Məhkəmə qərarları › İş №2(004)-277/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-277/2024

09.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-277/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərin qanuni nümayəndəsi X7, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Resoublikası 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (X17, X15, X10, X11, X22 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə qarşı “əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 vərəsəsi kimi tanınması, X4 qalmış Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzili və “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobilin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzilinə və “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobilə tam hissədə miras payının müəyyən edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzili və “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobilə 1/7 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X18 onun atasıdır və atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən onun mülkiyyətində Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzil və “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobil olmuşdur. Atasının birinci növbəli vərəsələri - o, digər övladları Səbinə Həyatova, Samirə Həyatova, Xanım Həyatova, Əli Həyatov və arvadı Lalə Həyatovadır. Həmin əmlaklarla bağlı atasının ikinci arvadı X17 vərəsəlik şəhadətnaməsinin alınması üçün 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Həmin Notariat Ofisində vərəsəlik işinə qoşulmaq üçün ərizə ilə müraciət edərək, əmlaklara dair vərəsəlik şəhadətnaməsinin ona verilməsini xahiş etmişdir. Lakin aralarında mübahisə olduğundan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisi 27 sentyabr 2023-cü il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərin qanuni nümayəndəsi X17 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, X18 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və onların birgə nikahlarından 4 uşaqları doğulmuşdur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsində yerləşən 16 saylı evin 2 saylı mənzili və “Toyota Camry” markalı **-RL- *** dövlət qeydiyyat nömrəli avtomobil ərinin mülkiyyətində olmuşdur. O, hazırda uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Həmçinin, avtomobil də hazırda ondadır. Qeyd olunan avtomobil əri ilə onun birgə nikahları dövründə əldə edilmişdir. Həmin əmlaklarla bağlı vərəsəliyi qəbul etməsi üçün Notariat Ofisinə müraciət etmiş, lakin ərinin birinci nikahından doğulmuş İddiaçı ilə aralarında miras əmlakla bağlı mübahisə olduğundan, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sözügedən miras əmlaklardan iddiaçının payının verilməsinə etiraz etmir. Odur ki, qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, X18 onun oğludur və oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğlunun ölümündən sonra miras əmlaklarla bağlı mübahisə yaranmışdır. Miras əmlakların vərəsələr arasında qanunamüvafiq qaydada bölünməsinə etiraz etmir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan xx.xx.1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X12, ana qrafasında X8 göstərilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 383557 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X5 göstərilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 153734 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X17 xx.xx.2005-ci ildə 873 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Həyatova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 743226 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X17 göstərilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 959286 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X17 göstərilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 240168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X17 göstərilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 494991 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X17 göstərilmişdir. İş materiallarında olan ÖM seriyalı 228524 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsində yerləşən 16 saylı evin 2 saylı mənzili X9 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 23 nömrəli reyestr kitabında 23 mart 2005-ci il tarixdə 3489 saylı səhifəsində 30/6098 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş AC seriyalı 825244 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobil X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 366758 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 347924 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X17 xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X22 qeydiyyatdadırlar. Məhkəmə tərəfindən sorğu edilərək alınmış və V-278 saylı vərəsəlik işi materiallarında olan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində 8İ-30118 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X17 müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********123 saylı ərizədən görünür ki, X1 Xanım Samir qızı əvəzindən müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********124 saylı ərizədən görünür ki, X2 Əli Samir oğlu əvəzindən müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********122 saylı ərizədən görünür ki, X1 Samirə Samir qızı əvəzindən müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********119 saylı ərizədən görünür ki, X1 Səbinə Samir qızı əvəzindən müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli **********020 saylı ərizədən görünür ki, İddiaçı ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə dair mirasın onun tərəfindən qəbul edilməsi və həmin əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzilindən və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobildən ½ hissədə onun, qalan hissədə digər vərəsələrin payının müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı müvafiq ərizə ilə 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalan Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzili və “Toyota Camry” markalı 10-RL056 dövlət qeydiyyat nömrəli avtomobilə görə miras əmlaklarla bağlı X17 ilə aralarında mübahisə olduğundan notariat hərəkətinin aparılmasının dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan, DƏMK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 adına Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi 16 saylı evin 2 saylı mənzili xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, 3 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzinin Notariat Ofisinin notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında 27 sentyabr 2023-cü il tarixli 1586 nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə X7 müraciəti əsasında 10 iyul 2023-cü il tarixdə vəfat X9 adına vərəsəlik işinin açılmasını xahiş etmişdir. Vərəslərdən İddiaçı Notariat Ofisinə ərizə təqdim edərək mirası faktiki qəbul etmiş digər vərəsələrin paylarının ayrılmasına və o cümlədən L.Həyatovanın sağ qalmış ər (arvad) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə almasına etirazı və vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanlar nəzərə alınaraq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndinə əsasən, X13 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. AR MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı doğma atası X18 xx.xx.2023-cü ildə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzili və “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobil miras qalmışdır. X4 miras qalmış əmlakları onun qanun üzrə birinci növbə vərəsələrindən olan övladıları – İddiaçı, X10, X11, X15, X22 və arvadı X17 faktiki olaraq qəbul etmiş və miras əmlakların qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada notariat ofisinə müraciət etmiş olsalar da, tərəflər arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, X4 miras qalmış Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzili və “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobili, onun ölümündən sonra arvadı Lalə Həyatova və onun övladları tərəfindən faktiki qəbul edilərək idarə edilsə də, atasından qalan miras əmlaklarla bağlı vərəsəlik üzrə payının verilməsi ilə əlaqədar İddiaçı da müddəti ötürmədən notariat ofisinə ərizə ilə müraciət edərək, miras əmlakları faktiki olaraq qəbul etdiyini nümayiş etdirmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı o da məlum olunmuşdur ki, miras qoyan Samir Həyatovun anası Xanım Həyatova da sağ olduğundan, o da miras qoyanın birinci növbəli vərəsəsi hesab olunur və onun da miras əmlaklardan pay almaq hüququ vardır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum Samir Həyatovun ölümündən sonra onun 7 vərəsəsi- anası X8, arvadı X17, övladları İddiaçı, X15, X10, X11 və X14 ibarət olmaqla, onların hər birinin birinci növbəli vərəsə kimi qanunla müəyyən edilmiş qaydada bərabər hissədə miras əmlaklardan pay almaq hüquqları yaranmışdır. Lakin araşdırma zamanı mübahisə predmeti olan avtomobilin miras qoyan X27 Həyatovanın birgə nikahları dövründə əldə edildiyi müəyyən edilmişdir. Belə ki, X27 Həyatova xx.xx.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Qeyd olunan avtomobil isə xx.xx.2006-cı ildə Samir Həyatovun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan avtomobil miras qoyan X27 Həyatovanın birgə nikahları dövründə əldə edildiyindən, həmin avtomobilin Samir Həyatovdan miras qalmış ½ hissəsi üzrə vərəsələrin pay almaq hüququları olduğundan, “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobilə İddiaçı 1/14 (1/2:1/7=1/14) hissədə payı müəyyən edilməlidir. Bundan əlavə, mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzili də miras kütləsinə aid olduğundan və həmin mənzil miras qoyan X27 Həyatovanın rəsmi nikahlarından əvvəl, yəni 23 mart 2005-ci il tarixdə mülkiyyət hüququ əsasında X9 adına qeydə alındığından, həmin mənzilə qanun üzrə vərəsə İddiaçı 1/7 hissədə vərəsəlik hüquqları tanınmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X4 miras qalmış Bakı şəhəri Yasamal rayonu M.Davud küçəsi 16 saylı evin 2 saylı mənzilin 1/7 hissəsinə qanun üzrə vərəsə İddiaçı vərəsəlik hüququ tanınmalı, “Toyota Camry” markalı **-RL-*** dövlət qeydiyyat nömrəli avtomobilə İddiaçı 1/14 hissədə payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə, araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Davud küçəsi, 16 saylı evin 2 nömrəli mənzilinin 1/7 hissəsinə qanun üzrə vərəsə İddiaçı vərəsəlik hüquqları tanınsın. Toyota Camry markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 1/14 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar