Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-270/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “hüquqi aktların etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “hüquqi aktların etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində cavabdehlər, Cavabdeh3 məxsus olan 0,12 ha mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********69 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışın, həmin 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh4 və 0,04 ha hissəsinin Cavabdeh5 özgəninkiləşdirilməsi zamanı Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 -ci il tarixdə ********** qeydiyyat və **********07 reyestr nömrəli, xx.xx.2021-ci il tarixdə torpağa verilmiş Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat və **********07 reyestr nömrəli çıxarışın, Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********65 reyestr nömrəli çıxarışın, Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat və **********71-06301 reyestr nömrəli çıxarışın, habelə sözügedən çıxarışların verilməsinə əsas olan hüquqi aktların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cii il tarixli 13 nömrəli qərarla Abşeron rayonu Mehdiabad bələdiyyəsi tərəfindən ona ümumi sahəsi 0,25 ha olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli 536 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmiş, X6 kitabında xx.xx.2009-cu il tarixdə, 11489 nömrə ilə uçota alınmışdır. Sözügedən torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərkən ona məlum olmuşdur ki, torpağına dair başqa şəxslərin çıxarışları artıq mövcuddur. Halbuki xx.xx.2003-cü il tarixdə Mehdiabad Bələdiyyəsinin iclasında sözgedən torpağın ona ayrılmasına dair 13 nömrəli qərar qəbul edilmişdir. Ona görə də məcbur olub məhkəməyə çıxarışların ləğvi barədə müraciət etməli olmuşdur. Bügünkü gündə cavabdehlər əsassız və qanunsuz olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarış əldə etdiyinə görə, həmin torpağa dair öz hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir və bununla yanaşı təyinatı üzrə torpaqdan istifadə edə bilmir. Ona görə də hesab edir ki, cavabdehlərin adına verilmiş çıxarış ləğv edilməli və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi ona qaytarılmalıdır. Cavabdeh1 iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iddiaçının ərizədə göstərdikləri tamam əsassız və qərəzli olmaqla yanaşı eyni zamanda qanunsuzdur. Belə ki, iddiaçı öz tələbində ona Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli torpağa dair mülkiyyət çıxarışının etibarsız hesab edilməsini xahiş edərək, guya həmin torpaq sahəsinin bir hissəsinin özünə məxsus olduğunu iddia edir. Həmin çıxarış ona 14 il bundan qabaq verilmiş, bu müddət ərzində heç bir şəxs o, cümlədən, iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmadığını və yaxud çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Qanuni əsaslarla adıçəkilən torpağa mülkiyyət hüquqlarını əldə etmiş və mülkiyyətində olan torpaq sahəsindən mütəmadi istifadə etməkdədir. İddiaçı əsası olmayan, dövlət tərəfindən tanınmayan həmçinin kserosurət olmaqla sənəd hesab edilməyən kağız parçalarını iddia ərizəsinə əlavə etməklə əsassız və qanunsuz tələb irəli sürmüşdür. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt edilmişdirsə, əgər ona çıxarış verilərkən kordinatlar dəqiq və düzgün göstərilməmişdirsə nə üçün həmin zaman öz etirazını, əlində olan sənəd sübutlarını təqdim etməmiş və ya məhkəmədə iddia qaldırmamışdır. İddiaçının tələbdə göstərdiyi ərazilərdə cavabdehlər on illərdir fərdi yaşayış sahələri tikərək orada məskunlaşıblar. İddiaçı çox aydın və yaxşı bilirdi ki, həmin ərazilərdə evlər tikilib. Lakin 14 il müddətində heç bir iddia qaldırmamışdır. Bu bir daha onu göstərir ki, iddiaçı qərəzlidir və qaldırdığı iddianın heç bir əsası yoxdur. Etibarsızlıqla bağlı müddəti və hətta ümumi iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbini ona münasibətdə qansuz və əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, əsassız olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən əsasən məhkəmə, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********9 saylı arayışa əsasən müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ehtiyyat fondu torpaqları təyinatlı 0.1 ha torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binası (torpaq sahəsi 0.26 ha) üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat və **********71-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ehtiyyat fondu torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ‘50708981 qeydiyyat və **********69 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli 4Ə-99 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsindən 0.02 ha hissəsi Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.1 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat və **********07 reyestr nömrəli çıxarış verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-502 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.1 ha torpaq sahəsindən 0.04 ha hissəsi Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.06 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat və **********90 reyestr nömrəli çıxarış verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanına əsasən. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmiş, X6 kitabında 03 fevral 2009-cıı il tarixdə, 11489 saylı nömrə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçıya məxsus olan 0.25 ha torpaq sahəsi naturada miibahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin, X3 ilə Cavabdeh3 arasında bağlanmış alqı-atqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tikinti-lexniki ekspertizasının təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 10/2934 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmiş, X6 kitabında 03 fevral 2009-cı il tarixdə, 11489 saylı nömrə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus olan 0.24 ha torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür. X5 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış 0.12 ha torpaq sahəsinin Cavabdeh3 tərəfindən alqı-satqı müqavilələrinə əsasən bir hissəsini digər şəxslərə satmışdır. X3 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış 0.12 ha torpaq sahəsi naturada mübahisələndirilən 0,2442 ha torpaq sahəsinin 0,1027 ha hissəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə baxışı zamanı iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində 0,12 ha torpaq sahəsinə Cavabdeh3 mülkiyyət hüququnun qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********69 reyestr nömrəsi ilə çıxarışın, həmin 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh4 və 0,04 ha hissəsinin Cavabdeh5 özgəninkiləşdirilməsi zamanı Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat və **********07 reyestr nömrəli, xx.xx.2021-ci il tarixdə torpağa verilmiş Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat və **********07 reyestr nömrəli çıxarışın, Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat və **********65 reyestr nömrəli çıxarışın, Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat və **********71-06301 reyestr nömrəli çıxarışın, sözügedən çıxarışların verilməsinə əsas olan hüquqi aktların (daşınmaz əmlakın alqı-satqı müqavilələrinin) etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “hüquqi aktların etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-270/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-270/2022
06.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver