Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2758/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul" tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10.000 manat pulun alınaraq ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, paylı mülkiyyətdə olan 98 kv.m ümumi sahəsi, 62 kv.m-dən ibarət olan yaşayış sahəli 5 otaqlı evin paylı mülkiyyətdə ona məxsus olan 10.0 kv.m olan hissəsini dövlət ehtiyacları üçün almaq barədə cavabdeh təşkilatın nümayəndəsi ilə aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən ona həmin vaxtı 33.500 manat pulu əlbəəl verdilər. O, həmin məbləğə razı olmadığını və bu məbləğlə özünə yaşayış yeri ala bilməyəcəyini bildirəndə, icra hakimiyyətinin nümayəndəsi ona şifahi olaraq söz verdi ki, hələlik yolun salınması üçün təcili olaraq bu torpağı boşaltmaq zərurəti var, torpaq boşalıb təhvil veriləndə onlar iddiaçıya 10.000 manat da verəcəklər deyə öhdəlik götürdülər. O, nə qədər təkid etsə də, onlarla müqavilə barədə söhbət aparan nümayəndə rəsmi qaydada bu barədə müqavilə bağlamaqdan imtina etdi və dedi ki, “mən kişiyəm, sənə kişi sözü verirəm, tezliklə gəlib 10.000 manat pulu bizdən götürə bilərsən.” O da onların öhdəlik götürdüklərini nəzərə alıb mülkiyyətində olan yaşayış sahəsinin boşaldılmasına razılıq verdi. Aradan bir müddət keçmiş o, Cavabdehnə götürülmüş öhdəliyin icrası məqsədilə müraciət edəndə ona belə bir cavab verdilər: “Müraciətiniz ilə əlaqdar olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş trenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin Dövlət ehtiyacları üçün alınması ilə bağlı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 98 kv.m, yaşayış sahəsinin həcmi 62 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin mülkiyyət hüququ ilə sizə məxsus hissəsi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh arasında Sizinlə razılıq əldə olunmuş, yaşayış sahəsinin alınmasına dair notariat qaydada ayrı-ayrılıqda alqı-satqı müqaviləsi imzalanmış və sizə 33550 manat kompensasiya ödənilmişdir” - deyə cavab verdilər. İddiaçı həmin cavabla razı deyil, onların iddiaçının qarşısında götürdükləri öhdəliyə əməl etməmişlər. Yuxarıda şərh olunanlarlan görünür ki, cavabdeh təşkilat ona əlavə olaraq 10.000 manat verməsi barədə öhdəliyinə əməl etməmişdir və bununla da onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iclasında iştirakı edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Texniki-İnvertarlaşdırma və mülkiyyət hüquqların qeydiyyatı idarəsi tərəfidnən verilmiş ÖM seriyalı 137032 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 6 saylı evin 62 kv.m yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı evin İddiaçı adına 10 kv.m payda 1 (bir) otaq, digər paylar üzrə X1 adına 1 (bir) otaq, X3 adına 1 (bir) otaq, X2 adına 1 (bir) otaq xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 675 saylı reyestr kitabında 101333 səhifədə 30/20905 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2016-cı il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 98 kv.m, yaşayış sahəsi 62 kv.m-dən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 1 otağını alıcı Bakı şəhəri Cavabdehnə 33.550 manata satmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-21/2 A177-152/24 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş trenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin Dövlət ehtiyacları üçün alınması ilə bağlı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 98 kv.m, yaşayış sahəsinin həcmi 62 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahəsinin alınmasına dair notariat qaydada ayrı-ayrılıqda alqısatqı müqaviləsi imzalanmış və iddiaçıya 33.550 manat kompensasiya ödənilmişdir. Dövlət Ehiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmur. Bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 207.1-ci maddəsinə əsasən, torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. 247.1-ci maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi; torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 504 nömrəli Qərarına əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. 66.2-ci maddəsinə əsasən, Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Texniki- İnvertarlaşdırma və mülkiyyət hüquqların qeydiyyatı idarəsi tərəfidnən verilmiş ÖM seriyalı 137032 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 6 saylı evin 62 kv.m yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı evin İddiaçı adına 10 kv.m olan 1 (bir) otağı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla dövlət ehtiyacları üçün ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 98 kv.m, yaşayış sahəsi 62 kv.m-dən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 1 otağını alıcı Bakı şəhəri Cavabdehnə 33.550 manata satmışdır. İddiaçının bildirdiyinə görə qeyd olunan məbləğlə razılaşmamış və icra hakimiyyətinin nümayəndəsi ona şifahi olaraq söz vermişdir ki, torpaq boşalıb təhvil veriləndə onlar iddiaçıya 10.000 manat da verəcəklər. Lakin cavabdeh sözünə vəd etməyərək, qalan məbləği ona ödəməkdən imtina etmişdir. Hazırda iddiaçı həmin məbləğin ona ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 98 kv.m, yaşayış sahəsi 62 kv.m-dən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 1 otağını alıcı Bakı şəhəri Cavabdehnə 33.550 manata satmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-21/2 A177-152/24 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin Dövlət ehtiyacları üçün alınması ilə bağlı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 98 kv.m, yaşayış sahəsinin həcmi 62 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi ilə xx.xx.2016cı il tarixdə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahəsinin alınmasına dair notariat qaydada ayrı-ayrılıqda alqı-satqı müqaviləsi imzalanmış və iddiaçıya 33.550 manat kompensasiya ödənilmişdir. İdddiaçı bildirir ki, cavabdeh icra hakimiyyətinin nümayəndəsi ona şifahi qaydada 10.000 manat əlavə vəsait ödəməyi vəd etmiş, lakin bu barədə yazılı müqavilə bağlamaqdan və həmin pulu ona ödəməkdən imtina etmişdir. Halbuki qanunvericiliyin normasına görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdə olan sübutlardan da görünür ki, tərəflər arasında qarşılıqlı razılaşma əldə olunaraq alqı-satqı müqaviləsi bağlanmış və iddiaçıya 33.500 manat kompensasiya ödənilmişdir. Bundan başqa işin hallarından da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq iddiaçının mənzili qiymətləndirilmiş və ona məxsus 10 kv.m sahəyə görə 33.500 manat kompensasiya verilməsi təklif olunmuşdur. Göründüyü kimi, iddiaçı iddiasının əsaslığını, yəni cavabdeh tərəfindən qeyd olunan öhdəliyin götürülməsini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunveciliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2758/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2758/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver