Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2754/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 17.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 04.11.2020-ci il tarixli 740İK-SAB/2020 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzilini keçmiş mülkiyyətçisi Nümayəndə 130.000 manata satın almışdır. Nümayəndə ailə üzvləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notarial qaydada ərizə verməklə mənzilin satılmasına razılıq vermişlər. 02.12.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzili onun adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nümayəndə mənzili ona təhvil verib. Ailə üzvləri ilə birlikdə köçüb getsə də, onun oğlanları olan cavabdehlər hazırkı vaxta kimi qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin qeydiyyatda qalmaları onun hüquqlarını məhdudlaşdırır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi (atası) Nümayəndə 17.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və iddianı qəbul edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzili onun xüsusi mülkiyyətində olmuşdur. O, mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzilini 04.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 130.000 manata satmışdır. Onun ailə üzvləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin satılmasına notarial qaydada razılıq vermişlər. O, mənzili satandan sonra İddiaçı təhvil vermiş və başqa ünvana köçmüşdür. Hazırda Cavabdeh1 Rusiya Federasiyasında olduğuna görə qeydiyyatdan çıxa bilməmişdir, digər oğlu Elşad isə işi ilə əlaqədar qeydiyyatdan çıxmaq üçün vaxt tapa bilmir. Səhlənkarlıq etdiklərinə görə hazırkı vaxta kimi satdığı mənzildən cavabdehlər qeydiyyatdan çıxmamışlar. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 501-ci məhəllədə yerləşən 2 nömrəli evin 50 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsinə etiraz etmir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasının 01.06.2021-ci il tarixə saat 12:30-a təxirə salınması barədə Cavabdeh1 nümayəndəsi (atası) Nümayəndə məhkəmə bildirişi təqdim edilmiş və digər Cavabdeh2 məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilsə də, onlar həmin tarixdə məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, Cavabdeh1 nümayəndəsi (atası) Nümayəndə iddianı etiraf etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, Bakı şəhəri 12 saylı Notariat Kontorunda kreditor - ipoteka saxlayan “xxxx” ASC ilə alıcı-ipoteka qoyan İddiaçı və satıcı Nümayəndə arasında bağlanmış 04.11.2020-ci il tarixli 4Ə-2816 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Nümayəndə xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 501-ci məhəllədə yerləşən 2 nömrəli evin 50 nömrəli mənzilini alıcı İddiaçı 130.000 manata satmışdır. Mənzilin dəyəri olan 130.000 manatın 46.400 manatını alıcı İddiaçı özü ödəmiş, qalan 83.600 manatını isə kreditor - ipoteka saxlayan “xxxx” ASC-dən alaraq ödəmişdir, İddiaçı aldığı mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Satıcı Nümayəndə ailə üzvləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə ilə qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 501-ci məhəllədə yerləşən 2 nömrəli evin 50 nömrəli mənzilinin satılmasına razılıq vermişlər. Satıcı Nümayəndə mənzili alıcı İddiaçı təhvil versə də, ailə üzvləri olan cavabdehlər hazırkı vaxta kimi iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02.12.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********94-05101-093046 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi məhəllə 501-də yerləşən 2 saylı evin 50 saylı mənzilini xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 02.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdehlər mənzili satdıqlarına, cavabdehlərin qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozduğuna görə cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzilə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 501-ci məhəllədəki 2 nömrəli evin 50 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2754/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2754/2021
01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver