Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2650/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının vəkili X2 iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirir ki, iddiaçının anasıdır və ev iddiaçının mülkiyyətindədir. Cavabdehlə nikahları pozulmuş, cavabdeh ikinci dəfə ailə qurmuş, mənzildən çıxıb getmişdir. Cavabdehin həmin mənzildən qeydiyyatdann çıxarılması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək bildirir ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının atasıdır. İddiaçının atası 18.02.2005-ci il tarixdən əşyalarını gıtürərək həmin mənzildən getmiş və bir daha ageri qayıtmamışdır. Cavabdehin həmin evə qeydiyyatı formal xarakter daşıyır və bu iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olur. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə X11 arasında bağlanmış 12.02.2007-ci il tarixli bağışlanma müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 47 m2 olan üç otaqlı mənzili X8 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 28.03.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Cavabdeh Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan 05.03.2021-ci il tarixli akta əsasən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzilin mülkiyyətçisi X5 atası Cavabdeh 18.02.2005-ci il tarixdə əşyaları götürərək həmin evdən köçmüşdür. Bundan sonra onun həmin evə gəlib-getiyi görülməmişdir. Aktı tərtib edən X6, X4 və X9 imzaları ilə aktı tərtib etmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.11.2010-cu il tarixli, AZ-İ 113435 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh ilə X3 arasında bağlanmış nikah 10.11.2010-cu il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirir ki, 2000-ci ildən həmin ünvanda yaşayır. Cavabdeh 2005-ci ildən həmin ünvanda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirir ki, o, H.Zərdabi prospektində iddiaçının qonşusudur. Uşaqlıqdan biryerdədirlər. İddiaçının atası Adil 15 ildir ki, həmin ünvanda yaşamır. Məhkəmə cavabdehin 10 ildən artıq müddətdə mübahisə predmeti olan mənzili daimi əsaslarla tərk etməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Konstitusiya Məhkəməsinin Plenumunu 27.07.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsinin Plenumunu 29.03.2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 41, 30 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2650/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2650/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver