Məhkəmə qərarları › İş №2(004)-268/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-268/2021

03.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-268/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, qarşılıqli iddia üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh2 İsban qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası; Cavabdeh1 İddiaçı və cavabdehlər Cavabdeh2 İsban qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair Cavabdeh1 ilə onun arasında sadə yazılı formada bağlanmış 18.03.1996-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları baradə qətnamə qəbul edilməsini xahiş eymişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə yaşadıqları Ağdam rayonu 1993-cü ildə işğal olunduğuna görə məcburi köçkün düşərək ünvan 1 ünvanda 2 il müddətinə, sonra ünvan 2ddətində kirayədə yaşamışdır. Sonradan Keşlə qəsəbəsində yaşayan baldızı ona bildirmişdir ki, qonşusu Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilini satmaq istəyir. O, həyat yoldaşı Cavabdeh2 və qohumları ilə birlikdə 1996-cı ilin fevral ayında gəlib Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 1 otaqlı 96 nömrəli mənzilinə baxmışdır. Mənzil yaxşı təmirli idi və mənzildə Cavabdeh1 öz ailəsi, yəni arvadı kimi təqdim olunan Zümrüd xanım, Zümrüdün anası Tamam xanım, iki azyaşlı uşağı Ləman və Lamiyə ilə birlikdə yaşayırdı. O, mənzili bəyənmiş və Cavabdeh1 ilə mənzilin alqı-satqısına dair razılaşma əldə etmişdir. Razılaşmaya əsasən mənzilin qiymətini 4.900 ABŞ dolları, mənzildəki 2 ədəd qızılı rəngli karnizi 100 ABŞ dolları, 3-cü və 4-cü mərtəbənin arasındakı meydançada olan dolabı 100 ABŞ dolları olmaqla, Cavabdeh1 mülkiyyətindəki mənzilini ümumilikdə 5.100 ABŞ dollarına ona satmağa razılaşmışdır. Aralarında belə bir danışıq olmuşdur ki, bir ay vaxt verilməklə mənzil boşaldılacaqdır. O, mənzili almaq üçün özünə məxsus olan “VAZ 2106” markalı avtomaşınını satmış, arvadı Cavabdeh2 məxsus qızılları satmış, qalan pulu isə Moskvada yaşayan qohumlarının yanına gedərək onlardan 1.500 ABŞ dlolları almaqla toplamışdır. O, Cavabdeh1 mənzili satmasının səbəbini soruşduqda, Oqtay borclarını ödəmək niyyəti ilə mənzilini satdığını ona bildirmişdir. Nəhayət 18.03.1996-cı ildə yenidən Cavabdeh1 evinə gəlmiş və 5.100 ABŞ dolları Cavabdeh1 verərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 1 otaqlı 96 nömrəli mənzilini satın almışdır. Bu barədə o, sadə yazılı formada müqavilə yazmış və Cavabdeh1 həmin müqaviləni imzalamaqla, mənzili ona satmış, mənzilin 15.09.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin əslini, 15.09.1994-cü ildə tərtib edilmiş texniki pasportun əslini, 15.04.1993cü il tarixli dəyişmə orderinin əslini, 21.06.1994-cü il tarixdə çəkilmiş eskiz layihənin əslini, həmçinin mənzilə dair baş etibarnaməni ona təqdim etmişdir. Yaxın günlərdə alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gələcəyinə dair öhdəlik götürmüşdür. 18.03.1996-cı il tarixli sadə yazılı formada tərtib edilmiş müqavilənin əlyazması ona məxsusdur, imzanı Cavabdeh1 özü etmişdir. Mənzilin pulunu verdikdən sonra Cavabdeh1 mənzildə olan rəsm əsərlərini və evdəki bütün əşyaları satmaq istədiyini bildirmişdir. Lakin onun əlavə pulu olmadığına görə, evdəki əşyaları ala bilməmişdir. Bu zaman Cavabdeh1 üzərində “Allah” yazısı olan rəsm əsərini onlara hədiyyə etmişdir və ruzi gətirəcəyini bildirmişdir. Cavabdeh1 mənzili satandan sonra yaxınlıqda yerləşən binaya kirayə mənzilə köçmüşdür. Onlar Cavabdeh1 əşyalarını Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilindən kirayədə yaşayacağı yaxınlıqda yerləşən binanın 4-cü və ya 5-ci mərtəbəsinə daşımağa köməklik etmişlər. Cavabdeh1 ona bildirmişdir ki, mənzil növbəsindədir. Mənzil alana kimi onun bir müddət qeydiyyat qalmasına icazə verməsini ondan xahiş etmiş və o, etiraz etməmişdir. Sonradan Cavabdeh1 tapa bilməmiş və alqısatqı müqaviləsini notariat kontorunda rəsmiləşdirə bilməmişdir. Nəhayət 2005-cü ildə yenidən Oqtayla görüşmüş və Cavabdeh1 10.06.2005-ci ildə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilin alqı-satqısını rəsmiləşdirmək üçün ona 3 il müddətinə yenidən baş etibarnamə vermiş, həmçinin özünə məxsus olan Yasamal RPİ tərəfindən 20.08.2003-cü il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin ksero surətinə “Cavabdeh1M” yazmaqla imza etmiş və 10.06.2005-ci il tarixli etibarnamə ilə birlikdə ona təqdim etmişdir. Yaxın günlərdə notariusa gedib alqı-satqı müqaviləsini bağlayacağına söz vermişdir. Lakin sonradan o, xəstəliyi və yaxın qohumlarının vəfatı ilə əlaqədar olaraq 10.06.2005-ci il tarixli etibarnamənin qüvvədə olduğu müddətdə, yəni 10.06.2008-ci il tarixə kimi mənzili öz adlarına sənədləşdirə bilməmişdir. Etibarnamənin müddəti bitdikdən sonra yenə də Oqtayı axtarmış, lakin tapa bilməmişdir. Mənzilə 4 dəfə telefon çəkilmiş və telefon nömrələri onun adına yazılmış, işıq, qaz və sudan istifadə haqlarını öz adından ödəmişdir. O, məhkəmədə iddia qaldırandan sonra Cavabdeh1 kommunal xidmətlərin abunə kodlarını öz adına dəyişdirmişdir. O, Oqtayın tapılmasında köməklik edilməsi üçün Yasamal RPİ-nin 29-cu PB-nə də müraciət etmişdir. Yasamal RPİ-nin 29-cu PB-nin 16.05.2020-ci il tarixli məktubla onun müraciətinə cavab verilərək bildirilmişdir ki, ərizəsində göstərilən məsələ mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etsin. Bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianı əsassız hesab edir. Çünki, o, Cavabdeh1 mənzilini məcburi köçkün kimi zəbt etməmiş, pulunu verərək mənzili Cavabdeh1 satın almış və bundan sonra mənzilə öz ailəsi ilə köçərək hazırkı vaxta kimi yaşayır. Hətta onlar 1996-cı ilin “Novruz Bayramı”nı da həmin evdə keçirmişlər. O, Oqtayı dəfələrlə axtarmış, qohumları Zümrüd xanımın bacısı Solmaz xanım, onun qızı Günel və arvadının xalası oğlu ona Oqtayın yerini deməmiş və əlaqə saxlamasına kömək etməmişlər. Yaxın vaxtlarda Oqtayın yoldaşı Zümrüd onlarla əlaqə saxlamış və onunla görüşməsini təklif etmiş, Oqtayın 1996-cı ildə mənzili ona ucuz satdığını bildirmişdir. O, isə təklif etmişdir ki, Oqtayla birlikdə görüşsünlər. X2 gətirməkdən imtina etdiyinə görə o, Zümrüdlə görüşməmişdir. Çünki, bildiyinə görə Zümrüdlə Oqtayın arasında rəsmi nikah olmamışdır, onlar faktiki ər-arvad kimi birlikdə yaşamışlar. Bu səbəbdən Zümrüdlə hər hansı bir danışıq aparmaq mənasız olmuşdur. 18.03.1996-cı il tarixli sadə yazılı formada tərtib edilmiş müqavilədəki imzanın Cavabdeh1 məxsus olmasını bir daha təsdiq edir və imzanın Cavabdeh1 məxsus olması iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 31.03.2021-ci il tarixli rəyi ilə təsdiq edilmişdir. O, 1996-cı ildən hazırkı vaxta kimi öz ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilində daimi olaraq yaşayır və mülkiyyətçi kimi hüquqlarını həyata keçirir. Bu səbəbdən qarşılıqlı iddia əsassız hesab edir. Odur ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair Cavabdeh1 ilə onun arasında sadə yazılı formada bağlanmış 18.03.1996-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi. İddiaçı izahatına əlavə olaraq bildirdi ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzili Cavabdeh1 sadə yazılı formada tərtib edilmiş 18.03.1996-cı il tarixli müqaviləyə və Cavabdeh1 verdiyi etibarnaməyə əsasən satın almışdır. Həmin dövrdə Bakı şəhərin 5 il müddətində qeydiyyatı olmayan şəxslərin mənzil almasına Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən qadağa olduğuna görə, vətəndaşlar mənzillərin alqı-satqısını məhz bu qaydada öz aralarında yazılmış sadə yazılı müqavilə və verilmiş etibarnamə əsasında həyata keçirirdilər. Hesab edir ki, bu səbəbdən iddiaçı da mənzili smadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsi və etibarnamə əsasında Cavabdeh1 satın almışdır. Cavabdeh1 məhkəməyə gəlməməsi bir daha onu təsdiq edir ki, Cavabdeh1 mənzilini İddiaçı satmadığını onun üzünə söyləməkdən çəkinir. Çünki, 1996-cı ildə 5100 ABŞ dollarına öir və ya iki otaqlı mənzilin alınması mümkün idi və cavabdehin mənzili təmirli olduğuna görə onu 5100 ABŞ dollarına iddiaçıya sata bilmişdir. Cavabdehin hazırkı vaxta kimi 15 il ərzində iddiaçının mənzildən çıxmasını tələb etməməsi və məhkəməyə müraciət etməməsi də bir daha mənzilin satıldığını təsdiq edir. İddiaçı cavabdehə güvəndiyinə görə pulu verib aldığı mənzili etibarnamədən istifadə edərək, yaşadıqları mənzili özünün və ya ailə üzvlərindən birinin adına sənədləşdirməmişdir. Cavabdehlə birlikdə nitariat kontoruna gedərək alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyinə inanmışdır. Hesab edir ki, ilkin iddia əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzili Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzilin İddiaçı satılmasına dair sadə yazılı formada tərtib edilmiş 18.03.1996-cı il tarixli müqavilədəki imza Cavabdeh1 məxsus deyildir. Məhkəmə xətşünaslıq ekspertizasının 31.03.2021-ci il tarixli rəyi ilə 18.03.1996-cı il tarixli müqavilədəki imzanın Cavabdeh1 məxsus olması təsdiq edilsə də, hesab edir ki, Cavabdeh1 mənzilini İddiaçı satmamışdır. İddiaçı 18.03.1996-cı il tarixli müqavilədə göstərilən 5.100 ABŞ dolları pulu Cavabdeh1 həqiqətən vermişdir. Lakin Cavabdeh1 bu pulu alsa da, İddiaçı mənzilində yaşamasına görə pul tələb etməmişdir. İddiaçı 5.100 ABŞ dollarını Cavabdeh1 verərkən bildirmişdir ki, heç kimin yanında borclu qalmaq istəmir. İddiaçı 5.100 ABŞ dollarını 10.06.2008-ci ilə kimi ailə üzvləri ilə birlikdə mənzildən müvəqqəti istifadə etdiyinə görə Cavabdeh1 vermişdir. Bu barədə hər hansı rəsmi sənəd tərtib edilməmişdir. O, cavabdehin nümayəndəsi kimi, qarşılıqlı iddia ərizəsini Cavabdeh1 verdiyi məlumata və ilk iddia ərizəsində qeyd olunan qəbzə əsaslanaraq yazmışdır. Cavabdeh1 dediyinə görə başqa evi var idi və bu evə ehtiyyacı olmadığı üçün təmənnasız olaraq Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı ailəsi ilə birlikdə müvəqqəti yaşaması üçün vermişdir. 5100 ABŞ dolları pulu isə İddiaçı halallıq üçün almışdır. İddiaçı məhkəməyə müraciət etməsəydi, Cavabdeh1 qarşılıqlı iddiada göstərdiyi tələblə məhkəməyə müraciət etmək və onları mənzildən çıxarmaq niyyəti olmamışdır. O, nümayəndəsi olduğu Cavabdeh1 mənzilin sənədlərinin əsllərini hansı səbəbdən İddiaçı verdiyini bilmir. Hazırda ilk iddianın rədd edilməsini, İddiaçı ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə birlikdə Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları baradə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasında qarşılıqlı iddianı qəbul etmədilər və İddiaçı izahat ilə razı olduqlarını bildirdilər, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdilər. Qarşılıqlı iddia üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə qarşılıqlı iddia üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri və ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, 15.09.1994-cü il tarixli 30/36000 reyestr nömrəli qeydiyyat vəsiqəsindən və 14.04.2020-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin ümumi sahəsi 31,89 kv.m olan bir otaqlı 96 nömrəli mənzili Cavabdeh1 adına 15.09.1994-cü ildə özəlləşdirilməklə, ilkin hüquqi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adından kiril əlifbası ilə sadə yazılı formada tərtib edilmiş 18 mart 1996-cı il tarixli alqı-satqı müqaviləsinin əslində göstərilir ki, “mən Cavabdeh1 bu qəbzi verirəm ki, mənə məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin bir otaqlı 96 nömrəli mənzilimi 5.100 ABŞ dolları müqabilində İddiaçı satdım və ona evə dair qupçanın əslini və etibarnamə təqdim etdim. Yaxın günlərdə alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna gələcəm. İmza Cavabdeh1 M.o. 18 mart 1996-cı il.” Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin ümumi sahəsi 31,89 kv.m olan bir otaqlı 96 nömrəli mənzilinə dair Cavabdeh1 adına verilmiş 15.09.1994-cü il tarixli 30/36000 reyestr nömrəli qeydiyyat vəsiqəsinin əsli, 15.09.1994-cü ildə tərtib edilmiş texniki pasportun əsli, 15.04.1993-cü il tarixli mənzil dəyişmə orderinin əsli, 21.06.1994-cü il tarixdə çəkilmiş eskiz layihənin əsli, həmçinin mənzilə dair 10.06.2005-ci il tarixli baş etibarnamənin əslini və Yasamal RPİ tərəfindən 20.08.2003-cü il tarixdə Cavabdeh1 verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin ksero surəti (üzərinə “Cavabdeh1M” yazısı və imza olan) İddiaçı məhkəməyə təqdim etmişdir. Bakı şəhəri 19 saylı DNK-da 10.06.2005-ci il tarixdə 7E-22/8735 reyestr nömrəli ƏN-İ 049742 nömrəli etibarnamənin əslindən müəyyən edilir ki, Cavabdeh1 mülkiyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair İddiaçı üç il müddətinə baş etibarnamə vermişdir. Etibarnaməyə əsasən mənzilin üzərində sərəncam vermək hüququ da daxil olmaqla, bütün hüquqlarını və bu haquqların yerinə yetirilməsi ilə bağlı bütün sələhiyyətləri İddiaçı vermişdir. Etibarnamə 10.06.2008-ci ilə kimi qüvvədə olmuş, və etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi göstərilmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilini 5.100 ABŞ dollarına İddiaçı satmasına dair Cavabdeh1 adından yazılmış 18.03.1996-cı il tarixli sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh1 mənsub olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(004)-268/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021ci il tarixli 4/267 nömrəli ekspert rəyi 05.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(004)-268/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası 03.05.2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021ci il tarixli 4/267 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 75ci vərəqində Cavabdeh1 adından olan 18 mart 1996-cı il tarixli qəbzdə “imza” yazısının qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 18.03.1996-cı ildə yarandığı üçün 01.09.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin tələbinə uyğun olaraq mübahisə həll edilməlidir. 01.09.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03.06.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilini 5.100 ABŞ dollarına 18.03.1996-cı il tarixli sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı satması, mənzili və mənzilə dair Cavabdeh1 adına verilmiş 15.09.1994-cü il tarixli 30/36000 reyestr nömrəli qeydiyyat vəsiqəsinin əslini, 15.09.1994-cü ildə tərtib edilmiş texniki pasportun əslini, 15.04.1993-cü il tarixli mənzil dəyişmə orderinin əslini, 21.06.1994-cü il tarixdə çəkilmiş eskiz layihənin əslini, həmçinin mənzilə dair 10.06.2005-ci il tarixli baş etibarnamənin əslini və Yasamal RPİ tərəfindən 20.08.2003-cü il tarixdə Cavabdeh1 verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin ksero surəti (üzərinə “Cavabdeh1M” yazısı və imza olan) İddiaçı təqdim etməklə, Cavabdeh1 satıcı kimi öhdəliyini qismən yerinə yetirməsi, İddiaçı isə alıcı kimi mənzilin razılaşdırılmış dəyərini 5.100 ABŞ dollarını 18.03.1996-cı ildə tam şəkildə Cavabdeh1 ödəməklə satıcı qarşısında öz öhdəliyini tam yerinə yetirmişdir. Hazırda Cavabdeh1 müqaviləni rəsmimləşdirmək üçün notariat kontoruna getməkdən yayındığına görə İddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarında qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı əqdi icra etmiş tərəf olaraq, cavabdehdən mübahisə olunan mənzili satın almasına dair sadə yazılı formada tərtib edilmiş 18.03.1996-cı il tarixli müqaviləni təqdim etməklə, cavabdeh satdığı mənzili iddiaçının adına notariat qaydasında rəsmiləşdirməkdən yayındığına görə, iddiaçı sadə yazılı formada tərtib edilmiş müqaviləyə istinad edərək, alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını tələb etməkdə zaqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi 18.03.1996-cı il tarixli alqı-satqı müqaviləsi Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarında əqdin bağlanmış hesab olunması üçün zəruri olan şərtləri özündə ehtiva edir və bu müqavilə sadə yazılı formada tərtib edilmiş alqı-satqı əqdi kimi qiymətləndirilə bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair cavabdeh (satıcı) Cavabdeh1 ilə iddiaçı (alıcı) İddiaçı arasında sadə yazılı formada bağlanmış 18.03.1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. İlk iddia təmin edildiyinə görə, Cavabdeh1 qarşılıqlı iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinə dair cavabdeh (satıcı) Cavabdeh1 ilə iddiaçı (alıcı) İddiaçı arasında sadə yazılı formada bağlanmış 18.03.1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Bu qətnamə, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilinin İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınması və onun adına çıxarış verilməsi üçün əsasdır. Cavabdeh1 İddiaçı və cavabdehlər Cavabdeh2 İsban qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “İddiaçı ailə üzvləri Cavabdeh2 İsban qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 6 nömrəli evin 96 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 126 (yüz iyirmi altı) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar