Məhkəmə qərarları › İş №2(004)-265/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-265/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-265/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK və onun İdarə heyətinin sədri Cavabdeh2 müştərək qaydada maliyyə arayışları və müqavilələr üzrə ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinə görə tərəfindən ödənilmiş 238100 manat məbləğində vəsaiti, eləcə də iddia verilməsi ilə bağlı məhkəmə xərci olaraq ödədiyi 430 manat dövlət rüsumunun, hüquqi yardım göstrilməsi ilə bağlı 50 manat xərcin, eləcə də illik 5 faiz hesabı ilə xx.xx.2016-cı ildən ödənilmiş 149000 manat pulun illik 5 faizi hesablanmaqla 48425 manat, xx.xx.2018-ci il tarixdən digər müqavilə üzrə ödənilmiş 89100 manatın 5 faizi hesablanmaqla 20100 manat faizin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2018-ci ildə Bakı şəhərində “Pərvin -İnşaat“ Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “Pərvin-İnşaat “ Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri Cavabdeh2, İddiaçı ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 AZN ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın -Yeni ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 AZN-dən əlavə qalan 89100 AZN məbləğində vəsait də payçı kimi İddiaçı tərəfindən 02 aprel 2018ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda dara heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. 16 mart 2018-ci ildə Bakı şəhərində, “Pərvin-İnşaat“ Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “Pərvin -İnşaat“ Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri Cavabdeh2 İddiaçı ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 AZN ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın Yeni ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 AZN-dən əlavə qalan 149000 AZN məbləğində vəsait də payçı kimi İddiaçı tərəfindən 16 mart 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTKya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. Cavabdehin ona olan əmlak borcu və ya onun dəyəri cəmi 299000 manat pul bu günə qədər ödənilməmişdir. Şifahi tələblərinə də müxtəlif bəhanələrlə söz verilsə də, əməl etməmiş, öhdəliyi icra etməkdən, borcu qaytarmaqdan bu günə qədər də müxtəlif bəhanələrlə yayınmışdır. Hazırda həmin binanın mansardının ümumiyyətlə mövcud olmaması və cavabdeh tərəfindən aldadıldıqları müəyyən edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Əslində bu iş üzrə qətnamə çıxmışdı. Cavabdeh də onunla bağlı bizimlə razılığa gəlməyə çalışmışdı. 16 mart 2018-ci ildə cavabdeh MTK-nın baş ofisində MTK-nın idarə heyətinin sədri Cavabdeh2 İddiaçı ilə müqavilə bağlanılmışdır və həmin koorperativə məxsus tikilidəki obyektin hər kv.m-nə görə 300 AZN iddiaçı tərəfindən MTK-ya pul ödənilib və cavabdeh həmin binanın – Yeni ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 497 kv.m. mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 AZN-dən əlavə qalan 149000 AZN məbləğində vəsait də payçı kimi İddiaçı tərəfindən 16 mart 2018ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. Bu faktla bağlı iddia verilib, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qəbul olunub, iddia təmin olunub, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən X2 və İddiaçı birgə iddia verməsi əsası və ayrı-ayrı iddialarla məhkəməyə müraciət etməyimiz tələbi ilə qətnamə ləğv edilmişdir. Ona görə də mübahisəli yaşayış sahəsinə ödənilmiş pul məbləği nəzərə alaraq müqavilə öhdəliklərinə əməl olunması tələbi ilə məhkəməyə müraciət etmişlər. Ona görə də iddiaçının həmin qeyri-yaşayış sahəsinə görə ödədiyi 238100 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Bu iş barəsində cinayət işi yoxdur. Həmçinin qeyri-yaşayış sahəsinin bir neçə nəfərə satılması ilə bağlı fakt yoxdur, ola da bilməz. Cinayət işi bu işlə əlaqədar deyildi. İddiaçı və Etibar adlı qohumu vaxtilə Cavabdeh2lə şərik olmuşdular və aralarında təxminən 300000 manat məbləğə görə mübahisə olmuşdur. Sədr kimi satış hüququ Cavabdeh2 olduğuna görə onlar həmin pulu əldə etmək üçün özləri möhür vurub, imza atıb digər şəxsə mənzil satmışdılar və onlar özləri də cinayət işinin başlanılması üçün Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət etmişdilər. Korrupsiya ilə Mübarizə İdarəsi də Mehmanla Etibarı məsuliyyətə cəlb etmişdir. Qeyd olunan əmlak mövcuddur. Lakin həmin əmlala bağlı ekspertizanın rəyi nəticəsində mansard deyil, texniki mərtəbə adı verilmişdi. Binanın tikilməsində əsas rol İddiaçı olub. Cavabdeh2 tikinti işlərindən anlamırdı. Mehman özü tikdiyi binada nəyin olub-olmamasını bilir. Müqavilə bağlananda da, aralarında barışıq sazişi bağlananda da bilirdi ki, nə ilə bağlı müqavilə bağlayır. Texniki mərtəbə də ona görə həmin qiymətlə verilib ki, satılanda məbləğ əldə edilə bilsin. Hər hansısa bir razılıq olmadı. Mehman ona aid olan əmlakdan bir hissəni Ceyhun adlı şəxsə satdı. Bundan sonra Ceyhun gəlib baxdıqda həmin yeri qəbul etmədi. Mehman da düşündü ki, bundan sonra həmin yeri heç kəsə sata bilməyəcək, ona görə imtina etdi və belə bildirdilər ki, həmin mərtəbəyə pilləkən çıxışı onlar istədikləri kimi deyil. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsaitin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 60000 (altmış min) manat məbləğində vəsait cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı X3 verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9375/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-122/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliklərin icra edilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, Cavabdeh1 MTK “Payçı”nın, yəni İddiaçı bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsini 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 149000 manat məbləğində pulu ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, Cavabdeh1 MTK “Payçı”nın, yəni İddiaçı bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsini 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 89100 manat məbləğində pulu ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/270 saylı rəydən görünür ki, ünvan 5 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında mansard mərtəbəsi olmadığı üçün, İddiaçı ilə “Pərvin- İnşaat” Mənzil Tikinti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə nəzərdə tutulmuş 497 kv.m qeyri-yaşayış sahəsi (mansard), İddiaçı ilə “Pərvin-Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə tutulmuş 297 kv.m, X4 ilə "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200 kv.m mansard sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Tədqiq olunan ünvanda binanın dam hissəsində mansard mövcud olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9915 nömrəli qəbzə əsasən İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına 430 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına 167 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK İddiaçı ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2018-ci il tarixli Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK İddiaçı ünvan 4 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında Cavabdeh1 MTK tərəfindən verilmiş Vəsait mədaxil qəbzindən və maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya borcu yoxdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı öz üzərlərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/270 saylı rəyinə əsasən ünvan 5 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında mansard sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iş materiallarında olan qəbzlərdən, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, İddiaçı MTK-ya 238100 manat pul ödəmişdir. Lakin, iddia tələbi tələbin cavabdehlər Cavabdeh1 MTK və onun İdarə heyətinin sədri Cavabdeh2 müştərək qaydada tutulması hissəsində qanuni və əsaslı hesab edilə bilməz. Göstərilən müqavilələr Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlandığından öhdəliklərin icra edilməsinə görə də müqaviləni bağlamış Cavabdeh1 MTK daşımalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəlləlnin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəlləlnin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi illik 5 faiz hesabı ilə xx.xx.2016-cı ildən ödənilmiş 149000 manat pulun illik 5 faizi hesablanmaqla 48425 manat, xx.xx.2018-ci il tarixdən digər müqavilə üzrə ödənilmiş 89100 manatın 5 faizi hesablanmaqla 20100 manat faizin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, gecikdirilmiş vaxt üçün illik beş faiz kreditor tərəfindən o zaman tələb edilə bilər ki, borclu məhz pul məbləğinin ödənilməsini gecikdirirsə. Hazırda tərəflər arasında mübahisə isə kredit müqaviləsi və s. pul məbləğinin ödənilməsi ilə deyil, inşa edilən binada qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə görə 50 manat və ödənilmiş 430 manat dövlət rüsumu cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsait, hüquqi yardımın göstərilməsinə görə 50 (əlli) manat və ödənilmiş 430 (dörd yüz otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar