Məhkəmə qərarları › İş №2(004)-2680/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2680/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2680/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı məişət əşyalarının dəyişidirilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı məişət əşyalarının dəyişidirilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2019-cu ildə iş üzrə Cavabdeh MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Madeyra” mağazasından ümumi dəyəri 4273 manat olan 1 ədəd televizor atlığı, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd şfaner, 1 ədəd taxt, 1 ədəd künc modulu, 1 ədəd döşək olmaqla məişət əşyaları almışdır. Həmin əşyaları alarkən cavabdehə 1050 manat ilkin ödəniş etmişdir. Qalıq 3223 manat pulu isə onunla X4 Təşkilatı “xxxxxxxxxx” QSC ilə onun arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 054-EMB-1186-19 sayı müqaviləyə əsasən üçüncü şəxs X4 Təşkilatı “xxxxxxxxxx” QSC Cavabdeh MMC-yə ödəmişdir. Siyahıda adları göstərilən mallar Cavabdeh MMC tərəfindən onun yaşadığı evə gətirildikdən sonra məlum olmuşdur ki. göstərilən əşyalardan divan istisna olmaqla, qalan əşyalarda gözlə görünən, əmlakı dəyərdən salan qüsurlar mövcuddur. O, dərhal bu barədə Cavabdeh MMC-yə məlumat verərək malları geri qaytarmasını və ödənilmiş pulların isə ona qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat bu barədə tələblərinə əhəmiyyət verməmişdir. Cavabdeh MMC-dən aldığı 1 ədəd televizor atlığı, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd şfaner, 1 ədəd taxt, 1 ədəd künc modulu, 1 ədəd döşək olmaqla məişət əşyalarının qüsurlu olması cavabdeh tərəfindən qəbul edilsə də, cavabdeh təşkilat məişət avadanlıqlarının qaytarılmasından imtina edir. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən aldığım 1 ədəd televizor atlığı, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd şfaner, 1 ədəd taxt və 1 ədəd döşək olmaqla məişət əşyalarının Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən aldığı qüsurlu olan 1 ədəd televizor atlığı, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd şfaner, 1 ədəd taxt olmaqla məşişət əşyalarının Cavabdeh MMCnin üzərinə yenisi ilə dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən aldığı mallar ona məxsus mənzilə gətirilərkən həmin mallarda qüsur olduğunu aşkar etmiş və bu barədə cavabdehin nümayəndələrinə bildirmişdir. Həmin nümayəndələr bu barədə rəhbərliyə məlumat verəcəklərini bildirmişlər. Daha sonra pandemiya ilə bağlı hərəkətdə müəyyən məhdudiyyətlər təqbiq edildiyindən bu məsələ uzanmışdır. Eyni zamanda kredit ödənişlərinin gecikdirməsinə səbəbdə məhz malların qüsurlu olması ilə bağlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini etiraf edərək bildirdi ki, həqiqətən də, iddiaçıya təqdim edilmiş mallarda istehsal qüsurları olmuşdur və həmin qüsurlu malların dəyişdirilməsinə razıdırlar. Hazırki qüsurları aradan qaldırmaq mümkün olmadıqda və ya yenisi ilə əvəz edilməsi alınmaqdıqda, ödənilmiş məbləğ geri qaytarıla bilər. Odur ki, qeyd edilən tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 054-EMB-1186-19 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən, borcverən “xxxxxxxxxx” MMC borcalana İddiaçı Cavabdeh MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə 3223 manat istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Kredit borcalana kreditdən istifadə haqqı illik 0 % hesablanmaqla 12 ay müddətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Götərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən təmin edilməli, İddiaçı Cavabdeh MMC-dən aldığı qüsurlu olan 1 ədəd televizor altlığı, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd şfaner, 1 ədəd taxt olmaqla məişət əşyalarının Cavabdeh MMC-nin üzərinə dəyişdirilməsi öhdəliyi qoyulmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC-dən aldığı qüsurlu olan 1 ədəd televizor altlığı, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd şfaner, 1 ədəd taxt olmaqla məişət əşyalarının Cavabdeh MMC-nin üzərinə dəyişdirilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar