Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2714/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh “Bakı Dövlət Universiteti” X8 nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” X9 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “haqq-hesab sənədinin tərtib edilməsinə dair göstəriş verilməsi, aylıq əmək haqqının müəyyən edilməsi, hesablanmış məbləğin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” X9 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “haqq-hesab sənədinin tərtib edilməsinə dair göstəriş verilməsi, aylıq əmək haqqının müəyyən edilməsi, hesablanmış məbləğin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “Bakı Dövlət Universiteti” X8 mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab sənədində qeyd olunan məlumatların həqiqiliyi və qanuna uyğunluğunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 157, 173 və 176-cı maddələri əsasında yoxlanılmaqla, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal Filialının təqdim etdiyi “Hesabdan çıxarış”ın məlumatları ilə müqayisələndirilməsi, real hesablamalardan ibarət olan haqq-hesab sənədinin tərtib edilməsinə dair “Bakı Dövlət Universiteti” X9 rəsmi göstəriş verilməsi, İddiaçı “Bakı Dövlət Universiteti” X6 iki müxtəlif vəzifə üzrə səlahiyyətləri icra etdiyi nəzərə alınmaqla aylıq əmək haqqının ümumi məbləğinin müəyyən edilməsi, hesablanmış məbləğin iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını; “Bakı Dövlət Universiteti” X8 məsul vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinin tələbləri əsasında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işləmişdir. 2016-cı ilin may ayından 2017-ci ilin aprel ayına kimi Bakı Dövlət Universitetinin mühasibatlığı onun bank hesabına hər ay əmək haqqı kimi 988,61 manat (153,9+834,71=988,61)-991,27 manat (153,9+837,37=991,61) arasında dəyişməklə pul ödəmişdir. Qeyd olunan əmək haqlarının ödənişindən əvvəl Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq hesablanmış əmək haqqından hər ay tutulmalar icra olunmuşdur. Ödəniş tapşırıqlarının icrasından məlum olur ki, onun bir aylıq əmək haqqı 1057 manat təşkil etməmişdir. Bununla yanaşı Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab cədvəlindən görünür ki, burada ona verilmiş mükafat, tərəflərdən birinin digərinə ödənilməmiş pul borcunun olub-olmaması da qeyd olunmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal Filialının təqdim etdiyi “Hesabdan çıxarış”da qeyd olunan məlumatlardan görünür ki, 2016-cı ilin may ayından 2017-ci ilin aprel ayına kimi olan dövrdə “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü” ərəfəsində xx xxxxxx 2016-cı il tarixdə onun bank hesabına Bakı Dövlət Universiteti tərəfindən ümumilikdə 1085,81 manat (153,9+931,91=1085,81) pul vəsaiti ödənilmişdir. Bu ödənişin icrası ilə sübut olunur ki, hesabatın aparıldığı dövr üzrə ona mükafatların verilməsi faktları da mövcud olmuş, lakin Bakı Dövlət Universitetinin mühasibatlığı qəsdən belə ödənişləri tərtib olunmuş haqq-hesab sənədlərindəki məlumatlara daxil etməmiş, bununla da cavabdeh şəxslər tərəfindən Əmək Məcəlləsinin 154, 157 və 173-cü maddələrinin tələbləri kobud sürətdə pozulmuşdur. İş üzrə mövcud olan faktiki hallardan məlum olur ki, hesablanmış 1057 manat vəsaitdən 19% tutulmalar çıxılandan sonra ona ödənilməli olan nağd pul vəsaitinin ümumi məbləği 856 manat təşkil etməli olduğu halda, hər ay onun hesabına 988,61 manat və daha artıq nağd pul vəsaitləri ödənilmişdir. Bu faktın mövcudluğu birmənalı şəkildə sübut edir ki, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib olunmuş haqq-hesab sənədləri saxta məlumatlardan ibarət olmuş və bununla mühasibatlıq onun əmək haqqının məbləğini az qeyd etməklə, bir günlük əmək haqqının azaldılmasına nail olmuş, nəticədə isə istifadə edilməmiş məzuniyyət günlərinə görə 2011-2017-ci illərin müvafiq dövrü üçün ona ödənilməli olan kompensasiya haqlarının ümumi məbləği azaldılmışdır. Tutulmalarla birlikdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin təqdim etdiyi rəsmi məlumatlarda qeyd olunan məbləğləri hesabladıqda məlum olur ki, (988,61+19%) onun bir aylıq əmək haqqı 1200 manat (hər iki vəzifəninin icrası ilə bağlı) təşkil etmiş və bir günlük orta əmək haqqı təxminən 40 manatdan ibarət olmuşdur. Bakı Dövlət Universitetinin mühasibatlığı isə onun bir günlük əmək haqqını 33,99 manat olaraq müəyyən etmiş, bu məbləği 185 təqvim günü istifadə edilməmiş məzuniyyət günlərinə vurmaqla ödənilməli olan kompensasiya haqlarının məbləğini müəyyən etmiş, nəticədə isə hesablanmış 6288,08 manatla ödənilməli olan 7400 manat arasında (bir günü 40 manat olmaqla) 1112 manat fərq yaranmış və bu məbləğ qəsdən azaldılaraq ona maddi ziyan vurulmuşdur. xx.xx.2017-ci il tarixli 1/156 nömrəli əmrlə qanunsuz olaraq işdən azad edilmişdir. Hazırkı vaxta kimi onun əmək haqqı fərqi ödənilməmişdir. Hesab edir ki, iddia müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Çünki, onun nümayəndəsinin müraciətinə xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. İddia müddəti həmin vaxtdan hesablanmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Bakı Dövlət Universiteti” X8 nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işləmişdir. xx.xx.2017-ci il tarixli 1/156 nömrəli əmrlə iddiaçı işdən azad edilmiş və onun son haqq-hesabı, istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya və əmək haqqı tam ödənilmişdir. İddiaçının iddiası əsassızdır. Həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, bir illik müddəti buraxdıqdan sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının özü şəxsən bir dəfə də olsun universitetə müraciət etməyib və ya gəlməyib. İddiaçının nümayəndəsi olan oğlu Nümayəndə bütün müraciətlərinə, BDU tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə və qaydada rəsmi cavab verilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxandan bir il müddətində əmək haqqının ödənilməsini tələb edə bilər. İddiaçı bu müddəti ötürmüşdür. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh “Bakı Dövlət Universiteti” X8 nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və X2 izahatı ilə razı olduğunu bildirdi, iddia ərizəsinə qarşı yazılı etirazını təqdim etdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı müraciət edərək 2016-2017-ci illər üzrə aldığı əmək haqqı barədə acıqlama verilməsini tələb edir. Onun 2016-2017-ci illərdə tədris hissə müdiri kimi aldığı əmək haqqı 1057 manat təşkil etmişdir. Bundan əlavə 0,5 ştat baş müəllim kimi aldığı əmək haqqı 190 manat təşkil etmişdir. Mühasibatlıq tərəfindən tərtib edilmiş cədvəldə bütün ödənişlər öz əksini tapmışdır. İddiaçı ərizəsində mühasiblərin vəzifə səlahiyyətlərini düzgün icra etməməkdə günahlandıraraq yazır ki, onun əmək haqqı 1057 manat yox, 1200 manat təşkil edir. Cədvəllərdən göründüyü kimi, İddiaçı aldığı əmək haqqı 1200 manat yox, 1247 manat (1057+190) təşkil etmişdir. İddiaçı iddia ərizəsində qərəzli şəkildə bildirir ki, onun 1 günlük orta əmək haqqı məbləği 40 manat təşkil etdiyi halda, BDU-nun mühasibatlığı tərəfindən saxtakarlığa yol verilmiş və ona 33,99 manat pul hesablanmışdır. Cədvəllərdən göründüyü kimi əvəzçiliklə baş müəllim kimi hesablamalarda iddiaçının 1 günü təqribən 6-7 manat, tədris hissə müdiri kimi isə 1 günü təqribən 34 manat təşkil etmişdir ki, bu da ümumilikdə 40 manat təşkil edir. İddiaçıya tədris hissəsinin müdiri kimi hər il 42 təqvim günü, müəllim kimi 56 təqvim günü məzuniyyət günü hesablanıb. İddiaçının əmək haqqı düzgün hesablanmış və vaxtında ödənilmişdir. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı iki vəzifə üzrə birlikdə 185 təqvim günü təşkil etmişdir, bu səbəbdən iddiaçıya 1 günü 33,99 manat olmaqla 185 təqvim günü üçün 6288,08 manat kompensasiya hesablanaraq, son haqq-hesabı ilə birlikdə işdən çıxan zaman ödənilmişdir. Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndində əsasən orta əmək haqqı və onun hesablanması qaydasında bildirilir ki, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi, həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. İddiaçı daha sonra bildirir ki, guya mühasibatlıq 2011-2017-ci illərdə qəsdən orta aylıq əmək haqqını səhv yazmış, bununla da 1 günlük əmək haqqını azaltmışlar. Lakin BDU konpensasiyanı Əmək Məcəlləsinin 140-ci maddəsinə uyğun hesablayıb ödəmişdir. Yəni, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. BDU iddiaçının əmək haqqını tamamilə düzgün formada ödəmişdir, iddiaçıya borcu yoxdur. Əgər borc olsaydı belə, iddiaçı tərəfindən həmin pulun ödənilməsini tələb etmə müddəti ötürülmüşdür. Çünki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiacı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verildiyinə görə iddiaçı tələb etmə müddətini də ötürmüşdür. Odur ki, iddianın əsassız olduğundan və müddət ötürüldüyünə görə rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarında, təqdim edilmiş rəsmi sənədlərdən və ödəniş cədvəllərindən müəyyən edilir ki, İddiaçı Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işləmişdir. Bakı Dövlət Universitetinin xx.xx.2017-ci il tarixli 1/156 nömrəli əmri ilə iddiaçı işdən azad edilmiş və onun son haqq-hesabı, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası və əmək haqqı tam ödənilmişdir. İddiaçı müraciət edərək 2016-2017-ci illər üzrə aldığı əmək haqqı barədə acıqlama verilməsini tələb edir. Onun 2016-2017-ci illərdə tədris hissə müdiri kimi aldığı əmək haqqı 1057 manat təşkil etmişdir. Bundan əlavə 0,5 ştat baş müəllim kimi aldığı əmək haqqı 190 manat təşkil etmişdir. Mühasibatlıq tərəfindən tərtib edilmiş cədvəldə bütün ödənişlər öz əksini tapmışdır. İddiaçı ərizəsində mühasiblərin vəzifə səlahiyyətlərini düzgün icra etməməkdə günahlandıraraq yazır ki, onun əmək haqqı 1057 manat deyil, 1200 manat təşkil edir. Mühasibatlıq tərəfindən təqdim edilmiş cədvəllərdən göründüyü kimi, İddiaçı aldığı əmək haqqı 1200 manat deyil, 1247 manat (1057+190) təşkil etmişdir. Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əvəzçiliklə baş müəllim kimi hesablamalarda iddiaçının 1 günü təqribən 6-7 manat, tədris hissə müdiri kimi isə 1 günü təqribən 34 manat təşkil etmişdir ki, bu da ümumilikdə 40 manat təşkil edir. İddiaçıya tədris hissəsinin müdiri kimi hər il 42 təqvim günü, müəllim kimi 56 təqvim günü məzuniyyət günü hesablanıb. İddiaçının əmək haqqı düzgün hesablanmış və vaxtında ödənilmişdir. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı iki vəzifə üzrə birlikdə 185 təqvim günü təşkil etmişdir, bu səbəbdən iddiaçıya 1 günü 33,99 manat olmaqla 185 təqvim günü üçün 6288,08 manat kompensasiya hesablanaraq, son haqq-hesabı ilə birlikdə işdən çıxan zaman ödənilmişdir. Məhkəmə qeyd edir iki, iddiaçının iddiası əsassızdır. Həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, bir illik tələb etmə müddətini buraxaraq bir il on aydan sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi olan oğlu Nümayəndə bütün müraciətlərinə, BDU tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə və qaydada rəsmi cavab verilmişdir. xx.xx.2019, xx.xx.2019cu il tarixli məktublar işə əlavə edilib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçının iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edlilmiş 1 illik tələb etmə müddətini də ötürmüşdür. Bu səbəblərdən iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” X9 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı ““Bakı Dövlət Universiteti” X8 mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab sənədində qeyd olunan məlumatların həqiqiliyi və qanuna uyğunluğunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 157, 173 və 176-cı maddələri əsasında yoxlanılmaqla, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin Yasamal Filialının təqdim etdiyi “Hesabdan çıxarış”ın məlumatları ilə müqayisələndirilməsi, real hesablamalardan ibarət olan haqq-hesab sənədinin tərtib edilməsinə dair “Bakı Dövlət Universiteti” X9 rəsmi göstəriş verilməsi, İddiaçı “Bakı Dövlət Universiteti” X6 iki müxtəlif vəzifə üzrə səlahiyyətləri icra etdiyi nəzərə alınmaqla aylıq əmək haqqının ümumi məbləğinin müəyyən edilməsi, hesablanmış məbləğin iddiaçının bank hesabına ödənilməsi; “Bakı Dövlət Universiteti” X8 məsul vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinin tələbləri əsasında xüsusi qərardadın çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2714/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2714/2020
07.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver