Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2692/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul " tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dostluq münasibətində olduğu Cavabdeh1 Hyundai Llantra markalı avtomobil almaq istədiyini bildirmişdi. Gürcüstan Respublikasından ilkin ödəniş olaraq 6000 manat ödəməklə qalan məbləği 3 il müddətinə aylıq 430 manat olmaqla maşın gətizdirə biləcəyini söylədi. İlkin ödəniş olaraq 2023-cü ilin iyul ayında 6000 manat məbləğində pulu qonşusu olan Cavabdeh1 verdi. Bir müddət sonra maşın gəldiyini lakin bəzi detallarının nasaz olmasını və düzəltdirdikdən sonra ona təhvil verəcəyini söylədi. Bir neçə gündən sonra mənə bildirdi ki, pulun bir qismini tanışı olan Sərxan adlı şəxsə vermiş və o maşın gətirəcək. Maşının harada olmasını və baxmaq istədiyini bildirdikdə maşını ona göstərdi. Lakin maşın istismara yararsız olduğu üçün belə maşın istəmədiyini və ödəniş etdiyi məbləğə uyğun avtomobil tapmasını söylədi. Hal-hazıra kimi isə ona avtomobil tapa bilməyib. 6000 manat məbləğində pulu geri istədikdə isə pulu tanış olan Sərxana verdyini bildirdi. Bununla bağlı Nəsimi rayonu 19-cu Polis bölməsinə şikayəti əsasında iş araşdırıldı Cəmaləddinə 6000 manat pul verməyini etiraf etdi. Sərxan adlı şəxs də dəvət edildi və onun 6000 manat məbləğində pulunu yaxın günlərdə verəcəklərinə dair söz verdilər. Lakin bir müddət sonra pulunu yenidən tələb etdikdə bildirdilər ki, “Polisə ərizə yazmısan get polisdən də puluvu al.” Yenidən DİN qaynar xətt olan 102 xidmətinə müraciəti əsasında araşdırlması Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis şöbəsinə həvalə edildi. Yenidən Cəmaləddin şöbəyə dəvət edildi. Və yenə də 6000 manat məbləğində pulu aldığını etiraf etdi. Lakin iş mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görüldü. Lakin bu günə kimi cavabdeh onun 6000 manat pulunu qaytaracağına söz versə də, qaytarmamışdır. Cavabdehdən ona olan borcunu qaytarılması tələb etsə də borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məcbur oldu ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. İddiaçı məhkəmə gedişatında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2 4800 (dörd min səkkiz yüz) manat və Cavabdeh1 1200 (bir min iki yüz) manat pulun tutularaq, İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini, cavabdeh şəxs olmadığını, vasitəçi olduğunu bildirməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi üçün iclasların onun iştirakı olmadan keçirilməsini xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh2 və İddiaçı Rəfael oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixi “borc müqaviləsi”nin məzmunundan görünür ki, Cavabdeh2 mülki etibarnamə ilə ona məxsus olan Hyundaı Elantra markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı Rəfael oğluna ilkin ödəniş 5000 manat, 36 ay 430 manat ödədikdə borcun bitdiyi zaman avtomobili rəsmi qaydada İddiaçı adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişdirlər. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş məktuba əlavə olunmuş polis sahə inspektoru Ruhin İbrahimovun 07 dekabr 2023-cü il tarixli Arayışından görünür ki, aparılan araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh1 Məmməd adlı şəxsə avtomobil almasında köməklik etməsi üçün 6000 manat pul aldığını, həmin pulun 4800 manatını Sərxana verdiyini, lakin qalan pulu avtomobilin təmirinə xərcləməsi barədə öz izahatında qeyd etmişdir. Cavabdeh2 Nəsimi RPİ-nin 19-cu PŞ-nə verdiyi 23 oktyabr 2023-cü il tarixli izahatın məzmunundan görünür ki, İddiaçı Cəmaləddin adlı şəxs vasitəsilə tanımış, Məmmədin 4800 manat ilkin ödəniş ödəməsi şərtilə Hyundai Elantra markalı, ** FS *** d.q.n. maşını verməyi razılaşmışdır. O, onlardan 4800 manat pul almışdır. Hazırda onlar maşını geri qaytardığından pulu 30 noyabr tarixinə kimi ödəyəcək, ödəmədiyi təqdirdə məsuliyyət daşımağa razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məcəllənin həmçinin aşağıdakı maddələri nəzərə alınmalıdır: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya müəyyən məbləğ qarşılığında Hyundai Elantra markalı, ** FS *** nömrəli avtomobilin verilməsi razılaşdırılmışdır. Avtomobildə nasazlıq olduğundan maşın geri qaytarılsa da, iddiaçı tərəfindən avtomobilə görə verilmiş məbləğ cavabdehlər tərəfindən geri qaytarılmamışdır. Belə olduğu halda, cavabdehlərin hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından əsassız varlanma kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərin əsassız olaraq varlandıqları pul əldə etdikləri əmlaka mütənasib olaraq, tutulmalıdır, belə ki, Cavabdeh2 4800 (dörd min səkkiz yüz) manat və Cavabdeh1 1200 (bir min iki yüz) manat pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin cavabdehlərdən tutulmalı olan məbləğinə mütənasib olaraq, ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 64 (altmış dörd) manat hissəsi Cavabdeh2, 16 (on altı) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 4800 (dörd min səkkiz yüz) manat və Cavabdeh1 1200 (bir min iki yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 64 (altmış dörd) manat hissəsi Cavabdeh2, 16 (on altı) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2692/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2692/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver