsələsinə aid olmayan, icra sənədinin icrası ilə əlaqədar olmayan sənədləri (özündə bank sirrini əks etdirən sənədləri: balans hesabatı, müştərilərin miqrasiyası və s.) tələb edilməsi kimi müxtəlif bəhanələrlə əmək kitabçasını təqdim etməkdən və icra vərəqəsi üzrə əmək müqaviləsinə müvafiq düzəlişlərin edilməsini nəzərdə tutan əlavə sazişi imzalamaqdan və bununla da əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə çıxmaqdan birmənalı olaraq imtina etmişdir. X15 tərəfindən istər "xxxx" ASC-yə, isətrsə də Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı müraciətlərində əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə çıxmaqdan imtina etdiyini göstərmişdir.X15, əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə bərpa olunduqdan sonra, heç bir üzürlü səbəb olmadan işə çıxmaması ilə bağlı Cavabdeh ASC-nin səlahiyyətli şəxsləri tərəfindən hər gün müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən verilmiş Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin səhmdarları və mülkiyyətçiləri səhmlərin alqı-satqısı nəticəsində dəyişilmiş və "xxxx" MMCnin 0,0991 %, X17-0,9568 % və X11-98,9441 % pay ilə qeydiyyatdan keçmişlər.Qeyd olunan dəyişikliklərin qeydiyyata alınması məqsədi ilə Cavabdeh ASC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət olunmuşdur.Kommersiya qurumlarının dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2022ci il tarixdə reyestr məlumatlarında dəyişikliklər edilmiş, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC-95,6759 %, "xxxx" MMC-0,0991 % və X11- 4,225 % dəyişilmiş, yeni mülkiyyətçilər və onların Nizamnamə kapitalındakı payları göstərilmişdir. Belə ki, Cavabdeh ASC-nin yeni mülkiyyətçiləri (səhmdarları) və onların payları "xxxx" MMC-nin 0,0991 %, X17- 0,9568 % və X11-98,9441 % müəyyən edilmiş və bununla bağlı Cavabdeh ASC-yə Çıxarış verilmişdir.Cavabdeh ASC-nin səhmdarlarının xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı işə çıxmaması ilə bağlı Filialın fəaliyyətində yaranmış çətinliklər, habelə Filialın müştərilərinin və əməkdaşlarının narazılıqları, eyni zamanda xx.xx.2022-ci il tarixdən etibarən Bankın mülkiyyətçisinin dəyişməsi və yeni mülkiyyətçilərin qeyd edilənlərini əsas tutaraq “28 May” Filialının müdiri X15 ilə əmək münasibətlərinə davam etdirmək istəməmələri qeyd olunaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Cavabdeh ASC-nin İH-nin sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə X15 işdən çıxarılmışdır.X7 heç bir üzrlü səbəb olmadan işə çıxmaması ilə bağlı tərtib edilmiş aktlardan da göründüyü kimi, X15 işinə bərpa olunduğu “28 May” Filial müdiri vəzifəsinə işə çıxmamaqla, həmin Filialın fəaliyyətinə ciddi maneələr törətmiş, fəaliyyətini çətinləşdirmiş, bu da Cavabdeh ASC-nin İdarə Heyətinin sədri, eyni zamanda səhmdarları tərəfindən müsbət qarşılanmamışdır. xx.xx.2022-ci il tarixdən işə bərpa olunsa da, işə bərpa olunduğu gündən xx.xx.2022-ci il tarixədək, yəni 1 ay 17 gün heç bir üzrlü səbəb göstərmədən işə çıxmamış, bununla da o, rəhbəri olduğu Filialda əmək və icra intizamının normal ahəngini pozmuş, müəssisənin və mülkiyyətçilərin qanuni mənafelərinə ciddi xələl gətirmişdir. Bundan başqa, X15 xx.xx.2022-ci il tarixdən heç bir üzrlü səbəb göstərmədən işə çıxmaması Filialın fəaliyyətində çətinliklər, habelə Filialın əməkdaşları və müştəriləri arasında narazılıqlar yaratmışdır.İddiaçı davamlı olaraq işəgötürənin müraciətlərinə əhəmiyyət verməməsi, onun tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməsi, Bankın yeni mülkiyyətçiləri (Cavabdeh ASC-nin səhmdarları olan “Topaz İnv e stments Limited QSC-yə məxsus səhmlər X11 və X18 tərəfindən özgəninkiləşdirilərək onların mülkiyyətinə verilmiş və xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır) tərəfindən nəzərə alınmış və mülkiyyətçi dəyişikliyindən sonrakı ilk Səhmdarların xx.xx.2022-ci il tarixli X12 Rəfail Qiyas oğlu ilə əmək münasibətlərinin davam etdirilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar əsasında işəgötürən tərəfindən əmək qanunvericiliyinə əsasən müvafiq əmr verilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) X15 tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda X8 istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş müavinət ödənilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi Cavabdeh ASC tərəfindən tam icra olunmuş (istisna: əmək kitabçasmdakı qeydin etibarsız hesab edilməsinə dair əlavə qeyd əmək kitabçasına qeyd edilməmişdir, çünki tələbkar əmək kitabçasını Banka təqdim etməkdən imtina edir), müvafiq ödəmələr tələbkar X1, tələbkar əvvəlki işinə bərpa olunmuş, lakin o işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən 2022-ci ilin aprel ayında Cavabdeh ASC-nin əvvəlki səhmdarı (mülkiyyətçisi) "xxxx" QSC özünə məxsus 95,6759 % səhmlərini yeni səhmdarlara satmış, Cavabdeh ASC-nin mülkiyyətçiləri dəyişmiş, mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçilərin xx.xx.2022-ci il tarixli Qərarı və işəgötürənin müvafiq əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir.Qeyd olunanlara əsasən hesab edirik kih İddiaçılə bağlanmış xx.xx.2018- ci il tarixli əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur, xx.xx.2022-ci il tarixli 113/A saylı əmr əsaslıdır və onun ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. İddiaçının iddiası əsassızdır və təmin edilməməlidir.Həmçinin iddiaçının irəli sürdüyü Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasına tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə tələb də əsassızdır və rədd edilməlidir.X7 işə bərpa olunması və sair barədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi Cavabdeh ASC tərəfindən tam icra olunmuş (istisna: əmək kitabçasmdakı qeydin etibarsız hesab edilməsinə dair əlavə qeyd əmək kitabçasına qeyd edilməmişdir, çünki tələbkar əmək kitabçasını Banka təqdim etməkdən imtina etmişdir), müvafiq ödəmələr X1, tələbkar əvvəlki işinə bərpa olunmuş, lakin o işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən Bakın müvafiq əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir.Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin Bakı Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.X15 həmin qərardan şikayət verərək, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.X15 özü heç bir üzrlü səbəb olmadan işə çıxmaqdan imtina etmiş, onu görə də icra sənədi icra olunmadan geri qaytarılmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasına Cavabdeh ASC tərəfindən heç bir maneçilik törədilməmiş, X7 işə çıxmasına hər hansı maneə yaradılmamışdır. Odur ki, həmin hissədə də iddia tələbləri əsassızdır. İcra sənədinin icrasına cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması hissəsində iş üzrə icraata, iddia icraatı qaydasında məhkəmədə baxılmalı deyilsə əsası ilə xitam verilməlidir. Qeyd olunan tələb icra işinin davamı ilə bağlı məsələ olduğuna görə, həmin məsələ ilə bağlı “8” indeksi altında icra sənədini vermiş məhkəməyə müraciət olunmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi X15 qeyd edilən məsələ ilə bağlı şikayətlə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmiş, lakin onun bu şikayəti təmin edilməmişdir. İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, icra sənədinin icrasına cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması hissədə isə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən «Yelo Bank” ASC-nin nümayəndələri X21 və X9 iddia tələbini qəbul etmədiklərini bildirərək etirazın məzmununa uyğun izahat verərək iddianın əmrin ləğvi hissəsində rədd edilməsi barədə qətnamə, qalan hissədə icrata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsi iddianın təmin edilməyən-əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan abbasov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən,Cavabdeh ASC-nin “28 May" Filialının (keçmiş “8 saylı” Filial) Bakı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) İddiaçı tutduğu vəzifədən azad edilmişdir və onunla bağlanılmış əmək müqaviləsinə 26 iyul 2022-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1- 13/3417-22 nömrəli məktubun surətindən görünür ki, 25 iyul 2022-ci il tarixli X2 qərarına əsasən 113/A saylı, 26 iyul 2022-ci il tarixli Əmrlə 26 iyul 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Ümumi Yığıncağının 06 nömrəli 25 iyul 2022-ci il tarixli protokolundan çıxarışda qeyd edilir ki, “28 May" Filialının müdiri İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuşdur. Gündəlikdəki duran məsələ səs verməyə qoyulub səs vermədən sonra İddiaçı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq ödənişlər həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1- 13/3418-22 nömrəli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 maddəsinin “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar onunla Cavabdeh ASC arasında bağlanılmış 08 iyun 2018-ci il tarixli, 1288 №-li Əmək Müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən xitam verilməsi barədə İddiaçı məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Məkrəzi Bank tərəfindən İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 01-16-2-2022-62-2 nömrəli məktubun surətindən görünür ki, Bankın müraciəti əsasında 14 iyun 2021-ci il tarixində Filialın hüquqi ünvanının ünvan 7 filialına dəyişdirilməsi ilə əlaqədar Filiala verilmiş icazə yenilənmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Məkrəzi Bank tərəfindən Cavabdeh ASC-nin ünvan 7 filialına bank fəaliyyətlərinin həyata keçirilməsi üçün 203/14 nömrəli verilmiş icazədən görünür ki, nəzərdə tutulan bank fəaliyyətinin bankın lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx- 83661/26 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin könüllü icra olunması barədə Cavabdeh ASC-yə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli e83661/2022-53-26-006 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı keçmiş 8 saylı, hazırkı 28 may saylı filialında müdir vəzifəsinə dərhal bərpa olunması tələb olunur. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasının növbədənkənar Ümumi iclasının 15 saylı 06 may 2022-ci il tarixli protokolundan çıxarışda qeyd edilir ki, Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May" Filialının (keçmiş “8 saylı” Filial) Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 92 ünvanına köçürülməsi və ünvan 14ilialın ünvan 15lərək “Mərkəz” filial adlandırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 14/2208 nömrəli məktubun surətindən görünür ki, İddiaçı Kredit məhsullarının satışının təşkili üzrə şöbənin İpoteka kreditləşməsi üzrə menecer vəzifəsinə əmək haqqının saxlanılması şərti ilə işə bərpa edilməsi təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 13/2042 nömrəli məktubun surətindən görünür ki, 05 may 2022-ci il tarixindən etibarən Bakı şəh, Nəsimi r., Şəmsi Bədəlbəyli 92 ünvanda yerləşən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 3 saylı filialına işə çıxmasına dair xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı İcra Baş İdarəsi Yasamal rayon İcra Yasamal rayon icra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.20232-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktubların surətindən görünür ki, bankın məhkəmə Qətnaməsinin icrası ilə bağlı yaratdığı süni maneələr barədə ölçü götürülməsini və bank rəhbərliyinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ASC-nin İdarə heyətinin sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı vəzifə öhdəliklərinin icrasına başlamağı üçün dərhal göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli **********949800 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh ASC-nin nizamnamə kapitalının miqdarı (ödənişi) 378,000,000.00 manat təşkil edir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli **********949800 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh ASC-nin təsisçilər və nizamnamə kapitalında mayalarının əvvəlki miqdarları "xxxx" QSC-95.6759%, "xxxx" MMC-0.0991% və X11-4.225% təşkil edir. Cavabdeh ASC-nin təsisçilər və nizamnamə kapitalında mayalarının hazırki miqdarları "xxxx" MMC -0.0991%, X17-0.9568% və X11- 98.9441% təşkil edir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli **********949800 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh ASC-nin qanuni təmsilçisi X13r. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş qiymətli kağız mülkiyyətçilərinin 29 aprel 2022-ci il tarixli reyestrin surətindən görünür ki, Cavabdeh X25 Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi,ev 30 qeyd edilmişdir. Müvafiq reyestrə əlavə edilmiş emitentin buraxdığı qiymətli kağız haqqında cədvəldən görünür ki, AZ********** dövlət qeydiyyat nömrəli səhmin ümumi miqdarı ********* təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli,xx.xx.2022 -ci il tarixli, xx.xx.2022 -ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin Həsən bəy ünvan 19 ünvanında yerləşən Baş ofisə gəlməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları, direktor Kazımov Kamran və operator Bəhruz Məmmədov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, "xxxx" ASC tərəfindən verilmiş (qaimə nömrəsi 075997 və 075996) İddiaçı (Bakı, Nizami ray,B.Nuriyev küç, ev 26, m 45) göndərilmiş məktub 20:30-da İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmusu Səvxan Abbasovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarılması barədə qərarının ləğv olunması barədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmr etibarsız hesab edildiyi və elektron sistemdə bu barədə qeyd aparıldığı üçün işçi işdən çıxarıldığı vəzifəyə bərpa edilmiş hesab olunur.İddiaçının əvvəl işlədiyi Bankın 8 saylı filialı hazırda (son nəticədə) ünvan 20 ünvanında ”28 May” filialı kimi fəaliyyət göstərir. Yəni 8 saylı filial ləğv olunmamışdır, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunur ki, icra sənədində ”əvvəlki işi”-nə bərpa edilmə nəzərdə tutulmuşdur. Əvvəlki iş yerinin hal-hazırda mövcud olmamasını nəzərdə alaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın izah olunması barədə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədlərində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın,habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunur ki, məhkəmə qərarlarının icrası müvafiq İcra şöbələrinin səlahiyyətində aid olduğundan müraciətin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1- 13/2901-22 nömrəli məktubun surətindən görünür ki, İddiaçı 28 May" Filialına Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 92 ünvanına işə çağırılmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2013cü il tarixli əmrlə "xxxx" ASC-də 8 saylı Filialının müdir müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2016-cı il tarixli əmrlə 8 saylı Filialın müdiri vəzifəsini müvəqqəti icaedicisi təyin olunmuş, xx.xx.2017-ci il tarixli əmrlə 8 saylı Filialın müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtarması) xitam verilmişdir. xx.xx.2018-ci il tarixli əmrlə 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtarması) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx- 15711/26 nömrəli məktubda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam edilir. Tələbkar İddiaçı işə bərpası ilə bağlı razılıq bildirmədiyindən işə çıxmamağı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx- 83661/26 nömrəli məktubun surətindan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə bağlı tələbkar təklif olunan iş yerini qəbul etməmiş və araşdırılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlamışdır. İcra sənədi üzrə icra tədbirləri davam edilir. Tələbkar İddiaçı işə bərpası ilə bağlı razılıq bildirmədiyindən işə çıxmamağı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********7 nömrəli məktubunda qeyd olunur ki,” Əmək və Məşğulluq” altsisteminə Cavabdeh ASC tərəfindən 8 saylı Filialının müdir vəzifəsi üzrə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitamla bağlı xxxxxxx0002X1 nömrəli bildiriş daxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********524200 nömrəli çıxarışın surətindən görünür ki,"xxxx" QSC-nin nizamnamə kapitalının miqdarı(əvvəlki ödənişi) 13,000,000.00 manat təşkil edir. Cavabdeh ASC-nin nizamnamə kapitalının miqdarı(hazırki ödənişi) 391,000,000.00 manat təşkil edir. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı “Topaz Opportunities LTD(Virgin İslands(British))-100% təşkil edir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********524200 nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" QSC-nin qanuni təmsilçisi X5. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-ə qarşı Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi və icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə iddia tələbi üzrə mülki işin icraatına “icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” hissəsində hissəvi xitam verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə xx.xx.2013-cü il tarixli 138 “K” saylı əmrə əsasən, "xxxx"ASC-də “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixli 1100 K nömrəli əmrlə 8 saylı filialın müdiri vəzifələrinin müvəqqəti icraedicisi, xx.xx.2017-ci il tarixli 61/1T saylı əmrlə “8 saylı” filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmrlə Cavabdeh ASC tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli 53/Q saylı əmrlə müddətli əmək müqaviləsi olmaqla yenidən filial müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia üzrə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 4149/2020 saylı iş üzrə qətnaməsinin iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC ilə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixində icraya yönəlmişdir. xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən “8 saylı” Filialın hüquqi ünvanı ünvan 23ına dəyişdirilmiş və mərkəzi reyestrdə müvafiq dəyişiklik aparılmışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində Müşahidə Şurasının növbədənkənar Ümumi iclasında Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən “28 May” Filialının (keçmiş “8 saylı” Filial) Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 92 ünvanına köçürülməsi qərara alınmışdır. Hazırda iddiaçıya təklif olunan vəzifə “8 saylı filiala müdir”, yəni hazırki “28 May” Filialına müdir vəzifəsidir. İddiaçı sözügedən filalı əslində 3 saylı filial hesab etdiyindən və yekun məhkəmə qərarı ilə 8 saylı filiala müdir vəzifəsinə bərpa olunduğundan, hazırki “28 May” Filialına işə çıxmamışdır. Bununla əlaqədar müvafiq aktlar tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə bankın səhmdarları səhmlərinin alqı-satqısı nəticəsində dəyişmiş, bu barədə Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixdə kommersiya qurumlarının dövlət reyestr məlumatlarında dəyişikliklər edilmiş, Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC-95,6759 %, "xxxx" MMC- 0,0991 % və X11-4,225 % dəyişilmiş, yeni təsisçilər və onların nizamnamə kapitalındakı payları "xxxx" MMC-0,0991 %, X17 – 0,9568 % və X11 98,9441 % müəyyən edilmiş və bununla bağlı Cavabdeh ASC-yə çıxarış verilmişdir. Cavabdeh ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A nömrəli əmri ilə X15 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ilə əlaqədar cavebdehin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Cavabdeh ASC-nin səhmlərinin satılması ilə əlaqədar olaraq təsisçilərin nizamnamə kapitalındakı paylarının miqdarında dəyişikliklər edilərək əvvəlki təsisçilər "xxxx" QSC- 95,6759 %, "xxxx" MMC-0,0991 % və X11-4,225% dəyişilmiş, Açıq Səhmdar Cəmiyyətinin səhmdarları 0.0091 %-lə "xxxx" MMC, 0.9568%-lə X17 və 98.9441%-lə X6muşdur. Göründüyü kimi bankın səhmlərində mühüm paya malik olan səhmdar əvvəl "xxxx" QSC olmuş, hal-hazırda isə 98.9441%-lə X5. Eyni zamanda, səhmdarlar sırasından "xxxx" QSC çıxmış, X17 isə 0.9568%-lə yeni səhmdar qismində daxil olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin təsisçilərindən mühüm paya malik olan səmdarının dəyişməsi, eləcə də yeni səmdarın təsisçilər sırasına daxil olması ilə bankın mülkiyyətçiləri də dəyişmişdir. Mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçilərin xx.xx.2022-ci il tarixli qərarı və işəgötürənin müvafiq əmri ilə tələbkarla olan əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi İddiaçılə bağlanmış əmək müqaviləsinə mülkiyyətçinin dəyişməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Odur ki, xx.xx.2022-ci il tarixli 113/A saylı əmr əsaslıdır və onun ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 2-ci hissəsinin ç bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); Həmin Məcəllənin 63-cü maddəsinin 1-ci hissəsinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Həmin Məcəllənin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən, yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Həmin Məcəllənin 63-cü maddəsinin 3-cü hissəsinə əsasən, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 45.2-ci maddəsinə əsasən, əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.4-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. 98.5-ci maddəsinə əsasən səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz. 98.6-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə "açıq səhmdar cəmiyyəti" və ya "qapalı səhmdar cəmiyyəti" sözləri göstərilməlidir. 98.9-cu maddəsinə əsasən səhmdar cəmiyyətinin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər arasında bölüşdürülməsini və nizamnamənin hazırlanmasını (qəbul olunmasını) əhatə edir. 99.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 102.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun: 1.0.11-ci maddəsinə əsasən mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir; 22.1-ci maddəsinə əsasən hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işdən çıxarılmasının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli icra sənədinin yerinə yetirilməsinə bank tərəfindən süni maneə yatarmaq ilə səbəbli əlaqənin olması və ona qarşı göstərilən qərəzli münasibətin nəticəsi olması mülahizə xarakterlidir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər bir əsasla xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli icra sənədinin icrası isə borclu tərəfindən icra edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi isə icra məmurunun qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə (tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda) əsasən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-262/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-262/2023
25.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver