Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1053/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1053/2026

18.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1053/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh7, cavabdeh6, İmanov Elşad Əliyusif oğlu, cavabdeh4, cavabdeh3, cavabdeh2 MMC, cavabdeh1 və cavabdeh8 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından cavabdeh İmanov Elşad Əliyusif oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər "xxxx” MMC-dən, cavabdeh6 və cavabdeh4 onun xeyrinə 499991,16 manat əsas, 11337.2 manat faiz, cəmi 511328.36 manat borc, ödənilmiş 801.73 manat dövlət rüsumu, bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 390 manat pulun tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-ci mikrorayon, 3 A ünvanda yerləşən fərdi yaşayış evinə, cavabdeh8 məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayon, 2o3 c ünvanda yerləşən fərdi yaşayış evinə, - EyvazovaGülnarə Ramiz qızına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 18, mənzil 32, Yeni qaydalarla: AZ5008, ünvan 2 ünvanda yerləşən mənzilə, - İmanov Elşad Əliyusif oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə - İmanov Elşad Əliyusif oğluna məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən ** saylı evin, ** saylı mənzilinə - cavabdeh3 məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 18, mənzil 33, Yeni qaydalarla: AZ5008, ünvan 3 ünvanda yerləşən mənzilinə yönəldilməsi və həmin ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması, bankın kredit tələbinin satılmış əmlakların hesabına ödənilməsi və həmin əmlakların boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspert rəyləri məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. ##.##.2026-cı il tarixində AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası növü üzrə ekspert rəyi daxil olmuşdur. İpoteka predmeti olan əmlakların qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə edilsə də, “xxxx” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan görünür ki, mübahisəli əmlaklara baxış keçirilməsi üçün şərait yaradılmadığından ekspertizanın aparılması mümkün olmamış və ekspert rəyi verilmədən iş materialları məhkəməyə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertin rəyi alınanadək işin icraatı dayandırılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh İmanov Elşad Əliyusif oğlu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, qərardadda göstərildiyi kimi, əvvəlki ekspertiza faktiki olaraq həyata keçirilməmiş, ekspertiza müəssisəsi tərəfindən materiallar məhkəməyə geri qaytarılmışdır. Bundan sonra məhkəmə əvvəlki ekspertizanın nəticəsiz qalmasını əsas gətirərək ## #### 2026-cı il tarixli qərardadla yenidən qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirici qarşısında altı daşınmaz əmlak üzrə bazar və likvid qiymətin müəyyən edilməsinə dair suallar qoymuş və ekspert rəyi alınanadək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə qərardadında əvvəlki ekspertizanın hansı hüquqi səbəbdən nəticəsiz qaldığını, bunun hansı prosessual nəticələrə səbəb olduğunu və həmin halın avtomatik olaraq yeni ekspertiza təyin edilməsinə necə əsas verdiyini kifayət qədər əsaslandırmamışdır. Qərardaddan görünür ki, məhkəmə yeni ekspertiza təyin etməzdən əvvəl mövcud sübutların qiymətləndirilməsi, tərəflərin izahatları və digər prosessual vasitələrlə mübahisənin həllinin mümkün olub-olmamasını araşdırmamış, ekspertiza təyin edilməsini yeganə vasitə kimi qəbul etmişdir. Bundan başqa, qərardadda iş üzrə icraatın dayandırılmasının zəruriliyi ayrıca əsaslandırılmamış, yalnız ekspertiza təyin olunması faktına istinad edilməklə icraatın dayandırılması barədə nəticəyə gəlinmişdir. Belə yanaşma isə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyil və cavabdehlərin məhkəmə araşdırmasının ağlabatan müddətdə başa çatdırılması hüququnun pozulmasına səbəb olur. Məhkəmə MPM-in 97-ci maddəsini düzgün tətbiq etməyərək, iş üzrə tərəflərin əmlakın qiymətləndirilməsi barədə vəsatəti olmadığı halda mülki iş üzrə əmlakın qiymətləndirilməsi barədə qərardad qəbul etmişdir. Halbuki, qərardadda mövcud sübutlarla mübahisənin həllinin niyə mümkün olmadığı göstərilməmişdir. Ekspertiza təyin edilməsinin zəruriliyi ümumi ifadələrlə əsaslandırılmışdır. Bununla da məhkəmə qeyd olunan prosessual hüququ normasının tələblərini pozmuşdur. Təkrar ekspertiza əvvəlki ekspert rəyi əsassız olduqda və ya bir neçə ekspert rəyi arasında ziddiyyət yarandıqda təyin edilir. (MPM 255.0.5, 256.0.2) Bu norma məhkəməyə hüquq verir, lakin hər bir halda icraatın dayandırılması zərurəti ayrıca əsaslandırılmalıdır. Hazırkı qərardadda isə icraatın dayandırılması yalnız ekspertiza təyin olunması ilə əlaqələndirilmiş, bunun niyə zəruri olduğu izah edilməmişdir. Lakin əvvəlki ekspertizanın nəticəsiz qalması özlüyündə yeni ekspertiza təyin edilməsini şərtləndirən hal hesab edilə bilməz. Məhkəmə bu qənaətə gəlməzdən əvvəl əvvəlki ekspertizanın keçirilməsinə mane olan halların xarakterini, onların aradan qaldırılmasının mümkünlüyünü və iş üzrə mövcud digər sübutların mübahisənin həlli üçün kifayət edib-etmədiyini araşdırmalı idi. İş materiallarında olan kredit müqavilələri, ipoteka müqavilələri, daşınmaz əmlaklara dair hüquq müəyyənedici sənədlər və digər yazılı sübutlar qiymətləndirilmədən, yalnız yeni ekspertiza təyin edilməsi ilə işin obyektiv həllinin mümkün olması barədə nəticəyə gəlinməsi MPM-in 88-ci maddəsində təsbit olunmuş sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Bundan başqa, məhkəmə ekspertiza təyin edilməsinin zəruriliyini əsaslandırsa da, ekspertiza aparılmadan iş üzrə digər prosessual hərəkətlərin həyata keçirilməsinin niyə mümkün olmadığını göstərməmişdir. Bu baxımdan, iş üzrə icraatın dayandırılması barədə nəticə də faktiki hallardan irəli gəlmir və MPM-in 255.0.5 və 256.0.2-ci maddələrinin tətbiqini əsaslandıran hallar qərardadda öz əksini tapmamışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından cavabdeh İmanov Elşad Əliyusif oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunur ki, cavabdeh İmanov Elşad Əliyusif oğlunun şikayətində irəli sürdüyü arqumentlərdən biri ekspertiza təyin edilməsinin zərurətinin olmaması ilə bağlı olmuş, yəni həmin dəlillər qərardadın şikayət verilməsi nəzərdə tutulmayan hissəsində ləğv edilməsinə yönəldilmişdir. Bu səbəbdən, həmin arqumentlərə münasibət bildirilməsi, eləcə də ekspertiza təyin edilməsinin zəruriliyinin yoxlanılması hazırkı apellyasiya baxışının predmetinə daxil deyildir. Kollegiya iş üzrə ekspertiza ilə bağlı icraatın dayandırılmasının zəruri olmaması barədə şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci və 255.0.5-ci maddələrinin məzmunundan görünür ki, işə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin izahı üçün məhkəmə, işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər və ekspertizanın rəyi məhkəməyə təqdim olunana qədər iş üzrə icraat dayandırıla bilər. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edildiyindən məhkəmə qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə ekspertizanın təyin edilməsi ilə bağlı iş üzrə icraatı dayandırmaqda da haqlı olmuşdur. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab olunmalı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh İmanov Elşad Əliyusif oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar