Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2632/2026 21.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ASC İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzillərdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı ASC «Xalq» Bank cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən ** nömrəli, 16 mərtəbəli binanın 4 girişində, 12-ci mərtəbəsində yerləşən 134,54 kv.m ümumi, 82,74 kv.m yaşayış, 51,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, *** nömrəli mənzilə (1-ci “Ipoteka predmeti”), - ##.##.2014-cü il tarixli ***************/* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh cavabdeh1 Nadiq qızma məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən ** nömrəli, 15 mərtəbəli binada yerləşən 198 kv.m ümumi sahədən ibarət 4 otaqlı * nömrəli mənzilə (2-ci “Ipoteka predmeti”) tutmanın yönəldilməsi, - Ipoteka predmetləri mənzillərin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borc alan cavabdeh4 ## ###### 2014-cü il tarixli *************** №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı qarşısındakı 438 927,17 (dörd yüz otuz səkiz min doqquz yüz iyirmi yeddi manat 17 qəpik) manat vaxtı keçmiş əsas borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanmış 108 764,03 (bir yüz səkkiz min yeddi yüz altmış dörd manat 03 qəpik) manat məbləğində adi faizlər üzrə borc və ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 65 058,09 (altmış beş min əlli səkkiz manat 09 qəpik) manat məbləğində penya olmaqla, cəmi 612 749,29 (altı yüz on iki min yeddi yüz qırx doqquz manat 29 qəpik) manat məbləğində pul vəsaitinin ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % (on faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, - ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 102 (bir yüz iki) manat məbləğində çəkilmiş xərc ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC İddiaçı xeyrinə tutulması, - iddia ərizəsinin verilməsinə görə 902,75 (doqquz yüz iki manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh4 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin ilkin satış qiymətinin 350.600 (üç yüz əlli min altı yüz) manat (likvid) və cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən * saylı mənzilin ilkin satış qiymətinin 543.000 (beş yüz qırx üç min) manat (likvid) olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh4 ilə ASC İddiaçı arasında bağlanmış ##.##.2014-cü il tarixli ***************/* saylı kredit müqaviləsi üzrə əsas borca görə 443.584,58 (dörd yüz qırx üç min beş yüz səksən dörd manat, 58 qəpik) manat, faiz borcuna görə 54.615,87 (əlli dörd min altı yüz on beş manat, 87 qəpik) manat, cərimə borcuna görə 864,99 (səkkiz yüz altmış dörd manat, 99 qəpik) manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış 25.074,85 (iyirmi beş min yetmiş dörd manat, 85 qəpik) manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xərcə görə 102 (yüz iki) manat, ümumilikdə 524,242,29 manat pulun (beş yüz iyirmi dörd min iki yüz qırx iki manat, 29 qəpik) ASC İddiaçın xeyrinə tutulması, ödənişlərin həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa qalan hissəsinin paylar nisbətinə ipoteka qoyanlar, yəni cavabdeh1 və cavabdeh4 qaytarılması, tutma yönəldikdən və mənzillər satıldıqdan sonra 1 ay ərzində cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4, cavabdeh3 və onların ailə üzvləri həmin mənzilləri könüllü tərk etmədikləri təqdirdə, məcburi qaydada çıxarılmaları, iddiaçı tərəfindən ödənilmiş 902,75 manat dövlət rüsumunun 772.22 (yeddi yüz yetmiş iki manat 22 qəpik) manat hissəsinin cavabdeh X1 iddiaçı ASC İddiaçın xeyrinə tutulması, qalan hissəsinin iddiaçıya aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (Hakim- Həbibə Miriyeva).
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin və penyanın qismən təmin edilərək azaldılması, ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən tutulmasına dair hissəsinin təmin edilməməsi hissələrində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin verilməsinə görə 451,38 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər- X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə).
5. Qətnamədən cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Kassasiya şikayətində qeyd olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, ”birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləği birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən olunmuşdur, həmin rəyin əsassızlığı ilə bağlı apellyator tərəfindən hər hansı bir arqument irəli sürülməmişdir. Dəbbə pulunun azaldılması ilə bağlıbirinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir” . Məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Belə ki, mənim mülkiyyətimdə olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin ilkin satış qiymətinin 350600 manat (likvid) və cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən * saylı mənzilin ilkin satış qiymətinin 543000 manat (likvid) qiymətləndirilmişdir. Bildirməliyik ki, ipoteka ilə yüklü edilmiş əmlakların qiyməti real vəziyyətinə uyğun deyil. Ona görə də yenidən ekspertiza keçirilməlidir. Bundan başqa mənimlə ASC İddiaçı arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***************/* saylı kredit müqaviləsi üzrə əsas borca görə 443584,58 manat, faiz borcuna görə 54615,87 manat, cərimə borcuna görə 864,99 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış 25074,85 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xərcə görə 102 manat, ümumilikdə 524242,29 manat ASC İddiaçın xeyrinə tutulması qət edilmişdir. Bildirməliyik ki, faiz və peniyanı tənasübsüz surətdə yüksək hesab edirik. Belə ki, qətnamədə iddianın faiz hissəsi 54615,87 manat, cərimə borcuna görə 864,99 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış 25074,85 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xərcə görə 102 manat, ümumilikdə 524242,29 manat müəyyən edilmişdir. Hesab edirik ki, qeyd edilən məbləğlər tənasübsüz dərəcədə çox olduğu üçün azaldılmalıdır. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənhalların yenidən araşdırılması üçün qətnamə ləğv edilməli və baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. Mənim mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanındayerləşən *** nömrəli mənzilin ilkin satış qiymətinin 350600 manat (likvid) və cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən * saylı mənzilin ilkin satış qiymətinin 543000 manat (likvid) qiymətləndirilmişdir. Bildirməliyik ki, ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti ilə razılaşmırıq. Qeyd edilən əmlakların qiymətini hazırkı bazar qiymətinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün yenidən ekspertiza keçirilməlidir.
7. Qətnamədən həmçinin iddiaçı da kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi, kassasiya şikayətinin verilməsinə görə 451,38 (dörd yüz əlli bir manat 38 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh4 kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə).
9. Apellyasiya instansiyası məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliklə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş şəxs tərəfindən qarşı tərəfin apellyasiya şikayəti təmin olunmadığı halda kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
10. Kollegiya qeyd etmişdir ki, işdən görünür ki, cavabdehlər, o cümlədən cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və apellyasiya şikayəti verməmişlər. Buna görə də apelyasiya instansiyasında yalnız iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparılaraq müvafiq nəticəyə gəlinmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər, birinci instansiya məhkəməsininin qətnaməsini mübahisələndirməmiş şəxslər tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Əgər iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilsə və ya ləğv olunsa idi, bu zaman cavabdehlərin yalnız apellyasiya məhkəməsi tərəfindən yalnız həmin hissədə gəlinən nəticə üzrə kassasiya şikayəti vermək hüquqları yarana bilərdi.
11. Kollegiya qərardadını əsaslandırarkən Mülki Prossesual Məcəlləsinin 372.6, 402.2, 402.2.2, 403.1 və 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
12. Qərardaddan cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını və kassasiya şikayətinin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, ilk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vermək bir hüquqdur. Mülki Porsessual Məcəllənin 402-ci maddəsinin tələblərinə əsasən iş üzrə tərəflər kassasiya şikayəti vermək hüququna malikdir. Kassasiya şikayətindən də göründüyü kimi kassasiya şikayətinin verilməsində əsas məqsəd ipoteka ilə yüklü olan mənzillərin qiymətlərinin hazırkı bazar qiymətinə uyğun olmaması ilə bağlıdır. Belə ki, mənim mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzilin ilkin satış qiymətinin 350600 manat (likvid) və cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən * saylı mənzilin ilkin satış qiymətinin 543000 manat (likvid) qiymətləndirilmişdir. Həmin əmlakların qiymətləndirilməsindən uzun müddət keçmiş və həmin vaxtdan sonrakı müddət ərzində mənzillərin qiyməti artmışdır. Ona görə də qeyd edilən əmlakların qiymətini hazırkı bazar qiymətinə uyğun olub-olmamasını müəyyənləşdirilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
16. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
17. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
18. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
19. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
20. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
21. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
22. Maddə 415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliklə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş şəxs tərəfindən qarşı tərəfin apellyasiya şikayəti təmin olunmadığı halda kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
29. Belə ki, məhkəmə tərkibi tərəfindən iş materialları araşdırılarkən məlum olur ki cavabdehlər, o cümlədən cavabdeh4 həqiqətən də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş və nəticə etibarı ilə onlar birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktı ilə razılaşmışlar.
30. Iş materiallarından görsənir ki, apelyasiya instansiyasında yalnız iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparılaraq müvafiq nəticəyə gəlinmişdir.
31. Kollegiya vurğulayır ki, belə olan halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər, birinci instansiya məhkəməsininin qətnaməsini mübahisələndirməmiş şəxslər tərəfindən isə həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, əgər iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilsə və ya ləğv olunsa idi, bu zaman cavabdehlərin apellyasiya məhkəməsi tərəfindən yalnız həmin hissədə gəlinən nəticə üzrə kassasiya şikayəti vermək hüquqları yarana bilərdi.
33. Beləliklə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 403.1 və 408.1.1-ci maddələrinin tələbləri baxımından düzgün hesab edilə bilməz.
34. Hazırkı kassasiya şikayətinin dəlili apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdehin kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılmasından ibarətdir.
35. Lakin, məhkəmə kollegiyası izah edir ki, məhkəməyə müraciət etmək, o cümlədən kassasiya şikayəti vermək hüququ mütləq hüquq olmamaqla, qanunla müəyyən olunan məhdudiyyətlərə məruz qala bilər.
36. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
37. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə
38. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli Qərarı)
39. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli və “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## ##### tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları).
40. Insan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Belə ki, X7rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo Italiyaya qarşı iş üzrə 2003-cü il ## ####### tarixli Qərar).
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.