Məhkəmə qərarları › İş №2(004)-2712/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2712/2023

19.06.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2712/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etmişdir. Ərizəçi məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizənin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar