Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2734/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun saxlanılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun saxlanılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı- xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülməsi, orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il tarixində X2 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləriz mehriban şəkildə həyata keçsə də, sonradan təcridən münasibətləri pişləmişdir. Nəticədə, cavabdehlə əvvəllər yaşadığı ünvanı tərk edərək məcburi olaraq övladı ilə birgə qohumların yanında bu günə qədər qalmağı məcbur olmuşdur. Təbii ki, müvəqqəti qaldığı ev qohumunun evi olsa da, daimi olaraq orada yaşamağı böyük çətinliklər yaradır. Cavabdehin yaşadığı fərdi yaşayış evinə nikah bağlanıldıqdan sonra özünə məxsus cehiz əşyaları ilə birgə köçürək orada daimi olaraq yaşamışdır. Yasamal Rayon Məhkəməsinnin 2(004)-309/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bütün ev əşyaları bu günə qədər cavabdehin yaşadığı fərdi evdədir. Həmin əşyaların istifadəsindən də məcbur olaraq məhrum olunmuşdur. Cavabdehlə birgə yaşadığı fərdi ev müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır və özbaşına tikili hesab olunur. Belə ki, 56 saylı MKİS-nin vəkil sorğusuna verilən arayışa əsasən cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidi və cavabdeh orada qeydiyyatsız yaşayır. Sözügedən yaşayış sahəsi özbaşına tikili olsa da, ora gəlin gələrək orada cavabdehlə yaşamış, həmçinin də cavabdeh özü də bu günə qədər orada yaşayır. Yaşayış sahəsi tam kommunal şəraitlidir və 2 yaşayış otağından və mətbəxdən ibarətdir. Mülkiyyətində hər hansı bir fərdi ev və ya mənzil yoxdur və azyaşlı uşağı ilə birgə həmin yaşayış sahəsinə qayıtmasına, eləcə də orada yaşamalarına böyük ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinnin 2(004)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın iddiaçının yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə, 4307 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X1 anasının yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 193 sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Yasamal rayon 56 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün olan Cavabdeh özbaşına tikili olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 8P saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına inşa edilmiş mübahisəli ev iddiaçının, cavabdehin və azyaşlı uşağın yaşayış yeri olmuşdur. Cavabdeh iddiaçını və onun uşağını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə qənaətini onunla formalaşdırır ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyillər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli ev üzərində heç bir subyektiv hüququ olmadığından o, iddiaçını yaşadığı evdən məhrum edə bilməz. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin mülkiyyətçisi olmadığından hazırki mübahisənin həllində Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinin göstərişlərinin tətbiq edilməsi mümkün deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı övladı- xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülsün. ünvan 1 ünvanında yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneələrin törədilməsinin cavabdehə qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2734/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2734/2022
25.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver