Məhkəmə qərarları › İş №2(004)-2712/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2712/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2712/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış evinə köçürülmə" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "yaşayış evinə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, 3-cü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, 3-cü ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X1 məxsusdur. Atası 2007-ci il tarixində vəfət etmişdir. O, uşaq vaxtından sözügedən ünvanda yaşamışdır. Sonralar da mütəmadi olaraq ata evinə gedib-gəlmişdir. Eyni zamanda onun qeydiyyat ünvanı ata yurdu olan Yasamal rayonu, 3-cü ünvan 2 ünvanınadır. Hal-hazırda nəvələrinin yanında onlarla birlikdə yaşayır. Cavabdeh qızı onun mərhum qardaşının yoldaşıdır. Cavabdeh onu ata evi olan fərdi yaşayış evinə daxii olmağa imkan vermir və həmin əmlakdan istifadə etməsinə, orada yaşamağına maneçilik törədir. Halbuki Cavabdeh qızının həmin fərdi yaşayış evinə heç bir hüquqi sahibliyi yoxdur. Həmçinin, sözügedən ünvana qeydiyyatı belə yoxdur. Cavabdehin ata evinə sahiblənməsi qanunsuzdur. Sözügedən əmlak, ata evi onun uşaqlıqdan yaşayıb böyüdüyü evdir, həmin evə ən çox o, hüquq sahibidir. Buna baxmayaraq, Cavabdeh qızı onun Yasamal rayonu, 3-cü ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə giribçıxmasına imkan verməyərək, onu ata evindən məhrum etmişdir. Odur ki, Yasamal rayonu, 3-cü ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi atasına məxsusdur. Atası vəfat etdikdən sonra vərəsə olaraq evdən ona və uşaqlarına da pay düşür. Cavabdehin özünün həyətdə evi var, orada tək yaşayır. Qızları ailə həyatı qurduqdan sonra evdən çıxıb gediblər. Evin sənədləri yoxdur. O anadan olandan 50 ilə yaxın həmin evdə yaşamış, təxminən 10-15 il əvvəl Xırdalanda ev alaraq, orada yaşamağa başlamış və atasından miras qalan evdən çıxmışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, halhazırda Xırdalan ərazisində yerləşən evdə yaşayır. Təxminən 20 yaşı olanda ailə həyatı qurmuş və evdən çıxıb getmişdir. 1978-ci ildən 2007-ci ilədək, yəni vəfat edənədək atası orada yaşamışdır. Atası vəfat etdikdən sonra həmin evdə həm daimi yaşamış, həm də gedib-gəlmişdir. Nə atası, nə də anası cavabdehə ev verməyib. Onun Rusiyada yaşayan bacısı xəstə olduğundan onun yanına getmək istəyirdi, atası ilə qardaşı da artıq vəfat etmişdilər. Cavabdehin qızı universitetə girmişdi. O da təklif etdi ki, evi 5 il kirayə versin, pulu ilə qızın təhsil haqqını versin. Özü isə Rusiyaya bacısının yanına getmişdir. 5 ildən sonra qayıdanda evi cavabdehdən tələb etsə də, o bildirmişdir ki, ev onundur, verməyəcək. Anası evi ona vermişdir. Həmişə deyirdi ki, ev onun qızlarınındır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı ailə həyatı qurduqdan sonra mübahisə olunan evdən çıxıb getmiş və orada yaşamamışdır. Həmçinin iddiaçının həmin küçədə öz evi olmuş, onu sataraq özünə Xırdalanda ev almış və oraya köçüb yaşamışdır. Hazırda yaşadığı ev 4 otaqlı geniş evdir, yaşamaq üçün kifayət qədər uyğundur. Anası 1987-ci ildən həmin evə gəlin köçmüş, 1 otaq və 1 mətbəxdən ibarət evi var. Atası da 2007-ci ilin iyul ayının 7-də, babası 2007-ci ilin dekabr ayında dünyasını dəyişib. Nənəsi isə 2010-cu ildə vəfat edib. Həmin vaxtı nənəsi vəfat etdikdən sonra onun babası ilə birgə yaşadıqları evdən onlara pay verilmişdir. İddiaçının və bibilərinin iştirakı ilə bir otaq digər əmisinə, babasının vəsiyyəti üzrə 1 otaq isə onlara verilib. Əgər onlar həmin evdə qanunsuz yaşayırlarsa onda niyə iddiaçı 15 ildir mübahisə qaldırmadığı halda indi birdən məhkəməyə müraciət edib? Anası yaşadıqları evin təmirinə xərc çəkmiş, qapı, pəncərə dəyişdirilib, pilləkən qoyulub. Əvvəl evin qapısı plastik qapı idi, iddiaçı iki gün dalbadal gələrək, qapını sındırmış və evdə onların əşyaları olduğu halda gəlib otağa girmişdir. Yasamal rayon 29-cu Polis Bölməsində ərizə də veriblər, sahə rəisi də gələrək iddiaçını evdən uzaqlaşdırmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi X1 məxsusdur. xx.xx.1965-ci il tarixli 524 nömrəli müqavilədən müəyyən edilir ki, ünvan 4 ünvanında yaşayan Ələkbərov Ələsgər ilə СМУ 1 nömrəli Главгаза nümayəndəsi B.Alışov arasında 16 iyun 1964-cü il tarixdə 279 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, podratçı "qaz fiksasiyası" (sabit qaz təchizatının təmin edilməsi, yəni qaz şəbəkəsinə qoşulma və qazdan istifadə üçün lazımi avadanlıqların quraşdırılması) işlərini 30 yanvar 1965-ci il tarixdən gec olmamaqla görməyi, sifarişçi isə görülən xidmətlərin əvəzində 60 rubl vəsait ödəməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-23843/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, ünvan 5ş evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 137 mənzildə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yasamal rayonu, 3-cü ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X2 tərəfindən inşa olunmuşdur. O, 2007-ci il tarixində vəfat etmişdir. İddiaçı uşaq vaxtından sözügedən ünvanda yaşamış, təxminən 20 yaşında, yəni 1978-ci ildə ailə həyatı qurduqdan sonra evdən çıxıb getmişdir. Cavabdeh qızı onun mərhum qardaşının həyat yoldaşıdır və hazırda Yasamal rayonu, 3-cü ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində tək yaşayır. Hazırda iddiaçı onun atasından qalan həmin fərdi yaşayış evinə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzillə bağlı hüquqları 1978-ci ilə qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunvericiliyin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Belə ki, o, valideynlərinin razılığı ilə həmin evdə yaşamış və bərabər hüquqlar, o cümlədən istifadə hüquqları əldə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur: “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.” Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı 1978-ci ildə ailə həyatı qurmaqla mübahisəli mənzildən köçüb getmişdir, onun bütün bu illər ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməməsi yaşayış sahəsinə ehtiyacının olmadığını təsdiq edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildən daimi əsaslarla köçüb getdiyindən həmin fərdi yaşayış evinə dair istifadə hüquqlarını itirmişdir. Həmçinin məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı müəyyən olundu ki, ümumi həyətdə iddiaçının 3 qardaşının ailəsi yaşayır. Mübahisəli otaq ümumi həyətə girişindən sağ tərəfində yerləşir. Həmin həyətin girişinin sol tərəfindəki evdə isə cavabdeh yaşayır. Cavabdehin nümayəndəsi bildirir ki, cavabdeh nikaha daxil olduqdan sona həmin evə köçüb. Həmin evin qarşısındakı otaqda isə cavabdehin qayınatası və qayınanası yaşayıb. Həmin otaq mübahisəli otağa bitişik vəziyyətdə olub. Mübahisəli otağın pilləkanları sonradan tikilib, əvvəllər qapı mövcud olub və hal-hazırda isə bağlanılıb. Cavabdehin nümayəndəsi otağın tikinti işlərinin cavabdeh tərəfindən aparıldığını bildirir. Həmin otaqda çarpayı və şkaf mövcuddur. Cavabdehin qayınatası və qayınanası vəfat etdikdən sonra mübahisəli otağa bitişik otaq iddiaçının mərhum qardaşı Ələkbərov Azadın ailəsinə verilib. Ələkbərov Azadın həyat yoldaşı Qızbəsti Ələkbərova bildirdi ki, həyat yoldaşı 2024-cü ilin sentyabr ayında vəfat etdikdən sonra iddiaçı həmin otaqla bağlı iddia qaldırıb. Həmçinin, iddiaçının ona mübahisəli otaqdan bitişik otağa qapı açmasını bildirdiyini qeyd edir. Məqsəd isə iddiaçının anasına daha rahat qayğı göstərilməsi idi. Qızbəsti xanım tərəfindən qapı açılıb və mübahisəli otaqdakı şkafın arxasında əvvəllər mövcud olan qapı iddiaçının anası vəfat etdikdən sonra bağlanılıb. Qızbəsti Ələkbərova iddiaçının ona mübahisəli otağı 10 il sonra ondan geri alacağını bildirmədiyini qeyd edir. Əlavə olaraq, iddiaçının hal-hazırda həmin evdə yaşamadığını, nikaha daxil olduqdan sonra qonşu evdə yaşadığını və oradan da Xırdalanda yerləşən mənzilə köçdüyünü bildirir. Həmçinin, iddiaçının iddiada mübahisəli otağı qeyd etməsinə baxmayaraq, onu əldə etdikdən sonra qapı açaraq digər otağa da keçmək istədiyini bildirir. Mübahisəli otağa bitişik olan otağa onun yanında yerləşən pilləkan vasitəsilə daxil olmaq mümkündür. Bitişik otağın yuxarı hissəsi Qızbəsti Ələkbərovanın oğluna məxsusdur. Bitişik otaq əvvəllər 2 otaqdan ibarət olub. Həmin otaq bağlı olub, iddiaçının anası və atası orada yaşamayıblar. Hal-hazırda həmin otaqda əvvəllər mövcud olan qapının yerində divar hörülmüş və televizor yerləşdirilmişdir. Yerli başış zamanı qonşu Elmira Salamova verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının həmin küçədə başqa evi mövcud oub və onu sataraq Xırdalan ərazisinə köçmüşdür. X4 isə iddiaçının əvvəllər onun qonşusu olduğunu və evləndikdən sonra bu həyətdə yaşamadığını bildirmişdir. Əlavə olaraq, iddiaçının anasının cavabdehin evdən payı olduğunu bildirdiyini deyir. Qonşu Əzizə isə iddiaçının axırıncı dəfə ailə həyatı qurmazdan əvvəl mübahisəli evdə yaşadığını, yalnız anasının yas mərasimi üçün və qonaq kimi gəldiyini qeyd etmişdir. İddiaçı köçmək istədiyi otağın anasına məxsus olduğunu və ona bitişik otağın isə Qızbəsti Ələkbərovanın olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı mübahisə olunan evdə ailə qurana kimi yaşamış, ailə qurduqdan sonra daimi əsaslarla köçmüş, həmin küçədə özünə məxsus evdə yaşamışdır. Sonradan həmin evi sataraq özünə Xırdalanda ev almışdır. Beləliklə, qanunvericiliyin tələbinə əsaslanaraq qeyd edilməlidir ki, ailə həyatı qurduqdan sonra iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanılmadığından, onun həmin mənzilə köçürülməsinə hər hansı bir hüquqi əsası yoxdur. İddiaçı 1978-ci ildən ailə həyatı quraraq həmin mənzili tərk etmişdir, uzun illərdir orada yaşamır, iddiaçının formal qeydiyyatı mübahisəli mənzilə köçürülməsinin qanuni əsası kimi qiymətləndirilə bilməz. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-23843/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, ünvan 5ş evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi yaşayış evinə dair rəsmi mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sübut iş materillarında mövcud deyil. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı "yaşayış evinə köçürülmə" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar