Məhkəmə qərarları › İş №2(004)-2732/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2732/2022

17.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2732/2022 17.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X7na qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnistituna qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ona münasibətdə ləğv edilməsi, işə bərpa olunması və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnistitu məhkəməyə mülahizələrin iünvanlayaraq bildirmişdir ki, pandemiya ilə əlaqədar bir sıra qadağaların aradan götürülməsi, elm və təhsil müəssisələrində əməkdaşların işə cəlb edilməsi haqqında Nazirlər Kabinetinin 27 may 2021 -ci il tarixli qərarına baxmayaraq 01 iyul -29 avqust 2021-ci ildə məzuniyyətdə olan İddiaçı 30 avqustdan 21 sentyabra qədər üzürsüz səbəbdən işdə olmamışdır (bunu sentyabr ayının tabeli aydın göstərir, və məktuba əlavə edilir, qoşma 1). Əslində bu qədər üzürsüz səbəbdən işdə olmadığına görə o, Həmkarlar Təşkilatının qərarı ilə işdən azad edilə bilərdi. Lakin İnstitut rəhbərliyi humanistlik göstərərək bu addımı atmadı. İddiaçı bu qədər üzürsüz səbəbdən işdə olmadığına görə cəzalana biləcəyindən qorxuya düşərək 22 sentyabrda 01 dekabr 2021-ci ildən öz ərizəsi ilə işdən çıxması haqqında ərizə təqdim edərək belə bir şərt qoydu ki, həmin vaxta qədər, yəni 2 ay ona “sərbəstlik” verilsin (qoşma 2). Qanunvericilikdə bu nəzərdə tutulmadığından və ona razılıq verilmədiyindən sentyabrın 27-dən oktyabrın 23-ə qədər xəstəlik vərəqəsi aldı. Maraqlı məqam odur ki, xəstəlik vərəqəsində 26 gün əmək qabiliyyətini itirilmə səbəbi kimi “hipertoniya xəstəliyi” göstərilib (qoşma 3). Bizim çoxumuz hipertoniyadan əziyyət çəksək də gündə bir həb dərman atıb işə gəlirik. Bu fakt özü müəyyən şübhə doğurur. Ola bilsin ki, İddiaçı həkim qızının da bu işdə müəyyən rolu olub. Mütəmadi olaraq əmək intizamını pozan bir sıra əməkdaşlara, o cümlədən, A.S.X2 komitəsinin iclasının protokolu əsasında xx.xx.2021 -ci ildə töhmət verildi (qoşma 4). Yüngül cəzalanma ilə qurtardığından ürəklənən İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsində əsassız və faktla təsdiqlənməyən bəhanələr gətirməyə çalışdı (qoşma 5, ərizədə yazılanların nə qədər qeyri ciddi olduğu aydın görünür). 22 sentyabr 2021-ci ildə işdən azad olunması haqqında ərizəsinə baxmayaraq 10 noyabrda əsası olmayan bəhanə gətirərək (guya bu tarixdə işdən çıxarsa onun pensiyası az hesablanacaq) əvvəlki ərizəsinin geri qaytarılması üçün yeni ərizə ilə müraciət etdi (qoşma 6). Baxmayaraq ki, X1 02 dekabr 2021 -ci il tarixli iclasının qərarına əsasən, İnstitutun qadın əməkdaşlarını təhqir etməsini də nəzərə alaraq (onların xidməti yazısı və İddiaçı izahatı əlavə olunur, qoşmalar 7 və 8) onun xx.xx.2021-ci il tarixli ərizəsini əmək məcəlləsinin 69.4 bəndinə uyğun olaraq qüvvədə saxlanılmasını qərara alınmışdır (qoşma 9). Yenə də rəhbərlik humanistlik göstərərək İddiaçı işdə saxlamışdır. 29 dekabr 2021-ci ildə İnstitut üzrə 364 №-li Əmrə əsasən (qoşma 10) elmi işçilərin attestasiyasını keçirmək üçün attestasiya komissiyası yaradılmış, bütün əməkdaşlar, o cümlədən İddiaçı da əmr ilə tanış edimiş və onların attestasiya üçün lazım olan sənədləri (attestasiya vərəqəsi və çap olunan elmi işlərin siyahısı) hazırlamaq üçün 1 ay vaxt verilmişdir. Lakin bütün əməkdaşlardan fərqli olaraq təkcə İddiaçı işdə olmasına və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq attestasiya üçün sənədləri verməkdən imtina etmişdir. Fevral ayının 9-18 tarixləri üçün xəstəlik vərəqəsi gətirsə də (qoşma 11) əlavə təyin edilmiş vaxtda attestasiya keçməkdən imtina etmiş və səbəb kimi də onu göstərmişdir ki, onsuz da öz ərizəsi ilə işdən çıxacaq. 14 fevral 2022-ci ildə İnstitut rəhbərliyinə ərizə ilə müraciət edərək 15 mart 2022-ci ildən işdən azad olunmasını xahiş etmişdir (qoşma 12). Məhkəmə proseslərində təcrübə yığmış İddiaçı (bu haqda aşağıda məlumat veriləcək) bununla bir neçə məqsəd güdməsi aşkar görünür. Əvvəlan, attestasiya prosesində iştirak etməmək məqsədinin səbəbi son 10 ildə (2012- 2021) İnstitutun və baş elmi işçisi olduğu 1 saylı laboratoriyanın elmi tədqiqatlarında iştirak etməməsi və son 10 ildə (2012-2021) laboratoriyanın iş planına heç bir aidiyyəti olmayan cəmi 1 məqalənin (2019) həmmüəllifi olması idi (digər müəlliflərin biri onun həmyerlisi olan Fizika İnstitutunun əməkdaşı, digəri isə həmin əməkdaşın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləyən qızıdır). Başqa sözlə, son 10 ildə elmi fəaliyyətinin baş elmi işçinin funksiyalarına qətiyyən uyğun gəlməməsini ört-basdırmaq etmək idi (qoşmalar 13 və 14). Göründüyü kimi, İddiaçı 2011 -ci ildə keçirilən yerli konfransda eyni məzmunlu hər biri 1 səhifə olan 2 tezisin və 2019-cu ildə yuxarıda adı çəkilən, məqalənin həmmüəllifi olmuşdur. Həmin məqalənin məzmunca 2007-ci ildəki tezisə oxşar olması aydındır (qoşma 13). İkincisi, attestasiyanın nəticələri yekunlaşdırılaraq yekun protokol (qoşma 15) X10 iclasında təsdiq edilmişdir (qoşma 16). İddiaçı məqsədi, çox güman ki, bir tərəfdən 15 mart 2022-ci ildə işdən azad olunrnası üçün ərizəsini əsas gətirərək EŞ-nın 01 mart 2022-ci il tarixli iclasında attestasiyadan keçməyənlərin siyahısından adının çıxarılmasını xahiş etmək, sonra isə 15 marta 1-2 gün qalmış həmin ərizəni geri götürmək üçün hər hansı bəhanə ilə yeni ərizə vermək imkanını əldə saxlamaq olmuşdur. Əks halda 15 günün nəyisə həll edəcəyi və buna görə məhkəməyə müraciət etməsi səbəbi aydın deyil. Və nəhayət üçüncüsü, 9-18 fevral 2022-ci ildə xəstəlik vərəqəsi olduğu halda 14 fevral 2022ci ildə işdən azad edilməsi haqqında sonradan ərizənin etibarlı olmaması haqqında da iddia qaldırmaq İddiaçı gözlənilə bilərdi, məqsəd isə, çox güman ki, ərizəni yazmaqla attestasiyadan azad edilmək idi, çünki 18 fevraldan sonra hər dəfə attestasiyaya dəvət ediləndə həmin ərizəyə istinad edirdi. Məhkəmə işləri ilə əlaqədar bir məsələni qeyd etmək maraqlı olardı. 1989-cu ildə İddiaçı İnstitut üçün ayrılmış Xəzər rayonunun Dübəndi bağ massivində ona və həyat yoldaşına məxsus torpaq sahəsindən əlavə bir torpaq sahəsini də zəbt edərək ev inşa etdirmişdi. 2015-2017-ci illərdə zəbt olunmuş torpaq sahəsini boşaldaraq geriqaytarılması haqda Xəzər rayon məhkəməsinin qərarı verilmişdir. İddiaçı həmin məhkəmə qərarından apeliyasiya şikayəti vermiş, lakin qərar dəyişdirilməmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Ali məhkəməsinə müraciət etsə də, və ilkin məhkəmə qərarı yenə qüvvədə saxlanılsa da, qərar bu günə kimi icra olunmamışdır. Bu işlə bağlı sənədlər “Neorqanik” bağçılıq-yoldaşlıq kooperativinin sədri professor Gülməmməd Süleymanovda olmuşdur, lakin o dünyasını dəyişdiyindən bizdə rəsmi sənəd qalmamışdır. Ehtiyac yaranarsa bu barədə Xəzər rayon məhkəməsinə müraciət edilə bilər. Beləliklə, İddiaçı iddia ərizəsi ilə əlaqədar yekun müddəaları nəzərinizə qısa şəkildə çatdırmaq istəyirlər. İddiaçı özü haqqında tərifli sözlər yazsa da, iddia ərizəsində üzürsüz səbəbdən işdə olmadığından ona töhmət verilməsi və xx.xx.2022-ci ildən işdən azad edilməsi üçün xx.xx.2022 tarixində ərizə verməsi, lakin o vaxta qədər 2 ay “sərbəstlik” (yəni işə istəyəndə gedib gəlməsi və ya işə gəlməyərək maaş alması) istəməsi, sonra isə əsassız bəhanə gətirməklə ərizəsini geri götürməsi haqqında heç nə yazmayıb; İddiaçı attestasiya keçirilməsi üçün verilən 1 ayda (xx.xx.2022 - xx.xx.2022) attestasiya üçün heç bir sənəd verməməsi, hər dəfə mənə vaxt verin, onsuz da işdən gedəcəyəm deyə bəhanə gətirməsi, biləndə ki, baş elmi işçilərin attestasiyası 9 fevralda keçiriləcək, həmin günə xəstəlik vərəqəsi alması, 14 fevralda isə “xəstə” olduğu vaxtda 15 mart 2022-ci ildən işdən azad edilməsi üçün ərizə ilə müraciət etməsi, attestasiya komissiyasının iclaslarıma gəlməməsi, bunun əsas səbəbi isə son 10 ildə baş elmi işçidən tələb olunan funksiyaları yerinə yetirməməsi, laboratoriyanın iş planına heç bir aidiyyəti olmayan cəmi bir məqalənin həmmüəllifi olması, son 25 ildə bir nəfər də olsun fəlsəfə doktoru və ya magistrant hazırlamaması, 31 ildir elmlər doktoru olmasına baxmayaraq professor elmi adını almağa cəhd belə göstərməməsi onun xeyrinə olmayan məqamlardır; İnstitutun 270 elmi əməkdaşını attestasiyadan keçirən İnstitut attestasiya komissiyasının obyektiv və prinsipial işinə kölgə salaraq böhtan xarakterli, güya “yalan və saxta rəy" əsasında onun işinə xitam verilməsi iddiası özü əks iddia kimi ayrıca məhkəmə işi ola bilər. Attestasiya komissiyasının protokolundan göründüyü kimi 20 əməkdaş (onların demək olar ki, hamısı yaşca İddiaçı cavandır) attestasiyadan keçməmiş, onlardan 12-nin əmək müqavilələrinə xitam verilmiş, 8 əməkdaşın isə həmin vaxt işdən çıxması haqqında özlərinin ərizə verməsi nəzərə alınmışdıri. Digər əməkdaşların bir hissəsinin vəzifəsi (7 nəfər) və ya dərəcələri (4 nəfər) aşağı salınmışdır (qoşma 15, 16). Bu AMEA-da islahatların aparılması, elmi məhsuldarlığı çox aşağı olan əməkdaşların əməyinin prinsipal qiymətləndirilməsi baxımından müasir dövrün tələblərinə tam uyğundur (nəzərə alınmalıdır ki, xx.xx.2022- ci ildən təqaüddə olub işləməyən fəlsəfə doktorları üçün təqaüddən əlavə 200 AZN, elmlər doktorları üçün 300 AZN Prezident təqaüdü verilir). Onu da qeyd etmək lazımdır ki, İddiaçı başqa heç kəs məhkəməyə müraciət etməmişdir; İddiaçı işlədiyi müddətdə bəzi qalmaqallı hadisələrlə əlaqədar da yadda qalmışdır: 1989-cu ildə Xəzər rayonunun Dübəndi massivində İnstitut üçün ayrılmış “Neorganik” bağçılıq-yoldaşlıq kooperativində zəbt etdiyi bağ sahəsini boşaltmaq haqqında Xəzər rayon məhkəməsinin qərarına (bu qərarı Apelyasiya və Ali məhkəmələr qüvvədə saxlamışlar) bu günə qədər məhəl qoymayaraq icra etməyib. 2000-ci ildə adını çəkmək istəmədiyimiz bir qadına qarşı etdiyi nəlayiq hərəkəti haqqında qalmaqalı (həmin qadın az qala Rusiya səfirliyinə şikayət edəcəkdi) bir çətinliklə yatırtmaq mümkün oldu, onun yaşını nəzərə alıb ictimai qınaq ilə kifayətlənərək laboratoriya müdirliyindən azad edildi və yenidən aparıcı elmi işçi təyin edildi. İddiaçı yaşadığı binanın (Z.Xəlilov küçəsi, 35 A) sakinləri bir neçə il bundan əvvəl İnstituta gələrək bina sakinlərinin iclasının qərarı ilə onun kooperativ sədrliyindən azad etsələr də, kooperativ sədrinin möhürünü və otağın açarını ondan ala bilmədiklərindən İnstitutun rəhbərliyinə və Həmkarlar Təşkilatının şikayət etmişdilər. İxtisasca fizik olan İddiaçı 1965- 75-ci illərdə İnstitutumuzda elmi işçi, 1975-79-cu illərdə X4 laboratoriya müdiri işləmiş, oradan çıxarıldıqdan sonra 1979-cu ildə yenidən bizim institutda böyük elmi işçi işinə götürülmüş, 1990-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1996-ci ildə aparıcı elmi işçi seçilmişdir. xx.xx.2000-ci ildə laboratoriya müdiri təyin edilsə də 7 aydan sonra (xx.xx.2000) yenidən laboratoriya müdirindən aparıcı elmi işçi vəzifəsinə aşağı salınmışdır ( yuxarıda qeyd edilən qadına qarşı nəlayiq hərəkətindən sonra). Yalnız 2009-cu ilin axırlarında (xx.xx.2009) 1 saylı laboratoriyaya baş elmi işçi (doktorluq dissertasiyası müdafiə edəndən 19 il sonra, hərçənd ki, doktorluq diplomu alanlar 1 il ərzində baş elmi işçi keçirilirlər) təsdiq edilmişdir. Həmin vaxtdan keçən 12 il ərzində (2010-2021) respublika daxili konfransda 2 tezis (2011) və oxşar mövzuda 2019-cu ildə çap edilən bir məqalənin 3 müəllifindən biri olmuşdur (digər 2 müəllif başqa institutlardandır). Attestasiya göstərdi ki, hətta elmi dərəcəsi olmayan bir çox kiçik elmi işçilərin elmi məhsuldarlığı 86 yaşlı İddiaçı dəfələrlə yüksəkdir. Attestasiya komissiyası İddiaçı elmi fəaliyyətini araşdırmış və onun işlədiyi 1 saylı laboratoriyanın müdiri dosent Sima Zülfüqarovanın yazılı məlumatını və 2015-2021-ci illərdə laboratoriyanın hesabatlarını nəzərə alaraq (qoşmalar 17 a-g) onun tutduğu vəzifəyə uyğun olmaması haqqında qərar qəbul etmişdir. Cavabdeh AMEA-nın Akademik M.F.Nağıyev adına kataliz və qeyri-üzvi kimya inistutu nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı AMEA-nın akademik M.F.Nağıyev adına kataliz və X7 olaraq iddia ərizəsini əsassız hesab edirlər və iddia tələbini qəbul etmirlər. Belə ki, AMEA-nm akademik M.F.Nağıyev adına kataliz və X7nda baş tutmuş attestasiya prosesi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun həyata keçirilmişdir. Belə ki, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib A.Həşimovun imzaladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən AMEA-nm elmi müəssisə və təşkilat rəhbərlərinə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi üçün 2022-ci ildə attestasiyanın keçirilməsi tövsiyə edilmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixli 364 nömrəli əmrə əsasən attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Attestasiyadan keçməli olan işçilər, o cümlədən iddiaçı attestasiyanın keçiriləcəyi tarix barədə qabaqcadan məlumatlandırılmışdırlar. Qrafikə uyğun olaraq, iddiaçı xx.xx.2022-ci il tarixində attestasiya iclasına dəvət olunsa da, iştirak etməmiş, həmin tarixdə xəstə olduğuna dəlalət edən xəstəlik vərəqəsini təqdim etmişdir. Qaydaların 2.3-cü bəndinə əsasən attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. Bu səbəbdən də, İddiaçı attestasiya iclası xx.xx.2022-ci il tarixinə təxirə salınmışdır. Həmin tarixlərdə iddiaçı ərizə ilə müraciət edərək onu xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçının məqsədi institut rəhbərliyini təkidlə onun attestasiyada iştirak etməsinə nail olmaq fikrindən daşındırmaq, attestasiya prosesi bitəndən dərhal sonra isə, əmək qanunvericiliyinə əsasən təqdim etdiyi öz istəyi ilə işdən çıxmaq barədə ərizəni geri götürmək idi. Çünki, iddiaçı uzun illərdir ki, hər hansı elmi fəaliyyətlə məşğul olmur, faktiki olaraq havayı əmək haqqı alırdı. Təqaüdə çıxmaq “iddiası” isə gülüncdür, çünki iddiaçı çoxdan təqaüdçüdür. Dövlətdən təqaüd almaqla yanaşı, işləməyə-işləməyə əmək haqqı almaq istəyində idi. Halhazırda işə bərpa olunmaq barədə verdiyi iddia ərizəsi bunun əyani sübutudur. Bildrimək istəyirlər ki, iddiaçı xx.xx.2022-ci il tarixində baş tutmuş attestasiya iclasına gəlməmiş, iclası üzürlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Buna baxmayaraq, attestasiya komissiyası yenidən iclası xx.xx.2022-ci il tarixinə təxirə salmışdır. Bu dəfə də, iddiaçı iclasa gəlməmiş, iclası üzürlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Attestasiya komissiyası iddiaçıya kifayət qədər vaxt verdiyindən attestasiyanı onun iştirakı olmadan keçirmişdir. İddiaçının sonuncu vəzifədə işləyərkən gördüyü işlərin hesabatı və iddiaçının çalışdığı 1 saylı laboratoriyanın müdirinin məlumatı müzakirə edilmişdir. Məlum olmuşdur ki. iddiaçı laboratoriyanın elmi işlərində iştirak etməmiş, ümumiyyətlə əmək funksiyalarını yerinə yetirməmişdir. Bu səbəbdən də, attestasiya komissiyası iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə nəticəyə gəlmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tövsiyə edilməsi qərara alınmışdır. Bu nəticələr X9 təsdiq edildikdən sonra xx.xx.2022-ci il tarixində iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Uzun illər ərzində heç bir işlə məşğul olmayan, fevral ayında öz istəyi ilə işdən çıxmaq istəyən təqaüdçü insanın iki ay sonra təkidlə işə bərpa olunmaq istəyi məntiqli deyil. Havayı əmək haqqı almaq həvəsi nəzərə alınmasa, İddiaçı işə bərpa olunmaq tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etmələrini məhkəmədən xahiş etmişdir. Cavabdeh AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnistitu iddia ərizəsinə daha mülahizələrini təqdim edərək bildirmişdir ki, İddiaçı “saxta və yalançı rəy əsasında işdən azad edilməsi” iddiası heç bir fakta və sübuta əsaslanmır. İddiaçı İnstitutun yeganə elmi işçisidir ki, 01-28 fevralda keçirilən attestasiya üçün komissiyaya elmi fəaliyyəti haqqında sənəd verməkdən imtina etmiş, 09-18 fevral üçün xəstəlik vərəqəsi versə də işdə olduğu 19-28 fevral tarixində 2 dəfə təyin edilmiş vaxtda (22 və 25 fevral) dəvət olunmasına baxmayaraq buna məhəl qoymamış və komissiyanın iclasına gəlməmişdir. Ona görə də attestasiyayaya gəlməkdən imtina edən yeganə elmi işçi kimi komissiya İddiaçı tutduğu vəzifəyə uyğun olub-olmamasını işlədiyi laboratoriyanın 2015- 2021 -ci illərdəki hesabatları və laboratoriya müdirinin arayışı əsasında müzakirə etmiş (bu sənədlər 18 may 2022-ci ildə məhkəməyə təqdim edilsə də təəssüf ki, nəzərə alınmamışdır) və müəyyən etmişdir ki, İddiaçı həmin illər ərzində ümumiyyətlə laboratoriyanın elmi işlərində iştirak etməmiş, heç bir hesabat verməmiş, praktiki olaraq əmək funksiyasını yerinə yetirməyərək dövlətdən məvacib almışdır. 2019-cu ildəki məqalə isə son 12 ildə çap edilən yeganə elmi əsəri olmaqla nə İnstitutun, nə də laboratoriyanın iş planına heç bir aidiyyəti yoxdur. Bunları nəzərə alaraq Attestasiya komissiyası İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyinə və tutduğu vəzifəyə uyğun olmadığına görə onun əmək müqaviləsinə xitam verilməsi haqqında yekdil fikrə gəlmiş, bu tövsiyyə Attestasiya komissiyasının protokolunda əks etdirilmiş və tərkibində 4 akademik, 3 müxbir üzv və 20-ə qədər professor olan X10 28 fevral 2022-ci il tarixli iclasında təsdiq ediləndən sonra 01 mart 2022-ci ildə müvafiq əmr verilmişdir. Uzun illər elmə yeni heç nə verməyərək dövlətdən məvacib alan, əməllərində böhtan atmağı, yalançılığı, təhqiri adi şey sayan, işləməyən təqaüdçü kimi 1 mana qədər aldığı təqaüdə 500 AZN əlavə olunan, 1936-ci il təvəllüdlü İddiaçı əsassız iddiasıma qarşı bir daha etiraz bildirir və ədalətli qətnamə qəbul etməyinizi xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, attestasiya ayın 9na təyin olunmuşdu. Xəstə olduğu üçün iştirak edə bilməmişdir. Nə rəsmi, nə də ki, qeyrirəsmi yeni vaxtın təyin olunması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Yazışmalardan da görünür ki, münasibətləri gərgin olmuşdur. Ona təqdim edərdilər, qol çəkdirərdilər. Töhmət verən adam rəsmi xəbəradarlıq edir, qol çəkdirir. Fevralın 22-nə və 25-nə təyin olunmuş attestasiya ilə bağlı ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, işdən azad olunmağı ilə bağlı əmr qanunsuzdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, fevralın 7-də o, işdə xəstələnmiş, ayın 8-də həkim çağırmış, həkim 9-dan 18-dək ona Covidlə bağlı bülletein vermişdir. Attestasiya qrafik üzrə fevralın 9-na təyin olunmuşdu. O, isə Fevralın 19-u işə çıxmışdır. Əmri martın 1-dən verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinə uyğun izaha verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçının iştirakı olmadan onun son illər ərzindəki elmi fəaliyyəti araşdırılıb və belə qənaətə gəlinib ki, o, tutduğu vəzifəyə uyğun deyil. Dünənki məhkəmə iclasında qeyd etdiyi Nazirlər Kabinetinin 2001-ci il tarixli 97 nömrəli qaydalarında təkrar attestasiya keçirilməsi ilə bağlı attestasiya olunana xəbərdarlıq olunması ilə bağlı heç bir müddəa yazılmayıb. Nəinki hansısa formada xəbərdarlıq olunması, ümumiyyətə xəbərdarlıq olunması ilə bağlı heç bir müddəa yoxdur. İddia ərizəsi ilə bir daha tanış oldmuşdur, iddiaçı tərəfindən iddia ərizəsində faktiki olaraq vurğulanır ki, xəbərdar olunmamışdır. Buna görə də attestasiya əsassızdır. O da axtarmışdır ki, qaydalarda onlar hansı əsası pozmuşlar. Lakin heç bir əsas görməmişdir. Buna baxmayaraq 3 dəfə attestasiya iclasını həyata keçirməyə çalışmışlar. Üzərlərinə düşən məsuliyyətə görə iddiaçını şifahi formada xəbardar etmişlər. Özü də yaxşı bilir ki, məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavandehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, ayın 22-sinə attestasiya təyin olunub və qarşı tərəf dəvət olunmuşdur. Lakin Asəf müəllim iştirak etməmiş və iştirak etməməsi baradə heç bir üzürsüz səbəb bildirməmişdir. Dəvət olunma şifahi şəkildə olunub. Attestasiya komissiyasının imzalı və möhürlü protokolu var ki, S.Asəf 2022-ci ilin fevral ayının 9-u, 22si və 25-i attestasiya komissiyasının iclaslarına gəlməmişdir. Şəxsə 3 dəfə imkan yaradılmışdır ki, attestasiyada iştirak etsin. Lakin heç birində iştirak etməmişdir. Onda olan məlumata görə Asəf müəllim bir neçə dəfə işdən çıxma ilə bağlı ərizə yazmış, amma daha sonra ərizəni geri götürmək hüququndan istifadə edərək, ərizəsini geri götürmüşdür. 97 nömrəli qərarda konkret olaraq qeyd olunmamışdır ki, hansı formada məlumatlandırılmalıdır. Qərarda sadacə məlumatlandırılmalı olduğu qeyd olunub. Onlar da fevral ayının 9-na məlumatlandırmışlar. Öz çıxışında da qeyd edib ki, attestasiya prosesindən xəbardar idi və məlumatlandırılmışdı. İş elə gətirdi ki, şəxs həmin tarixə xəstələndi. Lakin bu o demək deyil ki, bir dəfə iclas təxirə salınmışdırsa, növbəti iclaslar baradə məlumatsızdır. Təkararən ona hansı formada, yazılı və ya imzalı təqdim olunmalıdır deyə 97 nömrəli qərarda bir əsas yoxdur. Qarşı tərəf bu haldan sui-istifadə edir ki, onu rəsmi məlumatlandırmayıblar. Halbuki, attestasiya keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 2001-ci il tarixli 97 nömrəli qaydalarında attestasiya komissiyasının üzərinə belə bir öhdəlik qoyulmayıb. Hesab edirlər ki, tərəf qəsdən attestasiya prosesində iştirak etməkdən boyun qaçırıb. Odur ki, iddia əsassızdır və rədd olunmalıdır. İşə bərpa olunmasına ehtiyyac yoxdur. Sədrlik edənin sualına cavab olarq bildirmişdir ki, faktiki olaraq attestasiya prosesi tam qanuna uyğun keçirilib. Keçən təqvim ilindən qaydalar təsdiq olunub. Attestasiya komissiyası yaradılıb. Qarşı tərəf məlumatlandırılıb. Burada bir nəfərə qarşı kompaniya təşkil olunmamışdır. Bir çox işçi attestasiyadan keçirilmiş və bir çox işçi də attestasiyada iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, attestasiya fevral ayının 1-dən 28-nə kimi davam etmişdir. Bununla bağlı elan dərc olunmuş və asılmışdır. Kim iştirak etməyibsə, müraciət edib, gəlmədiyini bildirib və nə vaxt iştirak edəcəyini soruşmuşdur. Çünki, iştirak etməyən təkcə Asəf müəllim deyildi. Başqa işçilər də üzürlü səbəbdən iştirak etməmişlər. Onların hamısına gün təyin olunmuş və telefon vasitəsi ilə məlumat verilmişdir. 28 fevralda attestasiya yekunlaşmışdır. Ayın 28-i elmi komissiya attestasiyanın nəticələrini elan etmişdir. Attestasiya elan olunmuşdu. Bütün işçilər attestasiyada iştirak etməklə bağlı elmi məqalələrinin surətini təqdim etmişdilər. Asəf müəllim ayın 9-dan bülleteində olmuşdur. Amma heç ayın 9-na kimi də komissiyaya heç nə təqdim etməmişdir. Ayın 9-dan 18-nə kimi bülleteində olan adam necə ola bilər ki, ayın 14-ü işən azad olmaqla bağlı ərizə yazır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, attestasiyaya cəlb olunan hamı attestasiyada iştirak etmişdir. Bir nəfər xəstəxanada olduğu üçün iştirak edə bilməmişdir. Xəstaxanadan çıxmış, 3 günə əvvəl gəlmiş, işdən azad olma ilə bağlı ərizəsini yazmış və getmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 364№-li AMEA-nın akademik M.Nağıyev adına Kataliz və X6 işləyən əməkdaşların attestasiyasının keçirilməsi barədə əmrdən görünür ki, attestasiya keçirilməsi üçün komisiya yaradılmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 371 №-li AMEA-nın akademik M.Nağıyev adına Kataliz və X6 işləyən əməkdaşların attestasiyasının keçirilməsi barədə əmrdən görünür, attestasiyanın keçirilməsi 2022-ci il, 01-28 fevral tarixlərinə təyin edilmişdir. İş materiallarında olan ******* nömrəli X5 Vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o təqaüdə çıxmağı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən işdən azad olunması barədə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 50 №-li Əmrdən çıxarışdan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və X3 01-11 fevral 2022-ci il tarixlərində keçirilmiş Attestasiya Komissiyasının tövsiyələrinə və 28 fevral 2022-ci il tarixdə keçirilən Elmi Şurasının (protokol №2) qərarına müvafiq olaraq AR ƏM-in 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar olaraq işdə olmamışdır. İddiaçı, atestasiyasının xx.xx.2022ci il tarixə təyin edilsə də iştirak edə bilmədiyini bildirmiş, cavabeh tərəfindən bu hal mübahisələndirilməmiş, iddiaçı barədə cavabdeh tərəfin bildirdiyinə görə atestassiyada iştirak etməyən şəxslər üçün yenidən atestassiya günü təyin edilmiş, lakin iddiaçıya yenidən atesstasiya keçirilməsi ilə bağlı məlumat verilməməmiş və atestassiyanın nəticələrinə görə uyğunsuzluqla bağlı işdən azad edilmişdir. Cavabdeh tərəf atesstasiyanın başqa vaxta təyin edilməsi ilə bağlı iddiaçıya məlumat verildiyini bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin mövqeyini əsaslı hesab etmir. Məhkəmənin mövqeyinə görə iddiaçı tərəf cavabdeh tərəfindən atestassiya günü barədə rəsmi qaydada məlumatlandırmalı idi, ancaq bunnan sonra əmrdə istinad etdiyi hallara görə iddiaçını işdən azad edə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçını atestassiya günü barədə məlumatlandırmadan onu atestassiyada iştirak etmədiyinə görə işdən azad etmək qanunsuzdur və qeyd edilən hallara görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin maddənin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetin xx.xx.2001-ci il tarixli 97№-li Qərarının 1.2-ci bəndinə əsasən Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmr İddiaçı münasibətdə ləğv edilsin. Qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və X7 tərəfindən İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar