Məhkəmə qərarları › İş №2(004)-2620/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2620/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2620/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdehlər ünvan 1t Kontoruna və Cavabdeh2 QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər ünvan 1t Kontoruna və Cavabdeh2 QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(067)-948/2022 saylı qərardadı ilə mülki iş Xaçmaz Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmənin hazırlıq iclası 16.03.2022-ci il tarixə saat 10:10-a təyin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(067)-948/2022 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməsi yoxlanılmaqla icraata qəbul edilmiş, iş üzrə məhkəmənin hazırlıq iclası təyin edilmiş, lakin məhkəmə cavabdehin Accessbank QSC-nin hüquqi ünvanının Yasamal Rayonu olmasını və cavabdeh qismində göstərilən ünvan 1t Kontorunun mülki iş üzrə cavabdeh qismində göstərilsə də, iddianın mahiyyətin üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmasını və iddia ərizəsində formal cavabdeh qismində göstərildiyini əsas gətirərək mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddiaçı ünvan 1t Kontorunu və Cavabdeh2 QSC-ni cavabdehlər qismində göstərmişdir. Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin ərazi aidiyyəti barədə məhkəmələr arasında fikir ayrılığı yarandığından və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə Apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsin 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər ünvan 1t Kontoruna və Cavabdeh2 QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün 2(004)-2620/2022 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar