Məhkəmə qərarları › İş №2(004)-2687/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2687/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2687/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin satışından əldə olunmuş 60000 (altmış min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus üç otaqlı mənzili bacısı oğlu Cavabdeh verdiyi etibarnamə əsasında bacısı X5 alqı-satqı müqaviləsi ilə 60.000 (altmış min) manata satmış, lakin həmin məbləği iddiaçıya ödəməmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra bu xüsusat məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. Cavabdehlə onun bacısı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı əvvəl 10.000 (on min) manat, sonra isə 50000 (əlli min) manat pulu notariusun depozit hesabına keçirmiş, satıcı isə həmin məbləği depozitdən çıxararaq özününküləşdirmişdİr. Cavabdeh həmin məbləği iddiaçının etibarından sui-istifadə edərək ona ödəməmişdir. Bu halların hamısı məhkəmə qətnamələrində öz əksini tapmışdır. Daha sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməhə müraciət edərək İddiaçı 35000 manat vəsaitin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh onun anası X12 vasitəasilə 35000 manat borc almışdır (borcun alınmasını təsdiq edən yazışmalardan çıxarış əlavə olunur). Bundan əlavə iddiaçı X4 cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və yaşayış yeri üzrğ qeydiyyatdan çıxarılma tələbinə dair ilkin, İddiaçı X5 qarşı alqı-satqı müqaviİəsinin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İddiaçı, qarşılıqlı iddiasında, Cavabdeh 15000 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Sözügedən fakt Azarbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci İl tarixli 2(102)-5299/2022 nömrəli qərarında da əksini tapmışdır (qərarın surəti əlavə edilir). Göründüyü kimi, İddiaçı, 15000 dollar borcunun olması ilə bağlı etiraf etməklə, bu hal məhkəmə qərarlarında əks olunmaqla, Cavabdeh borcun həmin hissəsini sübut etmək vəzifəsini aradan qaldırmışdır. Bundan əlavə, işə əlavə edilən telefon yazışmalarından çıxarışdan da göründüyü kimi, İddiaçı, 35000 manat borcu qəbul etmişdir. Bundan sonra borcun qaytarılmasında çətinlik yaşadığına göra borcun əvəzi olaraq Cavabdeh mülkiyyətində olan evin satılması üçün etibarnamə vermişdir. İddiaçılə Cavabdeh anası X8 yazışmaları ilə etibarnamənin verilməsi tarixi də uyğun gəlir. Göründüyü kimi, İddiaçı Cavabdeh 35000 manat borcu olması təqdim edilən sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin hazırki vəkili və nümayəndəsi əvvəlki məhkəmələrdə də, Məmmədova Suadənin nümayəndəsi və vəkili olmuşdur. Nümayəndə əvvəlki məhkəmələrdə dəfələrlə qeyd eləmişdir ki, tərəflər arasında heç bir borc münasibəti olmamışdır. Məhkəmələr də, belə nəticəyə gəlmişdilər ki, tərəflər arasında heç bir borc münasibəti yoxdur. Yəni məhkəmənin gəldiyi nəticə bundan ibarət olmuşdur ki, həmin alğı-satqı müqaviləsi əsalıdır, qanunudir, etibarlıdır. Əgər bunun əksi sübuta yetsə idi, onda bu hal alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olardı. Hazırki nümayəndə orda da, heç bir borcun olmaması barədə izahat vermişdir. İddiaçı Moskvaya işlərinə görə getdiyi üçün, cavabdehə etibarnamə verərək evi satmasını və pulu göndərməsini demişdir. Bundan qabaq aralarında hər hansı yazışmalar və ya whatsapp yazışmalarının olub-olmadığından xəbəri yoxdur. Məhkəmədə isə tərəflər arasənda borc münasibətlərinin olması barədə iddianın rədd olunması məqsədilə formal olaraq demişlər. Bundna başqa da, həmin isdinad edilən məhkəmə isi üzrə tərəflər basqa-başqa səxslər olmuşdur. İddiaçı heç bir şəkildə hazırki cavabdehə guya borcu olduğunu etiraf etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus üç otaqlı mənzil bacısı oğlu Cavabdeh verdiyi etibarnamə əsasında bacısı X5 alqı-satqı müqaviləsi ilə 60.000 (altmış min) manata satmış, lakin həmin məbləği iddiaçıya ödəməmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra bu xüsusat məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. Cavabdehlə onun bacısı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı əvvəl 10.000 (on min) manat, sonra isə 50.000 (əlli min) manat pulu notariusun depozit hesabına keçirmiş, cavabdeh isə həmin məbləği depozitdən çıxararaq özününküləşdirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 qarşılıqqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianı qəbul etdiklərini, bildirdi, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Tamerlan dayısı Ayçına borca 35000 manat borc vermişdir. Bir müddət verdikləri pulu istəməmişlər. Bu hadisə 2018-ci ildə baş vermişdir. Sonradan özlərinə pul lazım olduğu üçün Tamerlan dayısı Ayçından pulunu istəyib. Dayısı Ayçın borcu qaytara bilmədiyi üçün Tamerlanın anasının iştirakı ilə ona etibarnamə vermişdir ki, evi satıb pulunu ordan götürsün. Tamerlan da evi satıb pulunu götürmüşdür. Bundan sonra problemləri olduğu üçün iddiaçı ölkəni tərk edib getmişdir. İlərlə Azərbayacana qayıda bilməyib. Tamerlan evi satıb. Lakin evin satışından əldə olunan pulun 35000 manatı Tamerlana məxsusdur. Çünki dayısı Ayçın həmin pulu ondan borc almışdır. Evin satışından əldə olunmuş pulun digər hissəsini isə ona ona gorə qaytarmayıbdır ki, tərəf müqavilələri mübahisələndirərək etibarsızlığına dair iddia qaldırmışdır. Təmin olunsaydı bunların da pulu batacaqdı, ziyana düşəcəkdilər. Əvvəlki prosesdə Sona xanımın nümayəndəsi və vəkili olduğu üçün ona münasibətdə bildirmişdir ki, onlar arasında heç bir borc müqaviləsi olmamışdır. Cavabdeh, pulu qaytaracaq istər məhkəmə qətnaməsi ilə istərsə də belə. İddiaçı ilə dəfələrlə əlaqə saxlamaq istəsələr də bu mümkün olmamışdır. Hətta bacısı ilə belə bu illər ərzində əlaqə saxlamamışdır. Onlar arasında dayısı olduğu üçün heç bir borc müqaviləsi olmamışdır. Borc adi formada verilmişdir. Dayısı Ayçin demişdir ki, borcu bir aya qaytaracaqdır. Bir ay bir il olmuş amma borc qaytarılmamışdır. Qeyd olunanları nəzərə alaraq, ilkin iddianın təmin olunmasına etiraz etmir, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 bildirdi ki, 2018-ci ilin yanvar ayında Ağayev Ayçın ona müraciət edərək kömək etməsini xahiş etmişdir. Qeyd etmişdir ki, banka girov qoyduğu evi əlindən alırlar, 35000 manat pul lazımdır ki, evi girovdan çıxarsın. Vəfa Ağayeva uşaqlarla danışmış, oğlu Tamerlan bir az pul yığmış, bildirmişdir ki, həmin pulun üstünü də düzəldib versinlər ki, qardaşı küçədə qalmasın. Əvvəllərdə bir neçə dəfə ona kömək etmişdir. Şərtlər belə idi ki, borcu artıqlaması ilə, bir ay ərzində qaytaracaqdır. O zaman hələ Bakıda idi, krediti də burda, Nikoyl Bankdan götürmüşdür. Bu günə kimi də həmin borcu qaytarmamışdır, ancaq elə məhkəmələrə müraciət edir. Qardaş-bacı olduqları üçün gedib hanısısa notariusda müqavilə bağlamağı düşünməmişdir. Üzərindən bir il, bəlkədə ondan artıq keçdikdən sonra qardaşına borcu qaytarmağını bildirmişdir. Qardaşı da evi etibarnamə ilə verməyi, satıb pulunu götürməklərini təklif etmişdir. ASAN xidmətə gedərək Tamerlana etibarnamə vermişdir. Ondan sonra bir müddət evi satmamışlar, gözləmişlər. Lakin sonradan qardaşının nömrələrinə zəng çatmamış. Bir ilə yaxın gözlədikdən sonra onunla əlaqə itmiş, tapa bilməmişlər. Ondan etibarnamənin bitmə müddətinə az qaldığından məcbur olub evi satmışlar. Qızı alqı-satqı müqaviləsi əsasında evi almışdır. Bundan əlavə pulu verdikdən sonra da ona alimnet və digər məsələlərdə kömək etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2018-ci ilin yanvar ayında Ağayev Ayçın ona müraciət edərək banka girov qoyduğu evin əlindən almaq üzrə olduqlarını, evi girovdan çıxarmaq üçün 35000 manat pul lazım olduğunu demişdir. Əsas pulu oğlu vermiş, o az təxminən 500 manat pul vermişdir. Qardaş bacı olduqları üçün notariusda müqavilə bağlamağı fikirləşməmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, İddiaçı evi girovdan çıxarmaq üçün 35000 manat lazım olduğunu demişdir. Onda 35000 manat olmadığından, o oğlundan xahiş etmişdir ki, həmin pulu versin. İş materiallarında olan AN-1№ ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata X1. Müqaviləni satıcı tərəfidən etibarnamə əsasında nümayəndəsi Cavabdeh imzalamışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, X11 notariusun hesabına 10.000 manat və 50.000 manat məbləğində pul vəsaiti köçürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 saylı qərarından görünür ki, iddiaçı X11 cavabdeh İddiaçı qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdeh tərəfindən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair İddiaçı və X11 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e- 2(004)2042/2020 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilk iddia təmin edilərək, cavabdeh İddiaçı X4 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı tərəfindən mənzilin boşaldılaraq iddiaçı X5 təhvil verilməsi, cavabdeh İddiaçı X5 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)-3153/2021 nömrəli qətnaməsi ilə (hakim Fuad Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanovadan və Elnur Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e2(004)-2042/2020 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair İddiaçı ilə X11 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2021-ci il tarixli, 2(102)-5048/2021 nömrəli qərarı ilə (hakim Elşad Şamayev sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyeva və Aqil Abbasovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1170/2022 nömrəli qətnaməsi ilə (hakim İkram Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər Rəşad Həsənovdan və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1170/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata X2. Müqavilənin şərtinə əsasən X11 10.000 manat vəsaiti ilkin olaraq xx.xx.2019-cu il tarixdə, qalan 50.000 manatı isə müqavilə bağlanan gün, yəni xx.xx.2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Satıcı İddiaçı müqavilənin şərtinə əsasən xx.xx.2019-cu tarixədək mənzili boşaldaraq alıcı X5 təhvil verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini İddiaçı əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi xx.xx.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Cavabdeh imzalamışdır. Notariat işinə əlavə edilmiş qəbzlərlə təsdiq edilir ki, X6 depozit hesabına alıcı X11 xx.xx.2019-cu il tarixli qəbzə əsasən 10.000 manat, xx.xx.2019-cu il tarixli qəbzə əsasən 50.000 manat olmaqla cəmi 60.000 manat vəsaiti, yəni mənzilin tam dəyərini satıcı İddiaçı ödənilməsi üçün hesaba keçirmişdir. Həmin tarixli məxaric qəbzlərindən məlum olur ki, qeyd olunan məbləğlər İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İ.Məmmədov tərəfindən götürülmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzili X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göründüyü kimi Cavabdeh ona verilmiş etibarnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata X3, həmin məbləğ Cavabdeh tərəfindən notariusun depozit hesabından götürülsə də, İddiaçı verilməmiş, beləliklə də İddiaçı maddi ziyan vurulmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili də qeyd edilən halları məhkəmə iclası zamanı izahatında təsdiq etmiş və iddiaçının ona olan 35000 manat məbləğində borcunun əvəzinə evi satdığını bildirmiş və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və Cavabdeh 60000 (altmış min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin İddiaçı 35000 manat vəsaitin tutularaq Cavabdeh ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavaabdehə 35000 manat pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda 35000 manat pul vəsaitinin İddiaçı verilməsi ilə bağlı şahid ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şahid X12 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh anasıdır, yəni yaxın qohumluq münasibətləri vardır, həmçinin həmin ifadə iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmır. Məhkəmə eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin qarşılıqlı iddia üzrə cavabdehin əvvəlki məhkəmə mübahisələrində borc müqaviləsinin olmasına dair etirafının olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, həmin iş üzrə cavabdehin hazırki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, iddiaçının (X4) istinad etdiyi müqavilə etibarsızdır, əslində tərəflər arasında cavabdehin borcunun təminatı üçün pərdələnmiş əqd bağlanmışdır, həm də həmin müqavilə təzyiq nəticəsində bağlanmışdır, alıcı tərəfindən mənzilin dəyəri kimi banka köçürülmüş 60.000 manat pul vəsaiti də-satıcının nümayəndəsi (o, həm də alıcının qardaşdır) olmuş Cavabdeh tərəfindən İddiaçı verilməmişddir. Eyni zamanda həmin iş üzrə iddiaçı Suadə Məmmədovanın nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, tərəflər arasında hər hansı borc münasibəti olmamışdır, müqavilənin bağlanmasının təzyiq altında olması da əsassızdır, tərəf buna dair heç bir sübut da verməmişdir, mənzilin alğı-satqı müqaviləsi qanunla müəyyən olunmuş qaydada notariat ofisində bağlanmış, mənzilin razılaşdırılmış qiyməti də bankda köçürmə üsulu ilə satıcıya verilmiş, satıcı tərəf də həmin vəsaiti almışdır, demək ki, daşınmaz əmlakla bağlı qanunvericiliyin tələblərinə uyğun etibarlı müqavilə bağlanmışdır. Həmçinin sözügedən işlə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1170/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60000 manat dəyərini tam şəkildə satıcı İddiaçı ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Alqısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilmesi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya olan 15000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə alqı-satqı müqaviləsənin etibarlılığı sübuta yetirilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin İddiaçı 15000 ABŞ dolları borcunun olması da öz təsdiqini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya 35000 manat məbləğində pul vəsaiti borcu olması iş materialları ilə öz təsdiqini tapmadığından qarşılıqlı iddia ərizəsi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə eyni zamanda təqdim olunmuş Whatsapp yazışmalarına münasibətdə qeyd edir ki, həmin yazışmalar rus dilindədir. Bundan başqa həmin yazışmaların kimlər arasında, hansı nömrələr vasitəsilə aparılmasını müəyyən etmək mümkün olmadığından mötəbər hesab edilə bilməz və sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 60000 (altmış min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar