Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-273/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisində qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin borc müqavilənin əvəzinə birgə fəaliyyət haqqında bağlanılmış əqd (müqavilə) hesab edilməsi və tərəfindən icra olunmuş hesab edilməsi, xx.xx.2018-ci il tarixdə X6 tərəfindən Cavabdeh2 verilmiş 10000 ABŞ dollarının birgə fəaliyyət əqdinin maliyyələşdirilməsi hesab edilməsi, birgə fəaliyyət nəticəsində X6 tərəfindən sərf edilmiş 10000 ABŞ dolları məbləğin riski ona və Cavabdeh2 aid edildiyindən yerdə qalan 5000 ABŞ dollarının hər ikisinə aid edilməklə qalıqın 2200 ABŞ dollarının ona, 2800 ABŞ dollarının Cavabdeh2 aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və tanışı Cavabdeh2 2018-ci ilin yay mövsümündə Bakı şəhəri Mərdəkan qəsəbəsində “Delfin” İstirahat mərkəzini işlətmək üçün vəsaiti lazım olmuşdur. Cabir ona pulu onun tanışı olan Xaliq Tağıyevdən alacağını demiş, pulu almaq barədə razılıq alaraq onunla birlikdə Xaliqin yanına yollanmışdır. Xaliq onlara demişdir ki, “mən Rəşadı tanımıram, pulu ancaq Cabirə verə bilərəm.” Bu an şəxsiyyət vəsiqəsi olmadığına görə, Cabir təkidlə onu inandırmışdır ki, pulu o götürübqaytaracaq ki, o isə həmin anda borc müqaviləsinə onun yerinə imza edəcək. xx.xx.2018ci il tarixdə 53 nömrəli notariat ofisində X6 ilə aralarında kredit müqaviləsi qeydə alınmışdır. Notariat ofisində X7 Cabirə 10000 ABŞ dolları vermişdir. Notariat ofisindən çıxandan sonra işlətdikləri Bakı şəhəri, Əhməd Cavad küçəsi, ev 6 ünavnda yerləşən “Rublyovka” kafesinə getmişlər. Orada Cavabdeh2 Arzu xanım adında işçinin yanında həmin puldan 300.ABŞ dollarını çıxararaq qalan 9.700 ABŞ dollarını ona vermişdir. Kredit Müqaviləsində isə 15000 ABŞ dolları qeyd olunmuşdur. Cabir qələcək gəlirlərin hesabına onunla və Xaliqlə hesablaşmağı nəzərdə tuturdu. Bakı şəhəri Mərdəkan qəsəbəsində “Delfin” İstirahat mərkəzini işlətmiş, lakin, proqnozları reallaşmamış, qazanc əldə edə bilməmişdirlər. Mütəmadi olaraq Xaliq ona Cabirdən şikayətlər etmişdir ki, onunla sövdələşdiyi razılığa əməl etmir. Bu söhbəti Cabirə dəfələrlə çatdırmışdır. Nəhayət birgə fəaliyyət nəticəsində əldə etdikləri 4000 ABŞ dolları və şəxsi əmlakının satışından əldə etdiyi 1000 ABŞ dolları, cəmi 5000 ABŞ dollarını aparıb Xaliqə şahidərin yanında vermiş və 15000 ABŞ dollarına dair təkrarən suallarını bildirmişdir. Xaliq bunun ona aidiyyətinin olmadığını, Cabirlə aralarında həll olunacağını bildirmişdir. Bir az vaxt keçdikdən sonra ona Sumqayıt şəhər icra və probasiya şöbəsindən kreditin qaytarılması haqqında Tağıyev Xaliqin ərizəsi əsasında Notariat ofisindən verilmiş notariat qeydinin icrası barədə icraata başlamaq haqqında qərar qəlmjşdir. Xaliq Tağıyevə və Cabir Rüstəmova müraciət etmiş və mübahisənin niyə bu cürə çevrildiyini öyrənmişdir. Hər ikisi işin real hallarından imtina etmiş və belə çıxmışdır ki, guya o Xaliq Tağıyevdən 15000 ABŞ dolları almış və qaytarmamışdır. Cabir kənarda qalmış, birgə fəaliyyət onların tərəfindən təhrif olunmuşdur. Halbuki onlarla işləyən şəxslər bu hadisəni əvvəldən axıra kimi bilirlər və məhkəmədə təsdiq edə bilərlər. Cavabdehlərin hərəkətləri nəticəsində məhkəmələrdə borclu kimi qalmış və faktiki halları nəzərə almaqla həqiqi mülki əqdin bağlanmış tanınmasına hüququ müdafiəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddianın eyni tərəflər arasında olsa da, predmetin fərqli olduğunu, qərarın icraya getmədən iki dəfə apelyasiya məhkəməsi tərəfindən ləğv olunaraq birinci instansiya məhkəməsinə göndərildiyini, etirazının təmin olunduğunu, Cabirlə birlikdə 2900 ABŞ dolları və 1100 ABŞ dolları olmaqla cəmi 4000 ABŞ dolları məbləğində pulu Xaliqə ödədiklərini, beləliklə də öhdəliklərini qismən icra etdiklərini, daha sonra şəxsi əmlakını sataraq 1000 ABŞ dolları məbləğində pulu da Xaliqə ödədiyini, 10000 ABŞ dolları məbləğində pulu Cabirin alaraq ondan qol çəkməyini istədiyini, borcu özünün qaytaracağını bildirdiyini, Cabir və Xaliqin onun etibarından suiistifadə etdiklərini bildirmiş, məhkəmədən müqavilənin etibarsız hesab edilərək öhdəliyin onun tərəfindən yerinə yetirilmiş hesab edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu, ona görə də hazırki tələbə baxılmasını düzgün hesab etmədiyini, apelyasiya məhkəməsində baxıldıqdan sonra birinci instansiya məhkəməsinin qərarının qüvvəyə mindiyini, borcu ondan Rəşadın aldığını, bu barədə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin olduğunu, 15000 ABŞ dolları məbləğində borcun 5000 dollarının qaytarıldığını, hazırda 10000 dollar borcun qaldığını, bu səbəbdən iddianın tam əsassız olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddiaçının iddia ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmamasını, onunla ümumiyyətlə heç bir əlaqəsinin olmadığını bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Rəşad Baba oğluna 15000 ABŞ dolları məbləğində borc verməyi, İddiaçı isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, X3 xeyrinə İddiaçı ödənilməmiş 15000 ABŞ dollarının və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2019-cu il tarixli məktubla icra edilməsi üçün Sumqayıt Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1126/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun azaldılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6027/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1126/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İşə birinci və apelyasiya instansiyası məhkəmələrində baxılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həmin kredit müqaviləsində qeyd olanan məbləğin 15.000 ABŞ dolları deyil, 10.000 ABŞ dolları olmasını və hazırda 2200 ABŞ dolları ödənilməmiş borcunun qalması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının iddia tələbi, eləcə də apelyasiya şikayəti mötəbər sübutlarla təsdiq olunmayan formal mülahizələrlə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində əslində onunla cavabdeh X6 arasında kredit müqaviləsinin deyil, birgə fəaliyyət müqaviləsinin bağlandığını, bu baxımdan mübahisəyə mülki qanunvericiliyin həmin müqaviləyə dair müddəalarının tətbiq olunmalı olmasını və tələb olunan borcun onunla digər Cavabdeh2 aid olunmalı olmasını qeyd etsə də, məhkəmə araşdırılması zamanı bunu sübut edə bilməmişdir, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən kredit müqaviləsinin etibarsızlığı ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. Ona görə də, iddiaçının müqavilənin etibarsızlığı və ləğv edilməsi ilə bağlı iddiası həm əsassız olduğuna, həm də məhkəmə tərəfindən kəsici iddia müddəti tətbiq olunmaqla rədd edilməli, ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-273/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-273/2021
02.03.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver