Məhkəmə qərarları › İş №2(004)-2700/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2700/2025

15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2700/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Mahmudova Elmı̇ ra Əliövsət qızının Maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Mahmudova Elmı̇ ra Əliövsət qızı Maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi 15 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlər qaytarılmaqla ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə ərizəçinin iradə ifadəsi həyata keçirilmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, mülki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaqla ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.11-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Mahmudova Elmı̇ ra Əliövsət qızı Maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair mülki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla ərizə baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ərizəçi Mahmudova Elmı̇ ra Əliövsət qızına qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar