Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-265/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümaynəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 nümayəndəsi X4, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və “X9” MMC-yə qarşı “qeyriyaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X9” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanması” tələbinə dair iddia ərizəsi ilə 02.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh “X9” MMC-nin üzərinə onunla Bakı şəhəri, Ə.Ələkbərov 89 ünvanında yerləşən “Mirvari Park” yaşayış kompleksinin -1 mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli bir ədəd parking yerinin mövcud bazar qiymətləri ilə alğı-satqısına dair müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 16.02.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Cavabdeh2 MMC və fiziki şəxs Cavabdeh3 cavabdeh, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" MMC-nin 395 nömrəli, 25.10.2019-cu il tarixli məktubunun, AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına verilmiş 27.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-05301-083147 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 08.06.2020-ci il tarixli, 4Ə-1048 reyestr nömrəli alğı-satqı müqaviləsinin və AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, 17.06.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və İddiaçı ilə cavabdeh "X8" MMC arasında eyni şərtlərlə alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "X8" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümaynəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, ünvan 2 ünvanında “Mirvari Park" yaşayış kompleksinin D1 bloku, 24 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı pay haqqını tam ödəməklə “Gilan X8" MMC-dən 2014-cü il tarixdə satın almışdır və 2017-ci il tarixdən sözügedən mənzildə yaşayır. Ailəsinə məxsus nəqliyyat vasitəsinin saxlanılması üçün qaraja ehtiyacı olduğundan onun tərəfindən 01 iyul 2017-ci il tarixdə “X13 Management" MMC ilə “Mirvari Park" yaşayış kompleksinin -1 mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli 1 ədəd parkinq yerinin aylıq ƏDV daxil 100 manat icarə haqqı ödənilməklə icarəyə götürülməsinə dair 022/2017 nömrəli icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsi hal-hazırda qüvvədədir və həmin icarə müqaviləsi əsasında iddiaçı üç ildir ki, aylıq icarə haqqını ödəməklə qarajda parkinq yerindən istifadə edir. Bundan əlavə, onun tərəfindən hər ay cavabdeh təşkilata kommunal xərclərə və ümumi əmlakın saxlanılmasına görə aylıq 175 AZN pul ödənilir. İddiaçıya yaxın vaxtlarda məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən binanın qarajında olan parkinq yerləri satılır. Qaraj sahəsini satın almaq üçün cavabdehə müraciət etsə də, cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan parkinq yerini alğı-satqı müqaviləsi bağlamaqla iddiaçıya satmaqdan imtina etmişdir. Binanın qarajında yerləşən parkinq yeri icarə müqaviləsi üzrə iddiaçının sahibliyində və istifadəsində olduğundan sözügedən parkinq yerini satın almaqda iddiaçının üstünlük hüququ vardır. Lakin cavabdeh tərəfindən bu hüququnun həyata keçirilməsi təmin edilmir. Bu səbəbdən hüquqlarının təmin olunması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirir ki, o, 17000 manata qarajı almağa gedəndə komendant qiymətin 25000 manat olduğunu bildirmişdir. O isə razılaşmamışdır. Sonra müqavilənin bitməsinin sonuncu günündə komendanta yaxınlaşmış, o isə qarajın artıq satıldığını bildirmişdir. O, qarajı almaqdan imtina etməmişdir, qarajı 25000 manata almaq istədiyi halda digər şəxsə 23750 manata satılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X6 izahat verərək bildirir ki, o, qanuni çıxarışla qaraj almışdır. Onlara komendant həmin qarajdan imtina olunduğunu bildirmişdir. Qaraj onlara birbaşa Cavabdeh2 MMC-nin adından texniki pasport və çıxarışla bərabər satılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X5 izahat verərək bildirir ki, əmlakın mülkiyyətçisi Cavabdeh2 MMC-dir. Vətəndaşlar qarajdan istifadə ilə bağlı onlara müraciət edir, onlar da buna görə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişlər. Həmin qarajla bağlı Cavabdeh3 ilə notarial qaydada alğı-satqı edilmişdir. İddiaçıla bağlı isə Cavabdeh2 MMC-nin heç bir öhdəliyi yoxdur. İddaçının nümayəndəsi ilə dəfələrlə telefonla əlaqə saxlayaraq qarajın satılması ilə bağlı məlumat verilmiş, komendant tərəfindən qarajın alınması ona təklif edilmişdir,lakin onlar qiymətlə razı olmayaraq qarajı almamışdır. Satıcı öz əmlakı barəsində müstəqildir, əmlakını kimə istəsə sata bilər. Qarajla bağlı çıxarış 2019-cu ildə əldə edilmişdir, “X9” MMC isə həmin əmlakın idarəsi və icarəsi ilə məşğul olmuşdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən qismində “Gilan X9” MMC ilə icarəyə götürən qismində İddiaçı arasında bağlanmış 01.07.2017-ci il tarixli, MPP 022/2017 saylı icarə müqaviləsinə əsasən icarəyə verən- “Gilan X9” MMC Bakı şəhəri, Ə.Ələkbərov 89 ünvanında yerləşən “Mirvari Park” yaşayış kompleksinin -1 mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli bir ədəd parking yeri İddiaçı 100 manat müqabilində icarəyə verməyi, icarəyə götürən isə müqavilə də nəzərdə tutulan icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 MMC ilə “X9” MMC arasında bağlanmış 30.12.2017-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən tərəflər Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 129, 133, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 ünvanında yerləşən 5 bina, 7 blok, 485 mənzildən ibarət yaşayış kompleksinin, müvafiq kompleksə aid olan qeyri-yaşayış sahələrinin, zirzərmi sahələrinin idarəçiliyini təşkil edərək bununla bağlı təsərrüfat fəaliyyəti həyata keçirməyi, birgə təsərrüfatın “X9” MMC-nin tam təsərrüfat ixtiyarında olmasını razılaşdırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 27.11.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında bağlamış AN-İ ******* nömrəli, 08.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinin sdurətinə əsasən ünvan 3 ünvanında yerləşən ümimi sahəsi 19,05 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 23750 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 587088 nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 17.06.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil 05.04.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş, qeyri-yaşayış sahəsi 08.06.2020-ci il tarixdə mülkiyyətçisi tərəfindən Cavabdeh3 satılmışdır. İddiaçı isə həmin binada mənzili vardır. Hazırda iddiaçı yaşadığı mənzilin qeyri-yaşayış sahəsi, yəni qarajı barəsində alğı-satqı üzrə üstünlük hüququnun olduğunu qeyd edərək, onunla həmin yaşayış sahəsinin alğı-satqısı barədə müqavilə bağlanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsassızdır. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş, o, öz əmlakı barəsində sərbəst sərəncam verərək əmlakı satmış və bu hərəkəti ilə iddiaçının hüquqlarını pozmamışdır. İddia tamamilə əsassızdır. İddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və “X9” MMC-yə qarşı cavabdeh "xxxx" MMC-nin 395 nömrəli, 25.10.2019-cu il tarixli məktubunun, AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına verilmiş 27.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40- 05301-083147 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 08.06.2020-ci il tarixli, 4Ə-1048 reyestr nömrəli alğı-satqı müqaviləsinin və AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, 17.06.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və İddiaçı ilə cavabdeh "X8" MMC arasında eyni şərtlərlə alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "X8" MMC-nin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-265/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-265/2021
28.07.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver