Məhkəmə qərarları › İş №e-2-2(3-9)-176/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-176/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-176/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-2-2(121)-474/2022 saylı qərardadından (hakim Namidar Misirzadə) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Cəlilabad rayon Icra və Probasiya Şöbəsinin rəisi X1 Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)-***/**** saylı icra vərəqəsi üzrə hazırki vəziyyətdə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ilə əlaqədar olaraq, açıq hərracın keçirilməsinin mümkün olub-olmaması məsələsinin dəqiqləşdirilməsi və bununla bağlı izahın verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-*- *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqinə əsasən cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3 ##.##.2020-ci il tarixli, RBLLF-*** saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, ##.##.2021 -ci il tarixli, RBLLF-*** saylı kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Tutma cavabdeh cavabdeh2 məxsus ünvan 3 ünvanında istifadə də olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına və cavabdeh X2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməlidir. Cavabdeh cavabdeh2 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 manat və cavabdeh cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 manat məbləğində olmaqla açıq hərracda satılmalıdır. Tələb borclu cavabdeh2 məxsus olan ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldilməlidir və həmin əmlak açıq hərracda satılmalıdır. cavabdeh2 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının qiyməti 380.000 manat təşkil edir. Adı çəkilən icra sənədi icradan ötrü ##.##.2023-cü il tarixdə Cəlilabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə məlumat üçün tərəflərə, tələbin könüllü icrası haqqında bildiriş isə borcluların ünvanına göndərilmişdir. ##.##.2023-cü ildə ipoteka predmetinin hərrac vasitəsi ilə satılmasından ötrü “xxxx” MMC-nə sifariş verilmişdir. ##.##.2023-cü il tarixli “xxxx” MMC-nin hərracın yekunları barədə 156 N-li protokoluna əsasən cavabdeh2 məxsus ünvan 2 ünvanda olan qeyri-yaşayış binası 323000 manata satılmış, hərracın qalibi Rəhimov Hakim Cankişi olmuşdur. Iş üzrə tərəf olmayan Maraqlı şəxs “xxxx” MMC-yə qarşı "hərracın nəticələrinə dair yekun hərrac protokolunun ləğv edilməsi" tələbi ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, ##.##.2025-ci il tarixli qətnamə ilə onun iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmişdir. ünvan 3 ünvanda olan qeyri-yaşayış binasının 323000 manata satılması haqqında ##.##.2023-cü il tarixli “xxxx” MMC-nin yekun hərrac protokolu ləğv (etibarsız hesab) olunmuşdur. Ali Məhkəmənin ##.##.2026-cı il qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasının ("Orxan" şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri ** saylı Notariat Kontorunda bağlanmış ##.##.2019cu il tarixli müqavilə və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın cavabdeh2 adına qeydə alınması və onun adına verilmiş ##.##.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilməli, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası ("Orxan" şadlıq sarayı) Maraqlı şəxs qaytarılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunmuş, icra vərəqəsinin icraatına Cəlilabad rayon Icra və Probasiya Şöbəsinin ##.##.2021-ci il tarixli qərarı əsasında xitam verilmişdir. Məlumat üçün, hazırda ünvan 2 ünvanda olan qeyri-yaşayış binasının mülkiyyətçisi dəyişdirilib, həmin əmlak Maraqlı şəxs adına ##.##.2024-cü il tarixli çıxarışla rəsmiləşdirilib. Icra sənədinin icrası zamanı müəyyən çaşqınlıqlar yaranmışdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-*-*(***)- ***/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsi üzrə, belə olan vəziyyətdə hazırda açıq hərracın keçirilməsinin mümkün olub-olmamasının aydınlaşdırılması və bunun üçün müvafiq məhkəmənin izah verməsinə zərurət yaranmışdır. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə ərizə təmin olunaraq Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsinin (qətnamə üzrə verilmiş icra sənədi) icrası ilə bağlı izah verilərək, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binası ilə əlaqədar açıq hərracın Maraqlı şəxs iştirakı təmin edilməklə keçirilməsi mümkün hesab edilmsişdir. Qeyd olunan qərardaddan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs şikayət vermişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə şikayət MPM-in 10-1.7, 363.1.5-ci maddələrinə istinadla elektron qaydada verilməməsi əsası ilə geri qaytarılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət elektron kabinet vasitəsilə məhkəmənin e-*- *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından dərhal həmin qərardadın yerləşdiyi səhifənin alt hissəsində olan şikayət əlavə elə hissəsində yerləşdirməklə müddəti ötürmədən verilmişdir. Şikayətə əlavə olaraq həmin şikayətin PDF formasında imza atmaqla, o cümlədən məhkəmə qətnaməsini, cinayət işi barədə olan qərarı da əlavə etməklə verilmişdir. Maraqlı şəxs sadə vətəndaş (yaşlı bir insan kimi) kimi elektron sistemin işlədilməsini, sənədlərin ora yerləşdirilməsindən məlumatsızdır. Lakin verilmiş şikayət elektron sistemə yerləşdirməyi bacaran biri vasitəçi olaraq sənədlərin, o cümlədən şikayətin yerləşdirilməsində ona yardımçı olmuşdur. Prosessual müddət ötürülməyərək, ##.##.2026-cı il tarixdə şikayəti elektron məhkəmə kabinetində olan şikayət bölməsində yerləşdirilmişdir. Belə ki, şikayətin yalnız PDF formasında deyil, asan imza ilə imzalanmış şikayət word formatında yerləşdirilməsi məhkəmə elektron sistemində açıq aydın görmək olar. Əgər qərardadın elektron sistemdə yerləşdirilməsi və həmin sistemdəki səhifədəki “şikayət et bölməsinə” şikayət yerləşdirməyi sadə vətəndaş kimi bunu texniki qüsur kimi qiymətləndirilərək qəbul edilməsi labüddür və vacibdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda şikayət məhkəməyə kağız daşıyıcıda tərtib edilmiş və imzalanmış (PDF şəklində skan edilmiş) formada deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə tərtib edilmiş və elektron qaydada imzalanmış formada təqdim edilməlidir. Hazırki şikayət isə elektron qaydada verilməməklə məhkəməyə PDF şəklində skan edilmiş formada təqdim edilmişdir. Belə ki, MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da şikayət MPM-in tələblərinə uyğun olaraq elektron qaydada verilməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməli olduğundan, mövcud şikayət MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayəti qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar