Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2643/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “paydan imtinanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “paydan imtinanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı1 ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 102,9 m2 olan 2 otaqlı 27 nömrəli mənzilindən; Bakı şəhəri 27 saylı notariat ofisində X1 isə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 161 m2 olan 3 otaqlı 54 nömrəli və ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 161 m2 olan 3 otaqlı 1 nömrəli mənzilindən və paydan imtina etmələrinə dair ərizələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində İddiaçı1 ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 102,9 m2 olan 2 otaqlı 27 nömrəli mənzilindən, Bakı şəhəri 27 saylı notariat ofisində İddiaçı2 isə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 161 m2 olan 3 otaqlı 1 nömrəli mənzilindən və paydan imtina etmişdirlər. Bununla bağlı, MTK ilə aralarında olan razılaşmaya əsasən paydan edilmiş imtina edilmə ilə bağlı lazımi vəd yerinə yetirilmədiyindən, pul ödənilmədiyindən və qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla paydan imtina rəsmiləşdirilmədiyindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində reyestr nömrəsi 4877, 4879 və 5178 olan ərizə ilə paydan edilmiş imtinaya xitam verilmişdir. İddiaçı1 məxsus ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 102,9 m2 olan 2 otaqlı 27 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli, İddiaçı2 məxsus ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 161,1 m2 olan 3 otaqlı 54 nömrəli və ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 161 m2 olan 3 otaqlı 1 nömrəli mənzilinə dair müvafiq olaraq xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli mənzillərin alqı-satqı müqaviləsi və maliyyə arayışlarını payçılara təqdim edilməsinə dair məktubla MTK-ya müraciət edilmiş, lakin hər hansı cavab alınmadığından məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiış etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı1 adına olan ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, № 1 blok 5-ci mərtəbədə yerləşən, ü/s 102,9 m2 olan 2 otaqlı 27 nömrəli mənzil və paydan imtina edir. MTK-nın üzvlüyündən azad edilməsini xahiş edir. Həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsi, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaq. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı2 adına olan ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, № 1, blok 9, mərtəbə ümumi sahəsi 161,1 m2 yaşayış sahəsi 81,6 m2 3 otaqlı, 54 nömrəli yaşayış mənzilindən və paydan imtina edir. MTK-nın üzvlüyündən azad edilməsini xahiş edir. Həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsi, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaq. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı2 adına olan Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış evinin № 1, blok 1, mərtəbə ümumi sahəsi 161,1 m2, yaşayış sahəsi 81,6 m2, 3 otaqlı, 1 nömrəli yaşayış mənzilindən və paydan imtina edir. MTK-nın üzvlüyündən azad edilməsini xahiş edir. Həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsi, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiası olmayacaq. İş materiallarında olan "xxxx" MTK-nın 25 dekabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı2 "xxxx" MTK-da ev № 1, blok 1, mərtəbə 1, 161 m2, 3 otaqlı 1 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Mənzillərin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış evinin № 1, blok 1 mərtəbə ümumi sahəsi 161 m2, yaşayış sahəsi 81,6 m2, 3 otaqlı, 1 nömrəli yaşayış mənzilini İddiaçı2 verməyi, İddiaçı2 isə öz növbəsində yaşayış mənzilinin 1 m2-i üçün 470 manat ödəniş aparmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı2 "xxxx" MTK-da ev № 1, blok 1, mərtəbə 9, 161 m2, 3 otaqlı 54 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Mənzillərin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış evinin № 1, blok 9 mərtəbə ümumi sahəsi 161 m2, yaşayış sahəsi 81,6 m2, 3 otaqlı, 54 nömrəli yaşayış mənzilini İddiaçı2 verməyi, İddiaçı2 isə öz növbəsində yaşayış mənzilinin 1 m2-i üçün 470 manat ödəniş aparmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı1 "xxxx" MTK-da ev № 1, blok 1, mərtəbə 5, 102,9 m2, 2 otaqlı 27 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Mənzillərin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış evinin № 1, blok 5 mərtəbə ümumi sahəsi 102,9 m2, 2 otaqlı, 27 nömrəli yaşayış mənzilini İddiaçı1 verməyi, İddiaçı1 isə öz növbəsində yaşayış mənzilinin 1 m2-i üçün 470 manat ödəniş aparmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla X4 məxsus ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 102,9 m2 olan 2 otaqlı 27 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli, İddiaçı2 məxsus ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 161,1 m2 olan 3 otaqlı 54 nömrəli və ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 9 mərtəbəli yaşayış binasının, ev № 1, blok 1, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 161 m2 olan 3 otaqlı 1 nömrəli mənzilinə dair müvafiq olaraq xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli mənzillərin alqı-satqı müqaviləsi və maliyyə arayışlarını payçılara təqdim etməsini və yazılı məlumat verilməsini xahiş etmişdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən əqlərin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2643/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2643/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver