Məhkəmə qərarları › İş №2(004)-2622/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2622/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2622/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı ASC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 92774,10 manat, faiz borcuna görə 3681,91 manat, cərimə borcuna görə 22985,79 manat olmaqla borcun, cəmi 119.441,80 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə cəmi 119.441,80 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-ə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Bakı şəhəri Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizələr təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 89774,10 manat, faiz borcuna görə 10508,52 manat, cərimə borcuna görə 23000 manat olmaqla borcun cəmi məbləğində 123282,62 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə cəmi 123282,62 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-ə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Bakı şəhəri Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirərək iddia ərizənini təmin eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Rabitəbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.08.2019-cu il tarixli YSNPT-0078 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 115000 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hisəsi olan “Kreditin ödəniş cədvəlinə” (1 saylı əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 115000 manat məbləğində pulu Rabitəbank ASC-dən götürmüşdür. İş materiallarında olan 23.08.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 sonuncu ay 2921,24 manat olmaqla, 60 ay müddətində hər ay 2920,24 manat olmaqla 175.215,40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan Rabitəbank ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 23.08.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, Rabitəbank ASC Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.08.2019-cu il tarixli YSNPT-0078 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrinin verdiyi MA ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli,19 noyabr 2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil ipoteka ilə yüklü edilir. İpoteka predmetinə tutma yönəldiləcəyi halda ipoteka predmetinin ilkin satış qiyməti Fides” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC müstəqil qiymətləndiricilədən birinin rəyi əsasında müəyyən edilir. İş materiallarında olan zamin Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23.08.2019-cu il tarixli YSNPT-0078 saylı zaminlik müqaviəsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh2 Cavabdeh1 arasında bağlanmış YSNPT-0078 saylı 23.08.2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,6 kv m olan 21 saylı mənzil 19.11.2010-cu il tarixdə qeydiyyata alınmaqla Cavabdeh2 tam mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş notariusda təsdiq olunmuş 23.08.2019-cu il tarixli ərizənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 21 saylı mənzili 115000 (yüz on beş min) AZN məbləğində borc öhdəliyinin təminatı kimi ipoteka qoyulduğunu, öhdəlik yerinə yetirilməzsə tutmanın əmlaka yönəldiləcəyini (yəni notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətinə açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) və bu halda evi (mənzili) tərk edəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş notariusda təsdiq olunmuş 23.08.2019-cu il tarixli ərizənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh3 Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin İddiaçı ASC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipteka (girov) qoyulmasına razı olmuş, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətinə açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüqularından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən verilmiş notariusda təsdiq olunmuş 23.08.2019-cu il tarixli ərizənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin Rabitəbank” ASC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipteka (girov) qoyulmasına razı olmuş, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətinə açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüqularından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,6 kv m olan 21 saylı mənzil 30.08.2019-cu il tarixdə İddiaçı ASC-nin xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 06.08.2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından xidmət haqqının ödənilməsi barədə çıxarışdan görünür ki, 30 manat məbləğində pul ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, X2 23 avqust 2021-ci il tarixinə 89774,10 manat əsas, 10508,52 manat faiz, 23000 manat cərimə borcu olmaqla cəmi 123282,62 manat borcu vardır. İş materiallarında olan Fides ekspertiza mərkəzi tərəfindən təqdim olunmuş 21.08.2019-cu il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin bazar dəyəri 172.000 (bir yüz yetmiş iki min) manat, likvid dəyəri isə 165.000 (bir yüz altmış beş min) manat təşkil edir. İş materiallarında olan Fides ekspertiza mərkəzi tərəfindən təqdim olunmuş 21.08.2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin bazar dəyəri 165.000 (bir yüz altmış beş min) manat, likvid dəyəri isə 155.000 (bir yüz əlli beş min) manat təşkil edir. Məkhəmə iş materiallarını nəzərdən keçirərək, izahatları dinləyərək, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Rabitəbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.08.2019-cu il tarixli YSNPT-0078 nömrəli kredit müqaviləsi ilə Rabitəbank ASC tərəfindən Cavabdeh1 115.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Rabitəbank ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 23.08.2019-cu il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Rabitəbank ASC Cavabdeh1 müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh1 isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Cavabdeh2 isə zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək YSNPT-0078 saylı 23.08.2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsini təmin etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 89774,10 manat, faiz borcuna görə 10508,52 manat, cərimə borcuna görə 1000 manat olmaqla cəmi 101282,62 manat borc və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 160.000 (yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə cəmi 101282,62 manat borc və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cəmi 61 manat məbləğində pul İddiaçı ASC-ə ödənilməli, ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Bakı şəhəri Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə 23.000 (iyirmi üç min) manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 1000 (min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2) "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 89774,10 manat, faiz borcuna görə 10508,52 manat, cərimə borcuna görə 1000 manat olmaqla cəmi 101282,62 manat borc və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 160.000 (yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.08.2019-cu il tarixli, YSNPT-0078 saylı Baş kredit müqaviləsi üzrə cəmi 101282,62 manat borc və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cəmi 61 manat pul İddiaçı ASC-ə ödənilsin. İpoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Bakı şəhəri Yasamal rayonu, M.Müşfıq küçəsi, ev 8v, 21 saylı mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar