Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2621/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı-xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı - X4 ilə nikahları Bakı şəhəri Səadət sarayında xx.xx.1998-ci il tarixdə nikahın bağlanması haqqında Aktın qeydlər kitabında 202 №-li qeyd etdirərək və rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2 (iki) övladları-xx.xx.1999cu il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı anadan olmuşdur.Qeyd edir ki, İddiaçı və övladları X10 və X9 ünvan 2 ünvanda yerləşən evin mülkiyyətçisi, hazırki iş üzrə Cavabdeh özünün razılığı və icazəsi ilə 1998-ci ildən İddiaçı həmin mənzilə gəlin köçmüş və daimi pasport qeydiyyatına alınmış,həmin vaxtdan cavabdeh- Cavabdeh icazəsi ilə həmin mənzildə birgə yaşamışlar. Mənzilə istifadə huquqları yaranmış və bu günə qədər davam edir. Eyni zamanda, övladları X10 və X9 da doğulduqları gündən sonra cavabdeh- Cavabdeh nəvələr kimi (ailə üzvüləri kimi) həmin mənzilə daimi pasport qeydiyyatına düşmüşlər. İddiaçı- İddiaçı və övladları X6, X7 qeyd olunan mənzilə dair istifadə hüquqları yaranmışdır.Hal-hazırda Cavabdeh oğlu X2 öyrətməsi ilə onu və övladlarını mübahisəli mənzilə dair hüquqlardan məhrum etmək istəyir. Bir daha qeyd edir ki, cavabdeh- Cavabdeh ilə ailə münasibətlərindən yaranmış mübahisə nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. Cavabdeh- Cavabdeh həmin mübahisəli mənzildə yaşamaqlarına problem yaradır və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, cavabdeh xx.xx.2025-ci il tarixd iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, qeyd edilən mübahisəli mənzilə dair istifadə hüquqları vardır.Lakin eyni zamanda özü də etiraf edir ki, mübahisəli mənzildə 25 ildən çoxdur ki yaşamır.Belə olan halda iddiaçının iddia ərizəsində qeyd etdiyi halları sübut etmək va mübahisəli mənzilə dair istifadə hüquqlarının yaranmasını sübut etmək vəzifəsi vardır. 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasəm həll edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Həmin evdə qeydiyyatdadırlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan mənzili 2000-2001-ci ildə tərk etmişdir, həmin mənzildən onu qovmuşlar. Məhkəmə iclasında iştrak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəll, 26 avqust 2024-cü il qərarı qismən, üçüncü şəxslər İddiaçı və onun yetkinlik yaşına çatmamış övladı X8 münasibətdə ləğv edilməsi, üçüncü şəxslər İddiaçı və X7 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddia rədd edilməsi, qalan hissədə qərar dəyişdirilmədən saxlanılması, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5282/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərarının icrasında İddiaçı və onun yetkinlik yaşına catmamış övladı X8 münasibətdə dönüş edilərək üçüncü şəxslər xx.xx.1972-ci il təvəllüdlü İddiaçı və 3.07.2009-cu il təvəllüdlü X7 ünvan 3 ünvanına qeydiyyatları bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan Daxili Qoşunların Baş İdarəsinin Maddi Texniki Təminat İdarəsinin verdiyi 15 nömrəli xx.xx.2025-ci il tarixli arayışa əsasən X5 ailə üzvləri İddiaçı, X10 və X9 ilə birlikdə 2014-cü il 18 apreldən Bakı şəhəri Nərimanov rayonu Y.Çəmənzəminli küçəsi 129 mənzil 91-də müvəqqəti yerləşdirilmişdir. İş materiallarında olan X5 ilə N saylı hərbi hissə komandiri arasında bağlanmış xx.xx.2014-cü il tarixli 91 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən N saylı hərbi hissə komandiri ünvan 5 ünvanda yerləşən mənzil müddətsiz olaraq X1 və istifadəsinə vermişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 1998-ci ildə yaranmışdır. Mübahisəli hüquq münasibətinin predmeti mənzilə olan istifadə hüququnun tanınması və mənzilə köçürülmədir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı və azyaşlı övladı ünvan 6 ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, iddiaçının özünündə qeyd etdiyi kimi artıq uzun müddətdir ki, yəni 25 ildən artıqdır ki, mənzili tərk etmişdir və onun həmin mənzildə qeydiyyatı formal xarakterlidir. 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən şəxs başqa yerə köçdükdə onun yaşayış sahəsində istifadə hüququ 06 ay saxlanılır. Göründüyü kimi, iddiaçı 06 aydan çox müddəti həmin mənzili tərk etmiş, özünə başqa yaşayış yeri seçmiş, hal-hazırda Bakı şəhəri Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, 129 mənzil 91-də yaşayır. Bu səbəbdən də, onun həmin mənzildə istifadə hüququ artıq mövcud deyildir. Ona görə də, iddia tələbi istifadə hüqunun tanınması hissəsində təmin edilməməlidir. Həmçinin iddia tələbi istifadə hüqunun tanınması hissəsində təmin edilmədiyindən mənzilə köçürülmə hissəsində də təmin edilməməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özünündə qeyd etdiyi kimi 2000-2001-ci ildən mübahisəli mənzili tərk etmiş, onu həmin mənzildən qovmuşlar. Lakin iddiaçının həmin mənzildən qovulduğunu göstərən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin mənzilə köçürülmə vəya digər tələblə bu illər ərzində məhkəməyə müraciət etməmişdir. Bu da onun həmin mənzili könüllü olaraq tərk edərək, özünə başqa yaşayış yeri seçdiyini göstərir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı və 3.07.2009-cu il təvəllüdlü X7 ünvan 3 ünvanına qeydiyyatı bərpa edilsədə mənzildə şəxsin qeydiyyatnın olması, istifadə hüququnun yaranması deyildir. Mənzildə qeydiyyat şəxsə çatmlılığı təmin etmək üçündür. Qeydiyyatın olması istifadə hüququnun olması demək deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2621/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2621/2025
15.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver