Məhkəmə qərarları › İş №2(004)-27/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-27/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-27/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ HakimBabazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh və X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməy müraciət edərək, Cavabdeh İddiaçıASC-nin xeyrinə 2014-cü il 10 dekabr tarixli kredit müqaviləsi üzrə banka 70859.66 ABŞ Dolları əsas, 68632.87 ABŞ Dolları faiz, 21376.3 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3789.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 164658.48 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 60.0 kv.m ümumi, 47.0 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun X2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 60.0 kv.m ümumi, 47.0 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 60.0 kv.m ümumi, 47.0 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1 ünvanında yerləşən, 60.0 kv.m ümumi, 47.0 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, əlavə kredit müqaviləsi onunla 36 ay müddətinə bağlanılmışdır. Odur ki, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1344/2022 saylı qərardadına əsasən cavabdeh X4 öldüyündən və hazırkı hüquq münasibətləri hüquq varisliyinə yol verdiyindən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit borcunun ödənilməsi tələbinə mülki iş üzrə icraat cavabdeh X1 hüquqi varisi müəyyən edilənə kimi mülki iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 hüquqi varisi Cavabdeh ilə əvəz edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qəradadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 70859.66 ABŞ dolları əsas, 68632.87 ABŞ dolları faiz, 21376.3 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 10482.82 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 171351.68 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmamn mərhum X2 mülkiyyətindəki və X5 vəfat etdikdən sonra yəni xx.xx.2021-ci il tarixdən Cavabdeh sahiblik və idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3 otaqlı, 60 kv.m ümumi, 47.0 kv.m yaşayış sahəsindən ibarət 35 saylı evin 25 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3 otaqlı, 60 kv.m ümumi, 47.0 kv.m yaşayış sahəsindən ibarət 35 saylı evin 25 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mərhum X2 mülkiyyətindəki və X5 vəfat etdikdən sonra, yəni 12 iyul 2021-ci il tarixdən Cavabdeh sahiblik və idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3 otaqlı, 60 kv.m ümumi, 47.0 kv.m yaşayış sahəsindən ibarət 35 saylı evin 25 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3 otaqlı, 60 kv.m ümumi, 47.0 kv.m yaşayış sahəsindən ibarət 35 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin tam edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirir ki, 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894- 14 saylı əlavə kredit müqaviləsinin 1-ci səhifəsi, yəni tarixi və nömrəsi texniki səhvə yol verilərək səhv göstərilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 dekabr 2014-cü il tarixli, 27-SMEG-1-0-473-14 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “Xırdalan” filialı tərəfindən Cavabdeh 60 ay müddətinə 76500 ABŞ Dolları məbləğində kredit limiti ayrılmışdır. 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı (müqavilənin tərəfi, tarixi və nömrəsi texniki səhvə yol verilərək səhv göstərilmişdir) əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20%-lə 36 ay müddətinə 76500 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 76500 ABŞ dolları məbləğində krediti bankdan təhvil almışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X5 ilə “Bank” arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzil X2 tam mülkiyyətindədir. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli Çıxarışdan görünür ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzil "xxxx" İKB ASC-nin “Xırdalan” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Yelobank ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 05 mart 2021-ci il tarixli məktubundan görünür ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzil olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzilin "xxxx" İKB ASC-nə ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və bankda olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü olaraq boşaltmağı öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 27-SMEG-1-0-473-14 saylı əsas kredit müqaviləsi üzrə borclu tərəfindən sonuncu ödəniş 200 manat olmaqla xx.xx.2020-ci il tarixdə edilmişdir. İş materiallarında olan 28 dekabr 2018-ci il, 31 yanvar 2019-cu il, 27 fevral 2019-cu il, 30 iyul 2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən ev girovu krediti üzrə ödənişlər edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin LP-149/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinin qiymətləndirmənin nəticəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzilin hazırki bazar dəyəri 110.000 manat, likvid qiyməti 105.000 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-inin xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur iki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Salyan rayonu Ərəbqardaşbəyli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 154 saylı arayışda qeyd olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Salyan rayonu Ərəbqardaşbəyli kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 70859.66 ABŞ Dolları əsas, 68632.87 ABŞ Dolları faiz, 21376.3 ABŞ Dolları cərimə, 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə 10482.85 ABŞ Dolları məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021ci il tarixli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli, 9/3023 saylı ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixinə cavabdehin əsas borc üzrə 69732.10 ABŞ dolları, faiz borcu üzrə 30046.45 ABŞ dolları, 116.842 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. İşin faktiki hallarından görünür ki tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, 10 dekabr 2014-cü il tarixli, 27- SMEG-1-0-473-14 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “Xırdalan” filialı tərəfindən Cavabdeh 36 ay müddətinə 76500 ABŞ Dolları məbləğində pl verilmiş, Cavabdeh isə həmin pulu müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə qaytarmağı öz öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, həmin öhdəlikləri icra etməmişdir. Hazırda ekspert rəyi əsas götürülməklə məhkəmə hesab edir ki, əsas borc üzrə 69732.10 ABŞ dolları, faiz borcu üzrə 30046.45 ABŞ dolları məbləğində borc və iddia tələbindən kənara çıxmayaraq iddia tələbi həcmində 10482.82 ABŞ dolları məbləğində əldən çıxmış fayda borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddiaçı tərəfindən hesablanan 21376.3 ABŞ dolları cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə 2000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla kredit müqaviləsi üzrə 10482.82 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbləri bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddia həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tutulmalı olan borc cavabdehin mərhum anası Münəvvər Hüseynova tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Məhkəmə araşdırması zamanı, cavabdehin anası mərhum X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzil 10 dekabr 2014-cü il tarixli, 27-SMEG-1-0-473-14 saylı əsas kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyan X5 12 iyul 2021-ci il tarixdə vəfat etmiş, vəfatından 1 ildən çox vaxt keçməsinə baxmayaraq, vərəsəlik işi açılmamışdır. Mərhumun oğlu Cavabdeh sözügedən mənzildə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Bu hal öz təsdiqini iş materialları ilə tapır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 63000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 35, 25 saylı mənzilin likvid dəyəri 105000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, "xxxx" MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 105000 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada icra edilməlidir. Bundan əlavə məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, borclu tərəfindən sonuncu ödəniş 28 yanvar 2020-ci il tarixdə edildiyindən, eyni zamanda 2019-cu il ərzində davamlı olaraq ödənişlər edildiyindən, iddiaçı 02 iyun 2021-ci il tarixdə məhkəməyə iddia tələbi ilə müraciət etməklə iddia müddətini ötürməmişdir və bu səbəbdən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 69732,10 ABŞ dolları əsas, 30046,45 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 10482,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 112261,37 (yüz on iki min iki yüz altmış bir dollar otuz yeddi sent) ABŞ dolları borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, 40 (qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmaslı, tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, 25 saylı mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada icra edilməli, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, 25 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılmalı, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 69732,10 ABŞ dolları əsas, 30046,45 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 10482,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 112261,37 (yüz on iki min iki yüz altmış bir dollar otuz yeddi sent) ABŞ dolları borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, 40 (qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, 25 saylı mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada icra edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, 25 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılsın. Keçirilmiş ekspertiza xərclərinin əvəzi olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına VÖEN: **********, Bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565,VÖEN: ********** (bankın VÖEN-i) H/h:AZ30AZRT********************, MZh: AZ02NABZ******************** SWİFT: AZRT AZ 22), 145 (yüz qırx beş) manat məbləğində pul isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar