Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2725/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat pul vəsaitini, həmçinin onun qanunsuz əməlləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın kompensasiyası olaraq 10000 manat, ümumilikdə 23000 manat pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar X1 2020-ci ilin ortalarından tanıyırlar. Belə ki, sonuncu Binəqədi rayonunda qonşuları olub. O, onlara 2020-ci ildə Xətai rayon ərazisində "Amay" ticarət mərkəzində Məliklə ofis götürdüyünü və tikinti işləri ilə məşğul olduqlarını bildirmişdir. Onlara təkif etmişlər ki, bu işdə onlarla şərik olsunlar. Pul qoyaraq xeyir qazanmaq barədə razılaşmışlar. 2020-ci ilin sentyabr ayında “Amay" ticarət mərkəzində 15 nömrəli otaqda görüşmüşlər. Müxtəlif vaxtlarda onlardan 5000 manat, 4000 manat, 9000 manat olmaqla, ümumilikdə 18000 manat vəsaitlərini mənimsəmişlər. Sonradan onlar Məlik və Vahidin çox sayda insanları belə yolla aldatdıqlarını başa düşmüş və buna görə də polisə müraciət etmişlər. Lakin, polisdən onlara, hətta soyadını "Məlikov" kimi təqdim etdiyinə baxmayaraq soyadının belə başqa olduğunu, bu şəxslərin əməlində cinayət tərkibinin olmadığını, Cinayət Prosessual Məcəlləsinin 85. 39.1.2 və 212-ci maddələrini əsas gətirərək cinayət işinin başlanmasını rədd etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Tural Məşədiyevin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat pul vəsaitini, həmçinin onun qanunsuz əməlləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın kompensasiyası olaraq 10000 manat, ümumilikdə 23000 manat pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsələr də, iddia ərizələrində qeyd edilən faktları, yəni Cavabdeh onların 13000 manat məbləğində vəsaitlərini mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. İş materiallarına əlavə edilmiş Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Tural Məşədiyevin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünən odur ki, İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanmasının rədd olunması qərara alınmış, iddiaçıların izahatı alınsa da, hazırki iş üzrə Cavabdeh izahatı araşdırma müddətində alınmamış, araşdırma zamanı X2 müəyyən edilərək istintaqa izahatının alınması məqsədilə əməliyyat tapşırığı verilmiş lakin araşdırma müddətində Məlik Məlikov istintaqa təmin edilməmişdir. Həmin qərardan da göründüyü kimi, hazırki iş üzrə iddiaçılar cavabdeh kimi Cavabdeh cəlb etsələr də, polisdə araşdırma X3 barəsində aparılmış, həmin şəxsin isə istintaqa təmin edilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehin qanunsuz əməlləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın kompensasiyası olaraq 10000 manat pulun iddiaçılara ödənilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, “13000 manat pulun iddiaçılara ödənilməsi” tələbinin əsaslılığından asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan və təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onlara aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2725/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2725/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver