Məhkəmə qərarları › İş №e-2-2(1-8)-529/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-529/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-529/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Borc verən Cavabdeh ASC ilə borc alan “xxxx” MMC arasında 2016-cı il # #### tarixli **/* nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin 2.2-ci bəndinə əsasən borc verən, xammal və avadanlığın alınması məqsədilə borc alana 12 900 000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

2. Ipoteka saxlayan Cavabdeh ASC ipoteka qoyan İddiaçı MMC və borc alan “xxxx” MMC arasında 2016-cı il # #### tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, sonrakı ipoteka saxlayanla borcalan arasında bağlanmış 2016-cı il # #### tarixli kredit müqaviləsinə əsasən 12 900 000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər; - 2.2-ci bəndinə əsasən, ipoteka predmeti İddiaçı MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsidir.

3. İddiaçı MMC (tərəf 1), Cavabdeh ASC (tərəf 2) və “X5 ve Inşaat” MMC (tərəf 3) arasında 2016-cı il # #### tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu müqavilədə qeyd olunan şərtlər gələcəkdə gerçəkləşdiyi halda 2012-ci il # ####### tarixli ********** qeydiyyat nömrəli, 004011002626-***** reyestr nömrəli çıxarışa əsasən tərəf 1-in mülkiyyətində olan ünvan 1 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbəsi) hissəsini Tərəf 2 və Tərəf 3 arasında imzalanan 2016-cı il # #### tarixli **/* nömrəli kredit müqaviləsinə və Bakı şəhəri ** saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli ipoteka müqaviləsinə əsasən tərəf 2-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın ipoteka yüklülüyündən azad olunmasını nəzərdə tutur; - 2.1-ci bəndinə əsasən, tərəflərə və müqavilənin predmetinə aid mövcud olan müqavilələrə aşağıdakılar aiddir: tərəf 1-in mülkiyyətində olan ünvan 1 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsi tərəf 2-nin 2015-ci il ## ###### tarixli KBQ**-**** nömrəli və 2016-cı il # ###### tarixli KBQ16- **** nömrəli kredit müqavilələri üzrə Mərkəzi Banka olan kredit borcunun təminatı olaraq ##.##.2015-ci il tarixli IBQ**-****/* nömrəli və 2016-cı il # ###### tarixli IBQ**-**** nömrəli ipoteka müqavilələrinə əsasən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir; Tərəf 2 və tərəf 3 arasında 2016-cı il # #### tarixli **/* nömrəli kredit müqaviləsi imzalanmışdır; Həmin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında Bakı şəhəri, ** saylı dövlət notariat kontorunda imzalanan 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli ipoteka müqaviləsinə əsasən tərəf 1-in mülkiyyətində olan ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi tərəf 2-nin xeyrinə yüklü edilmişdir; - 3.1.1-ci bəndinə əsasən, tərəf 1 tərəf 2 bu müqavilənin 2.1.1-ci bəndində qeyd olunan kredit müqavilələri üzrə borcunu Mərkəzi Banka tam ödəmiş olduğu halda və tərəf 1-in mülkiyyətində olan ünvan 1 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbə) hissəsi Mərkəzi Bankın ipoteka yüklülüyündən azad edilmiş olduğu halda bu müqavilənin 2.1.2-ci bəndində qeyd olunan kredit müqaviləsinin təminatı olaraq müqavilənin 2.1.3-cü bəndində qeyd olunan ipoteka müqaviləsinin xitam olunmasını tələb etməyəcəyini öhdəsinə götürür; - 3.2-ci bəndinə əsasən, tərəf 2 aşağıdakıları öhdəsinə götürür: Mərkəzi Banka bu müqavilənin 2.1.1-ci bəndində qeyd olunan kredit müqavilələri üzrə borclarını ödəyərək tərəf 1-in mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsini ipoteka yüklülüyündən azad edilməsini; tərəf 2- nin Mərkəzi Banka müqavilənin 2.1.1-ci bəndində qeyd olunan 2015-ci il ## ###### tarixli KBQ15- **** nömrəli və 2016-cı il # ###### tarixli KBQ**-**** nömrəli kredit müqavilələri üzrə borclarının ödənilməsi məhkəmədən kənar və ya məhkəmənin yekun qərarına əsasən tərəf 1-in mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsinin satışına yönəldilərsə və ya qeyd olunan borcun Mərkəzi Banka ödənilməsi tərəf 1-in üzərinə düşərsə, o zaman tərəf 2 müqavilənin 2.1.3-cü bəndində qeyd olunan, tərəflər arasında Bakı şəhəri ** saylı dövlət notariat kontorunda 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli imzalanan ipoteka müqaviləsinin xitam edilməsini öhdəsinə götürür və Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsini ipoteka yüklülüyündən azad edilməsini öhdəsinə götürür; - 3.3.1-ci bəndinə əsasən, tərəf 3 müqavilənin 2.1.2-ci bəndində qeyd olunan kredit müqaviləsinə əsasən borclarının ödənilməsini öhdəsinə götürür.

4. Mərkəzi Bank (birinci tərəf), Cavabdeh ASC (ikinci tərəf) və İddiaçı MMC (üçüncü tərəf) arasında 2024-cü il ## #### tarixli saziş bağlanmışdır. Həmin sazişə görə, saziş 2015-ci il ## ###### tarixli KBQ**-**** nömrəli və 2016-cı il # ###### tarixli KBQ**-**** nömrəli kredit müqavilələrinə əsasən LPO Cavabdeh ASC-in Mərkəzi Bank qarşısında ümumilikdə 8076000,01 manat kredit borcunun İddiaçı MMC-nin Mərkəzi Banka ünvanladığı 2023-cü il # ####### tarixli müraciəti əsasında İddiaçı MMC tərəfindən ödənilməsini, habelə İddiaçı MMC tərəfindən ödənişlər bu sazişlə razılaşdırılmış qaydada ödənilmədikdə qeyd olunan kredit müqavilələrinə əlavə olaraq bağlanan 2015-ci il ## ###### tarixli IBQ**-****/* nömrəli və 2016-cı il # ###### tarixli IBQ**-**** nömrəli ipoteka müqavilələri əsasında təminat qismində çıxış edən ünvan 1 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbəsi) hissəsinin açıq hərrac yolu ilə realizəsini (o cümlədən “Ipoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan Mərkəzi Bank tərəfindən əldə edildikdə), realizə olunan məbləğdə LPO Cavabdeh ASC-nin Mərkəzi Bank qarşısındakı öhdəliklərin, həmçinin LPO Cavabdeh ASC ilə X1 arasında rəsmiləşdirilmiş 2016-cı il # #### tarixli **/** nömrəli kredit müqaviləsinin təminatı qismində İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbəsi) hissəsi ipoteka ilə yüklü edildiyindən X1 “LPO Cavabdeh ASC qarşısında olan borc öhdəliklərinin qismən icra edilmiş hesab olunmasını nəzərdə tutur. Həmin sazişin: - 2.2-ci bəndinə əsasən, tərəflər sazişdə qeyd edilən kredit öhdəliklərinin İddiaçı MMC tərəfindən bu sazişlə razılaşdırılmış qaydada Mərkəzi Banka ödənilməsinə, əgər ödənişlər razılaşdırılmış qaydada ödənilməzsə, qeyd olunan kredit öhdəliklərinin təminatı kimi İddiaçı MMC-yə məxsus ipoteka predmeti ünvan 1 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbəsi) hissəsinin məhkəmədən kənar qaydada “Ipoteka haqqında“ Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq hərrac yolu ilə satışa çıxarılmasına razıdırlar; - 2.3-cü bəndinə əsasən, İddiaçı MMC öhdəsinə götürür və digər tərəflər də buna razılaşırlar ki, hazırkı saziş imzalandığı gündən sonrakı 5 iş günü ərzində 50000 manat məbləğində vəsaiti birdəfəlik qaydada sazişin 2.7-ci bəndində göstərilən rekvizitlər üzrə Mərkəzi Banka ödəniləcəkdir. Ödəniş edildikdən sonra İddiaçı MMC-yə 6 ay möhlət verilir. Möhlət bitdikdən sonra 2025-ci il # ###### tarixinədək 1026000,01 manat borc (hər ayın birinci iş həftəsində ödənilən məbləğ 50000 manatdan az olmamalı və il tamam olanadək 1026000,01 manat borcun ödənilməsini təmin edilməklə) ödənilir. Növbəti illər üzrə də bu ödəniş qaydasında hər il tamam olanadək 1000000 manat ödənilməklə ümumilikdə 8076000,01 manat 2032-ci il # ###### tarixinədək bu sazişin 2.7-ci bəndində göstərilən rekvizitlər üzrə Mərkəzi Banka ödəniləcəkdir; - 2.4-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, İddiaçı MMC tərəfindən sazişin 2.3cü bəndində razılaşdırılmış məbləğlərin razılaşdırılmış müddətlərdə ödənilməsində ardıcıl olaraq iki dəfə və ya il ərzində ümumilikdə 3 dəfə pozuntuya yol verilərsə, ipoteka predmeti sazişin 2.5-ci bəndində göstərilən ilkin satış qiyməti ilə məhkəmədən kənar qaydada sazişin 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada satışa çıxarılacaq və İddiaçı MMC tərəfindən ödəniləcəkdir; - 2.8-ci bəndinə əsasən, sazişin 2.3-cü bəndinə uyğun olaraq ödənişlər Mərkəzi Banka daxil olduqdan, yaxud ipoteka predmeti satıldıqdan sonra LPO Cavabdeh ASCnin Mərkəzi Bank qarşısında borcu müvafiq məbləğdə azaldılır və bununla əlaqədar Mərkəzi Bank ləğvedicini məlumatlandırır. Ləğvedici də öz növbəsində bunu nəzərə alaraq sazişin 2.1.3-cü yarımbəndində göstərilmiş müqavilə üzrə X1 və ya öz iradəsinə əsasən digər borcalanların LPO Cavabdeh ASC qarşısındakı kredit öhdəliyini müvafiq məbləğdə azaldır.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh “X6 ve Inşaat” MMC-dən 2016-cı il # #### tarixli **/* nömrəli kredit müqaviləsi üzrə 12 900 000 manat əsas borc, 3 601 966,4 manat faiz borcu, 645 000 manat dəbbə pulu, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1 630 419,7 manat faiz borcu olmaqla ümumilikdə 18 777 386,1 manatın, mediasiya xərclərinin əvəzi olaraq 10 100 manatın tutularaq ləğv prosesində olan Cavabdeh ASCyə ödənilməsi, tələb üzrə tutmanın İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 3 140 000 manat müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına “xxxx" ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin İddiaçı MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalan məbləğin “X6 ve Inşaat” MMC-dən tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi, ikinci iddia üzrə iddiaçı “xxxx” MMC-nin ikinci iddia üzrə cavabdehlər İddiaçı MMC-nə, Vəkilov Isa Teymur oğluna və LPO Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilələrin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının rədd olunması, ikinci iddia üzrə çəkilmiş məhkəmə xərclərinin ikinci iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 48 manat hissəsinin ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada, 2 manat hissəsinin isə ilkin iddia üzrə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## #### tarixli qətnaməsi ilə İddiaçı MMC-nin və Vəkilov Isa Teymur oğlunun Vəkilov Kamran Isa oğluna, Vəkilov Müşviq Isa oğluna, Azərbaycan Respublikası Mərkəzi Bankına və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı (”xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv olunması” tələbinə dair ilk, Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı MMC-yə və Vəkilov Isa Teymur oğluna qarşı (ləğv prosesində olan Cavabdeh ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəlməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il # ##### tarixli qətnaməsindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmetini təşkil edən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 9461,30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin müəyyən edilmiş ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinin ilkin satış (likvid) qiyməti 9 642 230 manat məbləğində müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ### tarixli qərarı ilə Cavabdeh ASC-nin “X5 ve Inşaat” MMC və İddiaçı MMC-yə qarşı “kredit müqaviləsinə əsasən borcun tutulması və s.”, ikinci iddia üzrə iddiaçı “xxxx” MMCnin cavabdehlər İddiaçı MMC, Vəkilov Isa Teymur oğluna və LPO Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli qətnaməsindən ikinci iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli icra sənədi üzrə borclu İddiaçı MMC tərəfindən verilmiş “icra hərəkətlərinin dayandırılması öhdəliyinin icra məmurunun üzərinə qoyulması” barədə ərizəsi təmin edilməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli qərardadı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinin ipoteka yüklülüyündən azad edilməsi barədə e-*-*(***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək 2- 2(113)- ***/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması” barədə ərizəsi təmin edilməmişdir.

10. Bakı şəhəri Səbail rayon Icra şöbəsi tərəfindən tələbkara borclunun əmlakının təklif olunması haqqında 2025-ci il ## ####### tarixli bildiriş göndərilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, sonuncu ərizəsində Bakı şəhəri ** saylı dövlət notariat kontorunda 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli iddiaçı, cavabdeh və "X5 ve Inşaat” MMC arasında imzalanmış ipoteka müqaviləsinin xitam edilməsi, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbəsinin) hissəsinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh qarşısında iddiaçıya məxsus ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsini əmlak həcmində borc alanın (“X6 ve Inşaat” MMC ) öhdəliyinə görə məsuliyyət daşıyır və eyni zamanda iddiaçı Mərkəzi Bank qarşısında cavabdehin borc öhdəliyinə görə ipoteka predmeti həcmində ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi kürsü və 1-ci mərtəbə) hissəsi həcmində məsuliyyət daşıyır. Hər iki ipoteka müqavilələrinə tələb yönəldilməsi barədə məhkəmə qərarı mövcuddur və iş materiallarından görünür ki, iddiaçının cavabdeh qarşısında “X6 ve Inşaat” MMC-nin borcuna görə ipoteka ilə yüklü edilmiş əmlakının ölçüsü 1747,5 kv.m təşkil edir, lakin iddiaçının cavabdehin öhdəliyinə görə ipoteka ilə yüklü edilmiş əmlakının ölçüsü isə 3946,8 kv.m təşkil edir. Göründüyü kimi, cavabdehin öhdəliyinə görə iddiaçı tərəfindən 3946,8 kv.m (1-ci zirzəmi kürsü və 1-ci mərtəbə) hissəsi ipoteka ilə yüklü edilmiş, lakin iddiaçı tərəfindən borclunun təminatı olaraq həmin əmlakın 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan faktlara əsasən mübahisəsiz görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bank, cavabdeh və iddiaçı arasında 2024-cü il ## #### tarixində imzalanmış saziş iddiaçı, cavabdeh və “X6 ve Inşaat” MMC arasında imzalanmış 2016-cı il # #### tarixli müqavilənin şərtlərinin məntiqi nəticəsidir.

13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2016-cı il # #### tarixli müqavilə ilə cavabdehin Mərkəzi Banka olan borcuna görə ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi kürsü və 1-ci mərtəbə) hissəsinin satışına yönəldilərsə və ya cavabdehin Mərkəzi Banka ödənilməli olan borcu iddiaçının üzərinə düşərsə, o zaman həmin ünvanda yerləşən 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) sahənin ipotekadan azad edilməsi nəzərdə tutulmuşdur. 2024-cü il ## #### tarixli üçtərəfli sazişə əsasən iddiaçı cavabdehin Mərkəzi Bank qarşısında öhdəliklərinin ödənilməsini öz üzərinə götürsə də, tam icra etməmişdir. Belə ki, həmin öhdəliyin 2032-ci il # ###### tarixinədək hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, iddiaçının istinad etdiyi 2016cı il # #### tarixli müqavilə cavabdehin arxiv sənədlərində və ya ləğv prosesi başlanan zaman ləğvedici ilə təhvil-təslim sənədlərində aşkar edilməmişdir. Həmçinin 2024-cü il ## #### tarixli üçtərəfli saziş rəsmiləşdirilən zaman iddiaçı tərəfindən 2016-cı il # #### tarixli müqavilə barədə məlumat verilməmişdir. Belə olan halda həmin müqavilənin etibarlığına şübhə yaranır. Belə ki, sözügedən müqavilə barədə məlumat verilsəydi, 2024cü il ## #### tarixli sazişin şərtləri başqa formada bağlanardı. Başqa sözlə, iddiaçı 2016cı il # #### tarixli müqaviləni gizlətməklə həm ləğvedicinin, həm də Mərkəzi Bankın iradəsinə xələl gətirmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).

15. Məhkəmə qeyd etmişdir ki, 2016-cı il # #### tarixli müqavilənin predmet hissəsində “müqavilədə qeyd olunan şərtlər gələcəkdə gerçəkləşdiyi halda” ifadəsində nəzərdə tutulmuş bəzi hallar baş vermiş, cavabdeh tərəfindən Mərkəzi Banka olan borc vaxtında və lazımi qaydada ödənilməmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış 2016-cı il # #### tarixli *M-*** nömrəli ipoteka müqaviləsinə əsasən borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutma ünvan 1 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbə) hissəsinə yönəldilməlidir.

16. Digər - 2024-cü il ## #### tarixli sazişə əsasən iddiaçı cavabdehin Mərkəzi Bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə görə öz üzərinə öhdəlik götürmüşdür. Bu fakt məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi tərəfindən də təsdiq olunmuş və tutmanın ipoteka predmetinə yönəldilməsinin qarşısının alınması məqsədilə belə bir sazişin imzalandığını qeyd edilmişdir.

17. 2016-cı il # #### tarixli müqavilənin 3.2-ci bəndinə əsasən tərəf 2 Mərkəzi Banka bu müqavilənin 2.1.1-ci bəndində qeyd olunan kredit müqavilələri (2015-ci il ## ###### tarixli KBQ**-**** nömrəli və 2016-cı il # ###### tarixli KBQ**-**** nömrəli) üzrə borclarını ödəyərək tərəf 1-in mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsini ipoteka yüklülüyündən azad edilməsini, tərəf 2-nin Mərkəzi Banka müqavilənin 2.1.1-ci bəndində qeyd olunan 2015-ci il ## ###### tarixli KBQ**-**** nömrəli və 2016-cı il # ###### tarixli KBQ**-**** nömrəli kredit müqavilələri üzrə borclarının ödənilməsi məhkəmədən kənar və ya məhkəmənin yekun qərarına əsasən tərəf 1-in mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsinin satışına yönəldilərsə və ya qeyd olunan borcun Mərkəzi Banka ödənilməsi tərəf 1-in üzərinə düşərsə, o zaman tərəf 2 müqavilənin 2.1.3-cü bəndində qeyd olunan, tərəflər arasında Bakı şəhəri ** saylı dövlət notariat kontorunda 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli imzalanan ipoteka müqaviləsinin xitam edilməsini və Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsini ipoteka yüklülüyündən azad edilməsini öhdəsinə götürür.

18. Göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən Bakı şəhəri ** saylı dövlət notariat kontorunda 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli iddiaçı, cavabdeh və “xxxx” MMC aralarında imzalanmış ipoteka müqaviləsinin xitam edilməsi üçün tərəflər arasında razılaşdırılmış yeganə şərt (2015-ci il ## ###### tarixli KBQ**-**** nömrəli və 2016-cı il # ###### tarixli KBQ**-**** nömrəli kredit müqavilələri üzrə borclarının ödənilməsi məhkəmədən kənar və ya məhkəmənin yekun qərarına əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsinin satışına yönəldilməsi və ya qeyd olunan borcun Mərkəzi Banka ödənilməsinin iddiaçının üzərinə düşməsi) mövcud deyildir. Tərəflər arasında imzalanmış 2024-cü il ## #### tarixli saziş ilə iddiaçının öz üzərinə sazişdə qeyd edilən kredit borcunun iddiaçı tərəfindən sazişlə razılaşdırılmış qaydada Mərkəzi Banka ödənilməsi öhdəliyinin götürülməsi “qeyd olunan borcun Mərkəzi Banka ödənilməsinin iddiaçının üzərinə düşməsi” kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1).

19. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəmə iclasında haqlı olmayaraq tərəflər arasında imzalanmış müqavilənin şərtlərində iddia tələbini təşkil edən ipoteka müqaviləsinə xitam verilməsi üçün “qanuni qüvvəyə minmiş və ya icraya yönəldilmiş” məhkəmə qərarının olmasının məcburi olmadığını, yalnız qəbul edilmiş qərarın mövcudluğunun kifayət etdiyini qeyd etmişdir.

20. Beləliklə, yuxarıda qeyd olunanları, qanunvericilik normalarını, müqavilə şərtlərini, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların olması, eləcə də iddiaçının istinad etdiyi müqavilələrdə nəzərdə tutulan şərtlərin baş verməsi müəyyən olunmadığından, məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 269.1, 270.1, 328.1, 328.4, 385.1, 386.1, 390.1 və 404.1ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 və 48ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 76.1 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmuşdur (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).

24. Apellyasiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri ** saylı dövlət notariat kontorunda 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli ipoteka müqaviləsinin xitam edilməsi üçün tərəflər arasında razılaşdırılmış yeganə şərt (2015-ci il ## ###### tarixli KBQ**-**** nömrəli və 2016-cı il # ###### tarixli KBQ**-**** nömrəli kredit müqavilələri üzrə borclarının ödənilməsi məhkəmədən kənar və ya məhkəmənin yekun qərarına əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi və 1-ci mərtəbə) hissəsinin satışına yönəldilməsi və ya qeyd olunan borcun Mərkəzi Banka ödənilməsinin iddiaçının üzərinə düşməsi) reallaşmamışdır.

25. Buna görə də kollegiya hesab etmişdir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdən ibarət olmuşdur və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 13, 14.2.1, 269.1, 319.1, 319.2, 328.1, 328.2, 328.3, 328.6, 385.1, 386.1, 390.1, 404.1, 404.2 və 425.1-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2 və 76.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

28. Şikayətdə Mülki Məcəllənin 324.5-ci maddəsi üzrə bildirilir ki, əqdin iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin apellyasiya məhkəməsi Mülki Məcəllənin 324.5-ci maddəsinin tələblərini pozaraq 2016-cı il # #### tarixli müqavilədə ifadə olunmuş iradənin həqiqi məzmununu müəyyən etməmişdir. Məhkəmə müqavilənin yalnız mətninə formal yanaşmış, tərəflərin əsl məqsədini və müqavilənin bağlanma səbəbini araşdırmamışdır.

29. Mülki Məcəllənin 390-cı maddəsi üzrə - bu normaya əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Lakin Apellyasiya məhkəməsi yuxarıda qeyd olunan normanın əksinə olaraq tərəflər arasında 2016-cı il # #### tarixində bağlanmış müqavilənin hüquqi mahiyyətini düzgün qiymətləndirməmişdir. Belə ki, həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Cavabdeh ASC Mərkəzi Bank qarşısında olan borcun ödənilməsi məqsədilə iddiaçıya məxsus 3946,8 kv.m əmlakın satışına yönəldilməsi və ya həmin borcun faktiki olaraq iddiaçı tərəfindən ödənilməsi halında 2016-cı il # #### tarixli 3M-*** reyestr nömrəli ipoteka müqaviləsinə xitam verməyi və 1747,5 kv.m əmlakı ipoteka yüklülüyündən azad etməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq, müqavilə tərəflər üçün məcburi xarakter daşıdığı halda apellyasiya məhkəməsi həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməli olubolmamasını

30. araşdırmamış, bununla da tərəflərin müqavilə azadlığı prinsipini pozmuşdur.

31. Bundan başqa, apellyasiya məhkəməsi müqavilə şərtlərini təfsir edərkən tərəflərin həqiqi iradəsini müəyyən etməmişdir. 2016-cı il # #### tarixli müqavilənin məqsədi iddiaçıya məxsus 1747,5 kv.m sahənin gələcəkdə ipoteka yüklülüyündən azad edilməsini təmin etmək olmuşdur. Məhkəmə müqaviləni bütövlükdə deyil, ayrı-ayrı müddəalar üzrə formal qiymətləndirmiş, bununla da müqavilənin məqsədini və iqtisadi mahiyyətini nəzərə almamışdır. Əlavə olaraq, 2024-cü il ## #### tarixli saziş göstərir ki, tərəflər əvvəlki müqavilələrdən irəli gələn hüquq və vəzifələri davam etdirmiş, Mərkəzi Bank qarşısında borcun ödənilməsi mexanizmini yenidən razılaşdırmışlar. Apellyasiya məhkəməsi bu sazişi ayrıca hüquqi fakt kimi qiymətləndirməmişdir. Məhkəmə müqavilə müddəalarını yalnız mətn baxımından qiymətləndirmiş, tərəflərin sonrakı davranışlarını və 2024-cü il ## #### tarixli sazişlə qəbul edilmiş yeni öhdəlikləri nəzərə almamışdır.

32. Mülki Məcəllənin 404.2-ci maddəsi üzrə - müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Hazırki iş üzrə tərəflər 2016-cı il tarixli müqavilədən sonra 2024-cü il tarixli müqavilədə bağlamışdır. Lakin apellyasiya məhkəməsi 2024-cü il ## #### tarixli sazişin 2016-cı il # #### tarixli müqavilənin icrası və təfsiri baxımından hüquqi əhəmiyyətini qiymətləndirməmişdir.

33. Mülki Məcəllənin 442-ci maddəsi üzrə - öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh 2016-cı il # #### tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Apellyasiya məhkəməsi cavabdehin bu müqavilə öhdəliyini pozmasını hüquqi baxımdan qiymətləndirməmiş, nəticədə Mülki Məcəllənin 442-ci maddəsinin pozulmasına hüquqi qiymət verməmişdir.

34. Mülki Prosessual Məcəllənin 14-cü maddəsi üzrə - apellyasiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq vəzifəsini yerinə yetirməmişdir. Iddiaçı tərəfindən 2016-cı il # #### tarixli müqavilənin 3.2-ci bəndinin mübahisənin həlli üçün əsas hüquqi fakt olduğu göstərilsə də, məhkəmə həmin müddəanın hüquqi nəticələrini ayrıca təhlil etməmiş, onun əsasında cavabdehin üzərinə düşən öhdəliyin yaranıbyaranmadığını araşdırmamışdır. Nəticədə iş üçün əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmişdir.

35. Mülki Prosessual Məcəllənin 217-ci maddəsi üzrə - məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanmalı və bütün mühüm arqumentlərə hüquqi qiymət verməlidir. Hazırkı iş üzrə iddiaçının əsas arqumenti ondan ibarət olmuşdur ki, 2016-cı il # #### tarixli müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş hüquqi fakt baş verdiyindən, ipoteka müqaviləsinə xitam verilməsi barədə cavabdehin öhdəliyi yaranmışdır. Apellyasiya məhkəməsi həmin arqumenti rədd etsə də, bunun hüquqi səbəblərini əsaslandırmamışdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarı üzrə - Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ipoteka müstəqil məqsəd deyil, əsas öhdəliyin icrasının təmin edilməsinə xidmət edən əlavə hüquqi vasitədir. Əsas öhdəliyin mahiyyəti dəyişdikdə və ya tərəflər həmin öhdəliyin icra mexanizmini yeni razılaşma ilə müəyyən etdikdə ipoteka münasibətləri də həmin dəyişiklik nəzərə alınmaqla qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi bu hüquqi mövqeyi tətbiq etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı mülahizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrində göstərilən müqavilənin həqiqiliyi və etibarlılığına dair əsaslı etirazlar irəli sürülmüş, müqavilənin həqiqiliyinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizanın təyin edilməsi xahiş edilmişdir. Lakin məhkəmələr həmin vəsatətləri təmin etməmiş, eyni zamanda müqavilənin etibarlılığına hüquqi qiymət vermədən yalnız müqavilədə nəzərdə tutulan şərtlərin baş verməməsi qənaətinə əsaslanaraq iddianı rədd etmişlər.

38. Halbuki, bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə və Ali Məhkəmənin məhkəmə təcrübəsinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2021-ci il # ##### tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqdə əsaslanan iddia tələbi üzrə məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmamasını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, tərəflərin hüquqi əsaslandırmasından asılı olmayaraq, məhkəmə mübahisənin hüquqi əsasını müstəqil araşdırmalı və əqdə əsaslanan hüquq iddia edildikdə, ilk növbədə həmin əqdin etibarlılığına hüquqi qiymət verməlidir.

39. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2022-ci il ## #### tarixli **/**** nömrəli qərardadında da ifadə edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, əqdə əsaslanan iddialar üzrə məhkəmə ilk növbədə əqdin etibarlılığını araşdırmalı, yalnız bundan sonra həmin əqddən irəli gələn hüquq və öhdəliklərin mövcudluğunu və ya həyata keçirilməsi şərtlərini qiymətləndirməlidir.

40. Hazırkı iş üzrə isə məhkəmələr qeyd olunan məcburi hüquqi yanaşmanı tətbiq etməmiş, iddia tələbinin əsasını təşkil edən 2016-cı il # #### tarixli müqavilənin etibarlılığını araşdırmadan və bu barədə hüquqi qiymət vermədən mübahisəyə mahiyyəti üzrə baxmışlar. Bu isə iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin, habelə maddi hüquq normalarının düzgün tətbiqi tələblərinin pozulmasına səbəb olmuşdur.

41. Bu baxımdan, kassasiya instansiyası tərəfindən həmin prosessual və maddi hüquq pozuntularına hüquqi qiymət verilməli, iddia tələbinin əsasını təşkil edən 2016-cı il # #### tarixli müqavilənin etibarlılığı tam və hərtərəfli araşdırılmadan mübahisənin həll edilməsinin qanunvericiliyin və formalaşmış məhkəmə təcrübəsinin tələblərinə uyğun olmadığı nəzərə alınmalıdır.

Kassasiya baxışının hədləri

42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri ... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...” “Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ...”

“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. Ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. ...”

“Maddə 328. Şərtlə bağlanmış əqdlər 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. ... 328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

45. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 48. Ipotekaya xitam verilməsi 48.1. Ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə (2024-cü il ## ##### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 48.1.2-1-ci maddə əlavə edilmişdir); 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə (2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 48.1.3-1-ci və 48.1.3-2-ci maddələr əlavə edilmişdir); 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1–48.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır (2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 48.2-ci maddədə “48.1.3-cü” sözləri “48.1.3-2-ci” sözləri ilə əvəz edilmişdir)”

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi

48. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

49. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420ci maddəsinin şərh edilməsinə dair 2012-ci il ## ###### tarixli qərarında kassasiyanın səlahiyyət hədləri ilə bağlı məsələyə dair qeyd edilmişdir ki, MPM-in 412.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Etirazlarla bağlı, həmçinin nəzərə almaq lazımdır ki, etirazlar kassasiya şikayətində qaldırılan hüquqi dəlillərə qarşı tərəfin münasibətini ifadə etdiyindən, kassasiya şikayətinin dəlillərinə aid olmadığı və ya məhkəmə aktının kassasiya şikayətində mübahisələndirilməyən hissəsindən verildiyi halda, kassasiya məhkəməsi həmin etirazlara baxmamalıdır. Həmin tələblər kassasiya icraatının müvafiq şikayətin dəlilləri çərçivəsində həyata keçirilməsini şərtləndirən amillərdən olmaqla kassasiya icraatının mahiyyətindən irəli gəlir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı MMC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar