Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2729/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2500 manat, Cavabdeh2 1100 manat, Cavabdeh3 1800 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23 iyun 2020-ci il tarixdə 3546/8589 saylı Hüquqi Xidməti barədə müqaviləyə əsasən özünü Vəkil kimi təqdim edən Mehman adlı şəxslə müqavilə bağladı. Mehman özünü vəkil kimi təqdim etdi və Saleh adlı şəxslə mülki işini məhkəmədə həll edəcəyinə inandırdı. Hüquqi savadı olmadığı ücün onların bu yalan vədlərinə və əməllərinə inandı. Mehman və Saleh adlı şəxslər 5000 (beş) min manat pulu və 11qram çəkisi olan sırğa və üzük dəsti aldılar. Onların onu aldatdıqlarını başa düşdükdən sonra , dəfələrlə 5000 (beş) min manat pulu, qızıl zinət əşyanın qaytarılmasını tələb etsə də, onlar hər cür bəhanə ilə tələbindən yayınırdılar. Sonra onlar tərəfindən vəkil kimi təqdim edilən Yusif adlı şəxsə, onların iştirakı ilə 2000 manat pul verdi. Həmin məbləğdən cəmi 200 manat Yusif qaytardı. 1800 manat pulu vermədi. Yusif adlı şəxs bildirdi ki, o, “Toğrul” adlı hüquq firmasının vəkilidir. Onlar, yəni Mehman Saleh və Yusif onun heç bir işini görmədilər. 5000+1100 qızıl dəsti+1800 manat =7900 manat məbləğində pulumu ələ keçirdilər. Hətta Saleh adlı şəxs qızıl dəsti Lombarda qoyub 350 manat pul götürdüyünüdə Yasamal rn Polis İdarəsində etiraf etmişdir. Yasamal Polis İdarəsində istintaq araşdırmasıda ətraflı olmamışdır. Nəticədə əsaslı şikayəti rədd edilmişdir. Onların bu əməllərindən Yasamal rayon Polis İdarəsinə yazılı müraciətdə etdi. Lakin Yasamal rayon Polis İdarəsində istintaq aparılmış qərarla onun məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həttda qərarda qeyd edilib ki, əgər onların əməlində dələduzluq cinayətinin əlamətləri olarsa o halda məhkəmə Mülki Prosessual Məcəllənin 265.4 maddinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxararaq prokurora xəbər verməlidir. Daha sonra iddiaçı Cavabdeh2 dair hissədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 11 qr çəkisi olan bir cüt sırğa və bir üzükdən ibarət rus qızılı dəsti, olmadığı halda dəyəri 1100 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xavər xanım həqiqətən «Toğrul» hüquq firmasına müraciət etmiş və ailəsində - yəni gəlini ilə həyat yoldaşı arasında olan münasibətlərdən məlumat vermiş, bununla bağlı Səbail rayon Prokurorluğuna müraciət olunmuş, bütün yazışmalar onun tərəfindən hazırlanmış və Cavadov Əjdər adlı yoldaş isintaq zamanı Xavər xanımın gəlini Tünzalə İsmayılovanı təmsil etmişdir. İstintaq zamanı gəlin ilə qaynata arasında olan münasibətlərin təzyiq altında yox, könüllü xarakter daşıması məlum olmuşdur. Bu istintaq Prosesinə Xavər xanım 7 yüz manat vəkil xidməti ödəmişdi. Başqa halda Qəbələ rayon ərazisində yerləşən torpaq sahəsilə bağlı mübahisədə Xavər xanımı İsmayılov Səfəralı adlı vəkil təmsil etmiş və Xavər xanım xidmət haqqı olaraq Səfəralı müəllimə 6 yüz manat pul ödəmiş, əlavə yüz manat rüsum ödəmişdir. Xavər xanım bu işlərə yazdığı kimi 2 min yox, 1600 manat vəsait xərcləmişdir. Qalıq 2 yüz manat müxtəlif məzmunlu sorğulara və Qəbələ rayon Məhkəməsinə iddia ərizəsin təqdim etmək üçün öz avtomobili ilə Qəbələ şəhərinə getməyinə xərclənmişdir. Xavər xanımın suallarının müsbət həll olunacağı təqdirdə əmək haqqı olaraq ödəniş nəzərdə tutulmuşdur. Təəssüf ki, iradəsindən asılı olmayaraq suallar müsbət həll edilməmişdir, lakin Xavər xanımla sualların müsbət həll ediləcəyi barədə öhdəçiliyi olmamışdır. Xavər xanım məlum suallarla bağlı inzibati orqanlara müraciət etmişdir və bu barədə inzibati orqanlarda müvafiq izahatları vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə cavabdehlərə məxsus mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə “Mizan” Hüquqi Xidmətər Bürosunun baş direktoru İdrisoğlu Q.M ilə bağlanmış 23 iyun 2020-ci il tarixli 8589 nömrəli müqaviləyə əsasən icraçı direktorlar Soyanxan Mustafayev, Eldar Qədimi müqavilə ilə müəyyən olunmuş hüquqi xidmətləri sifarişçiyə göstərməyi, sifarişçi isə onun dəyərini icraçıya direktora ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Ceyhun Mircavadlının 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi toplanmış material üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materialında olan xx.xx.2021-ci il tarixli orderdən görünür ki, X1 hüquqi yardım göstərilməsi üçün vəkil X3 561 nömrəli müqavilə ilə order verilmişdir. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli sorğulardan görünür ki, “Mizan” Hüquqi Xidmətər Bürosu tərəfindən Dövlət Notariat Arxivinə və Milli Arxiv İdarəsinə İddiaçı işi üzrə müvafiq sorğular verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki iddianı qəbul etmir. Belə ki, o iddiaçı ilə Cavabdeh2 vasitəsilə tanış olmuşdur. İddiaçının oğlu Cavabdeh2la dost olmuşdur. “Mizan” hüquqi xidmətlər Bürosunun direktorudur və həmin büroda 6-ya yaxın vəkil çalışır. O, icraçı direktor olaraq həmin müqaviləyə qol çəkmişdir. İddiaçı boşanma ilə bağlı 500 manat pul vermişdir. Bütün zəruri sənədləri İddiaçı adından hazırlamışdır. Büroda çalışan Eldar Qədimi həmin işə çıxmışdır. Həmin proses zamanı onlar iştirak etmişlər. Daha sonra İddiaçı onun yanına gələrək keçmiş həyat yoldaşının arayış almaq üçün müraciət edən zaman boşandıqlarını öyrəndiyini və Səbail Rayon Məhkəməsinə əmlak bölgüsü tələbi ilə müraciət etdiyini bildirmişdir. Onunla ikinci müqavilə bağlamış və 200 manat almışdır. O, pulu qaytarmaq istəmir, çünki müqaviləyə əsasən hüquqi xidmət göstərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, “Toğrul” hüquqi firmasının təsisçisidir və həmin şirkət 2003-cü ilin dekabr ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin əmlakın bölünməsi ilə bağlı qətnamə ona Cavabdeh1 vasitəsilə təqdim edilmişdir. İddiaçı hissə-hissə olmaqla 1600 manat pul vermişdir. Onunla birlikdə Qəbələ Rayon Məhkəməsinə getmiş və orada da bir vəkil tapmışdır. O, iddiaçıya 200 manat pulu onun evində borc qismində vermişdir. O, iş üzrə sənədləri müvafiq orqanlara təqdim etmişdir. Bu məbləğə vəkillərə orderlərin verilməsi üçün məbləğlər, eləcə də istintaq zamanı və Qəbələ Rayon Məhkəməsinə iddia verilməsi üçün xərclənmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, məhkəmə işi üzrə qızıl komplekti iddiaçıdan almışdır ki, pulu çatmasa, onu sataraq pulu düzəltsin. Həmin əşyanı lombarda qoymuş və 300 manat pul götürmüşdür. Dəstə bir cüt sırğa və üzük daxil olmuşdur. Qızılın əyarı aşağı olmuşdur. O, növbəti prosesə kimi komplekti alıb qaytaracaq, həmin komplektin qiyməti 1100 manat olmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı hüquqi xidmətlər göstərilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hüquqi xidmətlər üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından və tərəflərin də izahatlarından da göründüyü kimi, məhkəmələrə iddiaların verilməsi, bunun üçün müvafiq sənədlərin toplanılması və məhkəmədə, müvafiq istintaq orqanlarında vəkillə təmsil olunmaq üçün xərclər iddiaçının cavabdehlərə vermiş olduğu vəsaitlər hesabına çəkilmişdir. Digər Cavabdeh2 dair hissədə iddia qismən əsaslıdır. Belə ki, cavabdeh heç bir əsas olmadan iddiaçıya məxsus qızılı özündə saxlamış və geri qaytarmamışdır. Əvvəlki məhkəmə iclasında əşyanı geri qaytaracağını bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əşyaya dair hissə etiraf edildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməli və Cavabdeh2 çəkisi 11 qram, 583 əyarda olan bir cüt sırğa və bir üzükdən ibarət qızıl dəsti İddiaçı geri qaytarılmalıdır. Əşyanın vizual görüntüsü və dəyərinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, lakin qətnamənin icrası məqsədilə dəyərinin müəyyən edilməsi zəruri olduğundan, məhkəmə hesab edir ki, əşyanı qaytarmaq mümkün olmadıqda 583 əyarlı 1 qram qızılın mövcud bazar dəyəri - 61 manat (internet saytlarından götürülmüş məlumatlara əsasən) olmaqla, 11 qram 11 qram, 583 əyarda olan bir cüt sırğa və bir üzükdən ibarət qızıl dəstinin dəyəri 671 (altı yüz yetmiş bir) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 çəkisi 11 qram, 583 əyarda olan bir cüt sırğa və bir üzükdən ibarət qızıl dəsti İddiaçı geri qaytarılsın, bu mümkün olmadıqda isə onun dəyəri olan 671 (altı yüz yetmiş bir) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2729/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2729/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver