Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2640/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı X1 İddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə İddiaçı X1 cavabdehlər «Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı X4 və Cavabdeh2nə qarşı zaminliyə xitam verilməsi və bununla bağlı mərkəzi kredit reyestrində müvafiq qeydiyyatın aparılması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdeh «Finca Azərbaycan” MMM QBKT ilə İbrahimov Vəkil Əhməd oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0512 saylı kredit müqaviləsi üzrə iddiaçının «Finca Azərbaycan” QBKT MMM qarşısında olan zaminlik öhdəliyinə xitam verilməsi, iddiaçının cavabdeh «Finca Azərbaycan” MMM QBKT qarşısında olan zaminlik öhdəliyinə xitam verilməsi barədə Mərkəzi Kredit Reyestrində müvafiq qeydiyyatın aparılması və iddiaçının adının çıxarılması vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh «Finca Azərbaycan” QBKT MMM -dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “FİNCA Azərbaycan" Qeyri-Bank Kredit Təşkilatı X4 ilə borcalan İbrahimov Vəkil Əhməd oğlu arasında bağlanmış 19 may 2015-ci il tarixli **********0512 nömrəli kredit müqaviləsinin təminatı olaraq X2 və X5 həmin müqaviləyə zamin kimi imza atmışlar. Sözügedən kredit müqaviləsinə əsasən "xxxx" MMM QBKT tərəfindən İbrahimov Vəkil Əhməd oğluna 24 ay müddətinə illik 24 faizlə 25.000 ABŞ dollarının verilməsi nəzərdə tutulmuşdur. 19 may 2015-ci il tarixli **********0512 nömrəli kredit müqaviləsinin icra müddəti 19 may 2017-ci il tarixdə başa çatmışdır. İbrahimov Vəkil Əhməd oğlunun 19 may 2015-ci il tarixli **********0512 nömrəli kredit müqaviləsi üzrə aldığı borc məbləği sonradan "xxxx" MMM QBKT ilə İbrahimov Vəkil Əhməd oğlu arasında bağlanmış 02 fevral 2016-cı il tarixli “xx.xx.2015-ci il tarixli **********0512 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair” Saziş əsasında restrukturizasiya edilmişdir. Həmin müqavilədə restrukturizasiya edilən borc 18911 ABŞ dolları, müqavilənin icra müddəti isə 21 ay göstərilmişdir. X2 yuxarıda göstərilən borcla bağlı sonradan bağlanmış restrukturizasiya müqavilələrinə zamin qismində imza etməmiş və zamin dayanmamışdır. Bununla bağlı X2 Cavabdeh2 MMC-yə müraciət etsə də, həmin Bürodan verilmiş xx.xx.2023-cü il tarixli SF-5557 nömrəli Çıxarışa əsasən Cavabdeh1 Təşkilatına xx.xx.2016-cı il tarixli öhdəlik üzrə 18904,90 ABŞ dolları əsas borc və 645,31 ABŞ dolları faiz borcla bağlı zaminlik öhdəliyinin mövcud olduğu bildirilmişdir. Bu öhdəliyin icra müddətinin xx.xx.2018-ci il tarixdə başa çatdığı göstərilir. Cavabdeh «Finca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı X4 iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı kredit müqaviləsinin öhdəliyinə dair icrasına təminat olaraq zamin qismində çıxış etdiyi İbrahimobv Vəkil Əhməd oğlunun kredit öhdəliyi hələdə aktiv şəkildə mövcuddur. Belə ki, kredit müqaviləsində göstərildiyi kimi zamin və əsas borclu birgə və eyni həcmdə məsuliyyət daşıyır. Buna baxmayaraq zamin və əsas borclu hələ də kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseİd=2334576X5 iddiaçının iddia tələblərini əsaslandırdığı halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs İbrahimov Vəkil Əhməd oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tərəfmindən təqdim edilmiş sübutlara əsasən iddiaçı üçüncü şəxs İbrahimov Vəkil Əhməd oğlunun "xxxx" QBKT MMM ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (eyni zamanda zaminlik müqaviləsi) üzrə öhədliklərinin icrası üçün borcalan ilə birgə məsuliyyəti üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən borcalan V.İbrahimova kredit 24 ay müddətinə verilmişdir. QBKT ilə borcalan arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən isə həmin kredit müqaviləsi üzrə borcun qalığının restrukturizasiyası aparılmışdır. Cavabdeh "xxxx" QBKT MMM iddiaçının həmin sazişə də zamin durmasını bildirsə də bunu təsdiq edəcək sübutları, yəni zaminlik müqaviləsini (məhkəmə tərəfindən də 20 iyun 2023-cü il tarixli məhkəmə bildirişində təklif edilməsinə baxmayaraq) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli sazişin kserosurətinə əsasən həmin müqavilədə iddiaçı zamin kimi göstərilməmiş və saziş onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçının zamin olduğu xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icrası müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. "xxxx" QBKT MMM-nin iddiaçıya qarşı zamin kimi xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququ olmuşdur. Belə bir iddia qaldırılmadığından iddiaçının həmin müqavilə üzrə zaminliyinə xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. İddiaçının zaminliyinə xitam verildiyi halda onun zamin kimi «Finca Azerbaijan” QBKT MMM qarşısında öhdəliyinin olması barədə məlumatın mərkəzi kredit reyestrində qalması da əsassızdır. Odlur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Finca Azerbaijan” QBKT MMM ilə İbrahimov Vəkil Əhməd oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0512 saylı kredit müqaviləsi üzrə iddiaçı X1 «Finca Azerbaijan” QBKT MMM qarşısında olan zaminliyinə xitam verilsin. İddiaçı X1 «Finca Azerbaijan” QBKT MMM qarşısında olan zaminliyinə xitam verilməsi barədə Mərkəzi Kredit Reyestrində müvafiq qeydiyyatın aparılması və iddiaçının adının çıxarılması vəzifəsi Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh «Finca Azerbaijan” QBKT MMM -dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2640/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2640/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver